A zərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında



Yüklə 284,06 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix03.04.2017
ölçüsü284,06 Kb.
#13417
1   2   3   4

ətrafında  bayram  əh-

val-ruhiyyəsi ilə qeyd 

edir.

Novruz  -  yeni  gün 

deməkdir.  Məlumdur 

ki,  sovet  dövründə 

Novruzun  qeyd  olun-

masına  qadağalar  qoyulsa  belə,  xalqımız  onu  uzaq  keç-

mişimizin  yadigarı  kimi  mətanətlə  qoruyub.  El-obamızda 

bu  bayrama  hələ  40  gün  qalmış  hazırlıq  başlanır.  Bayram 

ərəfəsində Azərbaycanın hər qarışını gəzsək, Novruzun ab-

havası aydın duyular.

Bahar gəlişi ilə evlərə firavanlıq, xoşbəxtlik gətirir. Novruz 

mərasimi  zamanı  süfrəyə  düzmək  üçün  növbənöv  şirniy-

yatın  bişirilməsinə  nənələr  nəzarət  edir.  Bayrama  az  qal-

mış  5-6  qadın  bir  evə  yığışıb  bu  nemətləri  xüsusi  ustalıqla 

bişirir.  Sanki,  qadınların  çeşid-çeşid  şirniyyatbişirmə  yarışı 

başlanır. Şəkərburanın naxışı zərif olmaqla yanaşı, üzərində 

zövqlə qoyulan sünbülün təsviri də diqqəti cəlb edir. Fatmayı 

paxlavası xüsusi dadı, Günəşin rəmzi sayılan şorqoğalı isə 

yağlı olması ilə seçilir. Yaşlı sakinlər bunu da xatırlayırlar ki, 

kənddə  qaz  olmadığı  illərdə  təndirdə  bişən  şəkərburanın, 

şorqoğalının  da  ayrı  ləzzəti  olardı.  Nişanlı  qızlara  bayram 

xonçası hazırlananda isə şirniyyatın içərisinə səməni halvası 

(buna bəzən “sübhan halvası” da deyilir) da qoyulardı.

Novruzda  uşaqların  sevimli  məşguliyyəti  yumurta  dö-

yuşdürmək  hesab  olunur.  Soğan  qabığı  ilə  qaynadılan  yu-

murta  bərk  olmaqla,  rəngli  boyanı  əvəz  edərdi.  Qədimdə 

analar qızlar üçün əlvan parçalardan don biçər, oğlan uşaq-

larına  köynək  tikərdilər.  Bu  da  anaların  övladlarına  bayram 

hədiyyəsi olardı. Bayram axşamları hamı bir-birinin evinə qo-

naq gedərək təbrik edərdi. Novruz adət-ənənələrindən olan 

qulaq falını həddi-buluğa çatmış qızlar yerinə yetirərdi. Qapı 

arxasında eşidilən xoş sözlər müjdə rolunu oynayardı. 

Bu  gün  Novruzun  qədim  adət-ənənələrinin  Azərbaycanda 

təmtəraqla bütün evlərdə qeyd olunması tarixi qədim el bay-

ramına  olan  sonsuz  məhəbbətin  nəticəsidir.  Arzu  edərdik 

ki,  Novruz  şənliyinin  ən  böyük  tonqalı  işğal  altında  olan 

kəndlərimizdə qurularaq toy-büsatla yandırılsın!

Təranə CəBİYEVA

Fəsillərin yaşıl tacı

Günəşimiz al şəfəqli, səmamız aydın, torpaqlarımız məhsuldar, xalqımızın intellekti, 

dövlətimizin qüdrəti daha da uca, ərazilərimiz bütöv, Bahar Bayramınız mübarək olsun! 

Səmənimiz  yaşıl- yaşıl  


http://www.amu.edu.az

15 mart 2014-ъц ил

 II müalicə profilaktika fakültəsinin I kurs, 295

a

 qrup tələbəsi Mahsa Mansour 



Nedaeinin adına verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.

 I müalicə profilaktika fakültəsinin IV kurs, 162

a

 qrup tələbəsi Yusifli Hüseyn Şaiq 



oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

 I müalicə profilaktika fakültəsinin  V kurs, 10

b

 qrup tələbəsi Nemətova Lamiyə 



Fəxrəddin qızının  adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I müalicə profilaktika fakültəsinin  III kurs, 145

a

 qrup tələbəsi Melike Saydamın  adına 



verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Bəşirova Günay Zakir  qızına 2009 -cu ildə Azərbaycan Tibb Universiteti tərəfindən  

cərrah ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır 

Stomatologiya  fakültəsinin  I  kurs, 758

b

 qrup tələbəsi Ömər Xalid İsmayılın adına 



verilmiş qiymət kitabçası  itdiyi üçün etibarsız sayılır.

Vəliyeva Cəmilə Şəmsi qızına 1987-ci ildə Azərbaycan Tibb Universiteti tərəfindən  

pediatriya ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

 II müalicə profilaktika fakültəsinin III kurs, 339

a

 qrup tələbəsi Həsənov Mustafa Zabit 



oğlunun adına verilmiş tələbə bileti və tələbə endirim kartı itdiyi üçün etibarsız sayılır.

Áàø ðåäàêòîð

ÅËÄÀÐ ÈÑÌÀÉÛË

Ìüÿëëèôëÿðëÿ  ðåäàêñèéàíûí 

ìþâãåéè  üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.

ßëéàçìàëàð  ýåðè  ãàéòàðûëìûð.

Qəzet “Òÿáèá”  ãÿze òè íèí  

êîìïüòåð ìÿð êÿ zèíäÿ éûğûëûð, ñÿùè-

ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ ÷àï 

îëóíóð


.      

Ц Н В А Н Ы М Ы З:

Мярданов гардашлары - 100

2-ъи мяртябя,

тел.: 595-24-97

tabibqazeti@gmail.com

Ëèñåíçèéà Н - 022633

Èíäåêñ -0269

Ñàéû 4000

Ñèôàðèø: 137

Qohumları həkimə deyir:

-Doktor, siz söz verdiniz, xəstəni sağaldacaqsınız, 

o isə öldü.

-Siz deyəsən, müalicənin necə getdiyini bilmirsiniz. 

Xəstə ölərkən tamam sağlam idi.

* * *

-Doktor,  keçən  dəfə  mənə  yazdığınız  dərman 



kömək elədi.

-Nə deyə bilərəm? Bəzən belə də olur.

* * *

- Əməliyyatın qiyməti haqda narahat olmayın. Siz 



əvvəl  mənə  3  min  dollar  verərsiniz,  sonra  da  hər 

ay  mənim  hesabıma  əmanət  kassasına  300  dollar 

keçirərsiniz.

- Bu maşın almağa oxşadı ki!

- Elə mən də maşın almaq istəyirəm də!

* * *


-Sabahınız xeyir, doktor. Mən gəldim ki, müalicəyə 

görə  sizə  təşəkkür  edim.  O  mənə  çox  böyük  xeyir 

verdi.

-Axı, deyəsən, mən sizi müalicə eləməmişəm...



-Düz  deyirsiniz.  Mənim  əmim  sizdə  müalicə 

olunub. Mən isə onun varisiyəm.

* * *

Hollivud 



aktrisası 

həkimin 


yanına 

gəlib 


kefsizliyindən  şikayətlənir.  Həkim  ona  məsləhət 

görür ki, həyat tərzini və ev şəraitini dəyişsin. Aktrisa 

dərindən ah çəkərək deyir:

-Doktor, son illər mən yeddi maşın, beş mənzil, on 

iki rejissor dəyişmişəm, saçlarımı hər gün bir rəngə 

salıram,  altı  dəfə  ərə  getmişəm,  indi  deyin  görüm, 

mən daha nəyi dəyişməliyəm?

* * *


-Cənab doktor, mənim sağ ayağım yaman ağrıyır...

-Əzizim, bu yaşdandır!

-Zarafat  eləməyin,  doktor,  mənim  o  biri  ayağımın 

da o qədər yaşı var, ancaq heç ağrımır!

* * *

Dənizdə  bir  gəminin  şturmanı  xəstələnir.  Həkim 



onu müayinə edib fikrə gedir. Şturman şübhələnib:

-Doktor, ciddi bir şey var?-deyə soruşur.

-Yox  canım,  ancaq  mən  həmişə  belə  hallarda 

xəstələrə dəniz gəzintisini məsləhət görərdim.

* * *

Məşhur bir həkim deyir:



-Gəncliyimdə mən rəssam olmaq istəyirdim.

-Bəs niyə fikrinizdən daşınıb həkim olmusunuz?

-Çünki  rəsmlərdə  hər  bir  səhv  aydın  görünür, 

təbabətdə  isə  sənin  səhvini  xəstə  ilə  birlikdə 

basdırırlar.

Hazırladı : röya KəLBİQIzI

 

Məlumata  görə  parkinson  xəstələrində  olan 

çətinliklərdən biri düzgün qida qəbul edə bilməməkdir. 

Mərkəzi  sinir  sisteminə  təsir  edən  parkinsonun 

əlamətlərindən biri, hərəkətlərə təsir etməsidir. Həmin 

xəstələrdə  yemək  zamanı  əllərdə  titrəmələr  olur  və 

qabdan ağıza bir qaşıq yemək aparmaq belə çətinləşir.

Bu cür xəstələr üçün inkişaf etdirilən ağıllı qaşıq, əl 

titrəmələrinin qarşısını almağa kömək edir. 

San  Fransiskodakı  LiftLabs  şirkətinin  çıxardığı 

Liftware  qaşığı,  parkinsonla  bağlı  titrəmələri  izləyib  nəzarət  altına  alır.  Şirkətin 

qurucusu  Anupam,  bildirib  ki,  bu  texnologiya  sayəsində  nevroloji  pozuqluqları 

olanların  əlləri,  hədəfdən  təxminən  2  yarım  santimetr  sürüşə  bilir.  Cihazın 

içindəki  kiçik  kompüter,  istifadəçinin  hərəkətlərini  qəbul  edir,  hərəkətin  qəsdən 

olub olmadığına qərar verir, əgər qəsdən deyilsə cihazın tərs istiqamətə hərəkət 

etməsini təmin edir. 

İstifadəçinin əl və qol hərəkətlərindəki titrəməyə baxmayaraq cihaz eyni səviyyədə 

dura bilir. Beləcə yemək tökülmür və qaşıqda qalır.

Bu baxımdan ağıllı qaşıq digər qaşıqlardan fərq yaradır. Ağıllı qaşığın qiyməti 295 

dollardır. Maddi vəziyyəti aşağı olanlar üçün internet adresində hədiyyə hissəsi var. 

Göndərilən hədiyyələr yetərli miqdarda toplandıqda Beynəlxalq Parkinson Vəqfinə 

və ya digər Parkinson dərnəklərinə göndərilir

Onlar da, bunun sayəsində Parkinson xəstələrinə kömək edir. Şirkətin qurucusunun 

sözlərinə görə daha dərin şorba qaşığı və çəngəldə bu yaxında bazara çıxarılacaq.

Texnoloji nailiyyətlər sayəsində hazırlanan bu qaşıqdan, təkcə parkinson xəstələri 

deyil, hər kəs istifadə edə bilər.

Fiziologiya  və  Tibb  üzrə  2010-cu  il 

Nobel  mükafatını  Robert  G.  Edwards 

(1925)  aldı.  Robert  G.  Edwards  bu 

mükafata  Süni  mayalanmanı  kliniki 

praktikaya gətirən tədqiqatlarına görə 

layiq  görüldü.    O  Nature  jurnalında 

müsahibəsində  Süni  mayalanma  (İn 

vitro  fertilizasiya)  ideyasının  necə 

meydana gəlməsini izah edib.  1950-ci illərdə Edinburg Universitetində 

Alan Beatty-nin rəhbərliyi altında PhD dissertasiyası üzərində çalışan 

Edwards  siçan  embrionlarında  xromosom  zədələmələrini  öyrənirdi. 

Bu  zaman,  o,  fərqli  genetik  tədqiqatlarla  yanaşı  siçanların  süni 

fertilizasiyasını da dərindən öyrənib. Bu tədqiqatlar onda insanlarda 

sonsuzluq  probleminin  süni  mayalanma  yolu  ilə  aradan  qaldırmaq 

ideyasına gətirdi.

Onun  bu  ideyasına  münasibət  fərqli  idi.  Xüsusilə  də  kilsə  süni 

mayalanma tədqiqatlarının insan nümunəsində həyata keçirilməsinin 

əleyhinə  idi.  Amma  Edwards  İngilis  kilsəsindən  və  bir  qədər  sonra 

Gürcü  kilsəsindən  Süni  mayalanma  üçün  dəstək  əldə  etdi.  Süni 

mayalanmanın  eksperimentlərdən  kliniki  praktikaya  gətirilməsinin 

professional tərəfləri Edwards-a elə də asan başa gəlmədi. Yuxusuz 

gecələr, yorulmadan çalışma və inam 1978-ci ildə Louise Brown-un  

süni mayalanma yolu ilə dünyaya gəlməsilə uğurla yekunlaşdı. Louise 

Brown Oldhamda rayon xəstəxanasında 25 iyul gecəyarısı dünyaya 

gəldi. Tibb elminə və insanlığa verdiyi bu töhfəyə görə Robert Edwards 

2010-cu ildə Tibb və Fiziologiya üzrə Nobel mükafatına layiq ğörüldü.



Həkim 

təbəssümləri

Parkinson xəstələri üçün ağıllı qaşıq

Süni mayalanma (İVF) Nobel 

mükafatı aldı

nigar HÜsEYnLİ,

Pediatriya 

fakültəsinin VI kurs, 

439

a

 qrup tələbəsi

Duman olub beyinlərə dolursan,

Çiçək kimi saralırsan, solursan.

Fəryad edib göz yaşında olursan,

Dinmə, dinmə, ey susqun xatirələr!

Ey mürgülü, ey küskün xatirələr!

Dost olub yaddaşda sən qəm-qüssəyə,

Bölürsən qəlbləri neçə hissəyə?

Qəhər kimi düyün olub sinəyə,

Dinmə, dinmə, ey susqun xatirələr!

Ey mürgülü, ey küskün xatirələr!

Bir gəmitək limanına üzərsən,

Xoş anları bir sıraya düzərsən.

Yaddaşlarda nəğmə olub gəzərsən,

Dinmə, dinmə, ey susqun xatirələr!

Ey mürgülü, ey küskün xatirələr!

Ağrı olub ürəklərə gəl dolma,

Sevən ürəklərə bir cəza olma.

Məsum sevgilərin günahın alma, 

Dinmə, dinmə, ey susqun xatirələr!

Ey mürgülü, ey küskün xatirələr!

Toplanar çiyində intizar yükü,

Quruyar imkansız sevginin kökü.

Könüldə yer salar həsrətin mülkü,

Dinmə, dinmə, ey susqun xatirələr!

Ey mürgülü, ey küskün xatirələr!

Yaşanan yaşanar, dönər dastana,

Nə deyəsən bu amansız hicrana?!

Gənclik baharımız dönər xəzana,

Dinmə, dinmə, ey susqun xatirələr!

Ey mürgülü, ey küskün xatirələr!

Bəzən çevrilərsən məsum körpəyə,

Təbəssümdə bürünərsən çöhrəyə.

Eh o illər dedizdirib kimsəyə,

Dinmə, dinmə, ey susqun xatirələr!

Ey mürgülü, ey küskün xatirələr! 



30.11.2013

Xatirələr

Tələbələrimizin yaradıcılığı 

Novruz bayramınız 

mübarək!

Yüklə 284,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin