Hobbs /1588-1679/ da ingilis royalistlərinin tərəfində idi.
İngilis burjuaziyasının ideologiyası ilə bağlı olan T.Hobbsda
F.Bekonun dərinliyi və humanizmi yox idi. İngilis
cəmiyyətini diqqətlə təhlil edən, burjua münasibətlərinin
sürətli inkişafını, ictimai ziddiyyətlərin kəskinləşməsini
bütün aydınlığı ilə görən Hobbs İngiltərə hakim dairələrinin
təəssübkeş müdafiəçisi üsyana qalxmış xalqın düşməni kimi
hərəkət edir. O, xalqı "qüdrətli, lakin şər təbiətli bir gənc"
sayır.
40-cı illərin inqilabi mübarizələr dövründə onun
möhkəm hakimiyyətə, monarxiya quruluşuna rəğbəti daha da
artır.
Ədəbi-estetik
görüşlərində
Hobbs
klassisizm
mövqelərində durur, incəsənətin vəzifəsini silki quruluşun
sarsılmazlığını tərənnüm etməkdə görürdü.
Bu dövrün kralpərəst ədəbiyyatının ən səciyyəvi
Afaq Yusifli İshaqlı
98
nümunəsi kimi Con Qodenin "Kralın surəti" əsərini
göstərmək olar. XVII əsrin mürtəce siyasi romanı olan bu
əsərdə inqilabın edam etdiyi I Karl tərənnüm edilir, o, şəhid
kimi göstərilir. Bir tərəfdən dini mənqəbələrə və nəzakətli
romanlara yaxın olan bu əsər, həm də XVI-XVII əsrlərin
epopeyaları ilə səslənirdi. Burada təkcə kral I Karl yox, həm
də onun təmsil etdiyi quruluş idealizə olunur.
İnqilabın ideallarına bağlı olan publisist və şairlər
daha çox idilər, onlar öz düşmənlərindən daha artıq
qətiyyətlə hərəkət edirdilər. Bu dövrdə kalvinist publisistika
daha çox fəallıq göstərir, ingilis xalqını mütləqiyyətə qarşı
mübarizəyə çağıran moizəçi və natiqlər bibliya üslubunda
yazılmış broşürlar və nitqlərlə çıxış edirlər.
Parlamentin, inqilabın işini müdafiə edən qəzetlər
ətrafında toplaşan bir sıra istedadlı jurnalistlər oldu, kəskin
publisist
yazıları ilə respublikaya, inqilaba xidmət
göstərirdilər. Bunların arasında Uoker xüsusilə seçilirdi.
Dəmir məmulatı alverçisi olan Uoker qalxmış şəhərin əhval-
ruhiyyəsini əks etdirən yazılarda meydanlarda, əsgər
yığıncaqlarında işlənən dildən istifadə etmişdir, xalqın
işlətdiyi narahat, döyüşkən ifadələri mətbuata gətirmişdir.
İngiltərə və Amerikada burjua ədəbiyyatşünasları Uokeri indi
də həzm edə bilmir, onu istehza ilə "sarı" Uoker adlandırır,
savadsız olması barədə əfsanələr uydururlar.
Bu dövrün istedadlı şairlərindən olan Endrü Marver
və Mörc Uizer royalist /kral hakimiyyəti tərəfdarı/ olan
sənətkarların əksinə olaraq respublika işinə xidmət edirdilər.
Lakin Marver Kromveli həm "general", həm də lord-
protektor kimi tərənnüm edəndə, onun şücaəti, müdrikliyi,
insaniliyi ilə fəxr edəndə, əlbəttə, yanılırdı. Bir odasında
Kromveli vəsf edən Marver Kromvelin diktatorluq
hərəkətlərindən narazı qalan respublikaçıları da tənqid
etməkdən çəkinmir. O, Kromvelə güclü bir burjua mütləq
XVII əsr Qərbi Avropa ədəbiyyatı
99
hakimi kimi heyranlıqla yanaşır. Kromvelə belə bir
münasibət baxımından C.Drayden və bir sıra başqa
sənətkarlar da onunla həmkar idilər. Burada onların mövqeyi
ilə royalist şair və dramaturq Uilyam Davenantın mövqeyi
bir-birinə çox yaxınlaşırdı. Onu da qeyd edək ki, 1656-cı ildə
Davenantın təşəbbüsü ilə on beş illik fasilədən sonra ingilis
teatrı yenidən işə başlayır. Davenantın "Rodosun mühasirəsi"
adlı qəhrəmanlıq pyesi ilə açılan ingilis teatrı intibah
dövrünün humanist teatr ənənələri ilə əlaqəni birdən-birə
bərpa edə bilməsə də, onun açılması, fəaliyyətə başlaması
mütərəqqi bir addım idi.
XVII əsrin 40-50-ci illərində Kromvelə qarşı çıxış
edən demokratik müxalifət cəbhəsi də çox güclü idi.
Görkəmli publisist Con Lilbern, kəskin pamfletlər ustası
Cerard Uinstenli və xüsusən Con Milton bu cəhətdən diqqəti
cəlb edir. Onlar müxtəlif partiya və qrupları təmsil etsələr də,
feodal mütləqiyyətinə düşmən münasibət, mütləqiyyəti
inqilabi yolla ləğv etmək zərurətini anlamaq, feodalizmin və
onun tərəfdarlarının məğlubiyyətinə inam onları eyni
cəbhənin adamları kimi birləşdirirdi. Onlar hər üçü 40-50-ci
illərin mürtəce ədəbiyyat və publisistikasına qarşı barışmaz,
düşmən mövqedə dayanırdılar.
BƏRPA İLLƏRİNDƏ /1660-1688/
İNGİLİS ƏDƏBİYYATI
1660-cı ildə İngiltərədə mütləqiyyətin bərpa edilməsi
təsadüfi olmayıb respublikanın son illərində yaranan şəraitin
qanunauyğun nəticəsi idi. Kromvelin ölümündən sonra
burjuaziyanın və yeni dvoryanlığın liderləri arasında
Afaq Yusifli İshaqlı
100
hakimiyyət uğrunda didişmələr və royalistlərin fəallaşması
Stüartlar sülaləsinin bərpa olunmasına və II Karlın
hakimiyyət başına gəlməsinə səbəb oldu. Bərpa əsl inqilabi
qüvvələrə qarşı royalist terrorunun başlanmasına gətirib
çıxardı. Royalist mühacirlər və onlarla həmrəy olan
prisviterianlar xoşları gəlməyən qüvvələrə amansız divan
tutmağa başladılar.
Bərpa olunmuş mütləqiyyətlə burjuaziya və yeni
dvoryanlığın münasibətləri də o qədər mehriban və səmimi
deyildi. Feodal zadəgan dairələr və burjuaziya parlamentin
zəiflədilməsi, kral hakimiyyətinin möhkəmləndirilməsinə
çalışırdılar. Xalq kütlələrinin get-gedə artan narazılığına
əsaslanın müxalifət qüvvələrinin hərəkatı da güclənirdi.
Müxalifət qüvvələri Stüartların xarici siyasətindəki
uğursuzluqlardan, onların fransız mütləqiyyətindən asılı
düşməsi faktından məharətlə istifadə edirdilər.
Bərpa edilmiş mütləqiyyət əleyhinə mübarizə döv-
ründə tori və viqi siyasi adları meydana çıxır. Torilər iri
torpaq sahiblərinin partiyası idi, onlar bərpa olunmuş
mütləqiyyəti müdafiə edir, parlamentin zəifləməsinə
çalışırdılar. Viqilər burjuaziyanın və yeni dvoryanlığın
mənafeyini ifadə edir, II Yakova qarşı çıxırdılar. 80-ci illərin
axırında II Yakov torilərin və fransız sarayının köməyinə
arxalanaraq İngiltərədə katolikliyin möhkəmlənməsinə
gətirib çıxara biləcək bir sıra tədbirlə həyata keçirmək istəyir.
Burjuaziyanın və yeni dvoryanlığın mənafeyinə toxunan bu
tədbirlə geniş xalq kütlələrinin narazılığına və narahatlığına
səbəb oldu. Ölkədə inqilabi yüksəlişin mümkünlüyü real
şəkil alır. Tori və viqilər belə bir vəziyyət qarşısında qalaraq
sazişə gəlir və saray çevrilişi edirlər. Yakov taxtan salınıb,
onun yerinə kürəkəni Vilhelm Oranlı taxta çıxarılır. 1688-
1689-cu illərdə baş verən bu hadisələrdə əslində bir-birilə
döyüşən hakim siniflər xalq kütlələri üzərinə birgə hücuma
XVII əsr Qərbi Avropa ədəbiyyatı
101
keçmək üçün razılığa gəlirlər.
1660-cı ildən başlayaraq saray mühiti və feodal
zadəgan dairələri tərəfindən himayə olunan bir sıra mürtəce
şair
və
yazıçılar
ədəbi
vasitələrlə
mütləqiyyətin
möhkəmlənməsinə çalışırlar. Con Roçester, Çarlz Bakherst,
Yentvort Roskommon və Corc Eterec bu dövrün saray
zadəgan ədəbiyyatının ən tanınmış nümayəndələri idi.
Onu da qeyd edək ki, mütləqiyyətin bərpası İngil-
tərədə burjua münasibətlərinin inkişafına zadəganlığı, özü də
get-gedə daha artıq kapitalistləşir, Hobbsun şərh etdiyi kimi
hakim
dairələrin varlanması və xalq kütlələrinin
əzişdirilməsi elminə daha dərindən yiyələnirdilər. Şair və
dramaturqların
əsərlərində
zadəgan
qəhrəmanlığının
tərənnümü geniş vüsət aldı.
CON DRAYDEN /1631-1700/. Drayden şair,
dramaturq, tənqidçi və nəzəriyyəçi kimi tanınır. Onun
yaradıcılığında klassisizmə məxsus cizgilər daha güclüdür.
Bununla bərabər keçid dövründə yaşamış bir sənətkar kimi,
o, intibah dövrünün və manyerizmin nailiyyətlərindən
qidalanır, onların uğurlarından istifadə etməyə çalışır, dildə
əzəmətli obrazlılıqla danışıq dili xüsusiyyətlərini birləşdirir,
qafiyəsiz, ağ şeiri qoşa qafiyəli misralarla əvəz edir.
Kembric Universitetində oxumuş və Bərpa dövrünün
məddah dramaturqu kimi tanınmışdır. 1659-ci ildə
Kromvelin ölümü münasibətilə göz yaşı tökən şair
/"Qəhrəmanlıq stansları"/ "Yenidən çıxan ulduz" odası ilə II
Karlın Londona qayıtmasını alqışlamışdır. Bərpa illərində
Drayden ilk ingilis laureat şairi, ilk saray dramaturqu və
rəsmi tarixçi olur. 1688-ci ildə Hannover sülaləsi hakimiyyət
başına gələndə Drayden onları tanımaqdan imtina etmiş,
həyatın son on ilini ehtiyac içərisində keçirmişdir.
Draydenin poeziyası oynaqlığı və zərifliyi ilə seçilir.
İngilis şeirinə o vaxta qədər görünməmiş bir çeviklik və
Afaq Yusifli İshaqlı
102
ifadəlik gətirən şair "Mak-Flekno" kimi satirik poema
yaradır, "Avesslom və Axi-Tüfeyl", "Maral və Bəbir" adlı
məddah poemalar və bir çox başqa poetik əsərlər yazır.
Lakin Drayden 60-70-ci illərin ingilis ədəbiyyatında daha
çox məhsuldar bir dramaturq kimi tanınır.
Con Drayden zadəgan dairələrinin sənətə baxışı
əsasında yeni tipli tamaşa növü yaratmağa çalışmış və
"qəhrəmanlıq dramı" deyilən bir janr yaratmışdır. Bu haqda
nəzəri görüşlərini o, "Qranadanın mühasirəsi" əsərinə
yazdığı "qəhrəmanlıq dramı haqqında təcrübə" adlı önsözdə
şərh etmişdir.
XVII əsr fransız teatrının ənənələrindən bəhrələnən
dramaturq "qəhrəmanlıq dramı" janrına "qəhrəmanlıq
poemalarının miniatür formada təqlidi" kimi baxmışdır. Ona
görə də onda hərəkətdən çox, deklamasiyaçılıq özünü
göstərir. İngilis teatrının ənənələrinə yad olan "qəhrəmanlıq
dramı" Draydenin dövründə hay-küylü bir şöhrət qazansa da,
yaşaya bilmədi. Sünilik və zahiri təmtəraq dramaturqun
işlədiyi ciddi və əhəmiyyətli mövzuların lazımi səviyyədə
işlənilməsinə imkan vermirdi. O, gah Amerika hindularının
ispanlar tərəfindən qırılmasından /"Hind imperatoru", 1668/,
Qərbi Avropa feodalizminin hücumları qarşısında dağılan
qədim dövlətlərin yaranmasından /Aurəng-Zibi, 1676/ söhbət
açır, lakin toxunduğu mövzulara, hadisələrin mahiyyətinə
nüfuz etməyə cəhd göstərə bilmir, buna təşəbbüs də
göstərmirdi. Əslində onun Qərb, Şərq və antik adlar və
libaslar altında göstərilən qəhrəmanları nəzakətli zadəganlar
idilər. Draydenin qəhrəmanı çox vaxt şöhrət, şəhvət və var-
dövlət haqqında düşünürdü. Onun pyeslərinin qəhrəmanları,
bir növ, idealizə edilmiş kübar xanımlar və ağalardır. Dray-
denin əsərlərinin təmtəraqlı, saxta patetikaya əsaslanan dili
bu cəhəti bir daha təsdiq edir.
XVII əsrin kosmopolit saray mədəniyyətinə mən-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
103
subluğunu Drayden əsərlərinin mövzuları ilə də nəzərə
çatdırır. O, dram və poemalarının mövzusunu əksər halda
ingilis həyatından götürmür, onların forma və süjetində də
milli həyatdan qaçmağa çalışır.
Bokaççodan, Ovididən, Horatsidən etdiyi tərcümələr,
bir sıra mənzum satiraları Draydenin yüksək istedada malik
bir sənətkar olduğunu göstərir. Lakin o, hakim dairələrinin
nökərinə çevrilib öz istedadını məhv etmişdir.
Bərpa dövrünün komediyalarında ingilis gerçəkliyi
daha geniş və nasiranə bir tərzdə əks etdirilmişdir. Burada
şəhər və kəndin, burjua və zadəgan dairələrinin kübar həyatı
gülünc, kobud, xoşagəlməz səhnələrlə canlandırılmış, onların
əxlaq düşkünlüyü və abırsızlığı göstərilmişdir.
UİLYAM UİÇERLİ /1642-1716/. Bərpa dövrünün
ingilis komediyasının ən tanınmış nümayəndəsi U.Uiçerlidir.
Onun komediyalarının qəhrəmanı soyuq, abırsız, xudbin,
ancaq öz ehtiraslarını təmin etməyə can atan bir zadəgandır.
Dvoryan, yaxud iri burjua dairələrinə mənsub olmasından
asılı olmayaraq o, ikrahedici, alçaq, əxlaqsız bir varlıqdır.
Dramaturqun "Kənd arvadı" adlı komediyası bu baxımdan
səciyyəvidir. Əsərin qəhrəmanı pozğun bir adamdır. London-
da keçirdiyi sevgi macəralarından doyan qəhrəman kəndə
gəlir, burada qonşu arvadlarla əylənməyə başlayır. Komediya
kobud, açıq-saçıq səhnələrlə doludur. Dramaturq belə
yüngül, sənətə zidd bir yolla tamaşaçıların diqqətini cəlb
etməyə çalışır.
Bərpa dövrünün ingilis komediyası bir qayda olaraq
aşiqanə məzmun daşıyır, lakin burada insan hissləri son
dərəcə bayağılaşdırılır. Guya insana materialistcəsinə
yanaşan yazıçılar əslində insanı məhv edirdilər. Müasir
ingilis kübar cəmiyyətinin eybəcərliklərini onlar yanlış
olaraq bütün ingilis xalqına şamil edirdilər. Bununla yanaşı,
Afaq Yusifli İshaqlı
104
70-80-ci illərin ingilis komediyasının uğurlarını da inkar
etmək olmaz.
İngilis teatrının və bütövlükdə ingilis ədəbiyyatının
inkişafında mühüm hadisə olan bərpa dövrü komediyası
ingilis gerçəkliyinin rəngarəng tiplər qalereyasını yaradır,
hakim dairələrinin mənəvi yoxsulluğunu, əxlaqsızlığını, pul
hərisliyini açıb göstərirdi. XVII əsr komediyası ingilis
ədəbiyyatında satirik meyllərin güclənməsinə güclü təkan
vermiş və XVIII əsrin maarifçi realist ədəbiyyatı üçün
səmərəli nümunələr yaratmışdır.
CON BENYAN /1628-1688/. XVII əsrin 60-70-ci
illərində feodal mütləqiyyət irticasına qarşı ümumxalq
narazılığı C.Benyan və Milton kimi sənətkarların yaradı-
cılığında öz əksini tapmışdır. Con Benyan yoxsul kəndli
ailəsində doğulmuşdur. Çox gənc yaşlarından qazanc xatirinə
əsgərliyə getmiş və vətəndaş müharibəsində iştirak etmişdir.
1649-cu ildə Benyan hərbi qulluğu atıb qalayçılıqla dolanır.
Sonralar isə o, çoxsaylı təriqətlərdən birinin üzvü və
moizəçisi olur. Bərpa dövründə onu mütləqiyyətə qarşı
apardığı moizəçilik fəaliyyətinə görə tutub həbs edirlər.
Həbsxanada qaldığı on iki il müddətində o öz gələcək
moizələrini yazmaq qərarına gəlir. Azadlığa çıxan kimi
Benyan yenidən öz moizəçilik fəaliyyətinə başlayır, üç ildən
sonra yenə həbs olunur, lakin bu dəfə ancaq yarım il həbsdə
qalır. Rəvayətə görə, elə bu vaxtlar "Ziyarətçinin yolu"
povestini yazmağa girişir.
1678-ci ildə nəşr edilən bu kitabın qiyməti ondadır ki,
burada XVII əsr ingilis cəmiyyətinin geniş tənqidi mənzərəsi
canlandırılır. Müəllif xüsusi mənalar daşıyan alleqorik adlar
altında ingilis gerçəkliyinin real insan tiplərini göstərir.
Cənab Boşboğaz, Azinamlı, Dağılmışabad Sadiq, Ümidkar,
həyatanlar kimi adlar yazıçının ayrı-ayrı surətlərinə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
105
tendensiyalı münasibətini aydın nəzərə çatdırır. Əsərin
qəhrəmanı xristian, onun ailəsi, dostları, müəllimi
Evangeliyaçı, onun daimi yol yoldaşları olan Sadiq və
Ümidkar Bərpa tərəfdarlarına düşmən mövqedə dayanan
adamlardır. Yazıçı Bərpa edilmiş mütləqiyyətin tərəfdarlarını
acgöz, qorxaq, nadan, cəllad, qəddar adamlar kimi göstərir.
Povestdə Şöhrətpərəstlik şəhəri, onun mərkəzindəki
hay-küylü Şöhrətpərəstlik yarmarkası, İngiltərə hakim
dairələrinin burada hərəkət edən nümayəndələrini xüsusi bir
əyanilik və canlılıqla əks etdirmişdir. Benyanın boyaları nə
qədər xəsis olsa da, ifadəliliyi, tipləri aydın göstərmək gücü
ilə seçilir. İki yüz il sonra V.Tekkerey adını Benyanın
povestindən
götürdüyü
"Şöhrətpərəstlik
yarmarkası"
romanında burjua cəmiyyətinin tənqidini yeni daha yüksək
bir zirvəyə qaldırır. Onu da demək lazımdır ki, Benyanın
əsərinin dini səciyyə daşıyan alleqorizmi onun tənqidi
gücünü xeyli azaldır, təhkiyəni yoxsullaşdırır.
Benyanın "Cənab Bedmenin həyatı və ölümü" adlı
ikinci povestində burjuaziyanın tənqidi daha da güclənir.
Əsərdə XVII əsr ingilis işbazlarının eybəcər surəti yaradılır.
Yazıçının əsas tənqid hədəfi "yaramaz adamdır". Bedmen
sözü özü "yaramaz adam", "pis adam" deməkdir. 1681-ci ildə
çap olunan "Müqəddəs mübarizə" povestində Benyan 40-cı
illərin vətəndaş müharibəsini və inqilabi ordunun
mütləqiyyət üzərində qələbəsini qələmə almışdır. Açıq
kalvinist meyl bu əsərin bədii dəyərini xeyli azaldır.
SEMÜEL BATLER /1612-1681/. Yaradıcılığının
son dövrlərinə məxsus olan satiralarında bərpa edilmiş
mütləqiyyəti kəskin tənqid edən sənətkarlardan biri də
S.Batlerdir. Bərpa dövrünün ən böyük satirik şairi kimi
tanınan S.Batler fermer ailəsində anadan olmuş, bir çox
vəzifələrdə çalışmışdır. Katib, məhkəmə məmuru və s.
Afaq Yusifli İshaqlı
106
vəzifələrdə işləyən şair əsas əsəri olan "Qudibras" poemasını
yazanda yaşı əllini keçmişdi. S.Batler bir xeyli müddət
Kromvel ordusunun zabitlərindən olan polkovnik Lükün
ailəsində xidmət etmişdir. Ehtimal edirlər ki, puritan
Qudibras surətini yaradarkən ser Lük şairin komik
qəhrəmanının əsas proobrazı olmuşdur. Şair Servantesin yolu
ilə gedərək Qudibrasla onun nökəri Ralfonun qəribə
macəralarını və mübahisələrini qələmə almışdır. Qudibras və
Ralfonun
mübahisə və deyişmələri vasitəsilə şair
presviterianlarla independentlərin mübarizəsinə gülmüşdür.
Şair Qudibrasın simasında prisviterianları, Ralfonun
simasında independentləri satira hədəfinə çevirir.
Qudibrasla Ralfonun mübahisə və savaşları əksər
halda gülünc və axmaq səbəblər üzündən başlanır, lakin bu,
onların ayrılmaz dostlar kimi qalmalarına mane olmur. Şair
inqilab iştirakçılarının surətlərini qəsdən karikaturalaşdıraraq
puritanlığın əsl nöqsanlarını açıb göstərir. Puritan kübar
dairələrində hökm sürən riyakarlığı tənqid edir.
Puritan kübar dairələrinin antiəxlaqi mahiyyəti,
onların şənlənən sadə kütləyə qarşı hərəkətlərində daha aydın
nəzərə çarpır. Puritan cəngavəri və onun silahdaşıyanı nahaq
yerə xalq şənliyinə mane olmağa çalışırlar. Qudibras və
Rolfo şənlənən xalq qarşısında məğlub olur və əsir alınır,
onların əl və ayaqlarına kündə vururlar. Qudibras və onun
nökərini kündədən varlı bir dul qadın xilas edir. Dul qadının
dövlətinə aşiq olan Qudibras guya ona sevgi duyğuları bəslə-
diyini bildirir. Saxta və riyakar Qudibras uzun müddət öz
məqsədini gizlədir. Lakin qadının qulluqçu və nökərləri
ifritələr cildinə girərək Qudibrasın yatağına soxularaq
həqiqəti öyrənirlər. Puritan cəngavəri yenə öz silahdaşıyanı
ilə birlikdə döyülür, biabır edilərək qovulur.
S.Batler komik qəhrəmanlarından ayrılan kimi
vətənpərvər bir şairə çevrilir, vətəndaş müharibəsinin
XVII əsr Qərbi Avropa ədəbiyyatı
107
fəlakətlərindən, partiyalar arasında gedən mübarizənin xalqı
var-yoxdan
çıxarmasından
danışır.
Burjuaziya
və
dvoryanlığın özlərini xalqın müdafiəçiləri kimi göstərib onu
aldatmaq istədiyindən söhbət açır. Royalistlərin qələbəsini
Batler inqilabdan əvvəlki quruluşun bərpa edilməsi kimi
başa düşür və buna görə də bəşər tarixinin mənasızlığını, hər
dəfə keçilmiş mərhələyə qayıtdığı fikrini irəli sürür.
Məhz bu cəhətlərinə görə poema feodal zadəgan
dairələrində məğlub olmuş respublika quruluşuna qarşı
yazılan bir əsər kimi qarşılanır, müəllifin royalist
görüşlərinin ifadəsi kimi qiymətləndirilir.
Karl və kübar dairələr əsərə heyran olduqlarını
bildirir, şairə pul mükafatı verirlər. O, dəbdə olan bir şairə
çevrilir. Lakin saray şairi şöhrəti Batleri o qədər də cəlb
etmir. O, bərpa edilmiş mütləqiyyətə qarşı bir sıra satirik
poemalar yazır, kübar cəmiyyətini, saray dairələrini, Stüartlar
sülaləsinin alim nökərlərini tənqid hədəfinə çevirir.
Həyatının son illərini yoxsul bir həyat keçirən şairin
yaradıcılığında get-gedə artan bir bədbinlik və ümidsizlik
müşahidə olunur. Bu, şairin ingilis burjuaziyasına da, bərpa
edilmiş Stüartlara da inamının itirilməsindən irəli gəlirdi.
Hakimiyyət uğrunda vuruşan hakim dairələrdən heç biri
S.Batleri cəlb etmirdi. Batlerin irsindəki realist meyllər onu
XVIII əsr maarifçi realizmi ilə, xüsusən, Svift yaradıcılığı ilə
bağlayır, "Qudibras" Sviftin stolüstü kitablarından olmuşdur.
XVII əsr ingilis ədəbiyyatı İngilis ədəbiyyatı
tarixinin ən mühüm və maraqlı mərhələlərindən biridir. Bu
dövrdə xalqın qanı və iztirabları bahasına ingilis burjua
dövlətinin əsası qoyulur. Əsrin yazıçı, şair və publisistlərinin
əsərlərində xalq kütlələrinin qazandığı tarixi təcrübə əks
etdirilir,
feodal
cəmiyyətinin
dağılması,
burjua
münasibətlərinin inkişaf prosesi göstərilir. XVII əsrin
Afaq Yusifli İshaqlı
108
qabaqcıl ingilis yazıçıları inqilab dövründə darmadağın
edilən feodal irticasını daha doğru, daha kəskin şəkildə
göstərməklə bərabər burjua münasibətlərinin kölgəli
cəhətlərini də tənqid edirdilər.
CON MİLTON /1608-1674/. XVII əsr ingilis
ədəbiyyatının ən parlaq siması Miltondur. Mütəfəkkir və
inqilabçı şair olan Milton döyüşən, irəliyə doğru hərəkət
edən, iztirablar və səhvlər arasından keçərək həqiqət axtaran
insana himn yaradır. Onun əsərlərində XVII əsrin ən mühüm
hadisələri əks olunmuş, baş verən hadisələr təhlil edilərək
ümumbəşəri nəticələr çıxarılmışdır. Onun poeziyasında
müşahidə olunan barokko romantizmi də, vətəndaşlıq
ideyaları ilə aşılanmış klassisizm də cəmiyyətin həyatında
cərəyan edən nəhəng hadisələrin təzahürü, onların dərk
olunması cəhdinin ifadəsi idi.
Con Milton Londonda notarius ailəsində anadan ol-
muşdur. Şairin atası sadiq, möhkəm əqidəli bir puritan idi,
oğlunu da puritanlıq ənənələri ruhunda tərbiyə edir. Milton
ilk təhsilini Müqəddəs Pavel kilsəsinin nəzdindəki məktəbdə
alır. Bu məktəb ən qatı puritanlar olan Cillərin əlində idi.
Miltonun dünyagörüşü və ədəbi zövqünün formalaşmasında
bu məktəbin mühüm rolu olmuşdur.
Varlı puritan ailələrindən çıxan əksər gənclər kimi
Milton da Kembricdə oxuyur. Burada o, parlament
tərəfdarları ilə feodal-zadəgan irticası tərəfdarları arasında
gedən mübarizələrə qoşulur. Mütləqiyyət hakimiyyəti
tərəfdarları burada nə qədər az olsalar da, çox inamla və
qətiyyətlə hərəkət edirdilər. Milton müəllimlə nəsə bir siyasi
məsələ ilə əlaqədar toqquşur və onu müvəqqəti olaraq
universitetdən çıxarırlar. Buna baxmayaraq o, universiteti əla
qiymətlərlə qurtarır.
Universiteti bitirdikdən sonra Milton həyatının bir
XVII əsr Qərbi Avropa ədəbiyyatı
109
neçə ilini atasının yenicə aldığı Qorton malikanəsində
yaşayır, vaxtının çoxunu kitablar arasında keçirir. Əvvəllər
keşiş olmağa hazırlaşan şair sonra bu fikirdən vaz keçir.
1638-ci ildə Milton Avropa ölkələrinə səfər edir,
Fransa, İtaliyada olur. O, İtaliyada daha çox ləngiyir, italyan
ədəbiyyatı və klassik filologiya sahəsindəki biliyini xeyli
təkmilləşdirir. İngiltərədə inqilabi hadisələrin yaxınlaşması
xəbərini eşidən Milton vətənə qayıdır, siyasi mübarizələrə
qoşularaq bir publisist kimi yepiskop əleyhinə çıxış edir. 40-
cı illərin ortalarında o, independentlərə yaxınlaşır, onların
tapşırıqlarını yerinə yetirən bir adama çevrilir. 50-ci illərdə
isə independentlər respublikasının "latın katibi", yəni
beynəlxalq siyasət üzrə məsləhətçi olan Milton həddindən
artıq çox işlədiyindən görmək qabiliyyətini itirir.
Sağlamlığının pisləşməsinə, düşmənlərinin hədələrinə
baxmayaraq işdən ayrılmır. Mütləqiyyətin bərpa edilməsi
onu çətin vəziyyətdə qoyur, onu edam təhlükəsi hədələyir,
təzminat isə onu müflisləşdirir. Royalistlərin istehza və
təhqirlərinə baxmayaraq yoxsulluq içində yaşayan şair feo-
dal-zadəgan irticasına qarşı mübarizə aparır, respublika
quruluşunun qələbəsinə inamını itirmir.
Miltonun yaradıcılığını, bir qayda olaraq, dörd dövrə
bölürlər:
1. 1620-1630; 2. 1630-1640; 3. 1640-1660;
4. 1660-1670.
Miltonun 60-70-ci illə poeziyası və publisistikası ilə
müqayisədə yaradıcılığının Kembric və Qorton dövründə
yazdığı əsərlər nisbətən az əhəmiyyətlidir, bunlarda şairin
sonrakı əsərlərində görəcəyimiz ümumiləşdirmələr, poetik
orijinallıq çatmır, onlardakı böyük tematika görünmür.
Bununla yanaşı artıq bu əsərlərdə şairin siyasi hadisələrə
ciddi maraq göstərdiyi sezilir. Bu dövrdə onun latınca və
ingiliscə yazdığı şeirlər, poemalar və səhnə əsərlərində
Afaq Yusifli İshaqlı
110
metafizik şairlərlə düşmən mövqedə dayandığı görünür. "5
noyabr gününə" adlı poemasında şair feodal katolik
irticasının və Roma papasının düşməni kimi çıxış edirsə,
"Yunqun ölümünə mərsiyə" şeirində kral Yakovun alman
protestantlarına kömək etmədiyinə görə narahatlığını bildirir.
Qortonda yazdığı "Həyatsevər", "Kədərli" poema-
larında yeni insan problemi ön plana çəkilir. Şair feodal
zadəgan
ədəbiyyatının
pozğun
və
xəyalpərvər
qəhrəmanlarının əksinə olaraq həyatsevər, ciddi, savadlı
humanist alim surəti yaradır. Onun qəhrəmanı həyatın
qoyduğu suallardan qaçmır, onları həll etməyə çalışır.
Miltonun qəhrəmanları Con Donnun əsərlərində olduğu kimi
taleyin əlində oyuncağa çevrilmir, ağlın üstünlüyü ilə ağılla
hissin vəhdətini qəbul edir.
"Komus" pyesində bu ideya ardıcıl bir şəkildə təsdiq
edilir. Komus meşə və cəngəlliklər hakimidir, sərhəd bilməz
ehtiraslar və şənliklər əcinnəsidir. O, meşədə azmış təmiz,
günahsız bir qızı yoldan çıxarmaq istəyir. Qızın qardaşları
Xeyir Mələyinin köməyi ilə qızı Komusun pəncəsindən
qurtarırlar. Lakin ən mühüm cəhət budur ki, qardaşlarının
gəlişinə qədər də Komus və onun yarı insan, yarı heyvan
mahiyyəti qızın iradəsini sındıra bilmir. Onların hədələri,
vədləri heç bir nəticə vermir. Qız ikrahla onların bütün təklif
və vədlərini rədd edir.
"Komus" pyesi Miltonun bir şair kimi xeyli inkişaf
etdiyini göstərir. O, təbiətin heyranedici mənzərələrini
yaradır, ingilis dilinin incəliklərinə həssaslıqla yanaşdığını,
şeir texnikasına dərindən yiyələndiyini nümayiş etdirir. Qızın
mətin surəti iblis Komusun pozğunluğuna qarşı qoyulur.
"Komus" əsərindəki bir çox siyasi parçalar açıq-açığına
zadəganlığa qarşı yönəlmişdir. Lakin onu da qeyd edək ki,
"Komus"dakı
güclü
nəsihətçilik
meyli
Miltonun
dünyagörüşündə puritanlıq ünsürlərinin güclənməsindən
XVII əsr Qərbi Avropa ədəbiyyatı
111
xəbər verir. Miltonun tərənnüm etdiyi ağıl, İntibah dövrünün
göstərdiyi üsyankar ağıldan fərqlidir. Miltonun tərənnüm
etdiyi ağıl təbiət qanunlarına tabe olan ağıldır. Bu dövrdə
Milton təbiətə panteistcəsinə yanaşır və onu allahın təzahürü
kimi qəbul edir.
Yaradıcılığının üçüncü dövründə, 1640-1660-cı
illərdə Miltonun həyatı gərgin siyasi mübarizələrdə keçir. O,
feodal mütləqiyyət irticası ilə döyüşlərdə iştirak edərək
zəngin həyat təcrübəsi qazanır, alovlu, humanist yazıçı
publisist kimi formalaşır. Miltonun bu dövrdə yaratdığı
traktatlar, məqalələr və tədqiqatlar bədii materiallarla zəngin
olmaqla bərabər obrazlı bir dillə yazılmışdır. Məhz bu
cəhətlərinə görə onlar XVII əsr ingilis ədəbiyyatının ən
mühüm abidələri kimi diqqəti cəlb edir. Bir şair, alim,
siyasətçi və publisist kimi Miltonun nəsri İngiltərə burjua
inqilabının tarixi-mədəni xüsusiyyətlərini öyrənmək və başa
düşmək üçün əvəzedilməz bir xəzinədir. O, ilkin xristianlığın
və Avropa dini hərəkatlarının tarixinə əsaslanaraq anqlikan
kilsəsini ifşa edir, yepiskopatlığı məhv etməyə çağırır.
Miltonun yepiskopal kilsəyə qarşı yazılmış traktatları
insan vicdanını əsarətdə saxlamaq əleyhinə coşqun etiraz
ruhu ilə aşılanmışdır. Boşanma haqqında yazdığı bir sıra
traktatlarda da /"Boşanma haqqında təlim", "Martin Bukerin
boşanma barədə mülahizəsi", "Tetraxordon" və b./ eyni etiraz
ruhu hakimidir. Milton insanın özünə həyat yoldaşı, köməkçi
seçmək hüququnu coşqunluqla müdafiə edirdi. Şair kişini
"iki bərabər içində birinci" saysa da, onun sevgi haqqındakı
baxışları XVI əsr humanistlərinin görüşləri ilə həmahəngdir.
Miltonun erkən traktatları arasında 1644-cü ildə
yazılan "Aeropaqitika" xüsusi yer tutur. Burada o, mətbuat
azadlığını müdafiə edir. Qabaqcıl fikrin yayılması üçün
azadlıq tələb edən şair, katolikliyə belə bir azadlıq verilməsi
fikri ilə razılaşmır. Miltonun fikrincə yezuitlərin fəaliyyəti,
Afaq Yusifli İshaqlı
112
bu dini təlimin qeyri-insani mahiyyəti bir daha bütün
aydınlığı ilə aşkar edildiyindən o, katolikliyə mətbuat və
təbliğat azadlığı verilməsini ağla, insanlığa zidd bir hərəkət
sayır.
"Tərbiyə haqqında" adlı pedaqoji traktatında Milton
yenidən özünün antifeodal meyllərini əks etdirir, insanı şəxsi
və ictimai həyatda təbiətin qanunlarına tabe olmağa çağırır.
40-cı illərin ortalarından başlayaraq Milton presvi-
terianlardan uzaqlaşır, onun rəhbərlərinin müstəbidlik
meyllərini görərək independentlərlə yaxınlaşır. Bu dövrlərdə
o, "Hökmdarların və dövlətlərin vəzifələri" /1649/, "İkona
düşməni" /1649/ traktatlarını yaradır və bunlarda tarixi və
hüquqi baxımdan kralı edam etməyə bəraət qazandırır.
"İkona düşməni" traktatı birbaşa independentlərin sifarişi ilə
yazılmışdır. Presviterianların və royalistlərin I Karlı şəhid
kimi göstərmək cəhdlərinə qarşı yazılan bu əsər bütün
Avropada böyük əks-səda oyadır. Milton müstəbidlərə qarşı
xalqı mübarizəyə çağırırdı. Miltonun əsərinin müvəffəqiyyəti
nəinki təkcə mühacirətdə olan ingilis kralpərəstlərini, həm də
Fransa, İspaniya və İtaliyanın hökmdarlarını narahat etməyə
başladı.
Beynəlxalq
irticanın
təkidi
ilə
Leyden
Universitetinin professoru Salmazi Somez və onun
həmkarları Miltonu nüfuzdan salmaq, onun fikirlərini alt-üst
etmək məqsədilə bir sıra kitablar yazırlar. S.Somezin "Kral I
Karlı müdafiə" /1649/ kitabı bu əsərlərdən birincisi idi.
Milton bu kitaba "İngilis xalqının müdafiə traktatı" ilə cavab
verdi. Bu vaxt royalistlər tərəfindən muzdla satın alınan bir
dəstə Miltona hücuma keçir. Milton onlara cavab verərək
"İngilis xalqını ikinci müdafiə" /1654/, "Özünü müdafiə"
/1655/ traktatlarını yazır. Məhz bu müdafiələr Miltonu 50-ci
illərin Avropa publisistikasının korifeyi kimi tanıtdırdı.
Təkcə 1650-51-ci illərdə "İngilis xalqını müdafiə" traktatı
beş dəfə nəşr edildi. "İngilis xalqını ikinci müdafiə"də
XVII əsr Qərbi Avropa ədəbiyyatı
113
Milton vətəndaş müharibəsi hadisələrinin qəhrəmanlıq
mənzərələrini yaradır, həmvətənlərini aza qane olmaqda
qazanc arxasınca getməkdə təqsirləndirir. Şair inanırdı ki,
ingilis xalqı vaxtında doğru yol tutmasa, onu heç bir
Kromvel xilas edə bilməyəcək.
Bu dövrdə Miltonun Kromvelə münasibəti də dəyişir.
"Müdafiələr"də,
"Lord general Kromvelə"
sonetində
Kromveli ilhamla tərifləyən şair həm də onu açıq-açığına
xəbərdar edir, inqilab işi üçün qorxulu olan hərəkətlərdən
çəkinməyə çağırır.
50-ci illərin ikinci yarısında Milton siyasi müba-
rizədən uzaqlaşır, "Xristian təlimi haqqında" adlı iri həcmli
traktat üzərində işləyir. Bu əsərdə filosof Miltonun
ziddiyyətləri daha qabarıq görünün, o, elmi fikirlə dini
barışdırmağa cəhd edir, allahı maddi aləmə səpələnən, onda
təcəssüm edən bir varlıq kimi götürür. Alın yazısına qarşı
çıxıb Adəmin günah iş tutmasının əvvəlcədən allah
tərəfindən müəyyənləşdirilmiş bir hadisə olmadığını sübuta
çalışır.
Kromvelin ölümündən sonra Milton yenidən qələmə
sarılır və can üstündə olan respublikanı xilas məqsədilə
axırıncı traktatlarını yazır. 1660-cı ildə o, "Azad respublika
qurmağın həqiqi və asan yolu" traqetatında yeni dövlət
quruluşu barədə öz planını şərh edir. Kral hakimiyyətinin
bərpa edilməsini şair ən böyük şər, ingilis xalqı üçün fəlakət
sayır, xalqı buna yol verməməyə çağırır. Bu traktatın bir çox
sətirləri azadlıq üçün rekviyem kimi səslənir. Geniş xalq
kütlələrinin respublikanın məhvinə laqeyd yanaşmasının
səbəblərini anlaya bilməsə də, bu laqeydliyin nəticələri ilə
əlaqədar xalqa xəbərdarlıq edirdi. İrticanın təntənəsi
ərəfəsində yazdığı bu traktatda Milton bir daha uğrunda
vuruşduğu prinsiplərin qələbə çalacağına inandığını
bildirirdi.
Afaq Yusifli İshaqlı
114
1660-cı ildə mütləqiyyətin bərpasından sonra
Miltonun həyatının ən ağır, yaradıcılığının ən parlaq dövrü
başlanır. Şairin presviterian düşmənləri sevinirlər ki, kor
Milton və onun həmkarları həmişəlik gözdən düşürlər.
Milton ancaq böyük məbləğdə cərimə hesabına edamdan
canını qurtarır və azadlıq əldə edir. 1660-cı il avqustun 13-də
icmalar palatasının qərarı ilə və Kralın fərmanı ilə
"İkonodüşməni" və "İngilis xalqını müdafiə" kitabları
cəlladın əli ilə yandırılır.
Bu zamanlar bir çoxlarına elə gəlirdi ki, irtica uzun
müddətə qələbə çalmışdır. 60-cı illərin ingilis cəmiyyətində
müxtəlif dini cəmiyyətlər, təriqətlər, mistik cərəyanlar geniş
yayılmışdı. Baş verən hadisələr dini şəkildə izah olunurdu.
İrticanın qələbəsi özü də ingilis xalqının günahlarının və
səhvlərinin nəticəsi, cəzası kimi qiymətləndirilirdi. Bərpaya
qarşı vuruşmaq dini qəhrəmanlıq sayılırdı. Kromvelin
levellerlər və diggerlərə divan tutaraq xalq kütlələrini
məğlub etməsi, qalib gəlmiş burjua respublikasına xalqın
inamını itirməsi və onun siyasi cəhətdən yetkin olmaması
bərpa hökumətinə qarşı müxalifətin dini hərəkatlar şəklində
təzahürünə gətirib çıxarmışdı. Bütün bunlar hamısı Miltonun
yaradıcılığı üzərində dərin izlər buraxmışdır.
Miltonun 60-cı illərdə yazdığı ən parlaq əsər "İtiril-
miş cənnət" poemasıdır. 1658-1667-ci illərdə yaradılan bu
əsərin ideyası puritan dini incəsənəti ilə bağlı idi.
"İtirilmiş cənnət" poeması nəinki öz dövründə, həm
də sonrakı əsrlərdə İngiltərədə və onun xaricində böyük
maraq doğurmuş, dünya ədəbiyyatının ən əhəmiyyətli
abidələrindən biri kimi qiymətləndirilmişdir. Burjua
ədəbiyyatşünasları onu daha çox dini epopeya kimi
səciyyələndirməyə çalışırlar. Poemanı 40-cı illərin inqilabi
hadisələrinin tam paraleli kimi anlamaq da doğru deyildir.
Şair bibliya əfsanələri vasitəsilə böyük ümumiləşdirmələr
XVII əsr Qərbi Avropa ədəbiyyatı
115
aparır, bəşəriyyətin çətin, əzablı yollarla inkişafa, tərəqqiyə
doğru getdiyini təsdiq edir.
Poema allaha qarşı üsyan etmiş mələklərin məğlu-
biyyətinin təsviri ilə bağlayır. Başda iblis olmaqla üsyankar
mələklər göylərin nüfuzuna qarşı çıxmışlar. İndi isə döyüşdə
məğlub olduqlarına görə həmişəlik göyləri tərk etməli,
cəhənnəmin od-alovları içərisində yaşamalıdırlar. Lakin İblis
və onun dostları burda da özlərini məğlub saymır, ilahi
nüfuza qarşı mübarizəni davam etdirməyə çalışırlar. İblis öz
zərbəsini allahın yaratdığı ən yaxşı nə varsa ona, ilk
insanların yaşadığı dünyaya qarşı yönəltmək istəyir. İblis
daha çox ona çalışır ki, ilk insanları allahın əlindən alsın,
onları öz qiyamçı, məğrur təbiətinə tabe etsin.
Allah Adəm və Həvvaya İblisin niyyətindən danışır,
onları ehtiyatlılığa çağırır. Onun elçisi Rəfael isə İblisin
üsyanı və məğlubiyyətindən söhbət açır, onları müti olmağa
öyrədir. İblis Həvvanı aldadıb yoldan çıxara bilir, o, allahın
qoyduğu qadağanı pozur, xeyir və şəri dərk etmə ağacının
meyvəsindən dərib yeyir. Adəm də onun kimi edir, o da idrak
ağacının meyvəsindən yeyir. Lakin o, İblisə aldandığı üçün
deyil, rəfiqəsini tək qoymamaq, onun alacağı cəzaya şərik
olmaq xatirinə belə edir. İlahi məhkəmənin qərarı ilə Adəm
və Həvva cənnətdən qovulur, adi öləri insanlara çevrilirlər,
həyatın əzab və işgəncələrinə məruz qalırlar. Allahın
nökərləri Adəm və Həvvanı cənnətdən qovmazdan əvvəl
allahın göstərişi ilə mələklərdən olan Mikayıl Adəmə
bəşəriyyətin gələcəyini göstərir. Məqsəd isə onu
ruhlandırmaq və xilas yolunu göstərməkdədir.
Adəmin gözü qarşısından bəşər tarixinin geniş və
dəhşətli mənzərələri gəlib keçir. Xalqların sevincləri, müsi-
bətləri, müharibələrin törətdiyi fəlakətlər günahlardan
keçərək müdrikləşmiş Adəmin gözü önündən keçir. İnsan
həyatının rəngarəng mənzərələrini yaradan şair əməyi xüsusi
Afaq Yusifli İshaqlı
116
məhəbbətlə təsvir edir. Bu hissələrə şən, nikbin bir əhval-
ruhiyyə hakimdir.
Mikayıl Adəmi başa salır ki, bəşər nəsli gələcəkdə öz
ulu babasının günahını yuyacaqdır. Guya bu günahlardan
təmizlənmə xristianlıq təliminin yayılması ilə gələcək,
insanlara mənəvi kamillik yolunu, həqiqi cənnətin yolunu
göstərəcək. Poema Adəm və Həvvanın cənnətdən qovulması
səhnəsinin təsviri ilə tamamlanır. Onlar əl-ələ tutaraq
Ədəmdən uzaqlaşırlar. Ədəm üzərində alov və tüstü dilləri
ucalır. Adəm və Həvvanı qarşıda sakit cənnət həyatı deyil,
bəşər nəslinin çətinlikləri, məhrumiyyətlərlə dolu tarixi
gözləyir.
Şairin qənaətinə görə insanın həyat yolu çətin olsa da,
o, həmin yolla irəliyə doğru addımlayacaq, mənən
təkmilləşəcəkdir. Bu, həm də Miltonun 40-50-ci illərin
hadisələrindən, ingilis burjua inqilabının məğlubiyyətindən
çıxardığı əsas nəticə idi. Milton ilahi nüfuzunun qüdrəti
qarşısında üsyankar İblisin və asi insanların gücsüz olduğunu
ön plana çəkir, bununla irtica əleyhinə üsyana yox, mənəvi
və əxlaqi təkamülə, mənəvi qüvvələrin bir yerə
toplanılmasına çağırır. Lakin onun poeması, Belinskinin
qeyd etdiyi kimi "nüfuza qarşı üsyanın təntənəsi" kimi
səslənmişdir. Poemanın inqilabi pafosu İblis surətində daha
aydın ifadə olunmuşdur. Qiyamçı və məğrur İblis məğlub
olsa da, allahdan intiqam almaqda davam edir. İblis bir surət
kimi poemadakı surətlərin hamısından daha cəlbedici çıx-
mışdır. Şair mənəvi təkmilləşmə ideyasını vəsf etsə də, onun
poeması döyüşə, mübarizəyə, üsyana çağıran bir əsər kimi
qarşılanmışdır. Əsərdə xalq kütlələrinin feodal mütləqiyyət
irticasına nifrəti əks olunmuşdur.
Miltonun poemasında müəyyən bir tarixilik duyğusu
və kortəbii dialektika vardır. Onun insan qəhrəmanları
cənnətdən qovulana qədər qayğısız bir həyat sürürdülərsə,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
117
oradan çıxandan sonra düşünən, zəhmət çəkən, böyüyən və
inkişaf edən adamlar kimi hərəkət edirlər, onlar bir növ, öz
həyatlarının daha yüksək mərhələsinə qədəm qoyurlar.
Milton yaradıcılığının xüsusiyyətləri, onun dünya-
görüşündəki ziddiyyətlər ayrı-ayrı surətlərin təqdimində
daha aydın nəzərə çarpır. Şair tədricən qəhrəmanlarının
xarakterindəki müxtəlifliyi nəzərə çatdırır. Adəm onun
poemasında şücaət, müdriklik və mərdlik təcəssümüdür.
Bütün bunlarla yanaşı o, canlı insan cazibəsinə malikdir.
Adəmin daxili aləmi zəngindir. Onda ağıl, xəyal, hiss, ehtiras
və azad iradə vəhdətdədir. Milton belə hesab edir ki, ağlın
rəhbərliyi ilə hərəkət edən azad iradə insanın qarşısında
duran tarixi vəzifələrin ən doğru və obyektiv həllində onun
ən yaxın köməkçisi olar, insan onun köməyi ilə bəşəriyyəti
ədalətə və səadətə gətirib çıxaran doğru yolu tapar. Azad
iradə haqqındakı düşüncələrində Milton ziddiyyətli olsa da,
puritan görüşlərindən yaxa qurtara bilməsə də, o, insanlığı
irəliyə doğru aparan böyük bir qüvvə kimi vəsf edilmişdir.
Bu cəhətdən o, insanı qəza və qədərin, hikməti ilahinin
əlində bir oyuncaq sayan puritan dini baxışlarına zidd
gedirdi.
Həvva surətini şair isməti, gözəlliyi, xeyirxahlığı,
yumşaqlığı ilə seçilən cazibəli bir qadın kimi təsvir etmişdir.
Onun Adəmə münasibəti, sevgisi səmimi və təmizdir, onunla
mehriban və diqqətlidir, sevincini də, kədərini də Adəmlə
bölüşür. Lakin Adəmlə Həvvanın münasibətinin təsvirində
də Miltonun müəyyən puritanlıq meylləri özünü göstərir.
Məsələn, şair onların münasibətlərini göylərin təqdis etdiyi
bir kəbin adlandırır. Şairin xalq yaradıcılığı ilə bağlılığı onu
puritan öyüdlərindən daha yüksəklərə qaldırır, ailə səadətinin
təsvirində Milton daha çox xalqın saf və təmiz sevgi ilə bağlı
ideallarına yaxınlaşır.
Məlum olduğu kimi, Adəm də günah edir, İblis də,
Afaq Yusifli İshaqlı
118
lakin Adəm bir başqasının xatirinə, ona bəslədiyi sevgi
duyğuları üzündən günah iş tutur. Burada Adəmin hərəkəti
humanist məzmun daşıyır. Düzdür, o da nüfuza qarşı asilik
edir, lakin onun asiliyi, üsyanı ilə İblisin asiliyi bir deyildir,
İblis şöhrətpərəstlik, paxıllıq üzündən asilik edir. Puritanlıq
görüşləri baxımından hər iki hərəkət eybəcərdir, günahdır.
Milton isə məsələyə başqa cür yanaşır. O, İblisi pisləyirsə,
Adəmi vəsf edir. Bununla bərabər İblislə müqayisədə Adəm
zəif, aciz görünür. Mələklərlə söhbət edərkən o, ancaq sual
verir, soruşur, yaxud susur. Allahın elçiləri qarşısında müti
qula çevrilir, ilahi qüdrətin hər hansı bir ədalətsiz hökmünü
qəbul etməyə, hətta ona bəraət qazandırmağa hazır olduğunu
bildirir. Milton, bir növ, insan ağlının imkanlarını
məhdudlaşdırır, onun üçün sərhəd qoyur. Adəmin yaradılış
haqqındakı cəsarətli suallarını eşidəndə Rəfail ona
xatırlatmalı olur ki, o, ancaq insandır. O, kainatın bir çox
sirlərinə nüfuz etmək xəyalına düşə bilməz.
Adəm surətinin belə bir təqdimi şairin puritançılıq
görüşlərini daha qabarıq nəzərə çatdırır. Burada intibah
dövrünün yaratdığı insan surətlərinə nisbətən Miltonun
Adəmi daha aciz və kiçik görünür.
Milton allah, onun oğlu və mələklərinin təsvirində də
puritançılıq görüşlərindən yaxa qurtara bilmir.
Milton mələkləri yeknəsəq, simasız varlıqlar kimi
təsvir edir. Şairin fikrincə, onlarda ehtiras yoxdur. Onlar eyni
ağlın eyni işığı ilə işıqlanmışlar. Onlar qaşlarını çatsalar da,
sevinsələr də, bu ancaq pərdədir, bu hərəkətlər hər hansı bir
hissin və ehtirasın nəticəsi deyildir. Miltonun zahirən
insanabənzər mələkləri qeyri-insanidirlər, onlar canlı
deyillər, eyni ideyanın ifadəsi olub bir-birini təkrar edirlər.
Mələklər aləminin bu şəkildə təqdimində puritançılığın
antihumanist mahiyyəti bir daha özünü təzahür etdirmişdir.
Bu cəhət cəsarətli hərəkətə görə insanı qəddarcasına
XVII əsr Qərbi Avropa ədəbiyyatı
119
cəzalandıran despot allahı tərənnüm etməyə gətirib çıxarır.
Milton yaradıcılığına məxsus ziddiyyətlər burada da müşahi-
də olunur: İblisin dəstələrinin məğlub olması; amansız
puritan ilahilərinin öz düşmənləri üzərində qələbəsi bərpa
edilmiş Stüartlar hakimiyyətinin dağılacağına və onların
tərəfdarlarının cəzalanacaqlarına şairin qəti inamının ifadəsi
idi. Göylərin ildırımları ancaq insanın başına yağmır, həm də
"ilan", "əjdaha" İblisin və onun lordlarının başına alov saçır.
Poemanın ən maraqlı surəti, heç şübhəsiz ki, İblisdir.
O, qətiyyəti, dönməzliyi ilə seçilir. Allaha qarşı mübarizə
aparan bu nəhəngin qəlbində nifrət, paxıllıq, intiqam
hərisliyi, təkəbbür və qorxu yuva salmışdır. Onun nəhəng
siması arxasında ümidsizlik, peşmançılıq duyğuları da
gizlənmişdir. O, cəhənnəm ağasının imtiyazlarından yüksək
olan daxili sakitlik keyfiyyətlərini itirmişdir. Mənəvi
iztirablar keçirdiyi indiki vaxtda o əvvəlki mənəvi sakitlik
çağlarının həsrətini çəkir. Bu ilan və əjdaha iztirab çəkən bir
insana çevrilir. Onun ümidsiz və məğrur inadı isə oxucuda
rəğbət oyadır, oxucu istər-istəməz İblisi bağışlamaq fikrini
rədd edən ilahi nüfuzun qəddarlığından narazı qalır.
İblisin mürəkkəb daxili aləmi onun zahiri portretində
də əks olunmuşdur. O, cəhənnəm alovları içərisində yerə
sərilmiş nəhəng bir balinaya oxşadılır. Bu qanadlı nəhəng
kürəyində qalxan, əllərində ox cəngavərlik libasında
cəhənnəm alovları arasında görünəndə gah bütöv bir
donanmaya bənzəyir, gah da bir kometaya oxşayır. Cəbraillə
qarşılaşdığı səhnədə o, Alasa, Tenerifə oxşadılır.
İblis gah sərkərdə olur, gah hökmdar kimi şurada
sədrlik edir, gah da keşikçi mələk cildinə girir ki, Ədəmə
daxil ola bilsin. Bu son halda onun ölçüləri kiçilir, insan
ölçülərinə yaxınlaşır, lakin bu vaxtda da onun təkəbbürlü
siması, amiranə hakim görkəmi yox olmur. İblisin döyüşkən
fərdiyyətçiliyi isə onun məhvinə səbəb olur. O, ölüm yayır,
Afaq Yusifli İshaqlı
120
şər işlər tutur, insanı məhv edir.
İblisin simasında şair özünü sevən xudbin bir
fərdiyyətçinin surətini yaratmışdır. Öz şəxsiyyətini hər şeyin
ölçüsü, kainatın mərkəzi sayan İblis elə hesab edir ki, o hər
şey edə bilər. Feodal istibdadının yerini tənha bir xudbinlik
müstəbidliyi tutur, Arkadiya alverçilər dövlətinə, Utopiya
quldurlar
müstəmləkəsinə çevrilir. Miltonun burjua
fərdiyyətçiliyi meylinə qarşı çıxması tamamilə xəlqi bir
hərəkət idi. Lakin onun XVII əsr burjua fərdiyyətçiliyinə
qarşı tənqid və hücumlarında puritan ilahiyyatçılığı da özünü
büruzə verirdi. Bu cəhət həmin tənqid və hücumları məhdud-
laşdırırdı.
"İtirilmiş cənnət" mübarizə, döyüş ruhunu əks etdirən
bir əsərdir. Özünün dediyinə görə, o, sələflərindən fərqli
olaraq daha əhəmiyyətli, daha artıq qəhrəmanlıq ruhu ilə
aşılanmış bir süjet seçmişdir. Şair özü şəxsən döyüşlərdə
iştirak etməsə də, o, epopeyanın imkanları çərçivəsində
müharibənin dəhşətlərini, qorxunc və qanlı döyüşləri,
qəhrəmanların çarpışmalarını, müasirlərinin şücaət və
hünərini vəsf etmişdir. Həm də Milton kosmik masştablı
döyüş səhnələrinin qəhrəmanlıq eposuna məxsus təsviri ilə
kifayətlənmir, insanların psixologiyasını, mənəvi aləmini
göstərməyə daha çox meyl göstərir.
XVI-XVII əsrlərin epopeyalarında qəhrəman dəyiş-
məz qalır, Milton isə əksinə baş verən hadisələrin təsiri
altında qəhrəmanlarının dəyişməsini göstərməyə çalışır.
Miltonun əsərində get-gedə dramatik ünsürlər epik
ünsürlərə üstün gəlir. İdillik qəhrəman fəci qəhrəmanla
pastoral əfsanələr aləmi sərt gerçəkliklə əvəz olunur. Şairin
poemasında bu cəhət əsasdır. Hadisələrin ən gərgin və
böhranlı anlarında qəhrəmanlarının daxili iztirablarını
göstərməyə olan güclü meyl də bununla əlaqədardır.
Bütün ziddiyyətlərinə və məhdud cəhətlərinə bax-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
121
mayaraq "İtirilmiş cənnət" epopeyası XVII əsr ingilis
həyatının, onun mübarizələrlə dolu tarixinin ən parlaq bədii
ümumiləşdirilməsi kimi diqqəti cəlb edir. O, həm də ingilis
ədəbiyyatında bərpa edilmiş mütləqiyyətə qarşı çevrilən ilk
ən sanballı bir poema idi.
1666-cı ildə Milton "Qaytarılmış cənnət" poemasını
yazıb nəşr etdirdi. Əgər "İtirilmiş cənnət" 12 nəğmədən və
11 min misradan ibarət idisə, şairin yeni əsəri 4 nəğmə və iki
min misradan ibarət idi. Burada İblisin İsanı aldada
bilməməsi haqqındakı xristian əfsanəsi nəzmə çəkilmişdir.
Miltonun il poemasına xas olan üsyankarlıq ruhu, "nüfuza
qarşı üsyanın təntənəsi" burada yoxdur. Ona görə də bu
poema sonrakı dövrlərdə "İtirilmiş cənnət" poemasına
yazılmış bir son söz kimi qarşılanmışdır.
Əgər "İtirilmiş cənnət"də günah etmə göstərilirsə,
yeni əsərdə günahlardan təmizlənmə qələmə alınır. Adəm və
Həvva aldanıb yoldan çıxırsa, günah edirsə, onların varisi
olan İsa mərdanəliyi və dəyanəti ilə İblisə qalib gəlir,
bəşəriyyəti cəhənnəm əzablarından qurtarır. Poemanın belə
bir dini məzmun daşıması onun ideyasının "İtirilmiş
cənnət"dən fərqləndiyini aydın nəzərə çatdırır. Bununla
bərabər "Qaytarılmış cənnət" Miltonun bir şair kimi
inkişafını nümayiş etdirir. Şair dini məzmun altında kəskin
siyasi ideyalı bir əsər yaradır. Onun qəhrəmanı İsa incil
mənbələrindən asılı olsa da, fikir və düşüncələri baxımından
Stüartlar hakimiyyətinə, şairin nifrətlə yanaşdığı ingilis
zadəganlığına qarşı qoyulmuşdur. İblis burada nüfuza qarşı
üsyan edən rəhbər və qiyamçı deyildir. O özü artıq nüfuz
sahibidir, insanlara və cəhənnəmə ağalıq edir, torpaqları olan
bir diktatordur. Onda inamsızlıq, narahatlıq, tərəddüd və
qayğı əlamətləri görünür.
İblis hələ böyük bir aləmin ağasıdır. Onun ehtirasları
ilə bu aləmin ehtirasları arasında qırılmaz bir əlaqə
Afaq Yusifli İshaqlı
122
yaranmışdır. Onun hakimiyyət ehtirasları sərkərdələrə və
imperatorlara keçib, onun var-dövlət ehtirası isə bütöv-bütöv
insan nəsillərini yoldan çıxarmışdır. Onun sənətindəki,
fikirlərindəki saxtakarlıq, yalan hələ aradan qalxmamışdır.
Qəhrəmanlıq, şöhrət, şərəf haqqındakı təsəvvürlər özləri də
İblisin uydurmalarından başqa bir şey deyildir. Lakin İblisin
varlığına hakim kəsilən inamsızlıq, narahatlıq, öz gücsüzlü-
yündən irəli gələn çılğın qəzəb İblisin və onun təmsil etdiyi
bu dünyanın məhvə məhkum olduğunu xəbər verir.
İsa surəti bir çox cəhətlərdən puritanlığı xatırladır. O,
qalib gəlmiş ağlın təcəssümüdür. İlk poemadan fərqli olaraq
burada insanın mənəvi aləminə, onun daxilində yaşayan,
döyüşən ziddiyyətlərə olan maraq öz yerini dini ehkamlara
verir.
"Qaytarılmış
cənnət"
poemasında
klassisist
estetikasının tələblərinə meyl də xeyli güclənmişdir.
Surətlərin
səciyyəsi
bir-birindən
kəskin
şəkildə
fərqləndirilmişdir. İblis hər şeydən əvvəl şirnikdirib aldadan
bir varlıqdırsa, İsa şirnikdirilib aldadılan bir şəxsdir. Qalan
bütün mənəvi keyfiyyətlər bu əsas xüsusiyyətə tabe
edilmişdir. Poemanın süjetində də bir yığcamlıq, məhdudluq
duyulur, lirik ricətlər, əsas təhkiyədən kənara çıxan bütün
epizodlar büsbütün atılır.
İsanın bir surət kimi passivliyinə, qeyri-fəal olmasına
baxmayaraq o, feodal mütləqiyyət irticasının təzyiqinə qarşı
inadlı puritan müqavimətini doğru əks etdirir. İsa kimi
puritanlar da bütün imtahanlardan ləyaqətlə çıxır, bərpa
edilmiş mütləqiyyətin dönməz düşməni olaraq qalırdılar. Bu
cəhətdən İsanın yoldan çıxarılması cəhdləri və onun
aldanmaması bir çox puritanların tərcümeyi-halına uyğun
gəlirdi. "Qaytarılmış cənnət" poemasında da, gördüyümüz
kimi, Milton müasir ingilis gerçəkliyini, onun hərəkət və
düşüncə meyllərini əks etdirmişdir. Şairin ən aktual fikir və
ideyaların inikası üçün dini mövzulara müraciət etməsi isə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
123
onun dövrünün ideya səviyyəsi ilə, dini baxışların kütlələrin
şüur və gündəlik həyatında dərin kök salmış ilə əlaqədar idi.
Milton yaradıcılığının ən mühüm əsərlərindən biri də
1667-ci ildə yazılmış "Pəhləvan Samson" faciəsidir.
Puritanların teatra və dramaturgiyaya mənfi münasibətini
nəzərə alaraq Milton oynanılmaq üçün deyil, ancaq oxumaq
üçün nəzərdə tutulan bir faciə yaratmışdır. Bərpa dövrünün
səhnə ənənələrindən fərqli olaraq Milton əyləndirən deyil,
həyəcana gətirən, feodal mütləqiyyətin irticasına qarşı
mübarizəyə çağıran bir faciə yaratmışdır.
Hadisələr Fələstin şəhəri Qəzzada cərəyan edir.
Gözləri kor edilmiş Samson fələstinlilər tərəfindən qula
çevrilmişdir. Düşdüyü vəziyyətə görə, o ancaq özünü gü-
nahkar sayır. Gücünə görə ağlı olmadığından şikayətlənir. Bu
vaxt onun həmqəbilələrindən ibarət xor ona yaxınlaşır, atası
Monoy da buradadır. Onlar Samsona təsəlli verir, onun
şücaətindən, böyüklüyündən danışırlar. Gücü və şücaəti ilə
özünə ölməz bir şöhrət qazanan qəhrəman kimi onu vəsf
edirlər. Samsonun varlı kübar ailəsindən deyil, sadə bir
ailədən çıxdığını yada salıb onu zadəgan qəhrəmanlara qarşı
qoyurlar.
Kor Samsona təsəlli verərək, onun xalqın əsarətdə
olmasından, Samsondan sonra heç kəsin fələstinlilərə qalib
gələ bilməməsindən söhbət açanda Samson xalqının
hökmdarlarını ittiham edir, onların qələbədən vaxtında
istifadə etmədiklərini, xalqı satdıqlarını söyləyir.
Gözəl geyimli Dəlilənin gəlişi isə Samsonun xorla
söhbəti yarımçıq qalır.
Dəlilə Samsona yalvarır, ona yaltaqlanır, üzr istəyir,
taleyi ilə barışmasını, kor olduğuna görə həddindən artıq
kədərlənməməsini məsləhət görür. Dəlilə yenidən onu öz
evinə çağırır, orada qayğı və mehribanlıq görəcəyini bildirir.
Samson onu məhv edən, gözlərinin çıxarılmasına, kölə
Afaq Yusifli İshaqlı
124
vəziyyətinə salınmasına bais olan bu yalançı və saxta gözələ
lənət yağdırır, onun bu cür alçaq xəyanətlərə xeyir-dua verən
allahlara inanan xalqını ifşa edir.
Dəlilə hirslənib gedir. Onun yerini nəhəng Qarafa
tutur. Qarafa bu əsir qəhrəmana gülmək, ona lağ etmək üçün
gəlmişdir. Qarafanın kobud öyünmələrinə dözə bilməyən
Samson silahlı Qarafa ilə vuruşmaq, ancaq bir döyənəklə ona
qalib gəlmək əzmindədir. Onun qəzəbini, qələbə əzmini
görən Qarafa qorxub qaçır. Xor yenidən əzilən insanların
duyğularını tərənnüm edir, ziyalılara qarşı çıxan xilaskarın
meydana çıxdığını gördüklərini bildirirlər. Xor Samsona
mədhnamələr oxuyur, onu yer üzünün qaniçən hakimlərini
ram etməyə gələn bir qəhrəman kimi öyürlər.
Yer üzündə hakimləri ram eyləməyə,
Qırmaq üçün istibdadın zəncirlərini,
Yox etmək üçün ədalətsiz qaniçənləri;
Kim ki, zülmün taxt-tacını qoruyur müdam,
Min əzabla təqib edir, cana yığırlar,
Kim ki, haqqa, ədalətə hörmət eyləyir.
Xorun mahnısı zülmə və istibdada qarşı döyüş himni
kimi səslənir. Lakin Samsonu yeni-yeni müsibətlər gözləyir.
Daqon məbədinin xidmətçisi tələb edir ki, Samson bayram
şənliyinə gəlsin, fələstinliləri əyləndirsin. Samson xeyli
müddət inad göstərir, bu rüsvayçılığı qəbul etmək istəmir.
Axırda o, buna razılaşır. Oxucu hiss edir ki, onun nəsə gizli
bir fikri vardır. O, çaparın dalınca fələstinlilərin məti təlxəyi
olmağa deyil, öz axırıncı qəhrəmanlığını göstərməyə gedir.
O, öz ölümü ilə xalqı üçün yeni bir qələbə əldə edəcək, onu
əsarətdə saxlayanlardan dəhşətli intiqam alacaqdır.
Samson əsərdə canlı, ziddiyyətli cizgilərə malik bir
insan kimi təqdim olunur. O, öz günahını bütün dərinliyi ilə
anlayır, xalqını azad etməli olduğu halda, özü də qul
XVII əsr Qərbi Avropa ədəbiyyatı
125
olmuşdur. o, xalqın sərkərdəsi, müdafiəçisi kimi günahı
ancaq özündə görür. Samson həyatın mənasını fələstinlilərlə
mübarizədə görür, lakin o, kor olduğu üçün, bu mübarizədə
iştirak edə bilmədiyi üçün özünə ölüm arzulayır. Milton özü
feodal mütləqiyyət irticasının gec-tez məğlub olacağına
möhkəm inandığı kimi, onun qəhrəmanı Samson da fələstin-
lilərin məğlubiyyətinə inanır.
Faciənin əvvəlində Samson korluğuna, rüsvayçı
vəziyyətinə görə iztirab çəkirsə, Dəlilə və Qarafa ilə
qarşılaşdığı səhnələrdə onun ümidsizliyi və bədbinliyi daha
da güclənirsə, pyesin sonunda o dəyişib başqa bir adama
çevrilir. Qul və təlxək kimi bir rüsvayçılığı özünə rəva
görərək düşmənə qələbə çalır, ondan intiqam alaraq ölməz
bir şöhrət qazanır. Lakin Samson təkdir. "Qaytarılmış
cənnət" poemasında olduğu kimi burada da xalq iştirak
etmir. Bu Miltonun artıq xalqa yüksək qiymət verməsininmi
ifadəsidir? Yoxsa, bərpa edilmiş mütləqiyyət dövründə xalqla
inqilabi
qüvvələr arasında yaranmış anlaşılmazlığın,
yadlaşmanın əks-sədasıdır? Həqiqət budur ki, İsa da, Samson
da xalqı məzəmmət edir. Samson xalqı məzəmmət edir ki, o,
fələstinlilərlə mübarizədə ona kömək etməmişdir, qul halına
düşməkdə, məğlubiyyətdə günahkardır. Xalq sakit qul
həyatını mübarizə həyəcanlarından üstün tutmuşdur. Bununla
bərabər etiraf etmək lazım gəlir ki, Samsonun mübarizə
ruhunda, nifrətində zadəganlığa qarşı ümumi xalq narazılığı
və nifrəti əks olunmuşdur.
"Pəhləvan Samson" faciəsinin ancaq və ancaq bərpa
edilmiş Stüartlar monarxiyasına nifrət edən respublikaçı bir
şairin əsəri kimi başa düşmək olar. Buradakı surətlər və
hadisələr şairin həyatı və mübarizəsi ilə bağlı siyasi
ideyaların əks-sədasıdır. Faciənin aktuallığı, müasirliyi
döyüşən tərəflərin qarşılaşdırılmasında da özünü büruzə
verir.
Afaq Yusifli İshaqlı
126
Məlum olduğu kimi Milton dövrünün siyasi dilində
royalistləri fələstinlilər adlandırırdılar. Burada bir tərəfdə
təmtəraqlı Qəzza, Dəlilə, Qarafa, sərxoş lordlar və
fələstinlilərin bordanmış kahinləri dayanırsa, o biri tərəfdə
Samson durur. Bir tərəf kübar dairələri, istismarçıları təmsil
edirsə, o biri tərəf xalqı, əzilən kütləni təmsil edir.
"Pəhləvan Samson" faciəsində surətlər daha dolğun
və hərtərəfli verilmişdir. Samsonun özünün səciyyəsi
hərəkətdə və inkişafda göstərilir. Onun bir döyüşçü, oğul, ər,
qəbilə üzvü kimi duyğu və düşüncələrinə dərindən nüfuz
edilir. Milton inqilabın mahir bilicisi kimi, qəhrəmanın
hərəkət və psixologiyasındakı dönüşləri düzgün əks etdirir.
Əsər süjet, quruluş və surətlərin təqdimi baxımından da
şairin poemalarından daha bütöv və bitkindir.
"Qaytarılmış cənnət"də və "Pəhləvan Samson"da
Miltonun yaradıcılığı özünün kosmik və ümumbəşəri
ölçülərini müəyyən dərəcədə itirsə də, daha dünyəvi və daha
az ziddiyyətli bir səciyyə alır. Dramatik keyfiyyətlər ön plana
keçir, barokko romantikası ilə bağlı cizgilər inqilabi
klassisizm meylləri tərəfindən sıxışdırılıb və susdurulub.
Miltonun yaradıcılığının, xüsusən onun bərpa dövrü
əsərləri XVII əsr ingilis həyatının, ingilis burjua inqilabı
dövrü hadisələrinin ən parlaq inikasıdır. Bu əsərlərdə
döyüşən, qalib gələn, məğlub olan, bədbinləşən və inanan
insanların əhval-ruhiyyəsi, nifrət və qəzəbi qələmə
alınmışdır. Dini mövzular, süjetlər şairin əsərlərində
aktuallığını, müasirliyini ört-basdır edə bilməmişdir.
* * *
XVII əsr Qərbi Avropa ədəbiyyatı
127
Dostları ilə paylaş: |