"Ölümdən sonra sevgi" /1651/. Kalderonun ədəbi
irsi əlvan və rəngarəngdir. Onun bir sıra əsərlərində dini
fanatizm təsdiq edilirsə, bəzi əsərlərində insana, onun
hislərinə və əməllərinə bəraət qazandırılır, həyat eşqi, sevgi
duyğuları tərənnüm olunur, başqa xalqlara məhəbbət, rəğbət
bildirilir. "Gözəgörünməz qadın" komediyasında şən, oynaq,
nikbin, hər cür dini məhdudluqdan uzaq bir əhval-ruhiyyə
hökm sürürsə, insanlıq, sevgi qələbə çalırsa, "Ölümdən sonra
sevgi" əsərində başqa xalqlara dərin rəğbət ifadə olunur.
Adama elə gəlir ki, bu əsərləri Kalderon yox, başqa bir
dramaturq yaratmışdır.
"Ölümdən sonra sevgi" dramının mövzusu real həyat
hadisələrindən
götürülmüşdür.
1560-1570-ci
illərdə
Əndəlisdə morisklərin üsyanı baş verir. Morisklər rekonkista
hərəkatından sonra İspaniyada qalmış ərəblərin bir hissəsi
idi. Onlar İspaniyanın azlıqda qalan, daim təqib və zülmə
məruz qalan sakinləri sayılırdılar. XVI əsrdə moriskləri zorla
xristianlaşdırırdılar. Lakin xristianlığın qəbul edilməsi də
onları təqiblərdən qurtarmır. Xristian kilsəsi onlara qarşı
qarətlər, qırğınlar, zülmlər törətməkdən əl çəkmir. Səbr
kasası daşan, zülm və haqsızlıq əlindən təngə gələn
morisklər üsyan qaldırırlar, lakin onların üsyanı qəddarcasına
XVII əsr Qərbi Avropa ədəbiyyatı
389
yatırılır, özlərini isə kütləvi şəkildə qırırlar. XVII əsrdə
onların qalanları yüz minlərlə Afrikaya qovulurdu.
Kalderonun əsərinin əhəmiyyəti ondadır ki, o, burada
moriskləri qəhrəmanlar kimi təqdim edir, onların həyat,
sevgi, səadət, insan ləyaqəti hüquqlarını müdafiəsinə qalxır.
Don Alvaro ilə Donya Klaranın nişanlanma mərasimi
keçirildiyi bir vaxtda təbil səsləri eşidilir, ispan ordusunun
hücuma keçdiyi məlum olur. Gənclər xoşbəxt olduğu, göydə
günəşin onların sevincinə, şadlığına tamaşa etdiyi bir vaxtda
ispan silahının sədaları altında bu səadətin işığı söndürülür.
Morisklər cəsarətlə, şücaətlə döyüşlərdə özlərini müdafiə
etsələr də, məğlub olurlar. Şəhər alınır, yandırılır, əhali
qılıncdan keçirilir. Dramaturq bu qırğın səhnəsini əlvan bo-
yalarla əks etdirir, "alov dağları" , "qan dənizləri" bənzət-
mələri ilə bu dəhşətli, qeyri-insani, vəhşi qırğının dəhşətli
mənzərəsini yaradır.
Donya Klara öldürülür, gənclərin arzuları gözündə
qalır, "sevərək izdivac yatağı arzulayan bir adam tabuta tuş
gəldi". "onun allahı olan sevimli bir surət önündə bir ölü
kimi göründü". Bu bənzətmələr barokko ədəbi üslubunda
söylənilsə də, bədbin, mücərrəd fəlsəfəçilikdən uzaqdır, real
gerçəkliyin
ifadəsidir.
Kalderon
"kafir"
moriskləri
günahlandırmaq üçün heç bir söz, ifadə işlətmir.
Məcburiyyət üzündən xristianlığı qəbul edən, lakin yenə də
öz müsəlman şəriəti əsasında yaşayan məhkum morisklərə
bu katolik və zadəgan şair böyük rəğbətlə yanaşır, onları
gözəl, nəcib, şücaətli, hünərli, igid adamlar kimi göstərir. Bir
çox əsərlərində xristian tərki-dünyalığın təbliğ edən
Kalderon burada morisklərin simasında sevginin gözəlliyi,
qadının gözəlliyi, dünyanın gözəlliyi haqqında nəğmələr
oxuyur. Heyrətamiz bir şeiriyyətlə qadın gözəlliyinə himn
yaradır.
Burada, bu yaşıl, bu göy yamacda,
Afaq Yusifli İshaqlı
390
Hər yan al-əlvandır, zərifdir necə!
Bayrama çağırıb gülləri sanki,
Aydın yaz səhəri bu gün böyləcə.
İstəyir bu əlvan məclis içində
Hüsnün ən sehirkar gülünə güllər –
Güllərin şahına, tər qızılgülə
İtaət göstərib, beyət etsinlər
Ey mənim gözəlim, həyat yoldaşım!
Bu ilhamlı, humanist misralar qəti şəkildə təsdiq edir
ki, Kalderonun bütün əsərlərinə eyni şəkildə yanaşmaq
çətindir. Onun irsi ziddiyyətlidir. Onun müxtəlif əsərlərində
qoyulan fikirlər bir çox hallarda bir-birinin əksidir. Burada
olduğu kimi bir sıra əsərlərində həyat, insan, sevgi, qadın
nəğməkarı olan Kalderon bir çox əsərlərində dövrünün,
mühitinin
oğlu
olaraq
din
təbliğatçısına
çevrilir.
Dramaturqun yaşadığı tutqun, fanatik və qəddar gerçəklik
onun irsi, dünyagörüşü üzərində öz möhürünü vurmuşdur.
"Valtasarın məclisi". Autos sakramentale adı ilə
məşhur olan dini dram janrı ispan ədəbiyyatında ən geniş
yayılmış ədəbi formalardan biridir. İspan dramaturqları bu
janra tez-tez müraciət etmişlər. Onların yazılmasını şəhər
hakimləri sifariş edir və onlara görə yaxşı əlmuzdu verirdilər.
Bu dramlar xristian dini bayramlarında şəhər meydanlarında
böyük təntənə ilə oynanır, çoxlu adam ona tamaşa edirdi.
Kalderon yaradıcılıq xüsusiyyətlərinə görə dini dram
janrının ən mahir yaradıcılarından idi. "Valtasarın məclisi"
əsəri onun səciyyəvi dramlarından biridir. Dramın mövzusu
bibliya əfsanələrindən götürülmüşdür. Lakin burada Fanilik,
Bütpərəstlik, Fikir, Ölüm kimi alleqorik surətlər də iştirak
edir.
Səhnədə peyğəmbər Daniillə təlxək Fikir görünürlər.
Fikir xəbər verir ki, Valtasar şərq çariçası Bütpərəstliklə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
391
evlənməlidir. Daniil Babilistan əsirliyindən gileylənir. Elə bu
vaxt öz dəbdəbəli məiyyəti ilə Valtasar gəlib çıxır. Valtasar
arvadı Faniliklə birlikdə özünün ikinci arvadı olacaq
Bütpərəstliyi qarşılayır. Fanilik və Bütpərəstlik Valtasara
sadiq olacaqlarına and içirlər. Onlar xəbər verirlər ki,
Valtasar bütün yer üzünün hakimi olacaqdır. Tezliklə Babil
qülləsinin tikilib başa çatacağından söhbət edirlər. Valtasar
şənlik edir, əylənir, təkəbbürlə özünü dünyanın ağası zənn
edir və söylənir: "Kim mənə qarşı durmağa cəsarət edər?" bu
vaxta qədər səhnədə susan peyğəmbər Daniil bildirir ki, sənə
yaradan özü cəza verəcəkdir. Qəzəblənmiş hökmdar bu
diliuzun adamı kötəkləməyi əmr edir, lakin heç kəs göylərin
elçisinə yaxınlaşa bilmir. Bu vəziyyəti görüb pərt olan
hökmdar çıxıb gedir. Daniil üzünü allaha tutub günahkar
Valtasarı cəzalandırmaq üçün yalvarır. Ölüm adlı cəngavər
yer altından çıxaraq Fikirlə birlikdə bağa gedir.
Valtasar əylənməkdə, yeyib-içməkdə davam edir.
Arvadları onu əyləndirirlər. Təlxək Fikir şahı güldürür,
əyləndirir, vicdan əzabı çəkmədən uzaqlaşdırmağa çalışır,
Ölüm isə onun qulağına qorxulu sözlər pıçıldayır: sən
torpaqdansan, torpaq olacaqsan, həyatda hər şey fanidir,
sənin böyüklüyün əzəmətin də fanidir və keçicidir. Bu
sözlərdən bərk qorxuya və həyəcana düşən Valtasar köşkə
qaçır. Burada Bütpərəstlik və Fanilik ona layla çalıb
yatırırlar. Dramaturq bununla demək istəyir ki, fikir, həzz və
ləzzət,
təbiətin
gözəllikləri
insanı
allaha
itaətdən,
peşmançılıq
duyğularından,
dindar
əhval-ruhiyyədən
uzaqlaşdırır. Həqiqi insani vəzifəsini yerinə yetirməyə
qoymur. Kalderonun təqdimində allah özü də qüdrətli olduğu
qədər də kinli, intiqam hissi ilə yaşayan bir varlıqdır, özünə
qarşı laqeyd münasibətə dözən deyildir.
Köşkdə şirin yuxuda olan Valtasar qəribə yuxular
görür. Onun qarşısında hərəkət edən kölgələr insanın həyati,
Afaq Yusifli İshaqlı
392
dünyəvi arzularının puçluğunu, faniliyini, ilğıma bənzədiyini
nəzərə çatdırırlar. Sonra Valtasar özünün tunc heykəlini görür.
Görür ki, insanlar allahın qarşısında baş əydikləri kimi onun
qarşısında baş əyir, ona səcdə edirlər. İnsan əlilə yaradılmış bu
bütlərə isə allah nifrət edir, hər tərəfdən "İtaətə gəl, tövbə et!"
deyən səslər eşidilir. Valtasar qorxu və dəhşət içərisində
hövlnak yuxudan oyanır. O, tövbə etmək istəyir, lakin ehtiras
və ləzzətin çağırışı qarşısında duruş gətirə bilmir, yenidən eyş-
işrətlə məşğul olur. Şərab içir, deyib-gülürlər. Bütpərəstliklə
Fanilik allaha istehza edirlərmiş kimi müqəddəs qabları
məclisə gətirir, toxunmaqla onları murdarlayırlar. Bu əlvan
məclis içərisində Ölüm gah orada, gah burada görünür, xəbər-
darlıq edir.
Allahın səbir kasası daşır, o, yeri zülmətə qərq edir.
Şimşək çaxır, göy guruldayır. Nəhəng bir əl odlu hərflərlə
Səmaya şahın ölümünü xəbər verən sözlər yazır. Ölüm
Valtasarın canını alır. Peyğəmbər Daniil isə onun eyş-işrət
stolunun üstündə ancaq şərab və çörək olan müqəddəs bir
səcdəgaha çevrilir. Bütpərəstlik bütün bunları görüb qorxur,
bir allahın qüdrəti qarşısında baş əyir.
Bir barokko şairi Kalderon dünyəvi gözəlliyin, həyati
səadətinin puçluğundan danışır, tərki-dünyalığa, asketizmə
himn oxuyur. Valtasarın simasında dünya ləzzətlərindən əl
çəkə bilməyən, eyş-işrətlə ömür sürən bir adamın dəhşətli
aqibətini xatırladır, bununla müasirlərinə təsir etməyə çalışır.
Bütpərəstliyi və Faniliyi onun arvadları kimi göstərəndə də
Kalderon rəmzi məna ifadə edir, dünya nemətlərinə aludə
olan insanların fani, boş, mənasız arzu və istəklərlə yaşa-
dıqlarını pisləyir. Fikir əsərdə təlxək kimi göstərilir. Məsələ
burasındadır ki, katolik dini baxışlarına görə fikir, düşüncə
günahdır, fikir şübhə oyadır, inamı sarsıdır. Dindardan ancaq
kor bir inam tələb olunur. Ona görə də əsərdə Fikir təlxək
kimi göstərilir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
393
Kalderon ümidsizlik, bədbinlik, barışmaz ziddiyyətlər
şairidir. Onun əsərlərinin böyük əksəriyyətində dini
fanatizm, inkvizisiya tonqalları, xaçlar, mərasimlər əks
olunur. Dramaturq təlxək surətindən sıx-sıx istifadə edir.
Onun yaratdığı təlxək surətləri şən, zarafatcıl adamlardır.
"Gözəgörünməz qadın"da, Kosme, "Həyat bir yuxudur"da
Klarin belə surətlərdəndir. Kalderon güclü, cəsarətli
bənzətmələri, mübaliğə təsvirləri çox sevir, bir-birini rədd
edən anlayışları qarşılaşdırır: "Mən qorxudan od və suyam",
"Mən intriqalar intriqanıyam", "yadlar içində doğmayam",
"Mən ölürəm ki, görüm, ancaq qoy səni görərək ölüm".
Bir barokko şairi kimi Kalderon Qonqoranın
həmkarıdır, onun əsərlərində də qonqorizmin güclü təsiri
vardır. "Həyat bir yuxudur" əsərində təlxək Klarin uzaqda
qaçan atın bədənini torpağa, nəfəsini havaya, ağzının
köpüklərini dəniz dalğalarına bənzədir. At da torpaq kimi
özünün bütün rəngarəngliyi ilə hərcmərcliyə oxşayır. At od,
torpaq, dənizlər və küləklərdən ibarət bir əjdahadır. Katolik
irticası və inkvizisiya tonqallarının təsiri onun obrazlar
sistemində də əks olunmuşdur. Bu baxımdan aşağıdakı
misralar Kalderonun dili, obrazlar sistemi üçün çox
səciyyəvidir:
Təzəcə qalanmış tonqallar kimi,
Onun küçələri alovlanırdı,
Uzaq ulduzları hədələyərək.
Kalderonun gərgin ehtirasla, güclü bir dillə yazılmış
dramaturgiyası İspaniya tarixinin ən faciəli və tutqun
dövrlərindən birinin ziddiyyətli, bir çox hallarda məhdud,
lakin
orijinal
və
parlaq
bir
əks-sədasıdır. Onun
"Gözəgörünməz qadın", "Salameya alkaldı" kimi dramları
dünya
teatrlarının
səhnələrində
indi
də
uğurla
göstərilməkdədir.
Afaq Yusifli İshaqlı
394
* * *
XVII əsr Qərbi Avropa ədəbiyyatı
395
MÜNDƏRİCAT
Giriş .................................................................................. 3
XVII yüzilliyin Qərbi Avropa ölkələri ədəbiyyatı ........... 3
İtalyan ədəbiyyatı ............................................................. 25
Marino ....................................................................... 29
Alman ədəbiyyatı ............................................................. 56
Qrimmelshauzen ....................................................... 80
İngilis ədəbiyyatı .............................................................. 104
1648-ci il ingilis burjua inqilabı və ədəbiyyat ........... 115
Bərpa illərində /1660-1688/ ingilis ədəbiyyatı .......... 122
Con Milton ................................................................. 132
Fransız ədəbiyyati ............................................................ 156
Renessans realizmi .................................................... 198
Molyer ........................................................................ 219
Lafonten ..................................................................... 258
Bualo .......................................................................... 264
Kornel ........................................................................ 274
Rasin .......................................................................... 321
Klassisizmin süqutunun başlanması
və maarifçiliyin hazırlanması ..................................... 362
İspan ədəbiyyatı ............................................................... 371
Lope de Veqa .............................................................. 415
Kalderon .................................................................... 359
Dostları ilə paylaş: |