Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

"İfigeniya  Avliddə".  Aqamemnonun  qızı  İfige-
niyanın  Avlid  adasında  qurban  verilməsi  antik  dövrün  ən 
böyük  əsatiri  hekayələrindən  biridir.  Antik  dövrdə  bu 
mövzuda  Evripid,  Seneka  və  başqaları  parlaq  sənət  əsərləri 
yaratmışdılar.  Süjetdə  Evripid  və  Senekadan  məharətlə 
istifadə  edən  Rasin  yeni  dövrün  mənəvi  tələblərinə  cavab 
verə bilən parlaq bir faciə yaratmışdır. Fransız dramaturqunu 
daha çox psixoloji problemlər, müəyyən fəci şəraitə düşmüş 
adamların  əxlaqi  davranışı  maraqlandırır.  Rasin  Evripiddən 
fərqli olaraq əsatirin finalını dəyişdirir, bu barədə onun başqa 
variantını  istifadə  edir.  Bu  əsatirə  görə  məbədin  qarşısında 

Afaq Yusifli İshaqlı 
 
 
288 
Aqamemnonun  qızı  İfigeniya  deyil,  Spartalı  Yelenanın 
Tezeylə  gizli  kəbinindən  olan,  lakin  öz  valideynlərini 
tanımayan, Erifila adı ilə Axillesin qulluqçusu olan İfigeniya 
qurban  verilir.  Rasin  bu  versiyanı  daha  çox  həqiqətə  uyar 
görürdü,  bu  versiya  fövqəltəbii  qüvvələrin  müdaxiləsindən 
uzaq olduğu üçün onu məqbul sayırdı. Digər tərəfdən Erifila 
surəti öz dramatizmi ilə ədibin diqqəti cəlb edirdi. 
Rasin  Erifilanı  Axillesin  əsiri,  öz  ağasını  dərindən 
sevən, onu İfigeniyaya qısqanan bir qadın kimi göstərmişdir. 
Rəqibini  məhv  etməyə  çalışan,  o,  qaçıb  xilas  olmaq 
istəyəndə  xəbər  verən  Erifila  öz  qazdığı  quyuya  düşür, 
İfigeniyanı yox, onu allahlara qurban verirlər. Hadisələrin bu 
cür  inkişafı  tamaşaçının  rəğbətinə  səbəb  olur.  Sanki  onun 
simasında eybəcərlik özü cəzalanır. İfigeniyanın öldürülməsi 
isə mənasız qəddarlıq kimi qarşılana bilərdi. 
Erifila ehtiraslı, qısqanc, intiqamçı təbiəti ilə itaətkar, 
müti İfigeniyadan seçilir. İfigeniya surətini yaradarkən Rasin 
Evripiddən  fərqli  yolla  getmişdir.  Evripiddə  İfigeniya  daha 
ehtiraslıdır,  həyatı  daha  güclü  sevir,  daha  az  itaətkardır. 
Rasinin  İfigeniyası  daha  çox  yaxşı  tərbiyə  görmüş  fransız 
qızını xatırladır. 
Fransız  aristokratiyasının  real  məişətindən  imtina 
edən  Rasin  İfigeniyanı  yüksək  əxlaqi  keyfiyyətlərlə  göstər-
mişdir. O, vətənin naminə özünün ölümünün lazım olduğunu 
eşidəndə  dinmədən  taleyinə  baş  əyir,  qəlbində  olan  təbii 
yaşamaq  arzularını  boğur,  ümumin  xeyrinə  öz  həyatını 
qurban  verməyi  özü  üçün  böyük  şərəf  sayır.  İfigeniya  əsl 
qəhrəman  kimi  xudbinliyə  yaddır,  ehtirasların  cinayətkar 
atəşini  rədd  edir  və  öz  şərəfini  həyatdan  üstün  tutur.  Onun 
fədakarlığı  və  təmənnasız  qəhrəmanlığı  dövrün  xudbin 
ehtiraslarla  idarə  olunan  siyasətinin  inkarıdır.  Bu  cəhətdən 
İfigeniya  atası  Aqamemnon  və  nişanlısı  Axillesdən  daha 
yüksəkdə dayanır. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
289 
 
"Fedra".  Evripid  faciələrinin  mövzusunda  yazdığı 
"Fedra"  əsərini  Rasin  öz  yaradıcılığının  ən  yaxşı  nümunəsi 
saymışdır.  Doğrudan  da,  Rasin  bu  faciəsində  şeir  sənəti 
baxımından ən yüksək zirvəyə qalxmış, Puşkinin qeyd etdiyi 
kimi  faciəni  başdan-başa  "büsbütün  məna,  dəqiqlik  və 
ahəngdarlıqla  dolu  şeirlər"lə  yazmışdır.  Bununla  bərabər 
burada o, özünün  yaratdığı aşiqanə-psixoloji faciə janrını ən 
yüksək  kamillik  dərəcəsinə  qaldırmışdır.  O,  insanı  heyran 
edəcək bir qüdrətlə qadının iradəsindən asılı olmayaraq onu 
bədnamlığa,  cinayətə,  ölümə  sürükləyən,  yandırıb  yaxan, 
kortəbii bir ehtirasın dağıdıcı gücünü təsvir etmişdir. Evripid 
kimi Rasin də bu mövzunu Fedranın öz oğulluğuna bəslədiyi 
günahkar  məhəbbət  formasında  qələmə  almışdır.  Analığının 
ehtirasını  rədd  edən  İppolit  onun  qəzəbinə  düçar  olur.  Eşqi 
rəd edilmiş Fedra ona böhtan atıb məhvinə səbəb olur. Lakin 
Rasin  bu  mövzunu  işləyərkən  onu  öz  dövrünün  baxışlarına 
və zövqünə uyğun olaraq dəyişdirir, çoxlu yeni əlavələr edir. 
Antik  müəlliflərdən  fərqli  olaraq  İppolitin  Fedraya 
qarşı soyuqluğunu başqa qadını sevməsi ilə əsaslandırmışdır. 
İppolit atasının qəddar düşməni olan Afina hökmdarının qızı 
Aritsiyanı sevir. 
Fedra  surətinin  yaradılmasında  Rasin  daha  çox  yeni-
liklərə  yol  vermişdir.  Antik  müəlliflərin  əsərlərində  Fedra 
Afroditanın əməllərinin passiv qurbanıdır, onun Artemida və 
onun pərəstişkarı İppolitlə haqq-hesab çəkməsi üçün istifadə 
olunan bir vasitədir. Antik Fedranın ehtirası ilahi bir bəladır, 
qarşı durmaq mümkün olmayan aşiqanə bir dəlilikdir. Buna 
görə  də  Fedra  rədd  edildikdə  Tezeyə  İppoliti  günahlandıran 
böhtançı  bir  məktub  qoyub  özünü  öldürür.  Rasin  isə  daha 
çox Senekaya  yaxınlaşaraq Fedranı İppolitin ölümünü görə-
rək  iztirab  çəkməyə,  cinayətini  Tezeyə  etiraf  edib  sonra 
özünü  öldürməyə  məcbur  edir.  Ancaq  Senekada  da  Fedra 

Afaq Yusifli İshaqlı 
 
 
290 
həddindən  çox  hislərinin  əsiri  olan,  abır-həya  bilməyən  bir 
qadındır.  Rasinin  əsərində  o  öz  günahkar  ehtirası  ilə 
mübarizə aparan, iztirab çəkən, səylərinə baxmayaraq özü ilə 
bacarmayan bir şəxsdir. 
Fedra  öz  eşqini  İppolitə  açmazdı.  Lakin  o,  Tezeyin 
yalan  ölüm  xəbərini  eşitdikdə  özünü  azad  sayır,  ehtirasları 
ona cinayətkar görünmür. Məhz belə bir vaxtda o, İppolitə öz 
eşqini  etiraf  edir  və  rədd  olunur.  Tezeyin  qayıtmasını 
eşitdikdə isə qorxuya düşür, Enonanın öyrətmələrinə uyaraq 
ona İppolitə böhtan atmağa icazə verir. Fedra özü bu ittiham 
və  böhtanı  ancaq  susmaqla  təsdiqləyir.  Tezey  oğlunu 
lənətləyir.  Ancaq  tezliklə  Fedraya  vicdanı  əzab  verir,  o, 
İppolitin  həyatı  üçün  qorxaraq  öz  günahını  boynuna  alıb 
İppoliti  təmizə  çıxarmaq,  xilas  etmək  qərarına  gəlir.  Lakin 
ərinin  yanına  gedəndə  ondan  öyrənir  ki,  İppolit  Aritsiyanı 
sevir.  Rasinin  əsərlərində  dönə-dönə  təsvir  edilmiş 
qısqanclıq  duyğuları  baş  qaldırır.  Əvvəlki  qərarı,  günahını 
boynuna  almaq  fikri  yadından  çıxır.  Əksinə  onda  rəqibinə 
qarşı qısqanclıq və kin baş qaldırır, qulluqçusunu öyrədir ki, 
Aritsiyanı öldürsün. Qadın psixologiyasını incəliklə açan bu 
səhnə bütünlüklə Rasinin özünə məxsusdur. 
Fedra  faciənin  sonunda  zəhər  içir  və  həqiqəti 
büsbütün ərinə danışıb ölür. Rasinin yeni faciəsi hər şeydən 
əvvəl,  fransız  hakim  dairələrində  özünü  göstərən  əxlaqi 
düşkünlüyə,  mənəvi  cılızlaşmaya  qarşı  yazılmış  bir  əsərdir. 
Məhz  buna  görə  də  kübar  dairələr  Rasinin  bu  dahiyanə 
əsərinə qarşı sui-qəsd təşkil etdilər. Onun tamaşasında pulla 
satın  alınmış  və  öyrədilmiş  tamaşaçılar  əsərin  ən  yaxşı 
yerlərində fit çalıb tamaşanı pozdular. 
Əsərin  əxlaqsız  elan  edilməsi  və  onun  ətrafında  qal-
xan  hay-küy  onun  feodal-zadəgan  əxlaqının  çürüməsinə 
qarşı yönəldiyini bir daha təsdiq edirdi. 
 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
291 
Yaradıcılığının  son  dövrü.  "Esfir".  "Ataliya". 
"Dini nəğmələr". Uzun müddət davam edən təqiblər, "Fed-
ra"  əsəri  ətrafında  yaranan  bədnam  hay-küy  Rasinin 
dramaturji  yaradıcılıqdan  əl  çəkməsinə  və  yansenizmə 
qayıtmasına  səbəb  oldu.  Lakin  dini  görüşlərinin  gücləndiyi 
bu dövrdə o, sarayla əlaqəni kəsmir, allaha xidmətlə xristian 
krala  xidmətləri  birləşdirir.  XIV  Lüdovik  dövrünün  tarixi 
üzərində  işləyir.  Kralın  yansenizmə  nifrət  etdiyini  bilsə  də, 
yansenist  dostlarını  müdafiə  məqsədi  ilə  "Por-Royalın  qısa 
tarixi"  əsərini  yazır.  Teatr  üçün  yazmayacağına  and  içsə  də, 
bir  sıra  yeni  faciələrin  planı  üzərində  düşünür.  Bualo  ilə 
birlikdə "Faetonun süqutu" operasına libretto yazır. 
1689-cu  ildə  madam  de  Mentenonun  xahişi  ilə  Sen-
Sir pansionunun qızları üçün "Esfir" adlı üç pərdəli mənzum 
dram  yazır.  Tövrat  mövzusunda  yazılan  bu  əsərdə 
klassisizmin  bir  sıra  tələbləri  pozulurdu.  Əsərin  üç  pərdəli 
olması,  lirik  xora  yer  verilməsi,  məkan  vəhdətinin 
pozulması, xoşbəxt sonluq buna misal ola bilər. Əsərdə İran 
şahı  Artakserksin  əsarətində  olan  yəhudi  xalqının  məhv 
edilməklə  hədələnməsindən,  şahın  arvadı  yəhudi  Esfirin 
məkrli  Amanın  hiylələrini  ifşa  edib  məsələnin  yaxşılıqla 
həllinə  nail  olması  dramın  əsas  mövzusudur.  Pyes  müasir 
fransız  həyatına  aid  eyhamlarla  dolu  idi.  Zərif  və  dindar 
Esfirin  simasında  tamaşaçılar  madam  de  Mentenonu  və 
Assuerin /Artakserksin/ surətində isə XIV Lüdoviki asanlıqla 
tanıdılar. Rasin bu əsərlə madam de Mentenonu da Esfir kimi 
hərəkət  edib  kral  tərəfindən  təqib  olunan  protestantları  və 
yansenistləri müdafiə etməyə həvəsləndirirdi. 
Rasinin  yeni  pyesi  eyhamlar  şəklində  hökmdarla 
başqa  dinə  qulluq  edən  xalq  arasındakı  münasibətlər 
məsələsinə toxunur, hökmdarı  başqa dini  görüşə malik olan 
təbəələrinə  qarşı  mərhəmətlə  yanaşmağa  çağırırdı.  Rasinin 
tövrat  mövzularına  keçidi  onun  yaradıcılığında  dini  siyasət 

Afaq Yusifli İshaqlı 
 
 
292 
məsələlərinin inikası ilə birləşirdi. 
"Esfir"  əsərinin  müvəffəqiyyəti  Rasinin  tövrat  möv-
zusunda dini siyasi faciə janrı sahəsindəki fəaliyyətini davam 
etdirməyə  ruhlandırdı  və  o,  1691-ci  ildə  "Ataliya"  faciəsini 
yaratdı.  Rasin  bu  əsərini  də  Sen-Sir  pansionunun  tələbələri 
tərəfindən  oynanılmaq  üçün  yazmışdı.  Lakin  dramaturqun 
gözlədiyinin  əksinə  olaraq  saray  əsəri  soyuq  qarşıladı, 
ruhanilər isə ona daha düşməncəsinə yanaşdılar. Əsər ancaq 
madam  de  Mentenonun  evində  qapalı  şəkildə  tamaşaya 
qoyuldu,  geniş  səhnəyə  isə  o,  ancaq  XIV  Lüdovikin 
ölümündən sonra yol tapdı. 
"Ataliya"  /yaxud  bəzən  deyildiyi  kimi  "Qofoliya"/ 
ona  görə  soyuq  və  düşməncəsinə  qarşılandı  ki,  o,  əsərin 
yazılmasından  bir  qədər  əvvəl  XIV  Lüdovikin  dini 
siyasətindəki  mürtəce  dönüşə  qarşı  yönəlmişdi.  Dramaturq 
öz  faciəsində  mütləqiyyətin  dini  təqiblərini  ifşa  edirdi. 
Yəhudi  hökmdarlarının  hakimiyyətini  qəsb  edən  qəddar 
çariça Ataliyanın yəhudi dinini təqib etməsi açıq-aşkar XIV 
Lüdövikin apardığı dini terror siyasəti ilə səsləşirdi. 1685-ci 
ildə  Nant  ediktinin  ləğvindən  sonra  protestantlara  qarşı 
amansız  təqib  siyasəti  yeridildi,  "Esfir"dən  fərqli  olaraq  bu 
səsləşmə  açıq  və  sadə  eyhamlar  şəklində  verilmişdir.  Rasin 
tövrat materialı əsasında böyük siyasi xalq faciəsi  yaratmış, 
hadisələri geniş tarixi planda əks etdirmiş, məhz bununla da 
XVII  əsrin  sonlarında  Fransanın  həyatında  baş  verən  tarixi 
ziddiyyətlərin  kəskin  tənqidi  mənzərəsini  yaratmışdır. 
Faciənin  bütün  qəhrəmanları  döyüşən  ictimai  qüvvələrin 
nümayəndələri kimi göstərilmişdir. Bu parlaq siyasi faciənin 
tövrat  dini  örtüyündə  təqdim  olunması  birinci  növbədə 
həmin  dövrdə  siyasi  mübarizənin  özünün  geniş  ictimai 
həyatda  dini  mübarizə  formasında  aparılması  ilə 
şərtlənmişdir.  Məhz  buna  görə  də  Tövratdan  gələn  surətlər 
aydın müasir siyasi məzmunla aşılanmışdır. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
293 
Faciədə  göstərilir  ki,  artıq  qocalmış  qaniçən  mürtəd 
Yerusəlim  çariçası  Ataliya  özünün  bütün  varislərini  məhv 
edir,  Davidin  nəslindən  olduqları  üçün  bütün  uşaqlarını  və 
nəvələrini  vəhşicəsinə  qırır.  O  özünü  yəhudi  çarlarına 
düşmən  olan  İsrail  çarları  nəslindən  sayır.  Məbəddə  yırtıcı 
bir  qırğın  törədir:  "O  bəlalı  gün  mənim  yadımdan 
çıxmayacaqdır.  Hər  saat,  hər  an  o,  mənim  qəlbimi,  ruhumu 
buza  döndərir.  İmarət,  qana  bulanmış  şahzadələr,  dəhşətli 
Ataliyanın  əlində  iti  bıçaq,  öz  əsgərlərini,  barbarları 
qızışdıraraq  amansız  qırğının  necə  getdiyini  izləyirdi."  Baş 
keşişin  arvadı  İosavetin  dili  ilə  söylənən  bu  dəhşətlər 
Ataliyanın hərəkətlərinə qarşı nifrət oyadır. 
Bu  qırğından  ancaq  bir  nəfər,  şahzadə  İoas  xilas  ola 
bilir.  Yırtıcılaşmış  və  intiqamçı  çariçanın  gözündən  yayınır, 
məbəddə  baş  keşişin  nəzarəti  altında  gizlincə  tərbiyə  edilir. 
Əsərdə  ikinci  cinayətkar  surət  kahin  Vaala  Mafandır.  O  da 
Ataliya  kimi  zalım  və  mürtəddir.  Yerusəlim  məbədində  ona 
yer  olmadığı  üçün  xudbin  məqsədlərlə  yeni  allah  uydurur, 
çariçanı da bu dinə doğru yönəldir. O özü heç nəyə inanmır, 
məqsədi ancaq Yerusəlim məbədinin dağıldığını görməkdir. 
Faciədə  İoas,  baş  keşiş  İoday,  onun  arvadı  İoasavet, 
onun  uşaqları  Zaxariya  və  Sulamif,  sərkərdə  Abner  dindar, 
deməli  həm  də  xeyirxah,  igid,  nəcib,  vicdanlı  adamlar  kimi 
verilmişdir. 
Ataliya  şahzadə  İoasın  sağ  qaldığını  bilmir,  lakin  bir 
dəfə  o,  yuxusunda  İoası  görür,  narahat  olmağa  başlayır. 
Yerusəlim  məbədinə  girərkən  oğlanı  görür,  tanıyır,  gənc 
şahzadəni  məhv  etməyə  can  atır.  Silahlı  üsyan,  baş  keşişlə 
birlikdə bütün təbəələrin  İoası müdafiə  etməyə  qalxması ilə 
Ataliya  məğlub  olur  və  öldürülür.  İoas  yəhudi  taxtına 
yiyələnir. 
Rasin  bütün  əsərlərində  saray  həyatı  və  saray 
əxlaqına  tənqidi  yanaşmış,  cəsarətli  mülahizələr  yürüt-

Afaq Yusifli İshaqlı 
 
 
294 
müşdür.  Bu  siyasi  meyl  "Ataliya"  əsərində  daha  aydın  və 
kəskin  şəkil  almışdır.  Bu  cəhətdən  Sulamifin  saray 
haqqındakı aşağıdakı sözləri diqqəti cəlb edir: 
 
Sarayda zülm ilə zər əsas qanundur ancaq, 
Orda hökm edir fəqət kor-koranə bir şıltaq. 
O adam görür orda rütbə, mərhəmət, ad-san, 
Kim ki qul tək yaranır, yaltaqlanır hər zaman. 
 
Bu  cür  sözlərin  səhnədə  mütləq  hakimlərin,  saray 
nümayəndələrinin  üzünə  qarşı  deyilməsi  Rasinin  böyük 
cəsarəti  idi.  Rasin  burada  da  dayanmır,  mütləqiyyət  idarə 
üsulunun  xalqa  zidd  olduğunu  açıb  göstərir:  "Çar  ancaq  öz 
güclü iradəsinə tabedir. O, taxt üstündə qürurla əyləşərək hər 
şeyi  tapdayır.  Təbəələrin  qisməti  isə  ehtiyac  içərisində 
yaşamaq,  zəhmət  çəkməkdir.  Onları  dəmir  ağacla  otarmaq 
lazımdır." 
Rasinin  faciəsi  tövrat  mövzusunda  yazılsa  da, 
Fransanın  həyatını  humanist  mövqelərdən  yüksək  sənət-
karlıqla əks etdirən parlaq bir əsər idi. 
Rasinin  son  poetik  əsəri  1694-cü  ildə  yazdığı  "Dini 
nəğmələr"dir.  Mövzusunun  və  təbliğ  etdiyi  əxlaqi  ideyanın 
məhdudluğuna  baxmayaraq  onlar  şairin  yaradıcılığının  ən 
yaxşı  nümunələri  kimi  qiymətləndirilə  bilər.  Bu  şeirlərin 
ahəngdarlığı, hərarəti, səmimiyyəti indi də diqqəti cəlb edir. 
Şair  səmimi,  hərarətli  bir  tərzdə  qəlbindəki  ziddiyyətləri, 
xristian  mütiliyi  ilə  buna  qarşı  duran  humanist  etirazını  əks 
etdirir.  Rasinin  öz  günahkar  yaradıcı  keçmişi  ilə  əlaqəni 
kəsmək  istəməsinə  baxmayaraq  bu  şeirlərdə  də  o  özündəki, 
şüurundakı dünyəvi, humanist meylləri boğa bilmədiyini tə-
cəssüm etdirmişdir. 
 
Rasin  irsinin  dünya  əhəmiyyəti.  Rasinin  bədii 
yaradıcılığına münasibət və verilən qiymət Fransada və onun 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
295 
xaricində  aparılan  ədəbi-ideoloji  mübarizələrin  xarakteri  və 
istiqaməti  ilə  bağlı  olmuşdur.  Onun  yaxın  varisləri  Rasinin 
simasında 
klassisist 
saray 
faciəsinin 
nümunəvi 
nümayəndəsini  görmüş,  onun  irsinə  antik  adlar  altında 
fransız  əyanlarını  və  şahzadələrini  idealizə  edən  bir  hadisə 
kimi  baxmışlar.  Halbuki  Rasin  belə  bir  idealizədən  uzaq 
olmuşdur. Rasinin XIV Lüdovikin saray şairi kimi tanınması 
İngiltərədə,  Almaniyada,  İtaliyada  onu  saray  klassisistləri 
üçün ən böyük nüfuza çevirmişdir.  
XVIII  əsrdə  Almaniyada  Lessinq  və  Herder  də  ona 
saray  şairi  kimi  yanaşmışlar.  Gete  və  Şiller  isə  yaradı-
cılıqlarının  Veymar  klassisizmi  dövründə  Rasinin  faciə-
lərindən  ilham  almışlar.  Şiller  onun  "Fedra"sını  tərcümə 
etmiş,  Gete  isə  "Torkvato  Tasso"  və  "İfigeniya  Tavridada" 
faciələrini ondan ilhamlanaraq yazmışdır. 

Afaq Yusifli İshaqlı 
 
 
296 
 
KLASSİSİZMİN SÜQUTUNUN BAŞLANMASI 
VƏ MAARİFÇİLİYİN HAZIRLANMASI 
 
XVII  əsrin  ilk  üç  rübündə  mütərəqqi  rol  oynayan 
fransız  mütləqiyyəti  əsrin  sonlarında  tənəzzül  dövrü  keçirir, 
ölkənin  həyatından  təcrid  olunaraq  açıq  tüfeyli  bir  səciyyə 
alır.  Uğursuz  xarici  siyasət,  saraydakı  hədsiz  dəbdəbə  və 
təmtəraq  ölkəni  var-yoxdan  çıxarır,  dövləti  müflis  halına 
salır.  Bu  vəziyyətdən  kəndlilər  daha  çox  əziyyət  çəkirlər. 
Fenelon  kənd  və  şəhərlərin  acınacaqlı  mənzərəsini 
xatırladaraq  yazır:  "Torpağın  becərilməsi,  demək  olar  ki, 
atılmışdır.  Şəhər  və  kəndlərdə  əhali  qalmamışdır,  peşələr 
miskin  bir  ömür  sürür  və  fəhlələri  yedirə  bilmir.  Fransa 
böyük,  atılmış,  ərzaqdan  məhrum  olmuş  bir  xəstəxanadır." 
XIV  Lüdovikin  qəddar  daxili  siyasəti  kor-təbii  kəndli 
hərəkatlarına  səbəb  olurdu.  Xalqın  narazılığı  dövrün 
ziyalılarına  da  təsir  edirdi.  Fransız  ziyalılarının  gizli 
imzalarla  xarici  ölkələrdə  çap  olunan  əsərlərində  ümumxalq 
narazılığı əks olunurdu. 
Bununla  yanaşı  XIV  Lüdovikin  dini  və  dünyəvi 
siyasətində  də  mürtəce  bir  dönüş  əmələ  gəlir:  1685-ci  ildə 
Nant  edikti  ləğv  olunur,  protestantların  təqibi  yenidən 
başlanır,  kilsə  xadimlərinə  böyük  hüquqlar  verilir,  ölkədə 
dini terror hökm sürür, Por-Royal darmadağın edilir, madam 
de  Mentenona  qarşı  açıq  hücumlarına  görə  İtaliya 
Komediyası  teatrı  bağlanır  və  onun  aktyorları  Fransadan 
sürgün edilir. 
Məhz bu dövrdən ədəbiyyat daha artıq müxalifətçi bir 
mövqe  tutur,  saraya  xidmət  göstərməkdən  uzaqlaşır, 
döyüşkən bir xarakter alaraq XVIII əsr maarifçiliyinin layiqli 
sələfinə  çevrilir.  Müxtəlif  ədəbi  və  ictimai  qrupların 
nümayəndələri  mütləqiyyətə  qarşı  narazılıqda  birləşirlər. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
297 
Burjua  nümayəndəsi  olan  Labrüyer,  zadəgan  Sen-Simon, 
klassisist  Fenelon,  yenilikçi  Perro,  marşal  Voban,  qraf 
Bulenvilye,  professor  Pyer  Beyl  və  başqaları  müxalifətçi 
əhval-ruhiyyənin  nümayəndələri  idilər.  Görkəmli  sərkərdə 
olan  Sebastyan  de  Voban  "Kral  onluğu  haqqında  proyekt" 
əsərində  xalq  yoxsulluğunun  dəhşətli  mənzərəsini  yaradır, 
xalqı  zülm  və  yoxsulluq  əlindən  qurtarmağa  çağırır.  Voban 
şərin  əsas  səbəbini  qeyri-bərabər  yüksək  vergilərdə  görür, 
vergilərin bütün təbəqələr arasında bərabər bölünməsi fikrini 
irəli sürür. 
Mütləqiyyətin süqut etdiyi bir dövrdə onunla əlaqədar 
olaraq  klassisizmin  daxilində  də  parçalanma  başlanır, 
klassisizmə  zidd  ünsürlərin  ondan  uzaqlaşmasına  gətirib 
çıxarır.  Şarl  Perro,  Fontenel  kimi  yazıçılar  açıq  şəkildə 
klassisizm  təlimini  yenidən  nəzərdən  keçirir,  Bualonun 
prinsiplərini nümayişkaranə rədd edirlər. Onların irsində xalq 
yaradıcılığına  və  elmi  nəsrə  müraciət  mühüm  yer  tutur. 
Bəziləri  isə  Labrüyer  kimi  hərəkət  edərək  klassisizm 
mövqeyində  qalsalar  da,  gerçəkliyin  ən  mühüm  cəhətlərini 
əsərlərində canlandırmaqla kortəbii realizm mövqeyinə gəlib 
çıxırlar. Rasin və Fenelon kimi sənətkarların yaradıcılığında 
şüurlu  tərzdə  klassisizmin  prinsipləri  müdafiə  edilsə  də, 
realist  meyllərin  əhəmiyyətli  dərəcədə  gücləndiyi  müşahidə 
olunur.  XVII  əsrin  ədəbiyyatında  müşahidə  olunan  bu  yeni 
keyfiyyətlər maarifçiliyin ilkin təzahürləri və əlamətləri kimi 
diqqəti cəlb edir. 
Yaranmış  siyasi  şərait  bir  sıra  köhnə  janrların  ölüb 
getməsi,  yeni janrların  meydana çıxmasına səbəb olur. Yeni 
şəraitə,  tələbata  uyğun  şəkildə  bəzi  janrlar  daha  da  inkişaf 
etdirilir. Xüsusilə bir sıra yüngül janrlar əvvəlki mövqelərini 
itirir,  hətta  bəzi  radikal  görüşlü  yazıçılar  teatrdan  imtina 
edirlər. Açıq tənqidin qorxulu olduğunu görən ədəbi qüvvələr 
satiradan qaçırlar.  Əsrin  sonlarında özünü  göstərən yenilikçi 

Afaq Yusifli İshaqlı 
 
 
298 
və müxalifətçi meyllər xüsusi  yarımleqal janr və formaların 
meydana  çıxması  ilə  nəticələndi.  Xüsusilə  xalq  həyatı  və 
xalq  yaradıcılığı ilə  tanışlıq  əsasında  yaranan  nağıl  janrı  ge-
niş mövqe qazanır. 
Memuar  ədəbiyyatı  bu  dövrdə  daha  artıq çiçəklənmə 
dövrü  keçirir.  Bu  memuarlar  çox  vaxt  çap  olunmaq, 
yayılmaq  üçün  deyil,  gələcək  nəsillər  üçün  yazılır.  Onların 
müəllifləri  memuar  janrını  Fransanın  rəngarəng  mənzərəsi, 
ziddiyyətləri, problemləri ilə əlaqədar öz kəskin, acı tənqidi 
düşüncələrini ifadə etmək üçün ən əlverişli forma saymışlar. 
Sen-Simonun  ölümündən  sonra  onun  müsadirə  olunmuş 
memuarları  isə  XVII  əsr  realizminin  ən  parlaq  nümunəsi 
sayılır.  Təəssüf  ki,  bu  memuarlar  ancaq  XIX  əsrin  30-cu 
illərində  çap  olunmuşdur,  onlar  dövrün  canlı  ədəbi 
həyatından təcrid edilmişdir. 
XVII  əsrin  sonlarının  mühüm  sənətkarlarından  biri 
Fransua  de  Salinyak  de  Lamot  Fenelondur  /1651-1715/. 
Yoxsullaşmış  zadəgan  ailəsində  anadan  olan  Fenelon  XIV 
Lüdovikin  nəvəsi  və  taxtın  varisinin  tərbiyəçisi  olmuşdur. 
"Qızların  tərbiyəsi  haqqında"  adlı  ilk  traktatında  Fenelon 
pedaqogikanın  incəliklərini  anlayan  azad  fikirli  bir  ziyalı 
kimi  çıxış  edir.  Madam  de  Mentenon  tərəfindən  açılan  Sen-
Sir  pansionunun  tərbiyə  sistemi  bu  traktat  əsasında 
qurulmuş, Peterburq Smolnı institutu yaradılanda isə Sen-Sir 
pansionu nümunə götürülmüşdür. 
1689-cu  ildən  Bossüenin  vasitəçiliyi  ilə  kralın 
varisinin  tərbiyəçisi  olur,  altı  il  bu  vəzifədə  çalışaraq  peda-
qoji  məqsədlər  izləyən  əsərlər  yaradır,  ləyaqətli  kral 
yetişdirməyə  çalışır,  dövləti  idarə  işinin  ideal  prinsiplərini 
irəli  sürür.  Təmsillərində  Fenelon  ehtiyatla  davranır. 
"Ölülərin  dialoqları"  əsərində  isə  dövləti  idarə  prinsipləri 
haqqında düşüncələrini əks etdirir. 
Fenelon  maraqlı  və  incə  formada  krallara  siyasət 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
299 
dərsi  öyrədir.  Yazıçının  fikrincə,  "Kim  ki,  hökmdarlıq  edir, 
dövlətin  qanunlarına  hamıdan  daha  artıq  tabe  olmalıdır, 
qanunların  xaricində  onun  şəxsiyyətinin  heç  bir  qiyməti 
yoxdur... Kral təbəələr üçün yaradılmışdır, təbəələr kral üçün 
yox." Bu sonuncu fikir XIV Lüdovikin məşhur "Dövlət mən 
özüməm" fikrinin büsbütün əksi idi. 
"Telemaxın  macəraları"  romanında  Fenelon  özünün 
ağıllı  hökmdar  haqqındakı  düşüncələrini  daha  artıq  bir 
ardıcıllıqla  irəli  sürür.  Romanda  Odisseyin  oğlu  Telemaxın 
atasını  axtarmaq  məqsədilə  səfərə  çıxması  və  başına  gələn 
əhvalatlar  qələmə  alınmışdır.  Səfərləri  zamanı  Telemax 
müxtəlif  şəkillərdə  idarə  olunan  ölkələrə  düşür.  Müəllimi 
Mentor onu ayrı-ayrı ölkələrin idarə üsulları və formaları ilə, 
nəcib  və  xoşagəlməz  hökmdarlarla  tanış  edir.  Mentorun 
fikrincə,  bu  söhbətlər,  səyahətlər  İtakinin  gələcək  hökmdarı 
üçün faydalı ola bilər. Mentorun dili ilə Fenelon sanki üzünü 
dövrünün kralına, onun varisinə tutaraq deyir: "Ağıllı hökm-
dar tərəfindən idarə olunan xalq xoşbəxtdir. O, bolluq içində 
yaşayır,  o,  xoşbəxtdir,  o,  səadəti  üçün  borclu  olduğu  adamı 
sevir.  Ey  Telemax,  əgər  allahlar  nə  vaxtsa  səni  atanın 
dövlətinə hakim etsə, məhz siz ölkəni bu cür idarə etməli və 
xalqın  xoşbəxtliyini  təmin  etməlisiniz.  Öz  xalqınızı  öz 
uşaqlarınız  kimi  sevin,  onların  sevgisindən  şad  olmağı 
bacarın... Təbəələrini özünə daha çox tabe etmək üçün onları 
qorxutmaq və istismar etmək haqqında düşünən krallar bəşər 
nəslinin  əsl  bəlasıdır.  Onlar  istədikləri  kimi  qorxuncdurlar, 
ancaq  eyni  zamanda  rəzil  və  mənfurdurlar.  Təbəələri  onlar-
dan  qorxduqlarından  daha  çox  onlar  öz  təbəələrindən 
qorxurlar." 
Fenelon  əmin-amanlığın,  maarifin,  dini  dözümün 
alovlu  tərəfdarı,  israfçı  şənliklərin,  işğalçı  müharibələrin, 
həddən  artıq  vergilərin  düşmənidir.  O,  xalqın  rifahının 
yaxşılaşmasını,  əkinçiliyin  və  ticarətin  çiçəklənməsini  tələb 

Afaq Yusifli İshaqlı 
 
 
300 
edir.  Romanda  XIV  Lüdovik  mütləqiyyətinin  güclü  tənqidi 
özünü göstərir. 
Müəllif  "Telemax"  əsərini  çap  etmək  fikrində  olma-
mışdır.  Təsadüfən,  onun  üzünü  köçürənlərdən  biri  onu  nəşr 
edir.  Əsər  böyük  müvəffəqiyyət  qazanır,  təkcə  1699-cu  ildə 
iyirmi  dəfə  nəşr  olunur.  Onsuz  da  Fenelondan  narazı  olan, 
nəvəsinin  tərbiyəsi  işindən  onu  kənarlaşdıran  kral  XIV 
Lüdovik  əsəri  oxuyarkən  bərk  qəzəblənir.  Romanda  real 
şəxslərə,  hadisələrə,  hətta  kralın  özünə  üstüörtülü  eyhamlar 
aydın  nəzərə  çarpırdı.  Fenelon  Parisdən  sürgün  edilir.  O, 
ömrünün  qalan  illərini  Kambr  yeparxiyasında  yepiskop 
rütbəsində keçirir. 
Klassisist  estetikanın  süqutunun  başlandığını  qədim 
və yeni müəlliflərlə bağlı mübahisələr bir daha təsdiq edirdi. 
Klassisizmin  bir  çox  qabaqcıl  nümayəndələri  artıq  çoxdan 
antik  yazıçıların  müasir  müəlliflərdən  üstün  olması  fikrinə 
şübhə ilə yanaşırdılar. 
Qədimlərə  qarşı  mübarizədə  Pyer,  Klod  və  Şarl 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin