Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 
XVII  əsrin  ədəbiyyatında  klassisizm  və  barokko  ilə 
yanaşı  onların  hər  ikisinə  zidd  olan  realist  burjua  ədəbi 
cərəyanı da təşəkkül tapmağa başlayır. Bu cərəyana mənsub 
olan  yazıçıların  əsərlərində  adi  məişətin  və  sıravi  adamların 
təsvirinə daha çox diqqət yetirilir, həyat həqiqətlərinin doğru 
əks  etdirilməsinə  daha  sox  meyl  göstərilirdi.  İntibah 
dövrünün  realist  ənənələri  ilə  bağlı  olan  bu  cərəyanı  bəzən 
məişət realizmi kimi səciyyələndirirdilər. Onların əsərlərində 
realizmin  sadəlövh  səciyyə  daşımasına,  insanın  daxili 
aləminin,  hiss  və  ehtiraslarının  təsvirinə  az  meyl 
göstərilməsinə  baxmayaraq  bu  ədəbi  cərəyan  XVII  əsr 
ədəbiyyatında  realizmin  formalaşmasında  mühüm  rol 
oynamışdır.  Bu  cərəyanın  əsas  xidməti  ondadır  ki,  onun 
nümayəndələri feodalizm cəmiyyətini idealizə edən barokko 

Afaq Yusifli İshaqlı 
 
 
162 
ədəbiyyatı  ilə  ciddi  mübarizə  aparmış,  onun  presiyoz  üslub 
və qanunlarına qarşı cəsarətlə döyüşmüşlər. 
Bu  cərəyanın  nümayəndələrinin  adi  məişət  möv-
zusuna,  sadəlövh  gerçəkliyə  meyli  presiyoz  ədəbiyyatın 
nəzakətli  şikəst  üslubuna  qarşı  yönəlmişdi.  Lakin  burada 
onlar  başqa  bir  ifratçılığa  varırdılar.  Əgər  bir  tərəfdə  vulqar 
və hamı tərəfindən qəbul olunmuş ənənələr, hadisələr, faktlar 
qarşısında  qorxudan  qeyri-adiliyə  və  qəribəliyə  pərəstiş 
hökm  sürürdüsə,  əks  cəbhədə  adiliyə  maraq  bayağılığa 
səcdəyə  gətirib  çıxarırdı.  Nəsr  sahəsində  bu  cərəyan  ləng 
inkişaf 
edir, 
antik 
mənbələrə 
ispan 
və 
italyan 
nümunələrindən, İntibah dövrünün novellalarından qidalanır, 
onlara  istinad  edərək,  ehtiyatla,  yan-yörəsinə  baxa-baxa 
irəliləyirdi. Jan-Barklayın "Evfortion", Aqrippa d`Obinyenin 
"Baron  de  Fenestanın  macəraları",  Teofil  de  Vlonun  "Bir 
sərgüzəştin fraqmentləri" əsərləri bu istiqamətdə yaranan ilk 
əsərlər  idi.  Lakin  realist  romanın  ilk  qiymətli  nümunələrinə 
Ş.Sorelin yaradıcılığında rast gəlirik. 
 
ŞARL  SOREL.  /1602-1674/.  Sorelin  həyatının  ilk 
dövrləri  haqqında  məlumat  azdır.  O,  varlı  əyalət  burjua 
ailəsində  doğulmuşdur.  Atası  sonra  Parisə  gəlmiş  və 
parlamentdə  prokuror  vəzifəsi  almışdır.  Sorel  Parisdə 
oxumuş,  latın  dilini  öyrənmişdir,  lakin  elə  bu  vaxtlar  onda 
antik dövrə qarşı ikrah oyanmışdır. Kolleci bitirdikdən sonra 
hüquq  məktəbinə  yerləşdirilsə  də,  hüquq  onu  cəlb 
etməmişdir.  Sorel  ədəbiyyatçı  olmağı  arzulayırdı.  Onun  ilk 
təcrübələri,  xüsusən  şeirləri  zəif  olmuş,  diqqəti  cəlb 
etməmişdir. 
Ədəbi  qazancla  özünü  dolandırmağa  çalışan  Sorel 
1622-23-cü  illərdə  presiyoz  ədəbiyyatının  təsiri  ilə 
"Anjelinin  sarayı",  "Xrizantlı  Ofriza"  romanlarını  yazır, 
novellalar  məcmuəsi  nəşr  etdirir.  Kübar  dairələrin  zövqünə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
163 
uyğunlaşmaqla  ədəbi  şöhrət  qazana  bilməyəcəyini  başa 
düşən  yazıçı  yeni  yol  seçir.  1623-cü  ildə  onun  "Fransionun 
doğru  komik  həyat  tarixi"  romanı  çap  olunur.  Burada  o 
özünü  qəhrəman  seçmiş,  cəmiyyətin  müxtəlif  dairələrində 
keçirdiyi  macəralarını  sərbəst,  sadəlövh  bir  üslubda  təsvir 
etmişdir.  Roman  sadə  xalq  nümayəndələri  arasında  böyük 
müvəffəqiyyət  qazanmış  və  yazıçının  sağlığında,  az  qala, 
otuz dəfə nəşr olunmuşdur. 
"Fransion"un  müvəffəqiyyəti  onun  məzmununun 
həyatiliyi, dil və üslubunun sadəliyi və xəlqiliyi ilə bağlı idi. 
Fransionun  macəralarında  presiyoz  ədəbiyyatda  göstərilən 
qəhrəmanlar,  nəcib  xanımlar,  şərti  mühit  və  şərait  yoxdur. 
Oxucunu  burada  yunan  şahzadələri,  yunan  arxipelaqı 
adalarında  keçən  həyat  cəlb  etmir.  Sorel  həmişə  onu  əhatə 
edən,  heç  də  həmişə  cəlbedici  olmayan  real  həyat 
hadisələrini  əks  etdirir.  Onun  qəhrəmanı  Fransion  dövrün 
orta təbəqədən olan adamlarının tipik nümayəndəsidir. Onun 
adı da XVII əsrdə fransız xalqının tipik nümayəndəsinin adı 
kimi  işlənilir  və  Fransion  sözü  bir  növ,  "fransız"  sözünün 
sinonimi  kimi  başa  düşülürdü.  Feodal  keçmişi  idealizə 
əvəzinə  Sorelin  romanında  gündəlik  həyatın  kobud, 
ikrahedici  mənzərələri  canlandırılır.  Ucqarların  yeksənəq 
həyatı,  əyri-üyrü  yollarda  yarı  ac  insanların,  avaraların, 
səadət  axtaran  yoxsulların  dəstə-dəstə  veyillənməsi,  feodal 
qəsrlərin əprimiş görkəmi, yolüstü qonaq evlərinin şəraiti və 
sakinləri  göz  önündən  gəlib  keçir.  XVII  əsrin  20-30-cu 
illərinin  Paris  həyatının  qeyri-adi  təfərrüatla  dolu  parlaq 
mənzərələri də yazıçı tərəfindən diqqətlə təsvir olunmuşdur. 
Nəzakətli  qəhrəmanlıq  romanlarında  cəmi-cümlətani 
bir  neçə  surət  göstərilirdisə,  Sorelin  romanında  kütləvi 
səhnələr  əsas  yer  tutur.  Onun  romanında  işgüzar  və  daim 
tələsən  burjualar,  təkəbbürlü  əyanlar,  saray  adamları,  veyil-
veyil  gəzən  avaralar,  kurtizankalar,  din  xadimləri,  atlılar, 

Afaq Yusifli İshaqlı 
 
 
164 
piyadalar,  hamballar  həyatın  sonsuz  burulğanında  gözə 
görünərək yoxa çıxırlar. 
"Fransion"  fransız  ədəbiyyatında  müasir  mövzuda 
yazılan  ilk  burjua  romanı  idi.  O,  kübar  dairələr  üçün  deyil, 
peşəkarlar, tacirlər, məmurlar üçün nəzərdə tutulmuş, onların 
həyatından,  onlar  üçün  yazılmışdır.  Sorel  Rable,  Navarralı 
Marqarita  və  digər  İntibah  dövrü  sənətkarlarından  öyrənsə 
də,  daha  çox  ispan  kələkbazlıq  romanlarının  yolu  ilə 
getmişdir.  Yazıçı  ispan  romanlarının  formasından  məharətlə 
istifadə  etməklə  onu  fransız  həyatından  götürülmüş  zəngin 
material əsasında işləmişdir. Onun qəhrəmanı Fransion tipik 
pikarodur,  yəni  fırıldaqçıdır,  şən,  qayğısız,  əxlaq  norması 
tanımayan, laqeyd və laübali bir adamdır. İspan kələkbazlıq 
romanlarında  olduğu  kimi  "Fransion"da  təsvir  edilən  həyat 
da  xoşagəlməz  və  eybəcərdir,  lakin  bu,  XVII  əsrin  birinci 
rübünün  fransız  həyatıdır.  "Fransion"  bu  mənada  ilk  fransız 
kələkbazlıq  romanıdır.  Lesajın  "Jil  Blas"  romanı  tipli 
romanların ilk parlaq nümunəsidir. 
Sorelin əsərində fransız həyatı elə əhatəli və təfərrüatı 
ilə  əks  etdirilmişdir  ki,  o,  həmin  dövrün  məişət  tarixini 
öyrənmək  üçün  ən  etibarlı  mənbələrdən  biri  sayıla  bilər. 
XVII  əsrin  həyatı  ilə  bağlı  məlum  olan  faktlar  və  detalların 
"Fransion"la  müqayisəli  şəkildə  öyrənilməsi  Sorelin  hər  bir 
xırda hadisə və fakta nə qədər sadiq olduğunu bir daha təsdiq 
edir.  Həyat  və  hadisələri  doğru  əks  etdirən  sənətkar 
cəmiyyətin tüfeyli təbəqələrinə gülürsə, onları kəskin şəkildə 
tənqid edirsə, sadə zəhmət adamlarını, peşəkarları və kəndli-
ləri məhəbbətlə təqdim edir. 
"Fransion"da  Sorel  həmçinin  özünün  estetik  görüş-
lərini  əks  etdirmişdir.  Həyatın  doğru  əks  etdirilməsinə 
məhəbbət,  kübar  dairələrin  ədəbi  normalarının  saxtalığına 
qarşı  açıq  hücumlar,  onların  şərti  pafosunu,  qondarma 
hisslərini,  həyəcanlarını  açıq-saçıq  tənqidlər  Sorelin  estetik 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
165 
proqramının  əsas  prinsiplərini  müəyyənləşdirir.  Çobanları 
filosoflar  kimi  danışdıran  bu  ədəbiyyatı  Sorel  rədd  edir.  Dil 
və üslub baxımından da Sorel presiyoz ədəbiyyatından fərqli 
yolla gedir, kobud xalq ifadə, sözlərini işlətməkdən çəkinmir. 
Sorelin  1627-ci  ildə  çap  olunan  "Əcaib  çoban"  ro-
manında  onun  estetik  prinsipləri  daha  aydın  ifadə  olun-
muşdur.  Kitaba  yazdığı  önsözdə  Sorel  bildirir  ki,  onun  bu 
əsəri  bütün  başqa  kitablara  istehza  olacaq,  "romanların  və 
bütün  başqa  poetik  boşboğazlıqların  qəbrinə  çevriləcəkdir." 
Bu  əsərdə  Sorel  daha  çox  Servantesdən,  onun  ölməz  "Don 
Kixot"undan 
təsirlənmişdir.  Don  Kixot  cəngavərlik 
romanlarını oxuyub ağlını itirdiyi kimi Paris mahudçusunun 
oğlu  Lui  də  presiyoz  ədəbiyyatın  nümunələri  olan  pastoral 
romanlarını oxuyub dəli olur. Öz adını yunanlaşdıraraq Lizis 
şəklinə  salır,  çoban  paltarı  geyir,  atasının  dükanında  alver 
etmək  əvəzinə  Senanın  sahillərində  qoyun  otarır.  Öz 
ağasından  daha  küt  bir  adam  olan  Kornelin  isə  onun  üçün 
Sanço  Pansonu  əvəz  edir.  Lizisin  öz  Dulsineyası  da  vardır. 
Qırmızıyanaq  Katerinanı  o,  Xarita  adlandırıb  onun  şərəfinə 
şeirlər  qoşur.  Dostları  tərəfindən  get-gedə  lağa  qoyulan 
Lizisin bu sayıqlamaları tədricən əsl dəliliyə çevrilir. 
Sorel  öz  qəhrəmanının  müxtəlif  macəralarına  təsvir 
etmək yolu ilə nəzakətli presyoz romanlarında dəbdə olan əsas 
motivlərini,  üsullarını,  vasitələrini  lağa  qoyur.  Sorel  bununla 
da  kifayətlənməyərək  romana  yazdığı  şərhlərdə  presyoz 
ədəbiyyatı kəskin tənqid edir. 
Yarımçıq  qalmış  "Poliandr"  romanında  Sorel  XVII 
əsrin 40-cı illərinin maliyyəçilərinin həyatını əks etdirmişdir. 
Bu  əsər  yazıçının  realist  üslubunun  daha  da  yetkinləşməsi, 
Parisin  orta  təbəqələrinin  həyatının  daha  dolğun  və  realist 
əks  etdirilməsi  ilə  seçilir.  Lakin  əsər  oxucuların  diqqətini  o 
qədər  də  cəlb  etmədi.  Sorelin  bundan  sonra  yazdığı  fəlsəfi, 
əxlaqi, ədəbi və dini əsərlər isə orijinal səciyyə daşımır və az 

Afaq Yusifli İshaqlı 
 
 
166 
maraq doğurur. 
POL  SKARRON  /1610-1660/.  XVII  əsrin  birinci 
yarısında  Fransız  ədəbiyyatında  məişət  realizminin  ikinci 
böyük  nümayəndəsi  Pol  Skarron  olmuşdur.  O,  Parisdə  varlı 
burjua  ailəsində  doğulmuşdur.  Atası  parlamentdə  müşavir 
idi.  Lakin  parlament  Rişelye  ilə  mübarizə  apardığı  vaxt  o, 
vəzifəsini  itirib  xaricə  qaçmış  və  mühacirətdə  ölmüşdür. 
Analığı onu atasının birinci nikahdan olan başqa uşaqları ilə 
bərabər  irsdən  məhrum  etmişdir.  O  da  həmkarı  Sorel  kimi 
ədəbi  yaradıcılıqla  dolanmalı  olmuşdur.  Bu  vaxtlar  Qrenobl 
yepiskopunun  məiyyətində  Romaya  gedən  Skarron  abbat 
rütbəsi alır və üç il əyalət şəhərlərindən birində keşiş işləyir. 
1646-cı ildən Parisə qayıdan Skarron ömrünün sonuna qədər 
Parisdə  yaşayır.  Ağır  xəstəlik  nəticəsində  1638-ci  ildən 
kresloya  bağlı  qalan  ədib  ruhdan  düşmür,  şən  bir  həyat 
keçirir.  Onun  evində  müxalifət  ruhlu  kübarlar,  azadfikirli 
yazıçılar  toplaşırdılar.  1652-ci  ildə  Skarron  Aqrippa 
d`Obinyenin nəvəsi 16  yaşlı Fransuaza d`Obinye ilə evlənir. 
Skarronun  ölümündən  sonra  bu  qadın  madam  de  Mentenon 
adı ilə kral XVII Lüdovikin əvvəlcə məşuqəsi, sonra arvadı 
olur. 
Skarron  iyirmi  il  yazıb-yaratmış,  şair  kimi  özünün 
yaratdığı  burlesk  janrı  ilə,  nasir  kimi  novellaları  "Komik 
roman" əsəri və komediyaları ilə tanınmışdır. 
Burlesk  /"burla"  italyanca  zarafat,  istehza  deməkdir/ 
poeziya Fransada XVII əsrin 40-cı illərində meydana gəlmiş, 
qeyri-adi 
uğurlarla  qarşılanmış,  lakin  60-cı  illərin 
ortalarından  tənəzzülə  uğramışdır.  Məsələ  burasındadır  ki, 
satirokomik  səciyyə  daşıyan  bu  poeziya  müxalifətçi  Fronda 
zadəganlığı arasında yaranmış, mütləqiyyətçi idarə üsulunun 
qeyri-real görünən əzəmətinə, burjuaziyanın eybəcərliklərinə 
gülmək  məqsədi  daşımışdır.  İtaliyada  bu  tipli  zarafatyana 
poemalar  /Braççolininin  "Allahlara  istehza",  Lallinin 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
167 
"Eneidlərin 
astar 
üzü"  poemalarında  olduğu  kimi/ 
bütpərəstlik  allahlarını  lağa  qoyub  katolikliyin  təsdiqinə 
xidmət  edirdi.  Fransız  ədəbiyyatında  isə  bu  janr  üstüörtülü 
şəkildə ciddi siyasi və ədəbi məqsədlər izləyir, antik mifləri 
astar  üzünə  çevirərək,  şəbih  formasında  şərh  edərək, 
mütləqiyyətin  qəhrəmanlıq  iddialarına,  bunu  təsdiqə  çalışan 
saray  ədəbiyyatının  əsas  mövzu  mənbəyi  olan  Yunan-Roma 
incəsənətinə gülürdü. 
Burlesk  sözünü  ilk  dəfə  Fransada  şair  Sarrazen 
işlətmiş, lakin onun banisi və ən yaxşı nümayəndəsi Skarron 
olmuşdur. Onun "Tixon, yaxud Qiqantomaxiya", "Vergili tərs 
üzünə"  və  başqa  əsərləri  bu  janrın  ən  yaxşı  nümunələri 
sayılır.  "Tifon"da  yerin  övladları  olan  titanların  allahlarla 
mübarizəsi,  onların  Olimpdən  qovulması,  nəhayət  Herakl 
tərəfindən  yenidən  öz  yerlərinə  qaytarılmaları  təsvir  edilir. 
Guya  titanlar  öz  aralarında  keqli  oynayarkən  mübahisə 
edirlər,  atılan  şarlardan  biri  Yupiterin  sarayına  düşür,  onun 
mətbəxindəki  qiymətli  Venesiya  şüşələrini  sındırır.  Yupiter 
və başqa allahlar burada komik personajlar kimi göstərilmiş, 
Paris  kübar  cəmiyyətinin  nöqsanlarına  malik  şəxslər  kimi 
təqdim  olunmuşdur.  Yupiter  şəhvətpərəst  bir  adamdır,  yer 
sakinləri  arasında  qəşəng  bir  qız  və  qadın  görəndə  onun 
dalınca  düşməkdən  utanmır.  Onun  arvadı  Yunona  deyingən 
və  qısqancdır.  Titanlara  isə  Paris  burjuaziyasının  cizgiləri 
verilmişdir. Onlar Paris küçələrinin dili ilə danışırlar. 
"Eneida  tərs  üzünə"  burlesk  poeması  Vergilinin 
"Eneida"sına  parodiya  şəklində  yazılmışdır.  Skarron  poe-
manın  zəif  yerlərini,  ağılkəsməz  uydurmalarını  seçərək 
onlara  gülür.  Bununla  yanaşı  "Eneida"nı  əlçatmaz  zirvə, 
nümunə  sayan  müasir  poemalara  Skarron  daha  tənqidi 
yanaşır. Burada da Skarron arxaik mifoloji şəraitdə müasirlik 
cizgiləri daxil edir. Məsələn, troyalılar əsl Paris burjualarına 
çevrilir,  onların  daxili  və  xarici  xüsusiyyət  keyfiyyətlərinə 

Afaq Yusifli İshaqlı 
 
 
168 
malik adamlar kimi göstərilirlər. 
Poemanın  dili  xalq  danışıq  dilinə  yaxınlaşdırılmış, 
səkkiz hecalı qoşa qafiyəli misralardan istifadə olunmuşdur. 
Skarron  beş  il  ərzində  səkkiz  nəğməsini  yazıb  çap  etdirmiş, 
böyük müvəffəqiyyət qazanmasına baxmayaraq, parodiyanın 
həddindən  artıq  uzanmasını,  yeksənəq  və  yorucu  olacağını 
nəzərə alıb bu sahədəki işini yarımçıq qoymuşdur. Skarronun 
burlesk  poeziyası  Fransada  və  onun  xaricində  böyük  əks-
səda  oyatmış,  yeni-yeni  əsərlərin  yaranmasına  səbəb 
olmuşdur.  Şarl  Perro,  Sent-Aman,  Ş.Dassusi,  Füretyer, 
Marivo  və  başqalarının  bu  sahədəki  fəaliyyətini  xatırlamaq 
olar. 
Burlesk  poemalarına  nisbətən  Skarronun  nəsr  əsər-
ləri,  xüsusən  "Komik  roman"ı  daha  əhəmiyyətlidir.  Bu 
romanın ilk iki hissəsini yazıçının sağlığında 1651 və 1654-
cü  illərdə  nəşr  olunmuş,  yarımçıq  qalan  üçüncü  hissə  isə 
Ofre tərəfindən tamamlanmış və 1678-ci ildə nəşr edilmişdir. 
"Komik  roman"  "Fransion"a  nisbətən  fransız  ədəbiyyatında 
realist  təhkiyə  janrının  inkişafında  daha  yüksək  və  yetkin 
mərhələni təmsil edir. 
Kiçik  bir  komediya  artistləri  truppasının  balaca  bir 
əyalət  şəhəri  olan  Mans  və  onun  ətrafında  keçən  həyat  və 
macəraları  romanın  əsas  mövzusunu  təşkil  edir.  Aktyorlarla 
yanaşı şəhərin meşşan əhalisi də romanda şən, incə yumorla, 
realist  cizgilərlə  əks  olunmuş,  aktyorların  gəlişi  ilə  onların 
həyatında  baş  verən  maraqlı  əhvalatlar  qələmə  alınmışdır. 
Məhkəmə hakimi La-Rapinyer bu cəhətdən realist boyalarla 
əks  olunmuş  bir  surət  kimi  diqqəti  cəlb  edir.  O,  Mansda 
birinci hazırcavab adam, incəsənət hamisi və həvəskarı kimi 
tanınır,  lakin  onu  incəsənətdən  çox  qəşəng  aktrisalar  cəlb 
edir. Dünyagörmüş  aktyor və mizantrop Rankünün kələkləri 
nəticəsində o öz əməllərinin qurbanı olur. Vəkillik rütbəsi ilə 
öyünən Raqoten, öyünəcək və məhdud bir adam olan baron 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
169 
oğlu Sen-Far və başqaları da yazıçı tərəfindən canlı insanlar 
kimi göstərilmişlər. 
Teatr  aləminə  yaxından  bələd  olan,  Mans  şəhərində 
bir  çox  adamları  yaxından  tanıyan  Skarron,  çox  güman  ki, 
yaratdığı surətlərin çoxunu naturadan götürmüşdür. Yazıçının 
müasirləri  onun  əsərində  təsvir  olunan  adamların 
prototiplərini çox asanlıqla tanıyırdılar. 
Gerçək  həyatdakı  eybəcərliklərə  açıq  tənqidi 
münasibətlə  yanaşan,  əyalət  meşşanlarının  kütlüyünü, 
bayağılığını  və  başqa  qüsurlarını  ifşa  edən  yazıçı  onların 
arasında  nəcib,  təmiz  insanların  da  surətlərini  yaradır  və 
göstərir.  Gənc  aktrisa  Etual,  onun  sevdiyi  Desten,  Ancelika 
və başqaları buna misal ola bilər. Romanda Etualla Destenin 
münasibəti  axırda  xoşbəxt  ailə  qurması  ilə  nəticələnir. 
Ancelika  da  özünə  layiqli  həyat  yoldaşı  tapır.  Skarronun 
bütün  maneələrə  qalib  gələn  əsl  sevgini  hakim  dairələrin 
ikrahla  yanaşdıqları  komediya  artistləri  arasında  tapıb 
göstərməsi onun demokratizminin ən yaxşı təsdiqidir. 
"Komik roman"ın ən mühüm cəhətlərindən biri onun 
ispan  kələkbazlıq  romanları  və  novellaları  ilə  əlaqəsidir. 
XVII əsr fransız ədəbiyyatının özünü hakim kübar dairələrin 
idealizə  olunmuş  nəzakətli  üslubuna  qarşı  qoyan  əksər 
nümayəndələri  ispan  kələkbaz  romanlarının  ənənələrinə 
əsaslanırdılar.  Bu  ənənələr  Sorel  üçün  böyük  əhəmiyyətə 
malik  idisə,  Skarron  üçün  daha  vacib  və  mühüm  idi.  O, 
Qonqora,  Tirso  de  Molina,  Frasisko  de  Roxas,  Kalderon, 
Alanso  del  Kastilyo  Solorsano  və  xüsusən  Servantes  kimi 
ispan 
yazıçılarının 
əsərlərinə 
yaxşı 
bələd 
idi, 
komediyalarında,  şeirlərində,  novellalarında,  o  cümlədən 
"Komik  roman"ında  onlardan  yaradıcı  surətdə  faydalanırdı. 
"Komik  roman"a  daxil  edilən  dörd  ispan  novellasından  üçü 
Solorsanonun  "Kassandranın  müdafiəçiləri"  toplusundan, 
dördüncüsü 
isə 
daha 
qədim 
ispan 
mənbəyindən 

Afaq Yusifli İshaqlı 
 
 
170 
götürülmüşdür. 
Servantesin  yaradıcılığını  və  "Nəsihətamiz  novella-
lar"ını  Fransa  hakim  dairələrində  dəbdə  olan  nəzakətli 
qəhrəmanlıq romanlarına qarşı qoyan Skarron yazırdı: "Əgər 
Fransada  da  Servantesin  novellaları  kimi  yaxşı  novellalar 
yaratsaydılar, 
onlar 
qəhrəmanlıq 
romanlarından 
az 
müvəffəqiyyət qazanmazdı." 
Skarronun  yaratdığı  "Faciəli  komik  novellalar" 
toplusu  da  ispan  mənbələrindən  istifadə  olunaraq  yara-
dılmışdı.  Lakin  bu  novellalar  fransız  həyatına  və  dövrünə 
uyğunlaşdırılaraq  yenidən  işlənilmişdir.  Bu  novellalardan 
ikisindən  /"Mənasız  ehtiyatlılıq",  "İkiüzlülər"/  Molyer 
"Arvadlara  dərs"  və  "Tartüf"  komediyalarında  yaradıcı 
şəkildə istifadə etmişdir. 
Skarron  həmçinin  bir  sıra  komediyalar  yazmışdır. 
"Jodle, yaxud cənab nökər", "Üç Doroteya, yaxud şillə yemiş 
Jodle",  "Kapitan  Matamorun  qəribəlikləri",  "Matamorun 
evlənməsi",  "Salamank  məktəblisi"  və  başqaları  yazıçının 
nəsr  əsərləri  və  poeziyasına  nisbətən  fransız  gerçəkliyini 
daha  səthi  şəkildə  əks  etdirirdi.  Bununla  bərabər  bunlar 
Molyerə  qədərki  dövrdə  satirik  məişət  komediyasının 
inkişafında  mühüm  rol  oynamışdır.  Skarronla  yanaşı  Sirano 
de  Berjerakın,  Demare  de  Sen-Sorlenin,  Jille  de  La-
Tessonrinin komediya yaradıcılığı Molyer komediyaları üçün 
zəmin hazırlamaqla bərabər XVII əsrin ortalarında meydana 
çıxan  realist  məişət  romanları  ilə  qırılmaz  tellərlə  əlaqədar 
idi. 
 
ANTUAN  FÜREYTER  /1620-1688/.  XVII  əsrdə 
Fransada  məişət  realizminin  üçüncü  görkəmli  nümayəndəsi 
Antuan Füreyter olmuşdur. Parisdə o qədər də varlı olmayan 
burjua  ailəsində  dünyaya  gələn  Füreyter  gəncliyində  hüquq 
elmlərini  öyrənmiş  və  Sen-Jermen-de-Pre  kral  abbatlığında 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
171 
vəkil  vəzifəsində  işləmişdir,  lakin  məlum  olmayan  səbəb 
üzündən  ruhani  rütbəsini  atmış  və  özünü  ədəbi  yaradıcılığa 
həsr  etmişdir.  Çox  az  əsərlər  çap  etdirməsinə  baxmayaraq 
1662-ci ildə Fransız Akademiyasına üzv seçilmişdir. Bundan 
sonra  isə  o,  "Burjua  romanı"    əsərindən,  bir  neçə 
epiqramdan,  təmsillərdən  və  şeirlərdən  başqa  bir  şey  çap 
etdirməmişdir.  Həyatının  qalan  vaxtını  o,  "Fransız  dilinin 
lüğəti" adlı monumental əsəri üzərində işləmişdir. Bu lüğətlə 
əlaqədar  Akademiya  ilə  çəkişməli  olmuş  və  akademiklər 
sırasından çıxarılmışdır. 
Füreyter öz şairlik istedadını bütün janrlarda sınamış, 
epiqramlar,  stanslar,  madriqallar,  epitafiyalar,  nəğmələr, 
tapmacalar,  sonetlər  yazmış,  lakin  şair  kimi  müvəffəqiyyət 
qazanmamışdır, "onun şeir tarlasında gül açılmamışdır". 
Füreyterin  ilk  əsərləri  içərisində  "Alleqorik  povest" 
adlı  nəsr  əsəri  xüsusi  yer  tutur.  Üslub  və  forması  etibarilə 
ağır  və  yorucu  olan  bu  əsər  dövrün  ədəbi  mübarizələrini 
dəqiq əks etdirmək baxımından böyük əhəmiyyətə malikdir. 
Satira 
ilk 
növbədə  dövrün  ən  nüfuzlu  ədəbiyyat 
xadimlərindən  olan  Gez  de  Balzak,  Menaj,  La-Kalprened, 
Qombervil,  Düfre  və  başqalarına  qarşı  yönəlmiş,  həqiqətən 
baş  vermiş  bir  sıra  ədəbi  qalmaqalları  əks  etdirir.  Əsərin 
müvəffəqiyyət qazanmasının səbəbi bu cür aktual və müasir 
məzmun  daşımağı  ilə  bağlı  idi.  Füreyter  nəzakətli 
qəhrəmanlıq  romanlarının  müəlliflərinə  də  cəsarətlə  hücum 
edir,  "yalan  uydurmalar  ölkəsi"  olan  "romanlar  şahlığının" 
puç, qeyri-insani, ağla ziddi estetik prinsiplərinə gülür. 
Yazıçının  1662-ci  ildə  çap  olunmuş  "Merkurinin 
səyahəti" mənzum əsəri də kəskin sosial məzmunu ilə seçilir. 
Olimp  allahları  yer  sakinlərinin  mümkün  ola  biləcək, 
gözləniləcək  hücumlarından,  qəsdlərindən  qorunması  üçün 
Merkurini  yerə  göndərirlər.  Merkuri  yerdə  yaşamalı, 
insanların  əxlaqını  öyrənməli,  təhlükə  gözlənilən  kimi  yer 

Afaq Yusifli İshaqlı 
 
 
172 
sakinlərinə  xəbər  verməli  idi.  Merkuri  yerə  enən  kimi 
əvvəlcə  çoban  olur,  lakin  çobanlıq  dövrünün  keçdiyini, 
kəndlinin  yoxsulluq  içində  yaşadığını,  çobanların  əxlaqının 
kobudlaşdığını  görən  Merkuri  tacirliyə  başlayır.  Oğurluq, 
fırıldaq,  sələm  və  qarət  vasitəsilə  bankirliyə  qədər  yüksəlir. 
Bundan  sonra  da  Merkuri  bir  çox  vəzifələrdə  çalışır, 
universitet  gözətçisi,  professor,  kollec  direktoru,  vəkil, 
həkim,  saray  şairi  olur.  Sarayda  o,  büsbütün  pozulur, 
nəzakətli  şeirlərlə  alver  edir,  miyançı  olur,  özü  üçün  oğru 
dəstəsi  düzəldir.  Nəhayət,  onu  tuturlar  və  edam  cəzasına 
məhkum  edirlər,  lakin  Yupiter  öz  ildırımları  ilə  cəlladı  və 
mühafizəçiləri  öldürüb  onu  xilas  edir.  Merkuri  göydə 
allahların  məclisində  gördüklərindən,  eşidilməmiş  var-
dövlətdən,  kübarların  şəhvətpərəstliyindən,  kiçik  insanların 
dəhşətli  yoxsulluğundan,  cəmiyyətin  bütün  təbəqələrinin 
pozulmasından  söhbət  açır.  Yupiter  get-gedə  eybəcərləşən 
insan  nəslinə  lənətlər  yağdırır.  Bu  satira  kəskin  ictimai 
məzmunu,  dövrün  bir  çox  nüfuzlu  adamlarına  qarşı  açıq-
aydın hücumları ilə diqqəti cəlb edir. 
Füreyterin ədəbi irsində "Burjua romanı" mühüm yer 
tutur.  Bu  əsər  Fransada  realist  məişət  romanlarının  inkişafı 
baxımından mühüm mərhələ təşkil edir. Romanda XVII əsrin 
ortalarının  Paris  burjuaziyasının  əxlaqı  və  məişətinin  bitkin 
realist  mənzərəsi  yaradılmışdır.  Burada  qəhrəmanlar, 
qəhrəman qadınlar, döyüşən ordular, dağılan krallıqlar deyil, 
adi  insanlar  təsvir  olunur,  öz  yolu  ilə  səssizcə  hərəkət  edən 
bu  adamların  bəziləri  gözəl,  bəziləri  eybəcərdir,  bəziləri 
ağıllı, bəziləri axmaqdır. 
Romanın  əsas  surətləri  prokuror  Volmişon,  onun 
arvadı,  qızı  Javotta,  markiz  Nikodom,  qonşu  qadın  Tuanon 
və  başqalarıdır.  Prokuror  Volmişon  tülüngü  və  kələkbazdır, 
lakin evdə heç bir hörməti yoxdur, arvadı onu başmaq altında 
saxlayır.  Onun  qızı  Javotta  nəzakətli  romanlar  oxusa  da, 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
173 
hiyləgərlik  işlədib  ərə  getmək  üçün  markizi  ələ  keçirir. 
Markiz  Nikodomun  yüngül  əxlaqlı  adam  olduğunu 
öyrəndikdə  isə  onu  evdən  qovurlar.  Əsərdə  heç  bir  sünilik, 
fəsalət  və  bəlağət  nişanəsi  yoxdur.  Adi  həyatın  prozası 
burada ədəbi normaya çevrilmişdir. 
Füreyterin əsəri süjetinin maraqlı qurulması ilə deyil, 
meşşan  həyat  tərzinin,  əxlaq  və  vərdişlərinin  təfərrüatlı 
təsviri  ilə  diqqəti  cəlb  edir.  Ev  əşyalarının  düzülüşü  də, 
süfrəyə gətirilən səhər və şam yeməklərinin təsviri də yazıçı 
tərəfindən eyni diqqətlə qələmə alınmışdır. 
Füreyter burjua gerçəkliyini doğru, dəqiq əks etdirən 
bir 
roman 
yazmaq 
istəmiş, 
bununla 
bərabər, 
karikaturaçılıqdan  və  məsxərəçilikdən  də  qaçmışdır.  Əsərin 
qəhrəmanlarını  yazıçı  o  qədər  canlı  təsvir  etmişdir  ki, 
müasirləri  bunların  arxasında  dövrün  adamlarının  həqiqi 
portretlərini  görmüş  və  axtarmışlar.  Düzdür,  Volmişen 
obrazının  əsasında  Paris  parlamentinin  prokuroru  Rollenin 
dayandığı yaxşı məlumdur. Lakin Füreyter həyatda gördüyü 
adamların  sifətlərini  olduğu  kimi  öz  əsərinə  köçürməmiş, 
ümumiləşdirmə apararaq müstəqil tiplər yaratmışdır. 
"Burjua  romanı"  XVII  əsr  fransız  ədəbiyyatında  so-
nuncu  əxlaq  romanı  idi.  Bu  romanın  ənənələrinin  bilavasilə 
davamını ancaq XVIII əsrdə Lesajın yaradıcılığında görürük. 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin