İTALYAN ƏDƏBİYYATI
XVII əsrdə İtaliya ictimai tarixi inkişaf baxımından
durğunluq, süqut dövrü keçirirdi. Xırda-xırda knyazlıqlara
parçalanan, ispan əsarəti və feodal irticasının zülmü altında
inləyən İtaliyada elmin, mədəniyyətin, ədəbiyyatın inkişafı
üçün əlverişli şərait yox idi. Əsrin əvvəllərində əvvəlki
dövrlərdən qalma enerji əsasında hələ güclü həyat qüvvəsinə
malik olan əsərlər yaradılırdı. Lakin iqtisadi, siyasi, ictimai
həyatda başlanan tənəzzül get-gedə ədəbiyyat sahəsində də
özünü aydın şəkildə büruzə verirdi.
Məlum olduğu kimi İtaliyanın iqtisadi çiçəklənmə
dövrü XI əsrdən başlanmışdır. Ticarət və sənətlər inkişaf
edir, şəhərlər iqtisadi həyatın mərkəzinə çevrilirdilər.
İtaliyanın şəhərləri Qərblə Şərq arasında ticarətdə vasitəçi,
körpü vəzifəsini görürdü.
Səlib yürüşləri bu işdə italyan tacirlərinin mövqeyini
daha da artırdı. Bizans və ərəb ölkələrinin dünya ticarət
bazarlarından sıxışdırılması bunun üçün əlverişli şərait
yaradırdı. Milan, Bolonya, Florensiya kimi şəhərlərdə mahud
istehsalı get-gedə artırdı. İtaliyada böyük sərvətlər toplanırdı.
Şəhərlər inkişaf etdikcə kəndlilərin təhkimçilik
əsarətindən qurtarmaq uğrunda mübarizəsinə tərəf çıxır,
feodalları sıxışdırırlar. Bolonya, Paduya və başqa şəhərlər
xüsusi fərmanlarla kəndliləri təhkimçilik əsarətindən azad
edirlər. İtaliyanın ictimai həyatındakı bu dönüş şəhər
istehsalının tələbatından irəli gəlirdi, fəhlə qüvvəsinə olan
ehtiyacdan doğurdu. İstehsalı fəhlə qüvvəsi ilə təmin etmək
üçün şəhərlər feodallarla mübarizə aparır, qəsrləri
dağıdırdılar. Az bir müddət içində müstəqil idarə olunan
şəhər - dövlətlər yaranır. Belə şəhər – dövlətlər sırasına
Venesiya, Genuya, Piza, Florensiya, Sisna, Milan, Bolonya,
Afaq Yusifli İshaqlı
22
Modena və s. daxil etmək olar.
Xarici bazarlar uğrunda vuruşan şəhər-dövlətlər milli
birlik haqqında düşünmür, dünya ticarətində rəqabət uğrunda
bir-birilə düşmənçilik edirdilər. Bu isə özlüyündə İtaliyanın
parçalanmasına və milli faciəsinə səbəb olurdu. Ölkənin
siyasi və iqtisadi cəhətdən parçalanmasına papa hakimiyyəti
də təsir göstərir, İtaliya şəhərləri arasındakı düşmənçiliyi
müxtəlif üsullarla gücləndirirdi. Papa hakimiyyəti bu çirkin
vəzifəsini bütün orta əsrlər dövründə məharətlə, ardıcıllıqla
yerinə yetirmişdir.
İtaliyanın parçalanmış vəziyyətdə olması şəhərlərin
və ticarətin gur inkişaf etdiyi dövrlərdə öz zərərli nəticələrini
büruzə vermir, şəhərlər get-gedə böyüyür, inkişaf edir,
onların təsərrüfatı möhkəmlənir. Ölkənin iqtisadi inkişafı ilə
yanaşı mədəniyyət və ədəbiyyat sahəsində də güclü bir
yüksəliş əmələ gəlir. Meydana çıxan istedadlar xalq arasında
böyük hörmət və qayğı ilə qarşılanır.
Yeni ticarət yollarının kəşfi ilə hər şey dəyişdi. XV
əsrin sonlarında əsas ticarət yolunun İtaliyadan uzaqlaşması
onun iqtisadiyyatına ağır zərbə vurdu. Bunun nəticəsində
xaricdən, o cümlədən Fransa və İngiltərədən gələn yunun
arası kəsildi, İtaliyada mahud istehsalı dayandı. Öz
ölkələrində istehsalın təşkili və inkişafına nail olan ölkələr
italyan mallarına ehtiyac hiss etmədilər. Ticarət yollarının
dəyişməsi ilə bərabər iqtisadi üstünlük də başqa ölkələrə
keçdi. İngiltərə və Fransa öz inkişafının və iqtisadi
qüdrətinin daha yüksək pilləsinə qədəm qoydu.
İtalyan şəhərlərində fəhlə qüvvəsinə ehtiyac olma-
dığından adamlar yenidən kəndlərə doğru axmağa başladılar.
Əyalət hakimləri və iri feodallar öz qüdrətini yenidən hiss
etdilər, ölkəni feodal orta əsrlərinə çəkməyə cəhd etdilər.
Parça-parça olmuş, yeni ziddiyyətlər qarşısında qalan
İtaliyanın başı üstünü yeni-yeni fəlakətlər aldı. İspaniya və
XVII əsr Qərbi Avropa ədəbiyyatı
23
Fransa İtaliyanın zəngin sərvətlərini ələ keçirmək üçün
müharibəyə başladılar. Bu müharibələr zamanı yadelli
ordular ölkəni qarət edir, var-yoxdan çıxarır, təsərrüfat
həyatını pozurdu. Artıq XVI əsrin ikinci yarısında İspaniya
az qala bütün İtaliyanı özünə tabe etdi. Siyasi cəhətdən asılı
vəziyyətdə qalan, bac və xəraclar yolu ilə var-yoxdan çıxan
İtaliyanın ən yaxşı torpaqları ispanların əlində idi. Eyni
vəziyyət XVII əsrdə də davam etdi.
İtalyan xalqının milli faciəsini katolik irticası daha da
gücləndirdi. İspan işğalçıları ilə əlbir olan papa hakimiyyəti
hər cür yaradıcı fikri boğur, şikəst edirdi. Bundan sonra uzun
əsrlər yaratdığı əsərlərlə dünyanı heyran qoyan italyan
dühası dərin bir yuxuya getdi.
Əgər İntibah dövründə humanist ziyalılar qabağa
baxırdısa, ağlın, həqiqətin qələbəsinə inanırdısa, kainat, yer,
insan cəmiyyəti və insanın özü ilə bağlı böyük problemlərlə
məşğul olurdusa, qorxmadan göylərə hücum edirdisə,
cəsarətli, şən bir əhval-ruhiyyəyə malik idisə, XVII əsrdə o,
ağlın qüdrətinə inamını itirdi, od və qığılcımla ağlın, idrakın
amansızlıqla susdurulduğunu görüb geri çəkildi, inkvizisiya
məhkəmələri və tonqallarından qorxdu, əvvəlki cəsarətini,
şənliyini qeyb etdi, qaşqabaqlı, şübhəli bir adama çevrildi.
Onun gözü qarşısında orta əsrlərin kabusları rəqs etməyə
başladı.
1600-cü ilin 17 fevralında, XVI əsrin sonuncu ilində
inkvizisiya İntibah dövrünün sonuncu döyüşçülərindən olan
Cordano Brunonu Romanın Güllər meydanında edam edir.
XVII əsrdə isə Qalileyə qarşı daha amansız hərəkət edir.
Cordano Brunonu özünə tabe etmədən odda yandırırsa,
Qalileyin iradəsini sındırır, elmi vicdanını alçaldır, onu zorla
öz təlimindən, fikirlərindən əl çəkməyə məcbur edir.
İrticanın hücumu humanist fikri məhv etməyə çalışsa da,
məqsədinə müəyyən qədər nail olsa da, istəklərinə tam nail
Afaq Yusifli İshaqlı
24
ola bilmədi. İtaliyanın elm, mədəniyyət xadimləri XVII əsr-
də də bütün ziddiyyətləri, məhdudluqları ilə bərabər yeni-
yeni nailiyyətlər qazana bildilər.
MARİNO /1569-1625/. Marino XVII əsrin ən böyük
şairi kimi təkcə İtaliyada deyil, həm də bütün Avropa
ölkələrində geniş şöhrət qazanmışdır. Onun barokko
cərəyanının yayıldığı bütün ölkələrdə çoxlu ardıcılları və
təqlidçiləri olmuşdur. Marino Barokko şeirinin ən səciyyəvi
nümayəndələrindən biridir. O, öz dövrünə görə şeirin mövzu
dairəsini genişləndirdi. Şair belə hesab edirdi ki, təbiətdə
insan hiss və duyğularının qavraya biləcəyi hər şey
poeziyanın mövzusu olmağa layiqdir. Marino aşiqanə şeirə
yeni boyalar gətirdi. XVI əsrin lirik şairlərindən fərqli olaraq
Marinonun təsvir etdiyi sevgili surəti daha konkret və realdır.
Onun şeirlərində qadının cismani gözəlliyindən alınan həzz
və ləzzətin təsviri mühüm yer tutur. Bununla yanaşı onun
əsərlərində dərinlik yoxdur, söz, ifadə və obrazların ecazkar
əlvanlığı daha çox diqqəti cəlb edir.
Canbattista Marino 1569-cu ildə Neapolda anadan
olmuşdur. o, çox tez-tez dəyişən, macəralarla dolu bir həyat
keçirmişdir. Şair gah həbsxanalara düşmüş. Edam təhlükəsi
qarşısında qalmış, gah da böyük zadəganların və kralların
saraylarında yaşayaraq şöhrət və hörmət qazanmışdır. Atasa
Cövan Françesko ədəbiyyat həvəskarı olan ziyalı bir
hüquqşünas idi. Onun evində tez-tez Neapolun şair və
yazıçıları toplaşardı. Belə bir şərait və mühit gənc
Marinonun gələcəyini müəyyənləşdirmiş, onda şeirə həvəs
oyatmışdır. Qoca Marino oğlunun hüquqşünas olmasını
istəyirdi, ancaq Marino şeirə daha çox həvəs göstərir, Vergili,
Aristo, Tasso, Sannadzaro kimi şairləri oxuyurdu. Şairin
sonralar xatırladığı kimi, gənc yaşlarında o, həftədə bir dəfə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
25
Sannadzaronun qəbrini ziyarət edərmiş. Atası oğlundan bir
şey çıxmayacağını yəqin edəndən sonra onu evdən qovur.
Marino bu əhvalatı sonralar "Adonis" poemasında istehzalı
bir təbəssümlə xatırlamışdır. O, ata evindən qovulandan bir
qədər sonra dostlarının köməyi ilə hersoq İnniqo de Qevarın
yanında üç il katib işləyir, sonra Neapol admiralı knyaz
Matteo di Kandanın yanında işləyir. Katiblik sənəti ona
şeirlə məşğul olmaq üçün xeyli sərbəst vaxt və imkan
yaradırdı. Şən, hazırcavab, istiqanlı Marino Neapolda çoxlu
dostlar qazanır, yüngül bir həyat keçirirdi. Varlı bir Neapol
tacirinin qızı ilə sevgi macərası və gözlənilmədən qızın
ölümü onun həbsxanaya düşməsinə səbəb olur. Markiz
Mansonun köməyi ilə həbsdən qurtaran şair yeni bir
təhlükəli işə düşür. Həbsxanada olan və ölüm gəzləyən bir
dostunu xilas etməyə çalışan Marino arxiyepiskop adından
saxta bir fərman düzəldir. Fırıldağın üstü açılır, xilas etmək
istədiyi dostunu edam edirlər. Marinonu da belə bir aqibət
gözləyirdi. Yenə də Mansonun köməyi ilə Marino Romaya
qaçır.
Romada Marino yüksək rütbəli ruhanilərin yanında
qulluq edir. O cümlədən, kardinal Pyetro Aldobrandininin
katibi olur. Kardinalla birlikdə Ravenna və Turinə gedir.
Turin hersoqunun sarayında o daha böyük nüfuz və hörmət
qazanır. 1609-cu ildə onu hersoqluğun ən yüksək mükafatı
olan Müqəddəs Mavrini və Lazar ilə mükafatlandırırlar.
Bundan sonra o, Kavaler /qəhrəman/ Marino adı ilə tanınır.
Karl Emmanuelin yaxın adamlarından olan Qaspare
Murtola adlı bir şair Marinonun şeirlərində tənqid
edildiyindən bir neçə dəfə ona atəş açır, lakin Marinonu
deyil, onun yanında olan bir gənci yaralayır. Hersoq onu
həbs etdirir. Lakin Marino alicənablıqla öz düşmənini
ölümdən qurtarır. 1611-ci ildə Marino özü həbsxanaya düşür.
Marinonun həbs olunmasının səbəbi dəqiq məlum deyildir,
Afaq Yusifli İshaqlı
26
lakin tədqiqatçılar belə hesab edirlər ki, bu, şairin dilinin
dinc durmaması, şeirlərində Savoya hersoqunun özünü də
tənqid etməsi ilə bağlıdır. Şairin dostları və pərəstişkarları bu
dəfə də onu həbsdən qurtarırlar.
Gözlənilmədən Marino Marqarita de Valuadan Parisə
gəlmək haqqında dəvət alır. Şair sevinclə bu dəvəti qəbul
edir və ləngimədən Parisə yollanır. İtalyan şairini Mariya
Mediçinin sarayında hörmətlə qarşılayırlar. O, XIII
Lüdovikin sarayında da böyük müvəffəqiyyət qazanır.
Marino səkkiz il Parisdə yaşayır, fransız ədəbiyyatına güclü
təsir göstərir. Teofil de Vio, Sent-Aman, Onore Dürfe,
Madlena və Jorj de Snüderilor, Sirano de Berjerak kimi
sənətkarlarla yanaşı Malerb özü də təsirdən yaxa qurtara
bilmir. Bualo etiraf edir ki, "İtalyan muzasının məhsulu" olan
barokko "hamının ağlını başından alaraq" fransızlar arasında
təsəvvürə gəlməz bir sürətlə yayılmağa başladı. Marinonun
yaratdığı yeni poetik üslub İtaliya və Fransadan sonra
İngiltərə və İspaniyada geniş şöhrət qazandı. İspan
dramaturqu Lope de Veqa Marinoya yüksək qiymət verərək
ona ayrıca bir komediya həsr etmişdir. Lope de Veqa bütün
müasir rəssamlardan Rubensi, bütün müasir şairlərdən
Marinonu üstün tutmuş və yazmışdır: "Marino eşitmənin
böyük rəssamı, Rubens görmənin böyük şairidir".
Ölümündən bir il əvvəl İtaliyaya qayıdan şairi
vətəninin şəhərlərində görünməmiş bir hörmətlə qarşılayırlar.
Neapolda şair öləndə onu knyazlara məxsus bir təmtəraqla
basdırırlar, bütün İtaliya şairə yas saxlayır.
Marino məhsuldar bir ədib idi. Nəsrlə onun "Mü-
qəddəs dini mövzularda sözlər" və ölümündən sonra çap
olunan "Məktublar" əsərləri vardır. Şeir sahəsində o,
mədhiyyələr, epitalamlar və s. əsərlər yazmış, istehzalı
sonetləri isə "Murtoleidlər" adı ilə tanınmışdır. Lakin Marino
bir barokko şairi kimi "Lira" adı ilə çap olunan lirik şeirlərin,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
27
"Adonis", "Körpələrin qırğını" kimi poemalar, "Tütək"
kitabında toplanan pastoral və mifoloji idilliyaların,
"Qalereya" adlı kitabında toplanan və ayrı-ayrı rəsm
əsərlərinə yazılmış qısa mənzumələrin müəllifi kimi
tanınmışdır.
Marinonun hər bir əsəri müasirlərinin diqqətini cəlb
etmiş və böyük uğurla qarşılanmışdır. Marinonun
ardıcıllarının – marinistlərin sayı artıq şairin öz sağlığında
yetmiş beşə çatmışdır. Marino başda olmaqla marinistlər
Petrarka və onun davamçılarının qadını idealizə etməsini və
mücərrədləşdirməsini bəyənmirdilər. Marino xəyali yox, real
qadınları sevir, vəsf edir, lakin ideallaşdırmırdı. B.Telezio və
C.Ç.Vanini kimi mütəfəkkirlərin təsiri altında olan Marino
əsərlərində panteist və naturfəlsəfi ideyalara meyl
göstərmişdir. Bir çox cəhətlərdən Vanini ilə həmkar olan
Marino əsl fikirlərini çox vaxt yalan pərdəsi altında
gizləməyə məcbur olmuşdur. O, Vanini kimi dili çıxardılıb,
diri-diri yandırılmaq istəməmişdir. C.Bruno, Qaliley kimi
müəlliflərin əsərləri ilə də o, tanış idi. Dünyagörüşü onların
əsərləri əsasında formalaşmışdır. Marino dini laqeydliyini,
panteizmini, bütpərəstliyini Vaniniyə nisbətən daha çox
pərdələməyə çalışmışdır.
Marinonun lirik şeirləri arasında sonet və başqa
intibah şeiri şəkilləri üstünlük edir. Marino öz fantaziyası,
axtarış və tapıntıları ilə köhnə formaları yeniləşdirirdi. O,
poeziyanın əsas məqsədini heyrətləndirmək, təəccüb-
ləndirmək, məftun etməkdə görürdü. Onun fikrincə,
təəccübləndirməyi bacarmayan şair gedib at qaşovlasın.
"Şairin qavrayışının təzəliyi və gözlənilməzliyi heç vaxt
yoxsulluq, qıtlıq hiss etməməlidir."
Marino lirik şairdir. Onun ən yaxşı şeirləri sevginin
və təbiətin tərənnümünə həsr olunmuşdur. Onun 1614-cü ildə
tamamlanan "Lira" şeirlər kitabında aşiqanə motivlər
Afaq Yusifli İshaqlı
28
həyatda hər şeyin keçici olduğunu təsdiq edən motivlərlə
həmahəng verilmişdir. Şairin aşiqanə duyğuları onun təbiət
duyğularından təcrid olunmur, insanla təbiət arasındakı
sərhədlər bir-birinə keçir, hansının harada başlayıb, harada
qurtardığı bilinmir. Barokko memarlıq abidələri ətraf təbiətlə
bir-birinə keçdiyi kimi, Marinonun şeirlərində də təbiətlə
insanın duyğuları arasındakı sərhədlər əriyib yox olur.
Bir dön dənizə bax: hər dalğa onda
Sanki mürgü vurur, səngiyir külək.
Ulduzdan tac qoyur gecələr fələk,
Mavi geyimini atır bir anda.
Orda rəqs eyləyir aydın, nur saçan,
Göylərdə bulud yox, sahil işıqlı,
Cəzb edir o çılpaq, o yaraşıqlı.
Gümüş çöllərində göyün Ay bu an,
İşıqlar saçan Ay eyləyir artıq
Dəniz sahilində təzə oyunla,
Balıqları ulduz, ulduzu balıq.
Dərinlik cəzb edir odur daima,
Görünün qüdrətli bir sehrkarlıq,
Olur dəniz səthi büllur bir səma.
1
Bu sonetdə insanın hisləri ilə yer və göy üzvi bir
vəhdətdə və qarşılıqlı əlaqədə əks etdirilmişdir. İnsanın
baxışları, bənzətmələri, təsəvvürləri yerlə göy, dənizlə səma,
çılpaq bir qadınla ay arasında heç bir sərhəd, ayrılıq, uzaqlıq
görmür. Yer, göy və insanı onun hissləri, meylləri ilə birlikdə
bir bütöv halında tərənnüm edir. Marinonun şeirləri bəzi
formal xüsusiyyətlərinə görə Petrarkanı və yeni şirin üslubu
xatırlatsa da, onun Petrarka ilə əlaqəsi, yaxınlığı çox azdır.
Marinonun şeirlərinə və qəhrəmanlarına xas olan sensualizm
/hissilik/ yeni bir dövrün məhsulu idi. Onun şeirlərində
1
Kitabda
getmiş
şeir
parçalarının
t
ərcümə
si X
ə
lil Yusiflinindir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
29
dünyəvi sevgi duyğusu üstünlük təşkil edir. Marino belə
hesab edirdi ki, o öz əsərləri ilə Tasso və Ariostonu geridə
qoymuşdur, çünki onun "Adonis" poeması həcmcə "Azad
edilmiş Yerusəlim" və "Çılğın Roland"dan böyükdür. O
özünü təkcə yeni ədəbi məktəbin banisi yox, həm də öz
dövrünün ən böyük şairi sayırdı.
Şairin zəngin ədəbi irsində başqalarından iqtibaslar
da çoxdur. O, Petrarka, Politsiano, Sannadzaro, Montemayor,
Lope de Veqa, Kamoens və latın poeziyasından çoxlu
misraları, hətta bəzən bütöv bəndləri götürüb öz əsərlərinə
daxil edirdi. Onun irsində Dantenin ayrı-ayrı misraları ilə
səsləşən çoxlu sətirlər də tapmaq mümkündür. Lakin bütün
iqtibaslar Marinonun qələmi altında dəyişir, yeni şəkildə
səslənirdi. Petrarkanın əflatuni sevgi izharları onda açıq
erotikaya çevrilirdi. Marino götürdüyü hər şeyi öz düşüncə-
lərinin, yaradıcılıq axtarışlarının içərisində əridir, yeni
şəkildə mənalandırır və onların özgələrdən götürmə olduğu
qətiyyən hiss olunmur.
Marinonun şeirləri ahəngdarlığı, səlisliyi, rəvanlığı,
forma və ahəng əlvanlığı ilə seçilir. Məhz bu cəhətinə görə
onun şeirləri asanlıqla musiqiyə salınırdı. Bəzi hallarda o,
dostluq işlətdiyi bəstəkarlar üçün musiqi mətnləri yazırdı.
Marinonun həcmcə ən iri əsəri "Adonis" poemasıdır.
Qırx beş min misradan ibarət olan bu poemada Venera ilə
Adonisin sevgisi və bu sevginin nəticəsindən bəhs edilir.
Veneranın Adonisə vurulması, Adonisin vəhşi qaban
tərəfindən parçalanması və onun şərəfinə təşkil edilən
oyunlar antik ədəbiyyatdan və əsatirdən də yaxşı məlumdur.
Marino Ovidi, Apuley, Lukretsi, Klavdian, Politsiano,
Sannadzaro və başqalarından götürdüyü motivlər əsasında
orijinal və əlvan bir əsər yaratmışdır. "Adonis" çoxlu ricətlər
və əlavə epizodlarla zənginləşdirilmiş mürəkkəb bir əsərdir.
Şair antik allahlara xristian müqəddəslərindən daha
Afaq Yusifli İshaqlı
30
artıq bir ehtiramla yanaşır. Poemada panteist bir ruh
hakimdir. Marino geniş açılmış ulduzlu səmanı barokkonun
nəhəng bir labirinti kimi təsəvvür edir. Bəzən dünya ona bir
mif kimi görünür. Şair planetlərin təsvirində daha çox
Qalileyin mövqeyində durur, o, kainatın quruluşu haqqında
Ptolomey sistemini qəbul etmir. Antik və İntibah dövrü
müəllifləri ayın səthini hamar hesab edirdilərsə, Marino
Qalileyin arxasınca ayın səthini dağlıq və qeyri hamar
olduğunu söyləyir. "Adonis" poemasının onuncu nəğməsində
oxuyuruq: "Bizim zəmanəmizə məlum olmayan teleskopun
kəşfini sən başa çatdırdın, Qaliley. Bu kəşf bizdən uzaq olan
predmetləri güclü şəkildə böyüdərək bizə yaxınlaşdırdı.
Bircə sən onların hamısının hərəkətini izləyirsən, onlar
harada gizlənsələr də, ey yeni Endimion, sən onları örtüsüz,
çılpaq şəkildə görə bilərsən". Bu və digər qeydlər,
mülahizələr göstərir ki, Marino Qalileyin əsərləri ilə
yaxından tanış imiş. Marino Veneranın Adonisə olan
sevgisini zarafatyana bir incəliklə, açıq-saçıq aşiqanə
eyhamlarla nəql edir.
Onun misraları oynaqlığı, zərifliyi, qafiyələrinin
gözəlliyi ilə diqqəti cəlb edir. Marinonun üslubunun əsasını,
orijinallığını
gözlənilməz
istiarələr,
bənzətmələr,
müqayisələr təşkil edir. Gözlənilməz söz birləşmələri, nitqin
qəfil dönüşləri qeyri-adi bir tərzdə işlədilən bənzətmələr
Marinonu yenilikçi bir şair kimi tanıtdırmışdır. Şair çox vaxt
bir-birini inkar edən anlayışları yanaşı işlədir. Məsələn, "alim
nadan", "lal natiq", "varlı dilənçi", "sevincli ağrı". Marino
ulduzlar haqqında danışanda onları "əbədi məhəbbət
qığılcımları", "göyün zərif rəqqasələri", "gündüzün dəfnində
yandırılan məşəllər" və s. adlandırır. Şairin işlətdiyi bu tipli
bənzətmələr oxucunu heyran edir, tilsimləyir, şairi yeni bir
düha kimi qiymətləndirməyə məcbur edir. Oxucu elə
düşünür ki, Marino poeziyada hələ heç kəsə bəlli olmayan
XVII əsr Qərbi Avropa ədəbiyyatı
31
yeni bir aləm açmışdır.
Marino əksər halda şən görünür, lakin bu şənlik
ümidsizlik və bədbinlikdən doğan bir hal idi, həyatın bütün
həyəcan və narahatlıqlarının mənasız olduğunu anlamaqdan
irəli gəlirdi. Bir halda ki, dünyanı düzəltmək mümkün
deyildir, qəm çəkmək nəyə gərəkdir? Bir halda ki, kainatın
müəmmalarını həll etmək mümkün deyildir, baş sındırmağa
nə ehtiyac var? Hər şeyi unudub şən, qayğısız olmaq daha
yaxşı deyilmi? Özünü və özgələrini aldatmaq, hər şeyi
unutmaq kəskin irtica dövründə həyatın şəri qarşısında
yeganə çıxış yolu kimi görünürdü. Həyat və insan haqqında
ciddi düşündüyü vaxtlarda o, həqiqəti söyləyir. Bu həqiqət
isə acıdır, kədərlidir.
İnsan bu dünyaya gəldiyi gündən
Gözləri açılır yaş tökmək üçün.
Bir barokko şairi kimi Marino belə hesab edir ki,
dünya həyat ziddiyyətlər və əksliklərlə doludur. Bu əksliklər
və ziddiyyətlər bir-birinə bağlanaraq dünyanı məhv olmağa
qoymur. Bunun üçün Marino Fransa həyatı üzərində apardığı
müşahidələri misal gətirir. "Fransa büsbütün uyğunsuzluq və
biçimsizliklərlə doludur. Bunlar nəsə razılıqsız bir razılıq
əmələ gətirərək onun mövcudluğunu təmin edir. Adətlər,
çevrilişlər, əcaib, qəddar ehtiraslar daim, aramsız vətən mü-
haribələri nizamsız qarışıqlıqlar, qeyri-mülayim, ifratçılıqlar,
hərcmərclik, çaşbaşlıq və nadanlıq – bir sözlə, onu dağıtmalı,
məhv etməli olan hər şey, əslində hansı bir möcüzə iləsə onu
qoruyub saxlayır." Məlum olduğu kimi, klassisistlərə görə
həyatda hər şey aydın və ahəngdardır, vahid bir intizama
tabedir. Barokko şairinə görə, əksinə, hər şey ziddiyyətli,
sistemsiz, nizamsız və parçalanmış bir şəkildədir. Marinonun
şeirlərində, məktublarında bu xüsusiyyətlər bir sistem şəklin-
də əks olunmuşdur.
Afaq Yusifli İshaqlı
32
XVII əsri çox vaxt onun adı ilə marinizm əsri adlan-
dırır və "seçentizm" /sençento – XVII əsr deməkdir/
marinizmin sinonimi kimi işlənir. Belə bir meyl Marinonun
yaradıcılığının XVII əsrin ən mühüm, səciyyəvi hadisəsi
olduğunu təsdiq edir. Təsadüfi deyil ki, XVII əsr İtaliya
şairlərinin çoxu onun ardıcılları və davamçıları olmuşlar.
Marinonun müasiri olan bir çox italyan şairləri onun
yenilikləri ilə barışmamış, bunu italyan ədəbiyyatı üçün
təhlükəli bir hadisə saymışlar. Qabriela Kyabrera onun
təmtəraqlı üslubunun əksinə olaraq sadə səpkili əsərlər
yazırdı. Torkvato Tassonu özü üçün nümunə seçir, onun təsiri
qəhrəmanlıq poemaları, pastorallar, ekloqlar, faciələr,
melodramlar yaradır. Lakin Kyabreranın şeirlərində də
birtərəfli meyllər vardır. Zadəgan əhval-ruhiyyəli bir poeziya
yaradan Kyabrera zərif gözəllik və nəzakətli anakreontizm
tərəfdarıdır. O, idillik kənd mənzərələrini, antik nimfalar və
amurlar aləmini daha çox sevir. Əsl lirizmdən məhrum olan
Kyabreranın şeirlərində incə, nəzakətli bir zadəgan
sentimentallığı vardır. Onun iri həcmli əsərləri arasında
"Qotiada", "Alideida", "Florensiya" poemaları mühüm yer
tutur. Ancaq Kyabrera daha çox lirik şeirləri ilə tanınmışdır.
Dövrün vətənpərvər şairlərindən biri kimi tanınan
Fulvio Testi /1593-1646/ yaradıcılığının ilk illərində
Marinonun ardıcıllarından olmuşdur, lakin get-gedə daha çox
Kyabreraya meyl göstərmişdir. Bir sıra vətənpərvər
şeirlərində Savoya hersoqu I Karl-Emmanueli İtaliyanı ispan
ağalığından azad etməyə çağırır. Hersoq ispan ağalığından
qorxaraq şairin kitabını yandırır. Testi onun qəzəbindən
qorxub qaçır.
İmzasız şəkildə çap etdirdiyi "İtaliyanın göz yaşı"
kitabında da Kyabrera vətənpərvər bir şair kimi çıxış edir.
Savoya hersoquna müraciətlə yazdığı şeirlərdə o,
hökmdarı bayraq qaldırmağa, ölkəni ispan əsarətindən
XVII əsr Qərbi Avropa ədəbiyyatı
33
qurtarmağa çağırır.
Kral, bir zamindir cəsur ürəyin:
Azadlıq saatı çatar bu yurdun.
Bəs niyə ləngidin? Bəs niyə durdun?
Nə qədər ağırdır bu ləngiməyin.
Görsün qələbəni qoy sənin cahan,
Qaldır bayraqları, igidlər gəlsin.
Göylər müttəfiqdir səninlə yəqin,
Tale şücaətə baş əyir hər an.
Şair Karl Emmanueli çətinliklərdən qorxmamağa,
maneələrdən çəkinməməyə səsləyir:
Şöhrətin yolları keçilmir asan,
Burda uçurumlar, maneələr var.
İgidlər qurbanla zəfər qazanar,
Zəfərlə təhlükə qonşudur hər an.
Kyabreranın antiispan əhval-ruhiyyəsi tez keçib
gedir. Yenidən saraya qayıdan şair böyük hörmət və şöhrət
qazanır. Bir diplomat kimi Romada, Vyanada, Madriddə olur.
Lakin Fransa ilə gizli əlaqələrdə ittiham olunan şair həbs
edilir və 1646-cı ildə həbsxanada ölür. Tesitinin şeirlərində
siyasi motivlər daha güclüdür. O, İtaliyanın acınacaqlı
taleyini ürək ağrısı ilə qələmə alır, qudurğan əyanları tənqid
edir. Lakin Marino və Kyabreranın şeirləri kimi onun əsərləri
də incə nəzakətli bir üslubda yaradılmışdır.
Piza qubernatoru Vinçenso Filikayya ömrü boyu
dindar bir şair kimi tanınmışdır. O, dini məzmunlu sonetlər
və kansonlar yazırdı. Onun da şeir dili təmtəraqlı, ədalı,
sünidir. İtaliyanın fəlakətli həyatı ömründə bir dəfə onu
həqiqi vətənpərvər şair zirvəsinə qaldırmış və o, "İtaliya.
İtaliya." sonetini yazmışdır. Bu şeirdə onun sünilik və
Afaq Yusifli İshaqlı
34
təmtərağından əsər-əlamət qalmır. Bu şeir öz dərin
məzmunu, yüksək sənətkarlığı ilə bir çox nəsilləri həyəcana
gətirmişdir. Bayron onu ingilis dilinə çevirib "Çayld Harold"
poemasına daxil etmişdir. Şair İtaliyanın bədbəxtliyini,
fəlakətini onun gözəlliyində görür. Taleyin uğursuz bir bəxşiş
kimi verdiyi gözəllik yad ordularını onun torpağına gətirmiş,
onu özgələrin qulluqçusuna, nökərinə çevirmişdir. Şairin
fikrincə, İtaliya bu qədər gözəl olmasaydı, Alp dağlarının zir-
vələrini aşaraq qall orduları ona tərəf azmazdı, Po çayı öz
qanlı suları ilə düşmən əsgərlərini suvarmazdı. Filikayya
arzu edir ki, kaş İtaliya bu qədər gözəl olmaqdansa, güclü
olaydı, düşmənlər onu sevərək ölümə sürükləməyəydi. Bu
kiçik şeirin hər sətrində dərin bir kədər və sevgi əks
olunmuşdur.
Ey Vətən. Uğursuz bir ərməğan tək,
Bəxt ülvi gözəllik bəxş etdi sənə.
Vurdu tər möhürü o gül bədənə,
Sonsuz əzablara səni çəkərək.
Olmasaydın gözəl, İtaliya, sən,
Qüdrətli, qüvvətli olsaydın ya da,
Kimə ki, əzizsən indi dünyada,
O, səni sevməkdən qorxardı hökmən.
Sonetdən gətirdiyimiz bu misralarda vətənpərvər şair
ümumxalq kədərini əks etdirmişdir.
Üslubunun təmizliyi, şeirlərinin düzgünlüyü, şeir
ahəngindəki vüsət Filikayyanı İtaliyada klassisizmin banisi
saymağa haqq qazandırır. İtaliyada klassisizm o qədər də
dəbdə olmamışdır. XVII əsr İtalyan ədəbiyyatında
barokkonun formalarından biri olan marinizm daha geniş
yayılmışdır.
Dostları ilə paylaş: |