"Skapenin kələkləri". Bu komediya Molyerin xalq
komediyaları ilə yaxınlığını göstərən ən parlaq əsərlərdəndir.
Əgər
Molyerin
yaradıcılığının
əvvəllərində
xalq
komediyalarına müraciəti onun təcrübəsizliyi, nəzəri
hazırlığının azlığı ilə izah olunursa, yaradıcılığının kamil
dövründə /"Skapenin kələkləri" 1671-ci ildə yazılmışdır/
xalq komediyasına müraciəti şüurlu xarakter daşıyır.
/"Skapenin kələkləri" ağalar dünyasına laqeydliklə yanaşan
canlı, şən, realist bir xalq komediyasıdır. Burada xalq
komediyasının motivləri, üsulları, tipləri məharətlə yenidən
yaradılır. Dramaturq xalq nümayəndələri olan nökərləri
hakim varlı təbəqələrə qarşı qoyur. Skapen həyatsevər, hər
cür vəziyyətdən çıxmağı bacaran, fəal xalq nümayəndəsidir.
Lakey olsa da, özünü ləyaqətlə aparır, heç bir təhqiri
bağışlamır. Ağası Leondra və onun dostu Oktava təmənnasız
olaraq kömək edir. Bomarşenin Fiqarosu kimi etdiyi yaxşılıq
üçün əvəz güdmür. Burada təsvir edilən xəsis Jeront xəsis
Qarpaqonla səsləşir.
Molyerin ölümündən sonra onun əsərləri dünya teatr-
larının səhnələrinə yol tapmış, Avropada realist komediya
teatrının yaranmasında mühüm rol oynamışdır. Maarifçilik
dövrünün teatr və dramaturgiyası Molyer ənənələrini daha
səmərəli mənimsəmişdir. Fransada Reynar, Lesaj, Bomarşe,
Volter, Fabr de Eqlandin, İngiltərədə Drayden, Uiçerli,
Fildinq, Qoldsmit, Şeridan və başqaları Molyer sənətindən
öyrənmişlər.
İlk Azərbaycan dramaturqu M.F.Axundov Tiflis
mühitində əsərləri ilə tanış olduğu əsas rus və dünya
klassikləri arasında Molyerin adını çəkir. N.Vəzirov "Ağa
XVII əsr Qərbi Avropa ədəbiyyatı
209
Kərim xan Ərdəbili" komediyasının süjetini Molyerin
"Xəsis"indən iqtibas etmişdir.
Afaq Yusifli İshaqlı
210
L A F O N T E N
/1621 - 1695/
Lafonten XVII əsr fransız ədəbiyyatının ən orijinal
nümayəndələrindəndir. Molyerlə birlikdə o da fransız
klassisizminin demokratik qoluna mənsub idi. Öz gücünü
bütün ədəbi janrlarda sınayan, faciələr, komediyalar, odalar,
romanlar, epiqramlar yaradan Lafonten öz istedadını daha
çox təmsil və qısa məzmunlu novella janrında göstərmişdir.
Onun təmsil formasında yazdığı hekayələr, yaxud mənzum
novellalar həmişə həyatsevərliyi, poetik dil və üslub
kamilliyi ilə seçilir.
Jan Lafonten 1621-ci ilin 8 iyulunda Şampan
əyalətində Şato Tyeri şəhərciyində məmur ailəsində anadan
olmuşdur. o, əvvəlcə kənd məktəbində, sonra Reyms
kollecində oxuyur. İrsi olaraq atasının vergiyığan vəzifəsini
alacağı üçün hüququ da öyrənir. Dostlarının məsləhəti ilə o,
antik müəllifləri oxuyur, fransız humanistlərindən Rable və
Maroya rəğbət bəsləyir. Lafontenin ilk qələm təcrübəsi olan
"Xacə" komediyası Terensinin eyniadlı əsərinin təsiri ilə
yazılmış, o qədər də müvəffəqiyyət qazanmamışdır. Bir
müddət nazir Fuke onu öz himayəsinə götürür, ona daimi
maaş təyin edir. Fukenin həbs edilməsi, Lafontenin XIV
Lüdoviki Fukeyə qarşı mərhəmətli olmağa çağıran şeirlər
yazması bir müddət onun vəziyyətini çətinləşdirir. Lafonten
Parisdə yaşadığı ilk çağlardan Bualo, Molyer və Rasinlə dost
olur. "Psixeyanın sevgi macəraları" romanında onları Arist
/Bualo/, Jelast /Molyer/ və Akant /Rasin/ adları ilə təqdim
edib aralarında gedən ədəbi söhbətlərdən danışır. 1665-ci
ildə Lafonten özünün "Mənzum nağıllar və hekayələr"ini,
1668-ci ildə isə "Seçilmiş mənzum təmsillər"ini çap etdirir.
Lafonten bir qədər sadəlövh, yaddaşsız bir adam olmuşdur.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
211
Öz şeirlərini krala təqdim etmək üçün görüş alan şair XIV
Lüdovikin qarşısında etiraf edir ki, şeirlər kitabı yadından
çıxıb evində qalmışdır. Onun mənzum nağılları kralın xoşuna
gəlməmişdir. Onun sərbəst, laübali bir həyat keçirməsi
haqqında müxtəlif rəvayətlər uydururdular.
Lafonten 1695-ci ilin 13 aprelində 74 yaşında Parisdə
vəfat etmişdir.
Lafontenin yaradıcılığında onun təmsilləri xüsusi yer
tutur. Bu təmsillərin ilk altı kitabı çap olunan kimi onlar uşaq
qiraəti üçün yazılmış əsərlər kimi qəbul edildi. Bu baxışın
kökündən yanlış olduğu artıq XVIII əsrdə J.J.Russo
tərəfindən qeyd edilmişdir. Lafonten, doğrudan da,
təmsillərini uşaqlar üçün yazmamışdı. Realist sənətkar kimi
o, həyatı müşahidə edib doğru əks etdirməyə çalışmış, əksər
halda əxlaqi, yaxud tənqidi nəticə çıxarmağı oxucunun
öhdəsinə buraxmışdır. Onun təsvir etdiyi gerçəklik əslində
xudbin
mənafelər kimi göstərilmişdir. Həyatın acı
həqiqətlərini olduğu kimi əks etdirmək Lafonten
təmsillərinin əsas qayəsidir. İncə, oynaq təhkiyə üsulu
yazıçının ifşaedici fikirlərini maskalayan əlverişli vasitəyə
çevrilir. Bu cəhətlər onun təmsillərinin uşaqlar üçün
yaramadığını təsdiq edir. Təmsillərini yazanda Lafonten özü
də uşaqlar haqqında düşünməmişdir. O, başqa əsərləri kimi
təmsillərini də əksər halda kübar salonlarını nəzərdə tutaraq
yaradırdı. Lakin bu cəhət ona zadəgan oxucularından fərqli
olaraq tamam başqa mövqedə durmağa mane olmurdu. Ədib
öz təmsillərində zadəgan dairələrində hökm sürən təkəbbürü,
qəddarlığı, həyasızlığı, tüfeyliliyi ifşa etməkdən çəkinmirdi.
Kübar ağaların axmaqlığını, kütlüyünü göstərməkdən xüsusi
zövq alırdı. Böyük təmsilçi burjua nümayəndələrinə də aman
vermirdi. Onların xırdaçılığını, qorxaqlığını, zadəgan
rütbələri arxasınca qaçmalarını müasiri və dostu Molyer kimi
qamçılamaqdan çəkinmirdi. Onun təmsillərində XVII əsr
Afaq Yusifli İshaqlı
212
fransız cəmiyyətinin bütün təbəqələrinin yadda qalan
surətləri yaradılmışdı. Şir görkəmində təsvir və təqdim
edilən kral özü də bu surətlər silsiləsində o qədər hörmətlə
göstərilməmişdir. Onu daşürəkli, məğrur, şöhrətpərəst, tiran,
yaltaqlıq sevən, özünəvurğun, təbəələrinə nifrətlə baxan bir
şəxs kimi təqdim etmişdir.
Ancaq əzilənləri və sadə adamları Lafonten məhəb-
bətlə təsvir edir. Əsl insani sifətləri, duyğuları o, xalq
içərisində tapır və göstərir. Onlardakı sədaqət, fədakarlıq,
təmənnasızlıq, həqiqi dostluq məhəbbətlə təsvir edilmişdir.
Lafontenin siyasi təmsilləri xüsusilə kəskin tənqidi məzmunu
ilə seçilir. "Vəhşilər taun zamanı" təmsili bu baxımdan
səciyyəvidir. Burada göstərir ki, taun vəhşiləri biçirmiş. Şir
məşvərət çağırıb deyir: "Dostlar, göylərin bizə qəzəbi
tutmuşdur. Günahımızı yumaq üçün qurban gözləyirlər.
Aramızda ən cinayətkarı tapıb onu edam edək, bəlkə, allahlar
mərhəmətə gəldilər." Sonra öz cinayətlərindən danışıb deyir:
"Mən az qoyun yeməmişəm, boynuma alıram ki, bəzən
çobanları da yeməli olmuşam." Tülkü o saat dillənib
söyləyir: "Hökmdar, siz özünüzə çox böhtan atırsınız.
Qoyunları yemək! Siz ki bununla onlara böyük şərəf
göstərmisiniz. Qaldı çobanlara, o da yerindədir, onlar bizim
canımıza necə qorxular salırlar!" tülkünün nitqi alqışlarla
qarşılanır.
Meşənin baş rütbəli nümayəndələrinə də bəraət
qazandırırlar. Nəhayət, uzunqulaq dillənir: "Mən çəmənlikdə
bir çəngə ot yedim, çəmənlik isə düzünü deyim mənim
deyildi. Ac idim, şeytan məni yoldan çıxartdı." Vəhşilər
Uzunqulağın bir çəngə ot yeməyini dəhşətli cinayət kimi
qiymətləndirib, "Edam! Edam!" deyə qışqırmağa başlayırlar.
Uzunqulaq edam olunur. Lafonten təmsildən belə nəticə
çıxarır ki, məhkəmə sənin güclü, yaxud zəif olduğuna əsasən
haqlı, yoxsa günahkar olmağın barədə qərar çıxarır.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
213
Bu təmsil Lafontenin başqa təmsillərində olduğu kimi
kəskin ifşaedici məzmunu ilə seçilir.
Lafonten təmsillərinin bir çoxu fəlsəfi məzmuna
malikdir. Onlardan birində dahi ilə kütlənin qarşılaşması
göstərilir. Epikuru onun vətənində dəli hesab edirdilər.
Həmvətənləri həkim Hippokrata müraciət edirlər ki, onu
dəlilikdən və filosof Demokritdən müalicə etsinlər. "O, dəli
olmuşdur, oxumaq onu məhv etmişdir... O, nə danışır? –
Dünya sonsuzdur. Ona bu da azdır. O, hələ nəsə atomlardan
danışır." Epikurun həmyerliləri dəhşətlə Hippokratdan imdad
istəyirlər.
Qocalmış şir haqqında bir təmsildə isə alçalmağın
dərəcəsindən söhbət gedir. Hər şeyin sərhədi var. Ən dəhşətli
təhqir olunma odur ki, nifrət etdiyin bir varlıq səni təhqir
etsin. Meşələri və çölləri qorxuya salan şir illərin ağırlığı
altında qocalır, kədərlənir, ötən qüdrətli çağlarını xatırlayıb
ağlayır, öz keçmiş təbəələri tərəfindən təqib edilir, "onun
gücdən düşməsilə güclənmiş" heyvanlar onu incidirlər,
döyürlər. At, canavar, öküz onu incitdikcə şir nərildəyə də
bilmir, səbirlə ölümünü gözləyir. Lakin uzunqulağın ona
tərəf gəldiyini görən şir bunu dözülməz bir dəhşət kimi
qarşılayır. "Mən ölməyə hazıram, lakin sənin təpiklərinə döz-
mək iki dəfə ölmək demək deyilmi?"
Bir başqa təmsildə göstərilir ki, Sevgi və Dəlilik bir
yerdə oynayırlarmış, mübahisə edib dalaşırlar. Dəlilik
Sevgini elə vurur ki, Sevgi görmək qabiliyyətini itirir.
Allahlar bir yerə yığışıb yaranmış vəziyyəti müzakirə edirlər.
Yupiter və Nemezida da onların arasındadır. Onlar belə
qərara gəlirlər ki, Dəlilik əbədi olaraq Sevginin yedəkçisi
olun.
A.S.Puşkin Lafontenin təmsillərindən danışarkən
yazırmış: "Əlbəttə, heç bir fransız heç kəsi Lafontendən
yüksəyə qoymağa cəsarət etməz, lakin biz, görürük ki,
Afaq Yusifli İshaqlı
214
Krılovu ondan üstün tuta bilərik. Onlar hər ikisi əbədi olaraq
öz həmyerlilərinin sevimlisi olaraq qalacaqlar."
Lafontenin nağıl və novellalarında da insan müna-
sibətlərinin şən həyatsevərliyi hakimdir. Ədibin qəhrəmanları
kədərə, bədbinliyə yaddır. Novellaların süjeti əksər halda
Navarralı Marqaritanın, Bokaççonun, Ariostonun və
başqalarının əsərlərindən götürülmüşdür. Lakin bu novellalar
XVII əsrin kübar salonları üçün nəzərdə tutulmuşdur.
Lafonten Bokaççonun novellalarını əxlaqi mülahizələrdən və
psixoloji müşahidələrdən azad edir. O, Renessans novellasını
lətifə ölçülərinə endirir, bir növ fransız fabliolarına yaxınlaş-
dırır. Oxucunu nəsihətlə yormağa Lafonten qətiyyən meyl
etmir. Onun novellalarında müəllifin şəxsiyyəti və mövqeyi
çətin seçilir.
Lafonten öz nağıl və novellaları üçün orijinal üslubu
birdən-birə tapmamışdır. İlk novellalarında o müxtəlif
üsullara əl atır. Tədricən öz nağıllarını sərbəst şeirlə yazan
ədib onların danışıq nitqinə yaxınlaşmasına nail olmuşdur.
Onu da qeyd edək ki, Lafonten müxtəlif mənbələrdən
götürdüyü süjetlərə sərbəst yanaşır, ixtisar aparır,
dəyişdirirdi. Bunun nəticəsində onun nağılları öz əslindən
tamamilə fərqlənirdi. Lafonten bunu özü də etiraf edir ki,
onun əsərlərindəki süjetləri ilk dəfə uyduran "öz novellasını
tanımaq üçün çox zəhmət çəkməli olardı."
Nağılın zəngin ənənələrini mənimsəyən, özünə
hopduran Lafonten nağılları bir çox Avropa ədəbiyyatları
üçün əsil süjet xəzinəsi olmuşdur. Onun təmsil və nağılları
dünyanın bir çox böyük sənətkarlarının diqqətini cəlb etmiş,
onlara ilham və qida vermişdir.
B U A L O
/1636 - 1711/
XVII əsr Qərbi Avropa ədəbiyyatı
215
Fransız klassisizminin Lafontendən sonra ikinci
böyük şairi Bualo olmuşdur. O da Lafonten kimi qeyri-
dramatik janrlarda yazdığı əsərlərlə məşhurlaşmışdır. Əgər
Lafonten təmsil və mənzum nağıl janrında məşhur-
laşmışdısa, Bualo müraciətləri və satiraları ilə tanınmışdır.
Onun şeirləri quruluğu, ayıqlığı və satirik təmayülü ilə
seçilir. Bualo dünya ədəbiyyatında daha çox fransız
klassisizminin
qanunvericisi,
tanınmış
rəhbəri
və
nəzəriyyəçisi kimi şöhrət qazanmışdır. Puşkin haqlı olaraq
onu "fransız şairlərinin sərt hakimi" adlandırmışdır.
Doğrudan da, Bualo Fransada ədəbiyyat tarixinin ən şanlı
dövrlərindən birində ədəbi fikrin rəhbəri olmuşdur.
Nikola Bualo-Depreo Parisdə burjua ailəsində
doğulmuşdur. Atası parlamentin böyük palatasında
qeydiyyatçı, bütün qohumları isə məhkəmə məmurları idilər.
Atası onu ruhani rütbəsinə hazırlayırdı. Ona görə də Bualo
kolleci qurtaran kimi ilahiyyatı öyrənməyə başlayır, lakin
xoşuna gəlmədiyi üçün hüquq fakültəsinə keçir, oranı
qurtardıqdan sonra vəkillər silkinə qəbul olunur, ancaq
Bualonu vəkillik sənəti cəlb etmir, şeirlər yazmağa girişir.
1657-ci ildə atası vəfat edəndə ona kiçik bir irs qalır.
Hesabcıl və qənaətcil bir adam olan Bualo bu irs hesabına
heç kəsdən asılı olmayan bir ömür sürür. Onun şeir
yaradıcılığı madam Rambulyenin salonunda rövnəq tapan
ədalı, təmtəraqlı ədəbiyyata qarşı yazılmış satiralarla
başlayır. Bualonun 1660-1667-ci illərdə yazdığı satiralar
sərbəst və cəsarətli fikirləri ilə diqqəti cəlb edir. Kral XIV
Lüdovikə həsr etdiyi şeirində isə Bualo başqa şairlərdən
fərqli olaraq yaltaqlanmır, yaltaqlığı, cırtdanları Atlant,
qorxaqları Qerkules kimi göstərməyi bacarmadığını söyləyib
öz şəxsi ləyaqətini alçaltmır. 1666-cı ildə Bualo ilk dəfə öz
satiralarını nəşr etdirir və hay-küylü bir müvəffəqiyyət
Afaq Yusifli İshaqlı
216
qazanır. Bu hay-küy daha çox Bualonun satiralarındakı
cəsarətli tənqidlərlə bağlı idi. Ədibin tənqidləri vaxtı keçmiş,
həyatdan uzaq düşmüş cərəyanlara qarşı yönəlmişdi. Bualo
fransız ədəbiyyatında ilk dəfə satiranı ədəbi tənqid silahına
çevirmişdi. O, nəinki təkcə Fransada, bəlkə bütün Avropada
ilk əsl ədəbi tənqidçi idi. Bualo əsərləri şəxsi zövqünə görə
yox, ümumi estetik tələblərə görə qiymətləndirirdi, ən çox
presiyoz /ədalı/ ədəbiyyatın nümayəndələrini tənqid edirdi.
1669-1677-ci illər arasında Bualo "Müraciət" janrına
keçir və bu müddətdə bu janrda 9 əsər yazır. Bu janrda
Horatsini örnək götürən şair formanın imkanlarından istifadə
edərək incə şəkildə müxtəlif mövzularda oxucu ilə söhbət
edir. Bir növ, forma etibarilə Nizaminin məqalətlərini
xatırladan bu müraciətlərdə şair öz əxlaqi düşüncələrini
qələmə alır. "Poeziya sənəti" /1674/ kitabının meydana
çıxmasından sonra Bualo rəsmi olaraq XVII əsr Fransasının
ədəbi ideoloqu kimi tanınmışdır. 1677-ci ildən saray tarixçisi
təyin edilən şair Rasinlə birlikdə XIV Lüdovik dövrünün
tarixini yazmaqla məşğul olur. Yarımçıq qalmış bu əsər
1726-ci ildə yanğından məhv olur.
Bualo az qala XIV Lüdovikin hakimiyyətinin sonuna
qədər yaşayır. 1709-cu ildən hərəkət etmək qabiliyyətini
itirən ədib 1711-ci ildə Parisdə vəfat edir.
Bualonun ədəbi irsi satiralardan, müraciətlərdən,
"Rəhil" komik qəhrəmanlıq poemasından, "Poeziya sənəti"
kitabı başda olmaqla bir sıra ədəbi nəzəri əsərlərdən
ibarətdir.
Müraciətlərində Bualo Horatsinin oynaq üslubuna
yiyələnə bilməmişdir. Şair onlarda dünyanın nemətləri və
insanların işğalçılıq ehtiraslarının ağla zidd olduğu haqqında
/I müraciət/ danışır, məhkəmə çəkişmələrini çoxaldan
ərizəbazların axmaqlığından /II müraciət/, insanlara zülm
edən və onları həqiqət yolundan çəkindirən saxta ismətdən
XVII əsr Qərbi Avropa ədəbiyyatı
217
/III müraciət/, həqiqi səadətin özülü olan mənəvi təmkin və
mülayimlikdən /V müraciət/, şəhər hay-küyündən uzaq kənd
həyatının gözəlliklərindən /VI müraciət/, istedadlı şairə öz
sənətini daha da inkişaf etdirməyə səbəb olan düşmənlərin
olmasının əhəmiyyətindən /VII müraciət/, ancaq doğru
olanın gözəl olması və səmimiliyin şair üçün ən yaxşı sifət
olmasından /IX müraciət/ və s. söhbət açır. Bütün bu əxlaqi
düşüncələr arasında şair dövrünün eybəcərliklərinə hücum
edir, hərbçiləri, məhkəmə məmurlarını, pulun hakimiyyətini,
yaltaqları, istedadsız şairləri qamçılayır.
Satiralarında Bualo daha kəskindir. Artıq birinci
satirasında o, varlı mesenatlara xidmət etmək istəməyən və
sələmçilərin əlindən Parisdən baş götürüb qaçan gənc şairin
başına gələn müsibətlərdən danışır. Şairin fikrincə, Parisdə
ləyaqət və ağıl artıq dəbdə deyildir, qanun keşikçiləri ağı
qara göstərirlər, təkəbbürlü eybəcərlik isə keşiş əsası ilə var-
gəl edir, elm hər yerdən qovulur, yeganə dəbdə olan sənət isə
məharətlə oğurlamaqdır. Bualonun uğursuz şair qəhrəmanı
deyir: "Mən nə aldatmağı, nə ikiüzlülük etməyi, nə də yalan
danışmağı bacarıram. Yonulmamış və məğrur bir adamam,
qəlbim kobuddur, mən hər şeyi ancaq onun öz xüsusi adı ilə
çağıra bilirəm. Pişiyə pişik deyirəm, prokuror Roleyə isə
dələduz." Bu vaxt ancaq Molyer belə bir dillə danışmağa
cəsarət edirdi. Məhz bu satirada Bualo Molyeri "nadir və
şərəfli ağıl sahibi" adlandırmışdır.
Sonrakı satiralarında da Bualo mövcud cəmiyyətin
eybəcərliklərinə qarşı cəsarətlə çıxış edir, o cümlədən, 1664-
cü ildə yazılmış dördüncü satirada axmaqlar silsiləsini
nəzərdən keçirir. Burada Ərəstu fəlsəfəsi ilə ucdan-qulaqdan
tanış olan pedant da, elmi məzəmmət edib öz nadanlığı ilə
lovğalanan kübar cəmiyyətinin üzvü də, riyakar mömin də,
pozğun qadın düşkünü də, acgöz xəsis də, yüngül xasiyyətli
israfçı da satiraya hədəf edilir. Beşinci satirada isə zadəgan
Afaq Yusifli İshaqlı
218
mənşəyi ilə öyünən yoxsullaşmış kübarlar ifşa olunur. Bualo
onların qeyri-zadəgan varlılarla qohum olmaqla öz rövnəqini
itirmiş rütbələrini qızılla təzələmək təşəbbüslərinə gülür.
Molyer kimi o da acı bir sarkazmla etiraf edir ki, "mövcud
cəmiyyətdə qızıl eybəcərliyə gözəllik görkəmi verir".
Bualonun bədii irsində "Rəhil" poeması xüsusilə
əhəmiyyətli yer tutur. Bu əsər fransız ədəbiyyatında komik
qəhrəmanlıq janrının ən görkəmli nümunəsidir. Bu janr öz
kökləri etibarilə antik ədəbiyyata gedib çıxır. Öz poemasında
adi həyatdan götürülmüş "alçaq" mövzuda zarafatyana əsər
yaradan Bualo təcrübədə sübut etməyə çalışırdı ki, "əsl
qəhrəmanlıq poeması hadisələrlə yüklənməməlidir". Bualo
burada burlesk poeziyasındakı yüksək süjetin "alçaq" şərhinə
qarşı "alçaq" süjetin yüksək təcəssümünü qoymuşdur.
Poemada iki kilsə xadimi arasında gedən toqquşma təsvir
edilir. Onlardan biri kilsədə oxuyanlar üçün ayrılmış hündür
yerdə bir rəhil qoyur. Bunun üstündə ruhanilər iki dəstəyə
bölünüb vuruşurlar. Burada top mərmilərini qonşuluqda
yerləşən kitabxanadan götürülmüş kitablar əvəz edir.
Poemanın qəhrəmanlıq poemalarına məxsus təm-
təraqlı bir ölçü ilə yazılması, Nifaq, Şayiə kimi alleqorik
obrazların istifadə edilməsi onun komizmini daha da artırır.
Poema XVII əsr ədəbiyyatında kilsə xadimlərini, onların
məişət və əxlaqını açıq hörmətsizlik və ifşaçılıqla əks etdirən
poetik əsərdir.
Bualo öz dövründən başlayaraq daha çox poeziya
tənqidçisi və nəzəriyyəçisi kimi tanınmışdır. Onun "Poeziya
sənəti" kitabı meydana çıxan kimi klassisizmin əsl poetik
kodeksi kimi qarşılandı. Horatsinin "Pizonlara məktub"
əsərindən təsirlənən ədib fransız klassisizminin özünə
qədərki nəzəriyyəçiləri tərəfindən irəli sürülən estetik
fikirləri sistemləşdirmiş, orijinallığa meyl etmədən
klassisistlər arasında formalaşan baxışla canlı və parlaq bir
XVII əsr Qərbi Avropa ədəbiyyatı
219
formada qələmə almışdır. Bualo bu işi o qədər məharətlə
yerinə yetirmişdir ki, sonrakı nəsillər onları Bualonun hesab
etmişlər. Kitabın bir çox misraları aforizm kimi dillər əzbəri
olmuş, müəllifinə Fransanın xaricində də geniş şöhrət
qazandırmışdır.
Əsər dörd nəğməyə bölünür. Birinci nəğmədə poetik
yaradıcılığın əsas prinsipləri şərh olunur, şeir yaradıcılığının,
üslub
və
kompozisiyanın
ümumi
qanunları
müəyyənləşdirilir. Ara-sıra fransız şeirinin tarixindən danışan
Bualo erkən orta əsrlər və İntibah ədəbiyyatını yaxşı
bilmədiyini nümayiş etdirir. Görünür ki, daha çox
klassisizmin estetik prinsiplərinə uyaraq Malerbi Ronsardan
daha üstün tutur. İkinci nəğmədə ayrı-ayrı poetik janrlar
təhlil olunur. Lirik janrlardan idilliya, elegiya, oda, sonet,
epiqram, satira, vodevil və nisbətən ötəri şəkildə rondo,
ballada,
madriqal
səciyyələndirilir. Bütün janrların
qanunlarını Bualo onların özlərindən çıxarır, formal
cəhətlərə və əlamətlərə deyil, məzmunun spesifik
xüsusiyyətlərinə əsaslanır.
Üçüncü nəğmə faciə, komediya və epopeya janrına
həsr olunmuşdur. Epopeya janrına fransız ədəbiyyatında
layiqli nümunə tapa bilməyən Bualo daha çox Homer və
Vergiliyə ehtiram əlaməti olaraq bu janrdan söhbət açır.
Faciədən danışarkən Rasinin yaradıcılığını əsas nümunə
götürür, komediyaya isə dostu Molyerdən çox Terensiyə
istinad edir. Bualo Molyeri həddindən çox xəlqi yazıçı kimi
həzm edə bilmir. Dördüncü nəğmədə Bualo şairlərə bir sıra
əxlaqi öyüdlər verib onları var-dövlət arxasınca qaçmaq
ehtirasından uzaq olmağa çağırır.
Bualo "Poeziya sənəti"ndə Dekartın fəlsəfi metodunu
ədəbiyyata tətbiq edir. Universal ağıl qarşısında səcdə edən
Bualo şairləri ağlı sevməyə, ondan qüvvət almağa çağırırdı.
Ağıl anlayışı altında Bualo mütləq, universal, hələ antik
Afaq Yusifli İshaqlı
220
dövrdə yaranan, lakin orta əsrlərdə itirilən yüksək bədii
zövqü nəzərdə tuturdu. Bualoya görə, onun dövründə həmin
yüksək bədii zövq formasında başa düşülən universal ağıl
yenidən cəmiyyətin yüksək dairələrinin başqa sözlə, saray və
şəhərin nəsibi olmuşdur. Odur ki, Bualo şəhəri müşahidə et-
məyi, sarayı öyrənməyi məsləhət görürdü. Başqa sözlə,
Bualo sarayın zövqünə, baxışlarına, anlayışlarına, estetik
qiymətlərinə uyğunlaşmaq və buna uyğun olaraq yazmağı
tələb edirdi. Lafonten sarayın zövqünə xoş gəlməyən sərbəst
aşiqanə novellalar yazdığı üçün kralın xoşuna gəlmədi.
Bualo isə ustalıqla hərəkət edərək onun əleyhinə açıq çıxış
etmədi. "Skapenin kələkləri" kimi kobud xalq şəbihi yaradan
Molyeri Bualo öz istedadını alçaldan bir yazıçı kimi
qiymətləndirdi. Belə çıxırdı ki, Bualo üçün ən yüksək sənət
əsəri sarayın zövqünə uyğun, saray üçün yazılan əsərlərdir.
Bualonun estetikasının məhdud cəhətlərindən biri bu idi.
Digər tərəfdən ağlı sevməyə çağıran Bualo fikrin hiss
və xəyal üzərində üstünlüyünü təsdiq edirdi. Lakin ağıl
tərəfindən müəyyənləşdirilən həqiqəti gözəlliklə eyniləşdirir
və onların hər ikisini təbiətdə, obyektiv gerçəklikdə axtarır.
Bualo belə hesab edirdi ki, poeziya təbiəti əks etdirməklə,
onu təqlid etməklə bütün insanlara eyni dərəcədə zövq verir
və onun ədəbi qiyməti də özünü əsasən bunda təzahür edirdi.
Lakin təbiəti təqlid etməyi sənətin əsas prinsiplərindən biri
sayan Bualo özünün bu realist prinsipinə bəzi məhdudluqlar
artırır. Şairləri "alçaq" təbiətə təqlid etməkdən çəkindirməyə
çalışır. Halbuki özünün komik qəhrəmanlıq poemasında və
bir sıra satiralarında işlək kobud predmetlərin təsvirindən
çəkinmir. Burada onun nəzəriyyəsi ilə yaradıcılıq təcrübəsi
bir-birini rədd edir. Təbiəti təqlidlə yanaşı Bualo poeziyanın
"xoşa gəlmək" və "əyləndirmək" prinsiplərini də xüsusi qeyd
edir.
Poeziyanı təsadüflər, müstəsnalıqlar, eybəcər qəri-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
221
bəliklər deyil, ümumi hadisələr cəlb etməlidir. Bualoya görə,
şair xüsusi və fərdi hadisələr arxasında ümumi, tipik
xüsusiyyətləri görməli və əks etdirməlidir. Burada da
mücərrəd və rasionalist tipikləşdirmə tələbi Bualonun təbiətə
təqlid prinsipini xeyli dərəcədə məhdudlaşdırır.
Antik yazıçılardan təbiətə təqlid etməyi öyrənməyə
çağıran Bualo burada da məhdudluğa yol verir, antik
müəlliflərdən ancaq XVII əsr Fransa həyatına uyğun gələn
cəhətləri götürürdü. Bununla yanaşı Bualo antik poeziyasının
sadəliyini, doğruluğunu, realizmini onun əsas gözəlliyi kimi
düzgün hiss edirdi.
Bualonun estetik görüşləri aristokratik səciyyə daşı-
yır. O, aşağı təbəqələri, xalq nümayəndələri içərisindən çıxan
oxucuları
nəzərə
almır,
şairləri
onların
zövqünə
uyğunlaşmaqdan çəkindirməyə çalışır. Xalq sənətini başa
düşməyən Bualo bu sənəti vulqar, bazar, küçə sənəti kimi
qiymətləndirirdi.
Aristokratizmindən
irəli
gələn
məhdudluqlarına baxmayaraq Bualonun əsəri mütərəqqi
estetik fikrin formalaşması tarixində mühüm rol oynamışdır.
Onun bədii doğruluq, aydınlıq, sadəlik, dil təmizliyi və s.
haqqındakı nəzəri fikirləri indi də öz əhəmiyyətini
itirməmişdir. Fransada, Almaniyada, Rusiyada "Poeziya
sənəti" güclü təsirə malik olmuş, klassisizmin davam etdiyi
dövrlərdə onun əsas qanunlar kodeksi kimi qarşılanmışdır.
Bualoya həmişə yüksək qiymət verən Puşkin onun haqqında
yazmışdır: "Fransızlarda XVII əsrin yüksək ağıl sahibləri
xalq poeziyasını bələkdə gördülər və ona nifrət etdilər, ona
görə də klassik antik dövrün nümayəndələrinə üz tutdular.
Güclü istedada və kəskin ağla malik şair Bualo öz
qanunnaməsini yazdı və söz sənəti ona təslim oldu."
Bualonun "Poeziya sənəti" kitabı Azərbaycan dilinə
tərcümə edilmiş və 1969-cu ildə çap olunmuşdur. Həmin
nəşrə yazdığı müqəddimədə Ə.Ağayev müasir baxımdan
Afaq Yusifli İshaqlı
222
Bualonun fikirlərini qiymətləndirərək yazır: "Ümumi
dünyagörüşündəki və nəzəriyyəsindəki bir sıra ziddiyyətlərə,
bədii ədəbiyyatın təcrübəsində və nəzəriyyəsində çoxdan
aradan çıxmış və köhnəlmiş fikirlərinə baxmayaraq,
Bualonun bütünlükdə bədii yaradıcılıq, istedad, yaradıcılıq
zəhməti, bədii dil və sairə haqqında bir çox mülahizələri hələ
də öz əhəmiyyətini itirməmişdir. Bu mülahizələrin xeylisi
müasir nöqteyi-nəzərdən də maraqlıdır." Buraya ancaq onu
əlavə edək ki, Bualonun ədəbiyyat tarixində xidməti təkcə
onun bu gün üçün də maraqlı olan fikirləri ilə deyil, bütöv-
lükdə öz dövrü üçün yenilik olan nəzəri müddəaları ilə
müəyyənləşir, onlardakı mütərəqqi və məhdud cəhətlərin
vəhdəti, tənasübü ilə ölçülür.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
223
Dostları ilə paylaş: |