ALMAN ƏDƏBİYYATI
XVII əsr alman tarixi və ədəbiyyatının ən faciəli,
eyni zamanda onun ədəbiyyatının ən parlaq dövrlərindən
biridir. Otuz illik müharibənin dəhşətləri, feodal irticasının
müvəqqəti təntənəsi alman ədəbiyyatını susdura bilmədi,
onun Opits, Fleminq, Loqau, Qrifius, Anders, Moşeroş,
Qrimmelshauzen kimi şair və nasirləri öz istedadlarının
bütün gücü ilə ən çətin şəraitdə belə xalqa xidmət etdilər.
Onların
yaratdıqları
əsərlərdə
Almaniyanın
faciəsi
heyranedici bir qüdrətlə qələmə alınmışdır. Avropa
ölkələrinin ədəbiyyatından heç biri arasıkəsilməz müharibə
alovları içərisində yanan xalqın taleyini bədii sözün gücü ilə
nə qədər doğru və əhatəli şəkildə əks etdirməmişdir. XVII
əsr alman ədəbiyyatının dünya ədəbiyyatının inkişafında
yeri, mövqeyi məhz bununla müəyyənləşir. Nə Kalderon və
Milton, nə məşhur fransız klassisistləri dövrün bu qədər
dəhşətli mənzərələrini yaratmışlar.
Buna görə Breslavl Universitetinin professoru Maks
Koxun "XVII əsr poeziyası o qədər də yüksək şöhrət
qazanmamışdır;
bir
neçə
kilsə
himnindən
və
Qrimmelshauzenin ancaq tarixi-mədəni baxımdan maraqlı
olan romanından başqa o oxucunu indi də cəlb edə biləcək
elə bir şey yarada bilməmişdir." sözləri tamamilə ədalətsiz
bir hökm kimi görünür. XVII əsr alman ədəbiyyatının nisbi
yoxsulluğu onun siyasi, ictimai tarixinin ziddiyyətləri ilə
şərtlənir.
XVII əsr alman xalqının tarixində ən çətin, ən ağır, ən
qaranlıq bir dövrdür. 1618-ci ildən 1648-ci ilə qədər davam
edən otuz illik müharibə ərzində aramsız olaraq xalqın qanı
tökülür, şəhərlər və kəndlər talanır. Bir-birinin arxasınca
Danimarka,
İngiltərə, Hollandiya, İsveç və Fransa
XVII əsr Qərbi Avropa ədəbiyyatı
47
Almaniyanın daxili ziddiyyət və fəlakətlərindən istifadə
edərək onun torpaqlarını müharibə meydanına çevirirlər.
Alimlərin hesablamalarına görə, bu müharibələr zamanı on
üç milyon adam ölmüş, 1629 şəhər, 18310 kənd dağılmış,
1976 monastır yandırılmışdır. Almaniya dünya ticarətindən
təcrid edilir, onun gəmi işləyən çayları xarici dövlətlərin
əlinə keçir. Almaniyanın təsərrüfatı pozulur, peşə istehsalı
son dərəcə azalır. 1648-ci ildə Vestfal sülhü bağlanır. Bu sülh
müqaviləsinə görə Almaniya 300-dən çox müstəqil knyazlığa
parçalanır. Bundan əlavə ölkədə mindən çox müstəqil rıtsar
(zadəgan) malikanələri və əlliyə yaxın azad şəhər var idi.
Prussiya, Avstriya və Fransa sülh müqaviləsindən sonra da
ölkəni süni olaraq ziddiyyətlər içərisində saxlayırdılar.
Fransız diplomatiyası Almaniyada istədiyi kimi ağalıq edir,
pozulmuş alman knyazlarını qızıl və hədə ilə öz casuslarına
çevirirdi. Almaniyanın daxilində feodalizmin bərpası prosesi
gedir, ölkə əyalətləşir, bir çox yerlərdə kəndlilər yarım qul-
lara çevrilirlər. Alman bürgerliyi knyaz mütləqiyyəti
qarşısında geri çəkilir. Bürgerliyin yuxarı təbəqəsi –
patritsilər
hakim
zadəganlıqla
birləşir.
Seyrəlmiş,
yoxsullaşmış orta və xırda bürgerlik isə baş vermiş fəlakət
nəticəsində küt bir itaətə qapılır. Elan edilmiş sülhə
baxmayaraq katoliklik zorla bərpa olunur, yezuitlərin nüfuzu
protestant torpaqlarını da öz təsirinə alır.
Bütün XVII əsr müddətində Almaniya otuzillik
müharibənin vurduğu yaraları sağalda bilmir. Mədəniyyət və
ədəbiyyat sahəsində bir tənəzzül duyulur. Alman yazıçıları
qonşu ölkələrin ədəbi nümunələrinə müraciət edirlər. XVII
əsr alman yazıçı və şairləri İtaliya, Fransa, İspaniya və
Romanın ədəbi nümunələrindən öyrənirlər, həmin ölkələrdə
dəbdə olan poetik formalarda yazıb yaradırlar. Alman dili
latinizmlər, qallisizmlər, ispanizmlərlə tanınmaz bir hala
salınır. R.M.Samarin bu tənəzzülün dərin köklərə malik
Afaq Yusifli İshaqlı
48
olduğunu göstərərək yazır: "Ancaq müharibə özü daha
əvvəllər, ən azı XVI əsrin ortalarına yaxın reformasiya ilə
bağlı olan inqilabi hərəkatın məğlub olduğu qəti müəyyən
olduğu vaxtlardan özünü göstərən prosesləri ancaq
sürətləndirdi. Bunu XVI-XVII əsrlərin sərhədində alman
mədəniyyətinin
ən
kəskin
problemlərindən
olan,
Almaniyanın milli tənəzzülünün ən müstəsna əlamətlərindən
olan dil problemini – dil qarışıqlığını düzgün qiymətləndirər-
kən mütləq nəzərə almaq lazımdır." R.M.Samarin doğru
qeyd edir ki, XVII əsrdə alman ədəbiyyatının və
mədəniyyətinin tənəzzülü təkcə otuzillik müharibə deyil,
həm də daha əvvəl başlanan ictimai, siyasi proseslərlə bağlı
idi.
Getenin aşağıdakı sözlərində də eyni həqiqət ifadə
olunmuşdur: "Az qala iki yüz il davam edən fəlakətlər və
qarışıqlıqlar müddətində vəhşiləşmiş alman ədəb elmini
öyrənmək üçün fransızların,fikrini ifadə etmək sənətini
öyrənmək üçün romalıların yanına getdi."
Almaniyada bir sıra Avropa ölkələrindən fərqli olaraq
güclü antifeodal ədəbiyyatın yaranması üçün əlverişli şərait
və zəmin yox idi. Ona görə də burada alman kübar dairələrin
meyl və istəklərinə uyğun ədəbi cərəyanlar daha geniş
yayılmışdır. Parçalanmış, gücdən düşmüş, yoxsullaşmış
bürgerlik bədbin əhval-ruhiyyənin, mahiyyət etibarilə
mürtəce əhəmiyyət daşıyan dini axtarışların təsiri altında idi.
XVII əsr alman ədəbiyyatında realizmə yad cərəyanların
güclənməsi bununla əlaqədardır. Eyni zamanda, Opits,
Qrifius, Moneeroş və Axedres kimi ölkənin birləşməsi yolu
ilə onun fəlakətdən xilas edilməsi, dirçəldilməsi haqqında
düşünən bir qrup qabaqcıl görüşlü ziyalılar da var idi.
Əsrin ikinci yarısında şəhər yoxsulları və xüsusən
kəndlilər arasından çıxan yazıçıların əsərlərində geniş xalq
kütlələrinin istək və arzuları öz ifadəsini tapdı.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
49
Əsrin birinci yarısında isə başda Martin Opits
olmaqla bir qrup şair və yazıçılar alman mədəniyyətini
durğunluqdan xilas etmək naminə antik incəsənətin nüfuzuna
əsaslanaraq yeni tipli poeziya uğrunda mübarizəyə başladılar.
Bu yazıçı və şairlərin erkən klassisizm kimi səciyyələnən
yaradıcılığında fransız klassisizminə məxsus feodalizmə
qarşı güclü mübarizə ruhu yoxdur. Burada burjuaziya hələ
siyasi cəhətdən lazımi dərəcədə inkişaf etmədiyindən alman
klassisistləri, hər şeydən əvvəl, passiv bir formada
müharibəni pisləyir, xüsusi bir dözümlülük təbliğ edirdilər.
Bu dözümlülük ideyası Opitsdə dini səciyyə daşıyırdısa,
Qrifiusda şəhidlik, dini qəhrəmanlıq ideyasına gəlib çıxırdı.
Alman klassisistlərinin – Opits və Qrifiusun əsərlərinin
həyatiliyi, tarixi ədəbi qiyməti onların vətənpərvərliyində,
alman xalqının gələcəyi haqqında düşüncələri dərin bir
narahatlıqla əks etdirmələrindədir. XVII əsrin ortalarına
yaxın
alman
klassisizmi
zəifləyir, Hofmansaaldau,
Leonşteyn kimi barokko şairləri Opitsin davamçıları
üzərində müvəqqəti qələbə qazanırlar. XVII əsrin sonu
XVIII əsrin əvvəllərində isə Kants, Verniks, Veyze, Hünter,
Qotşed kimi müxtəlif xarakterli sənətkarların irsində
klassisizm yenidən təmtəraqlı barokko şairlərinə üstün gəlir.
XVII əsr alman klassisistlərinin əsərlərində doğru
əksini tapan alman gerçəkliyi alman realist nəsrində daha
əlvan boyalarla qələmə alınır. Əlbəttə, bu realizmi sonrakı
dövrlərin daha artıq inkişaf etmiş və təkmilləşmiş realizmi
ilə eyniləşdirmək çətindir.
Alman ədəbiyyatında XVIII əsrdə klassisizm və
realizm bir-birinə yaxın olmaqla bərabər mahiyyət etibarilə
barokko ədəbiyyatına qarşı durmuşdur. Məlum həqiqətdir ki,
öz tarixinin ictimai inkişaf dövrünü yaşayan Fransa və
İngiltərə kimi ölkələrdə barokko əhəmiyyətli bir rol oynaya
bilməmişdir. XVII əsr alman ədəbiyyatında barokko üslubu
Afaq Yusifli İshaqlı
50
bir-birilə döyüşən ədəbi istiqamətlərdən biridir. Lakin bu
cərəyan əsrin ikinci yarısında alman poeziyasında aparıcı
mövqe
qazanır.
Əgər
Fransada
klassisizm
milli
mədəniyyətdə aparıcı mövqe tutursa, Almaniyada əksinə
barokko şeiri yüksək inkişaf dövrü keçirir. Filip fon Tsesen,
Xristian fon Hofmansvaldau, Daniel Kasper fon Leonşteyn
və başqa bir çox alman barokko şair və yazıçıları XVII əsrin
ikinci yarısında hakim mövqe tuturlar. Lakin onlar alman
ədəbiyyatının inkişafına müsbət təsir göstərə biləcək heç nə
yaratmamışlar. Barokko şair və yazıçılarının iddialı,
təmtəraqlı, zahirən bəzək-düzəkli dil və üslubu onların
əsərlərindəki məzmun yoxsulluğunu və bədbin əhval-
ruhiyyəsini ört-basdır edə bilməmişdir. Barokko ədəbi
cərəyanı bəzi hallarda ona yad olan sənətkarlara da təsir
göstərə bilmişdir. Məsələn, Qrifius və Qrimmelshauzen kimi
yazıçılar barokko ədəbi cərəyanına qarşı mübarizə aparsalar
da, onun müəyyən təsirindən yaxa qurtarmamışlar. Bu,
ondan irəli gəlir ki, barokko ədəbiyyatına məxsus əsərlərdə,
xüsusən dini lirikada alman cəmiyyətini sarsıdan fəlakət və
böhran qeyri-adi bir qüdrətlə öz ifadəsini tapmışdır.
Müasir alman ədəbiyyatşünasları şair və yazıçıları
XVII əsr alman ədəbiyyatına yüksək qiymət vermiş, onun
barəsindəki yanlış təsəvvürləri dağıtmışlar. İ.Bexer XVII əsr
yazıçı və şairlərinin yaradıcılığının "alman milli
ədəbiyyatının yaranmasında müstəsna əhəmiyyətini" qeyd
etmiş, bu dövrün ən böyük yazıçısı olan Qrimmelshauzen
haqqında ayrıca bir poema yazmışdır.
MARTİN OPİTS /1597-1639/. Martin Opitsin
yaradıcılığı ilə alman poeziyası orta əsrlərin ənənələri
çərçivəsindən kənara çıxır. Yeni alman şairləri antik və
intibah dövrü nümunələrinə, İtaliya, Fransa və Hollandiyanın
klassisist poeziyasına istinad edərək onu daha də yüksək
XVII əsr Qərbi Avropa ədəbiyyatı
51
bədii səviyyəyə qaldırmağa çalışır, müasir tələblərə cavab
verən əsərlər yaradırlar. Bu sahədə M. Opitsin, Teobald Hök,
Georq Rudolf Venkerlin kimi həmkarları var idi. Vekkerlin
kübar bir şəxs idi, diplomatik qulluqla əlaqədar Fransada və
İngiltərədə olmuşdu.
Özünü Almaniyada yeni Avropa poeziyasının ilk
nümayəndəsi sayan Vengelin əsərlərini kübar dairələr və
alimlər üçün yazırdı. Onun 1618-ci ildə çap olunan "Odalar
və Nəğmələr" kitabındakı şeirlər "doğruluğu, aydınlığı və
təmizliyi" ilə seçilir. Şair göstərmək istəyirdi ki, zərif
dünyəvi oda janrı alman zəminində də yarana bilər.
Vekkerlin intibah dövrünün sevimli janrı olan sonetdən də
geniş istifadə edir. Onun şeirlərində ölçülər və ritmik
imkanlar daha əlvandır. Şairin aşiqanə şeirləri müasirlərinin
daha çox xoşuna gəlmişdir.
Yaradıcılığının son dövründə Vekkerlin siyasi
mövzulu şeirlər yazır, protestant partiyasının mövqeyində
dayanaraq onun rəhbərlərini alqışlayır. "Almaniyaya" adlı
sonetində vətəni qəhrəmanlıq mübarizəsinə, yadelli işğalçı
katoliklərdən ölkəni azad etməyə çağırır. Vekkerilinin
yaradıcılığı Opitsə qədər XVII əsr alman poeziyasının əsas
meyllərini doğru müəyyənləşdirir.
Martin Opits Sileziyanın Bunslau şəhərində tacir
ailəsində anadan olmuşdur. 1615-ci ildə Breslavl məktəbində
oxuduğu vaxt latınca parlaq şeirlər yazan Opits Beyten
gimnaziyasında məşhur bir şair kimi tanınır. Burada latınca
yazdığı "Aristarx, yaxud alman dilinə nifrət haqqında" adlı
traktatında ana dilini öyrənməyə, təkmilləşdirməyə çağırır.
Heydelberq Universitetində oxuduğu dövrlərdə o, klassik
filologiyanı öyrənir. Kapar Bart, Tsinkqrear kimi şair və
filoloqlarla dostlaşır, alman ədəbiyyatında islahat aparmaq
fikri ilə yaşayır.
Afaq Yusifli İshaqlı
52
İspanların Paralstı tutması, Opitsin Hollandiyaya
qaçması, burada holland poeziyası nümunələri ilə tanış
olması onun yaradıcılığında dönüş yaradır. O, klassisizm
prinsipləri əsasında yeni alman poeziyası yaratmaq qərarına
gəlir. 1621-ci ildə vətənə qayıdandan sonra bir diplomat kimi
fəal siyasi fəaliyyətə başlayır, müxtəlif knyazların yanında
qulluq edir, vətənpərvər şair kimi Almaniyanın müharibə
alovlarından qurtarmağa can atır.
Görünür ki, 30-cu illərin ortalarında o, səhvini başa
düşür, anlayır ki, nə protestantların başçıları, nə də imperator
müharibəni dayandırmaq fikrindədir.
1636-cı ildə Opits Polşa kralı VI Vladislavın dəvəti
ilə Dansiqə gəlir və 1639-cu ildə orada taun xəstəliyindən
ölür.
Alman poeziyasını yüksək bir mərhələyə qaldırmağa
can atan Opits yuxarıda adı çəkilən "Aristarx" əsərində ana
dilinin ancaq qara camaat üçün yaraması, fransız və italyan
dilinə nisbətən onun kobud və yoxsul olması haqqındakı
qənaətləri rədd edir, kənar dil və poeziya qarşısındakı
pərəstiş əleyhinə çıxır. Opitsin fikrincə, alman dili başqa
dillərə nisbətən daha oynaq və ahəngdardır. Bu dildə orta
əsrlərin böyük əsərləri yaradılmışdır. Şair alman dilini yad
dillərin qarışığından təmizləmək, yüksək poetik nümunələrlə
onun nüfuzunu qaldırmaq tələbini irəli sürür.
1624-cü ildə çap edilən "Alman poeziyası haqqında
kitab" əsərində Opits öz həmkarlarını antik şairlərin
təcrübəsindən öyrənməyə çağırırdı: "Şair yunan və latın
kitablarına dərindən bələd olmalıdır ki, onlar onun üçün şeir
sənətkarlığı məktəbi olsun." Mədəniyyət və ədəbiyyatın
ciddi şəkildə yoxsullaşdığı bir dövrdə belə bir çağırış,
şübhəsiz ki, faydalı və yerində idi. Opits belə hesab edirdi ki,
istər antik ədəbiyyat, istərsə də fransız və italyan şeiri yeni
alman milli poeziyasının yaradılmasında bir örnək və
XVII əsr Qərbi Avropa ədəbiyyatı
53
nümunə kimi istifadə olunmalıdır. Poeziyanın ciddi və
əhəmiyyətli məzmuna malik olması, tərbiyəvi məqsədlər
izləməsi, onun fikrincə, hər bir poetik əsərin ədəbi qiymətini
müəyyənləşdirən əsas keyfiyyət olmalıdır. Zamanın tələbini
dərindən duyan şair vahid alman ədəbi dili yaradılmasını
tələb edir. Burada o, XVII əsr alman humanistlərinin fikirləri
ilə, qarşıya qoyduğu vəzifələrlə həmrəy olur. Opitsin
fikirlərinin formalaşmasında fransız "Ülkər" qrupunun
fəaliyyəti, o cümlədən Dü Bellenin "Fransız dilinin
müdafiəsi və vəsfi" əsərinin mühüm rolu olmuşdur. bu əsər
istər-istəməz Opitsin alman dilinin taleyin haqqında
düşünməyə vadar etmişdir.
Opits və onun həmfikirləri xarici dillərin və ədə-
biyyatların öyrənilməsinin əleyhinə deyildilər, onlar birinci
növbədə doğma dil və ədəbiyyata qarşı laqeyd münasibəti,
ona nifrətlə yanaşmaq meyllərini rədd edirdilər.
Opits alman şairlərini milli ədəbiyyat naminə yazıb
yaratmağa çağırırdı. O, şeirdə sillaba tonik sistemi işləyib
hazırladı və şairlərin qarşısında geniş imkanlar açıldı. Opits
klassisist bir şair kimi yüksək və alçaq janrların sərhədlərini
müəyyənləşdirdi. Milli mədəniyyətin ehtiyaclarını ödəmək
üçün xarici ədəbiyyatların təcrübəsinin alman dönəminə
gətirilməsi, milli ədəbi dil və milli poeziyanın formalaşması
vəzifələrinə diqqətin cəlb edilməsi sillabo-tonik sistemin
alman şeiriyyətinə daxil olunması Opitsin alman ədəbiyyatı
qarşısındakı əsas xidmətləridir.
Müasirləri Opitsin fəaliyyətinə yüksək qiymət verir,
onu alman Homeri, Vergilisi, Horatsisi adlandırır, nəzəri
müddəalarını universitetlərdə geniş yayırdılar, onun çoxlu
ardıcılları və şagirdləri meydana çıxır. Opitsin yaradıcılığının
geniş təqlid obyektinə çevrilməsi alman ədəbiyyatının
inkişafına həm də zərərli təsir göstərir, onun xalqdan uzaq
düşməsinə, milli ənənələrə qarşı biganəliyə gətirib çıxarırdı.
Afaq Yusifli İshaqlı
54
Şeir daha çox elmi səciyyə daşımağa başladı. Alman
yazıçılarının müraciət etdikləri şair və yazıçılar özləri bu
vaxt ciddi tənəzzül, süqut dövrü keçirirdilər. İtalyan
ədəbiyyatı marksizmin, ispan ədəbiyyatı qonqorizmin təsiri
altında idi. Fransız ədəbiyyatından isə alman zəmininə Mol-
yerin güldüyü presyozquların ənənələri daxil oldu. Al-
maniyada barokko üçün geniş meydan yarandı. Əlbəttə,
alman yazıçı və şairlərinin Opitsin vəsiyyətlərinə əməl
edərək xarici örnək və nümunələr arxasınca gedərkən
barokko ilə qarşılaşmalarında Opits deyil, onların yaşadıqları
mühit, şərait günahkar idi.
Opits özü də örnək, nümunə arxasınca xarici
ədəbiyyatlara müraciət edərkən barokko poeziyasından
qaçmırdı. O, italyan barokkosunun tipik nümayəndələrindən
olan Rinuçsininin "Dafna" pastoralını tərcümə edir, XVI əsr
fransız "Ülkər" qrupunun bukolik şeiri ilə maraqlanır, özü
"Nimfa Gersiniya" pastoralını yazaraq cazibəli çoban qızları
vəsf edirdi.
Martin Opits 1624-cü ildə çap olunmuş poetik
əsərləri ilə yeni alman şeirinin parlaq nümunələrini yaradır.
Burada ədibin poemaları, odaları, idilliyaları və başqa şeirləri
toplanmışdı. Onun "Müharibənin dönüklüyü ilə bağlı
təsəlli", "Zlatna", "Müharibə allahının mədhi" poemalarında
müharibə mövzusu əsas yer tutur. "Zlatna" poemasında şair
Transilvaniyanın sakit, dinc həyatı ilə müharibə nəticəsində
dağılan Almaniyanın dəhşətli mənzərələrini qarşılaşdırır.
Vətənin iztirablarını düşünən şair Zlatna malikanəsinin dinc
həyatından zövq ala bilmir, vətən məhəbbəti onu hərbin da-
ğıntılarından, aclıqdan, yoxsulluqdan əzab çəkən xalqın
yanına qaytarır. "Müharibə allahının mədhi" poemasında
Opits müharibə ilə qızıl ehtirası, varlanma hərisliyi arasında
bir yaxınlıq və əlaqə görür. Opits həmvətənlərini siyasi
kütlükdə təqsirləndirərək onları müharibəyə son qoymağa
XVII əsr Qərbi Avropa ədəbiyyatı
55
çağırır.
Ronsarı özü üçün ən yüksək şair nümunəsi kimi
tanıyan Opits odalarında daha çox onun yolu ilə gedir. 1630-
cu ildə Parisdə olan şair burada Ronsarın unudulduğu görüb
dəhşətə gəlir.
Opits əsərləri ilə alman bürgerini ucaltmaq, onu
yüksək vətəndaşlıq ləyaqətinin daşıyıcısına çevirmək
istəmişdir. Ona görə də bəzi ədəbiyyatşünasların Opitsi saf
forma şairi adlandırması, onu real gerçəklikdən uzaqlaşıb
klassisizm aləminə qapanan bir sənətkar sayması fikri ilə
razılaşmaq çətindir. Opitsin ayrı-ayrı şeirlərində müharibənin
dəhşətləri heyranedici ehtirasla qələmə alınmış, vətənpərvər
və humanist şairin fəryad və göz yaşları, nifrət və qəzəbi,
çağırış və harayı əks olunmuşdur. Bu cəhətdən "Vezuvi"
poeması xüsusilə seçilir. Poemadan gətirilən aşağıdakı parça
şairin vətənpərvərliyini, müharibəyə, onu törədənlərə nifrəti-
ni göstərmək baxımından səciyyəvidir.
Heç buna bənzəyərmi Zevsin qəzəbi, kini?
Vezuvi törədərmi heç bu qədər müsibət,
Quduz bir qaban kimi saçan zaman fəlakət,
Odlu axınlarıyla axaraq püskürərək
O ziyan yetirərmi qanlı hərb qılıncı tək.
Onun ziyanı hara, bu itkilər, de hara
Şərdə, məkrdə çatmaz vulkan biz insanlara,
Göyləri qorxuduruq, nəhri bulandırırıq.
Biz ölüm ustasıyıq, bizə gətirdi şöhrət
Öldürmək bacarığı. Ölümdür bizim sənət.
Ağıldan çox kasıbıq, yoxsuldur hisslərimiz,
Ox, qılınc, nizə ilə yaman dost olmuşuq biz.
Opits müharibənin Almaniyaya gətirdiyi fəlakətləri
yada salmaqla bərabər həmvətənlərini ağla gəlməyə,
Afaq Yusifli İshaqlı
56
müharibə alovlarını dayandırmağa çağırır, göylərə üz tutub
onun vətənini müharibənin dəhşətlərindən qurtarmaq üçün
yalvarır. Hər bir evə əmin-amanlıq, həyat, səadət gəlsin deyə
göylərdən kömək umur. Opitsin poema və şeirlərindəki bu
motivlər göstərir ki, ona saf forma şairi kimi baxmaq
yanlışdır.
PAUL FLEMİNQ /1609-1640/. Martin Opitsin
çoxsaylı şagirdləri və davamçıları arasında Fleminq öz
orijinallığı və daha istedadlı olması ilə seçilir. Onun şeirləri
sünilikdən uzaq səmimi bir dillə yazılmışdır. Bir çox
müasirlərindən fərqli olaraq o, nikbin, həyatsevər bir şairdir.
Vətənin başına gələn fəlakətlər onu düşündürsə də,
kədərləndirsə də, narahat etsə də, bədbinləşdirmir,
ümidsizləşdirmir.
Fleminq pastor /protestant keşişi/ ailəsində anadan
olmuş, Leypsiqdə latın məktəbində oxumuş, sonra tibb
öyrənmişdir. Adam Oleari ilə birlikdə 1633-1639-cu illərdə
Rusiyaya və İrana səyahət etmişdir. Səfərdən qayıdandan bir
qədər sonra 1640-cı ildə Hamburqda ölmüşdür. 1631-ci ildə
latınca yazdığı aşiqanə şeirləri çap olunmuşdur. Almanca
yazdığı şeirlər ölümündən sonra 1646-cı ildə Adam Oleari
tərəfindən nəşr edilmişdir.
Fleminqin şeirlərində nəzərə çarpan əsas mövzu-
lardan biri müharibə mövzusudur. Şair bir çox şeirlərində
hərbi müsibətlərdən, knyazların özbaşınalıq və zülmündən
iztirab çəkən vətənin surətini yaradır. Ana Almaniyanın acı
taleyini qələmə alır. Şərqə səyahəti müddətində vətəndən
ayrı düşdüyünə görə özünü məzəmmətləyir, harada olsa,
vətənə məxsus olduğunu, onun eşqi ilə yaşadığını bildirir.
Acı gileylərin haqdır, ey vətən
Yaşadım gəncliyi veyil, günahkar.
Sözsüz baş əymədim əmrinə, zinhar
XVII əsr Qərbi Avropa ədəbiyyatı
57
Səndən uzaqlarda ömür sürdüm mən.
Əfv et, ana vətən, dolu bir maraq
Məni diyar-diyar çəkib apardı,
Sənsiz o yerlərdə nə işim vardı
Bircə bacarmadım özümlə ancaq.
Vətənpərvər şair Martin Opitsin ölümünə yazdığı
sonetdə də Almaniya haqqında düşüncələrini əks etdirir,
onun faciələrini xatırladır. Opitsin simasında vətən üçün
yaşayan, vuruşan bir insanın ölümünə acıyır.
Ey bizim simlərin hersoqu olan
Yanğın içindədir alman elləri.
Zərbələr altında itəndən bəri
İnləyir, göylərdən istəyir aman.
Hər şey alt-üst olub, əzilib, sınıb,
Gözəl Almaniya cansız dayanıb.
Ana ölüb, oğul girir tabuta.
"1633-cü il üçün yeni il odası" şeirində Fleminq
müharibənin fəlakətlərini ürək ağrısı ilə təsvir etməklə yanaşı
müharibəyə son qoymağa, qılınclardan və zirehlərdən
gavahın və cüt dəmiri düzəltməyə çağırır. Şair bəzi
şeirlərində müharibəni, onun iştirakçılarını satirik bir tərzdə
qələmə alır. "Piyada əsgərin öyünməsi" şeirində küt, qəddar,
düşüncəsiz, satqın bir insanın surəti yaradılır. Həmvətənlərini
əvvəlcə düşmənlərdən, sonra pul kisələrindən azad edən bu
lovğa əsgər kim artıq muzd versə, ona xidmət etməyə hazır
olduğunu bildirir. Düşməndən azad edilmiş həmvətənlərinin
üstünə hücum çəkib onları qarət etməyə girişən bu əsgər da-
nışdıqca oxucuda istehza və gülüş oyadır, dəhşətləndirir və
xəcalətləndirir.
Dostları ilə paylaş: |