verməməlidirlər.
göstərməlidir.
55 yaşınadək qadınlar qəbul edilir.
http://www.amu.edu.az
15 mart 2014-ъц ил
6
u Qoxu hiss edə bilməmək,
yəni
anosmiya
özbaşına
meydana gələ biləcəyi kimi
başqa problemlərlə bağlı olaraq
da yarana bilər.
Soyuqdəymə
kimi
bəzi
xəstəliklərdə qısamüddətli ola-
raq görülə bilər ya da qalıcıola
bilər. Bəzi insanlarda gö rülən
azalmış qo xu duyğusuna isə
hipozmiya de yilir. Bu insanlar
bəzi qoxuları qəbul edərkən
bəzilərini duya bilmir, ya da
bəzi qoxular köhnəsindən
fərqli alına bilər. Qoxu hiss
etmə duyğusu dad duyğusu
ilə yaxından əlaqəlidir. Ye-
mə yin qoxusunu hiss edə bil-
mədiyinizdə ehtimal ki, da-
dı nı bilməkdə də problem
yaşayırsınız. Bu problem kifa-
yət qədər yemək yeməməyə,
kilo itirməyə və bədəniniz üçün
ehtiyacınız olan qidaları qəbul
edə bilmədiyinizdən vitamin
və mineral çatışmazlıqları kimi
bəzi sağlamlıq problemlərinə
səbəb ola bilər. Qoxu hiss
et məmək ruh halına da tə-
sir edə bilər. Qida, çiçək və
buna bənzər qoxular hə yat
sevinci verərkən, bu qo xu-
ların hiss edilməməsi kə-
dərli və ya depresiya hissinə
səbəb ola bilər. Qoxu hiss
etmə duyğusunun əskikliyi
eyni zamanda yanğın səbə-
bindən yaranan tüstü və ya
qaz qoxusunun hiss oluna bil-
məməsi səbəbindən təhlükə
də yarada bilər.
İnsanlar yaşlandıqca qoxu
və ya dad bilmə duyğusu
azalır. Ancaq qoxu duyğusu
əs kik liyinə, ümumiyyətlə ya-
ra lanma ya da bir sağlamlıq
prob lemi səbəb olur. Anos-
miya qısamüddətli ola bilər
və
sağlamlıq
problemi
yaxşılaşdıqda azalar, ya da
bəzən qalıcı ola bilər.
Anosmiyanın səbəbləri isə
bunlardır:
- Soyuqdəymə və ya sinuzit
- Mövsümi allergiyalar
- Siqaret çəkmə
- Bəzi dərmanlar
- Baş zədəsi
- Alsheymer xəstəliyi və ya
şiş kimi bəzi beyin problemləri
necə yoxlanılır?
Diaqnoz üçün qulaq, burun,
boğaz mütəxəssisi ailə və fərdi
sağlamlıq barədə məlumat alır.
Baş, boyun və burun müayinəsi
edir. Bəzi vəziyyətlərdə, ey-
ni zamanda, qoxu testləri, vi-
ta min əskikliyi, ya da başqa
sağlamlıq problemi axtarmaq
üçün qan testləri, beyin prob-
lemlərini
qiymətləndirmək
üçün MR və ya CT edilə bilər.
necə müalicə edilir?
Müalicə
səbəbdən
asılı
olaraq edilir. Qoxu hiss
etmə duyğusu bir xəstəliyə
bağlıdırsa, müalicə ilə birlikdə
qoxu duyğusu düzələ bilər.
Ancaq yaralanma, xəstəlik və
ya əməliyyat qoxu sinirlərinə
zərər versə, təkrar qoxu hiss
etmək mümkün olmaya bilər.
Bəzən qoxu duyğusu geri
dönsə belə əvvəlkindən fərqli
ola bilər. Bəzən də qoxu hiss
etmə duyğusu özbaşına geri
dönə bilər.
Qoxu hiss etməsəniz həyatınız necə təsirlənər?
u Uzun illərdir ki, yenidoğulan uşa-
ğın gələcək həyatında baş verə biləcək
psixomotor, nitq, sen sor, koqnitiv və
s. inkişaf ge ri likləri, həmçinin soma-
tik statusun müxtəlif xəstəliklərinin
erkən sələflərinin tapılması və vaxtında
müalicə-profilaktik tədbirlərin həyata
keçirilməsinə aid bütün dünyada coxsaylı
elmi tədqiqat işləri aparılmaqdadır.
Respublikamızda bu istiqamətdə apa-
rılan elmi tədqiqat işlərinə böyük dəstək
olaraq 2010-cu ildə Azərbaycan Res-
publikası Prezidenti Yanında Elmin İnki-
şafı Fondu tərəfindən keçirilən ilk qrant
müsabiqəsində qalib hesab edilmiş
layihələr sırasına Neonatologiya kafed-
rasının əməkdaşları tərəfindən təqdim
edilmiş “Vaxtından əvvəl doğulmuş
uşaqların erkən yaşdakı neyro-somatik
statusunun formalaşmasında perina-
tal faktorların rolu” mövzusunda böyük
həcmli elmi tədqiqat işi daxil edilmişdir.
Hazırkı layihənin əsas məqsədi erkən
yaş dövründə meydana çıxan müxtəlif
neyro-somatik patologiyaların perina-
tal proqnostik sələflərinin tapılması və
erkən profilaktika proqramının tərtib
edilməsidir.
Layihə çərçivəsində Azərbaycan Tibb
Universitetinin Neonatologiya kafedrası-
nın əməkdaşları tərəfindən 300-dən cox
az kütlə ilə doğulan uşaq tədqiqata cəlb
edilmişdir. Tədqiqat nəticəsində aşkar
edilmişdir ki, vaxtından əvvəl doğulma-
nın ağırlıq dərəcəsindən və bətndaxili
inkişafın ləngiməsindən asılı olaraq yeni-
doğulan uşağın həyatının ilk sutkaların-
dan müxtəlif orqanların zədələməsi üçün
həssas markerlərin təyini sonrakı inki-
şaf üçün mühüm proqnostik əhəmiyyət
kəsb edə bilər. Bu, həm xəstəliyin
kəskin dövründə patoloji prosesin ağırlıq
dərəcəsinin düzgün qiymətləndirilməsi,
həm də müalicə-profilaktik tədbirlərin
erkən başlanması üçün əsas verə bilər.
Layihə iştirakçıları tərəfindən neona-
tal dövrdə olan patologiyaların kəskin
dövründə ən cox zədələnməyə məruz
qalan orqanlar – mərkəzi sinir siste-
mi, böyrək, qaraciyər, bağırsaq funksi-
yasının pozulmasının həssas və spe-
sifik
markerlərlə
qiymətləndirilməsi
həyata keçirilmişdir. Müxtəlif orqanların
zədələməsini və patologiyanın ağır-
lıq dərəcəsini qiymətləndirmək üçün
Azərbaycan Respublikasının Prezidenti
Yanında Elmin İnkişafı Fondu tərəfindən
layihə iştirakçılarına hər biri 90-180
nəfərin müayinəsi üçün nəzərdə tutul-
muş 14 reagent dəsti təqdim edilmiş-
dir. Ümumilikdə yenidoğulan uşaqların
periferik qan nümunələrində aparılan
3000-dən çox müayinə Azərbaycan Tibb
Universitetinin klinik-biokimyəvi laborato-
riyasında həyata keçirilmişdir.
Tədqiqatın nəticələri əsasında 20-
dən çox elmi məqalə çap edilmiş, 10
məqalə isə çapa göndərilmişdir, onlar-
dan 5-i xarici elmi jurnallar tərəfindən
qəbul olunmuşdur. Layihə iştirakçıları
tərəfindən 30 sentyabr 2011-ci il tarixdə
türkdilli ölkələrin və türk toplumlarının
1-ci Tibb konqresində, 14-17 oktyabr
2011-ci ildə İngiltərədə keçirilən Avro-
pa Pediatrik Tədqiqatlar Cəmiyyətinin
52-ci konqresində, 5-9 oktyabr 2012-
ci ildə Avropa Pediatriya Cəmiyyətləri
Akademiyasının Türkiyənin İstanbul
şəhərində keçirilmiş 4-cü Beynəlxalq
Konqresində məruzələr olunmuşdur.
Novbəti məruzənin 3-6 aprel 2014-cü
il tarixində Beynəlxalq Neonatoloqlar
Assosiasiyasının İspaniyanın Valensi-
ya şəhərində keçiriləcək konfransında
həyata keçirilməsi planlaşdırılır.
Hazırkı layihə insan üzərində, xüsusilə
yeni doğulmuş uşaqlarda aparılan elmi
tədqiqat işi olduğundan, layihə iştirakçı-
ları ilk növbədə Azərbaycan Respublikası
Bioetika, Elm və Texnologiyaların Etikası
üzrə Milli Komitədən müsbət rəy almış-
lar. Həmçinin təqdim olunan layihə Avs-
traliya Yeni Zellandiya Klinik Təcrübələrin
Registrasiyası üzrə beynəlxalq komitədə
qeydiyyatdan keçmişdir. Aparılmış elmi
tədqiqat işi əsasında Azərbaycan Tibb
Universitetinin Neonatologiya kafedra-
sında iki tibb elmləri doktorlu, iki tibb üzrə
fəlsəfə doktoru adı almaq üçün disserta-
siya işi təsdiq edilmişdir və hazırda onla-
rın hamısı yekunlaşmaq üzrədir.
Hazırda qrant layihəsinin yekunlaşmaq
üzrədir. Rəhbəri olduğum layihənin bütün
iştirakçıları – dosent Səadət Ələsgərova,
assistent Nuşabə Pənahova, assistent
Püstə Orucova, baş laborant Afaq Axun-
dova tədqiqatın yerinə yetirilməsində on-
lara göstərilən böyük mənəvi və maddi
dəstəyə görə Azərbaycan Respublikası
Prezidenti Yanında Elmin İnkişafı Fon-
duna dərin minnətdarlıqlarını bildirirlər.
Çünki, layihənin həyata keçirilməsi
müddətində
fondun
əməkdaşları
layihə iştitakçılarının qarşılaşdığı bütün
problemlərin həllində öz köməkliklərini
əsirgəməyiblər.
“Vaxtından əvvəl doğulmuş uşaqların
erkən yaşdakı neyro-somatik statusu-
nun formalaşmasında perinatal faktorla-
rın rolu” mövzusunda həyata keçirilmiş
qrant layihəsi respublikamızda az çəki
ilə doğulan uşaqların sonrakı inkişafı-
na nəzarət istiqamətində bir sıra mü-
hüm işlərə, xüsusilə, inkişaf geriliyi olan
uşaqların vaxtında aşkarlanmasına və
müalicə-reabilitasiya tədbirlərinin erkən
başlanmasına, həmçinin konkret olaraq
yarımçıq doğulmuşlar üçün inkişaf-rea-
bilitoloq mütəxəssislərin hazırlanmasına
böyük təkan verə bilər.
səadət HÜsEYnOVA,
Neonatologiya kafedrasının
assistenti, layihənin rəhbəri
“Vaxtından əvvəl doğulmuş uşaqların erkən yaşdakı neyro-somatik
statusunun formalaşmasında perinatal faktorların rolu”
Hindistanın “Karbonn” şirkəti eyni
anda “Android” və “Windows Phone”
mobil
əməliyyat
sistemlərinin
idarəetməsi ilə işləyən dünyanın
ilk mobil qurğusunu buraxmaq
niyyətindədir.
Rabitə
və
İnformasiya
Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, şirkət
“Microsoft” korporasiyası ilə saziş imzalamışdır və artıq iyunda
satışlara başlamağa hazırdır.
Qeyri-adi qurğuda ikisistemliyin necə həyata keçiriləcəyi və qiymət
barədə hələlik məlumat verilmir. Bununla belə, şirkət nümayəndələri
qeyd etmişlər ki, qurğu kütləvi istifadəçilərdən daha çox texnologiya
sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.
Hazırda “Windows 8” və “Android” sistemlərini özündə birləşdirən
bir neçə hibrid planşet kompyuter istehsal edilmişdir. Bununla yanaşı,
hələlik “Windows Phone” və “Android” ilə işləyən hibrid smartfon
buraxılmamışdır.
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Günəş
sistemindən kənarda yeni kəşf edilmiş 715 planetin olduğunu
açıqlamışdır.
AzərTAc Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kepler”
teleskopunun verdiyi məlumatları dəyərləndirən elm adamları
bununla da qalaktikadakı planetlərin sayının təqribən 1700-ə çatdığını
bildirmişlər. Yeni planetlərdən 4-də isə həyat üçün əlverişli şəraitin
olduğu qeyd edilmişdir.
Dünyada ilk ikisistemli smartfon istehsal
ediləcəkdir
Günəş sistemindən kənarda 715 yeni
planet kəşf edilmişdir
ATU-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Qrant layihəsi
15 mart 2014-ъц ил
http://www.amu.edu.az
7
Qışı-çilləni yola salmaq, yazı-yeni günü qarşılamaq
məqsədi ilə keçirilən “Novruz çərşənbələri” adlı ritu-
allarda da qədim azərbaycanlıların təbiətə təsir etmək,
onu mülayimləşdirmək, işığı, günəşi çağırmaq arzu-
niyyəti öz əksini tapmışdır. Yazın nəfəsi öncə hava və
suya toxunur və bununla da, el arasında deyildiyi kimi
“sulara ixtiyar verilir”, “sular çillədən çıxır”. “Sulara ixti-
yar verilməsi”, daha doğrusu, suların ixtiyarının özünə
qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq
daha sular donmur, şaxta-qış onu dondurub ixtiyarını
əlindən ala bilmir. İkinci çərşənbədə, “Əkinlər çillədən
çıxır”, torpaq qarını-buzunu əridib, nəfəsinin buğuyla
toxumu cücərdir, əkini dikəldir. Üçüncü çərşənbədə
ağaclara ixtiyar verilir,”ağaclar çillədən çıxır”. Həmin
çərşənbədə ağaclar qiş yuxusundan oyanır və tumur-
cuğa dolmağa başlayır. Ən sonda- axır çərşənbədə ya-
zın nəfəsi, canı-qanı onları tərpədir-heyvanların, quş-
ların, adamların qanı yerindən oyanır. Beləcə, yaşayış,
varlıq yeni bir axara düşür.
Çərşənbələrdə tonqal qalanması, göyə yanar
fişənglər, tarixən üçkü- lopa atılması, bayram süfrəsi
düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal
qalamaq, oddan attanmaq, başı üzərində lopa-üskü
fırlayıb göyə atmaq, əski mifik dünyagörüşlə bağlı bir
məsələdir. İşiğın, günəşin gücünə inanan qədim insan
odun-alovun köməyi ilə yabançı ruhları, soyuq, qa-
ranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis-şər
qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə ina-
nırdı. Burada bütün məqamlarda od günəşin rəmzi kimi
düşünülürdü. Çillədən- qışdan çıxmaq üçün tonqal, od
yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın
çağırılması mərasimidir. Bu mərasim zamanı tonqalın
üzərindən atılarkən:
Ağırlıgım, uğurluğum
Tökülsün, bu odda yansın.-
söylənilməsi də əski təsəvvürdə, cillədən, qısın ağrı-
acısından qurtulmaq üçün oda- mikrodönüşə bir xilas-
kar kimi yanaşılması qənaəti ilə bağlıdır.
İlaxır çərşənbədə icra olunan bütün mərasim, oyun
və əyləndirici vasitələr bütövlükdə bir tam halında
yüngülləşdiricilik, saflaşdırıcılıq funksiyası daşıyır və
həmin funksiya yeni ovqatın, yen ruhun-yaz ovqatının,
yaz ruhunun, yaz gününün gəlişi və qəbulu üçün psixo-
loji-estetik zəmin hazırlayır.
İnsanlığın ilk çağlarından kök alıb gəldiyindən yaz
mərasimi etnik fərqlərdən asılı olmayaraq müxtəlif xalq-
ların çeşidli adlar altında keçirdiyi bu bayramın tərkibində
əski-mifik təsəvvürlərlə bağlı çox sayda oxşar ünsürlər
müşahidə edilməkdədir ki, onların böyük əksəriyyəti ti-
poloji səciyyə daşıyır. Slavyan paskası ilə Türk Novruzu,
yaxud Yunan Dionesi arasındakı bənzəyiş və paralellər
bu baxımdan təsir amili kimi yox, ilkin- ibtidai çağların
mifik dünya durumundan gələn tipoloji oxşarlıq kimi
dəyərləndirilməlidir. Tonqal qalanması, yumurta boyan-
ması, şirniyyat hazırlanması, süfrə bəzədilməsi, musiqi,
rəqs, oyun, maskarad tamaşalar göstərmək, mahnı
oxumaq və s. kimi eyni tipoloji bənzəyiş digər xalqların
yaz mərasimlərində də müşahidə edilməkdədir.
Novruz süfrəsinə bol nemətlərin düzülməsi də yeni
ildən xeyir-bərəkət bolluq-firavan həyat diləmək arzu-
istəyinin rəmzi ifadəsidir. Yeddi cür nemətin süfrəyə
qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur
gətirəcəyinə inamla bağlıdır.
Yazın gəlişinin daha yaxın iqlim qurşağında olan xalq-
lar tərəfindən eyni zamanda bayram edilməsi tamamilə
təbiidir. Novruzun qırğız-qazax-tacik, yaxud özbək-
əfqan, eləcə də Azərbaycan-Anadolu-İran-İraq oxşarlı-
ğı bu baxımdan bir çox başqa cəhətlərlə yanaşı, coğ-
rafi şərait və iqlim uyğunluğundan irəli gəlir. Bununla
belə hər bir etnosun və bölgənin başqalarında təkrarı
olmayan bənzərsiz yaz mərasimi və ayinləri mövcuddur.
Məsələn, Azərbaycan Novruzunun mühüm atributu olan
“Kosa-Kosa” mərasimində “Kosa”-köhnə ilin təmsilçisi
olan qocalmış keçi obrazında çıxış edir və mərasimin
sonunda oyun-tamaşaya daxil olan yeni, gənc keçi
tərəfindən qovulur və öldürülür.
Novruz bir mövsüm mərasimi kimi iri miqyaslı coğrafi
hüdudlara yayıldığından və hər il istisnasız olaraq uy-
ğun təqvim məqamında böyük coşqu ilə keçirildiyindən
müxtəlif tarixi mərhələlərdə hakim ideoloji sistemlər
ondan siyasi məqsədlər üçün istifadə etməyə cəhd
etmişlər.
Beləliklə, indiki halda tarixin dərin qatlarından yol alıb
gələn Novruz bayramının tərkibi aşağıdakı iki əsas qat-
dan ibarətdir:
a) Təbiətin oyanmasını əks etdirən əski mifoloji qat;
b) Müxtəlif tarixi dönəmlərin ovqatını ifadə və inikas
edən siyasi-ideoloji qat.
Bu gün Azərbaycanda keçirilən Novruz sözün həqiqi
mənasında, təbiətin oyanışı, yazın gəlişi ilə bağlı in-
sanın işığa, həyata, yeni günə, xoş güzarana, aydın
sabahlara inamını ifadə edən saf və duru bir təqvim
mərasiminə çevrilmişdir. Humanizim, quruculuq, xeyir-
xahlıq, xoş ünsiyyət və səmimi münasibət, insanı ucal-
dan, kamilləşdirən mənəvi dəyərlərə etiram və sayqıyla
yanaşmaq tarix içində olduğu kimi indi də Azərbaycan
Novruzunun əsas göstəricisidir. Səməd Vurğun xalqımı-
zın həsrətlə gözlədiyi bu günü-novruzu belə vəsf etmiş-
dir:
Axır çərşənbədir...İl tamam olur,
Bu il kənd içində danışır hamı-
At üstə gəlmişdir Novruz bayramı-
Qulundu at üstə... Bu bir muraddır.
Qocalar deyir ki, bolluq keçəcək,
Torpaq su yerinə şərbət içəcək.
Aida TəHMəzOVA,
“İctimai fənlər” kafedrasının müəllimi, tarix üzrə
fəlsəfə doktoru
Azman tarixdən bu günümüzə
gələn bayramımız
n
ovruz zəngin mədəniyyətə və qədim
tarixə malik olan məmləkətimizin
mənəvi dəyərlər sistemində xüsu-
si yer tutur. O, təkcə bir necə günü əhatə
edən bayram deyil, həm də uzun bir təqvim
müddətini öz ətrafında cəmləşdirən iri
miqyaslı mərasim kompleksidir. Uzun sürən
qış dönəminin çətinlik və məşəqqətlərindən
(soyuq, qaranlıq, qida sıxıntısı və s) qurtu-
lub yaşayışa müsbət təsir edən işıq, istilik,
qida imkanları açan yaz dönəminə başlamaq
arzusu əcdadlarımızı bu mürəkkəb və zəngin
mərasim kompleksini yaratmağa təşviq
etmişdir. Həyatı çətinlyə salan, qida, istilik
çatışmamazlığı və başqa bu kimi sıxıntılarla
imtahana çəkən qışın obrazı əcdadlarımızın
təsəvvüründə qorxulu, qara cizgilərlə can-
lanırdı. Məhz bu baxımdan canlı danışıq-
da geniş yer alan “Qara qiş”, “Böyük cillə”,
“Kiçik cillə” kimi adlar təbiətin sırf iqliminin
tarixi- semantik məzmun daşıyıcısı kimi or-
taya çıxmışdır.
Fəsillərin yaşıl tacı
olan baharın müj-
dəçisi novruz gəlir
eli mizə!
Baharın
gə lişi ilə el-obada
toy-büsat
qurulur.
novruzun xoş duy-
ğu
lu ilıq nəfəsi ilə,
san ki, ana torpaq da
yuxudan oyanır. Hər
il xalqımız novruzun
su, od, yel və torpaq
çər şənbələrini tonqal
Dostları ilə paylaş: