A
zərbaycan Tibb
Universitetinin Tədris
Cərrahiyyə Klinikasında
“Azərbaycanda leykemiya
problemi” mövzusunda konfrans
keçirilmişdir.
ATU-nun və “İrəli” İctimai Birliyinin
birgə təşkilatçılığı ilə keçirilən konf-
ransda əvvəlcə leykemiya xəstəliyi
haqqında sənədli film göstərilmişdir.
Tədbir iştirakçılarını salamlayan
universitetin rektoru, millət vəkili,
akademik Əhliman Əmiraslanov, bu
H
örmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə
cansağlığı və səadət arzulayıram.
Siz əsrlər boyu formalaşmış əxlaqi sərvətlərimizin, mədəni-mənəvi dəyərlərimizin layiqincə qo-
runub saxlanmasını təmin etmiş, tariximizə öz uzaqgörənliyiniz, fədakarlıq və qəhrəmanlıqlarınızla
parlaq səhifələr yazmısınız. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik dilimizin ötən dövrlərin
sınağından çıxaraq bu gün də yaşaması və zənginləşməsində misilsiz xidmətləriniz vardır. Gözəl
ana kimi gənclərimizin vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və
azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvənizi sərf edirsi-
niz. Siz həm də maarifpərvər qadın ziyalılarımızın yolunu ləyaqətlə davam etdirərək, mədəniyyət,
elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarığınızı getdikcə daha böyük əzmlə
gerçəkləşdirirsiniz.
Cəmiyyətimizin həyatına dinamizm qazandıran sosial fəallığınız və onun ahəngdarlığını təmin
edən yüksək ictimai mövqeyiniz zəngin mənəviyyatınızın, dərin zəkanızın, təşkilatçılıq qabiliyyəti
və işgüzarlığınızın nəticəsidir. Azərbaycanın gələcək inkişafına uyğun, mühüm əhəmiyyətli
layihələrin daimi iştirakçıları olaraq müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə
yönəlmiş fəaliyyətlərinizlə siz göstərilən etimadı həmişə doğrultmusunuz. İctimai-siyasi, sosi-
al-iqtisadi və elmi-mədəni sahələrdə apardığınız səmərəli işlərin bəhrələri yurdumuzun hər bir
guşəsində özünü aydın şəkildə büruzə verir. Ölkənin hazırkı simasının müəyyənləşməsində
özünəməxsus yer tutan və əhatə dairəsi mütəmadi genişlənən müvəffəqiyyətləriniz müasir
Azərbaycan reallığının diqqətəlayiq hadisələridir.
Ümidvaram ki, siz xanımlar xalqımıza xas milli mənəvi dəyərləri bundan sonra da yaşadacaq və tükənməz intellektual potensialınızla gündən-günə yeniləşən respublikamı-
zın çiçəklənməsi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.
Ən xoş arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2014-cü il.
Ãÿçåò
1933 - úö èëäÿí ÷ûõûð.
№ 05 (1580) 15 mart 2014 - úц èë Ãèéìÿòè 40 ãÿïèê
Bu sayımızda
Azərbaycan Tibb Universitetinin kollektivi
8 mart Beynəxalq Qadınlar
Günü münasıbətilə
universitetimizdə çalışan bütün
xanımları və tələbə qızları
təbrik edir, onlara xoşbəxtlik və
firavanlıq arzulayır!
3
DÜNYA BÖYRƏK
GÜNÜ QEYD EDİLİB
MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ
HƏSR OLUNMUŞ TƏDBİR
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə
Azərbaycan qadınlarına təbrik
Azman tarixdən bu
günümüzə gələn
bayramımız
səh. 7
“Azərbaycanda leykemiya problemi
“ mövzusunda konfrans keçirilmişdir
“Avstriyada keçirilən pediatrların
ümumdünya konqresində nümayəndələr
çıxışımı böyük maraqla qarşıladı”
səh. 4
5
http://www.amu.edu.az
15 mart 2014-ъц ил
2
mövzunun aktuallığından söh bət açaraq
bildirmişdir ki, leykemi ya 4 ağır xəstəlikdən
biri kimi tək cə Azərbaycanda deyil, dünya
səhiyyəsində narahatlıq yaradır. Baş qa
bədxassəli xəstəliklərlə müqayisədə bu
xəstəliyin müalicə xərcləri də çox böyük-
dür. Ona görə də ölkəmizdə leykemiyalı
xəstələrin hüquqi və sosial durumlarının
yaxşılaşdırılması zəruridir. Ancaq bunun
üçün Milli Məclisdə yeni qanun qəbul
etməyə ehtiyac yoxdur, çünki onkoloji
xəstəliklərlə bağlı qanun vardır. Sadəcə bu
qanuna əlavə və dəyişikliklər etmək lazım-
dır.
Leykemiyalı xəstələrin müalicəsi ilə bağlı
kadr çatışmazlığını qeyd edən rektor bil-
dirmişdir ki, indi bu problem də getdikcə
həll olunur. Qardaş Türkiyənin klinikala-
rında rezidentlər və uzmanlar mükəmməl
təhsil aldıqdan sonra ölkəmizə dönür və
belə xəstələrə yüksək səviyyədə tibbi
xidmət göstərirlər. Bu istiqamətdə dövlət
tərəfindən xeyli işlərin görüldüyünü vur-
ğulayan natiq dedi ki, cəmiyyət də gərək
bu xəstələrə qayğı ilə yanaşsın. Çünki
bu xəstəliyə tutulanların böyük qismi düz-
gün müalicə alarsa sağalıb cəmiyyətin bir
üzvünə çevrilə bilir. Rektor qeyd etmişdir ki,
Azərbaycanda sümük iliyinə ehtiyacı olan
xəstələr də çoxdur. Ona görə də sümük iliyi
transplantasiyasının da ölkəmizdə həyata
keçirilməsinin vaxtı çat-
mışdır.
“İrəli” İctimai Birliyinin
sədri Rauf Mərdiyev
isə “Leykemiya ayı”
layihəsi
haqqında
məlumat
vermişdir.
Bildirmişdir ki, fevralın
20-dən etibarən baş-
layan
layihə
mar-
tın
20-dək
davam
edəcəkdir. Layihənin
həyata keçirilməsində
məqsəd Azərbaycanda
leykemiyalı xəstələrin
problemlərinə ölkə ictimaiyyətinin diqqətini
cəlb etmək, onların cəmiyyətin ayrıl-
maz hissələri olduqları barədə ictimai
maarifləndirməni təşkil etməkdən ibarətdir.
Konfransda çıxış edən Milli Məclisin
Sosial Siyasət Komitəsinin sədri, millət
vəkili Hadı Rəcəbli indiyədək səhiyyə
sahəsində tibbi xidmətin yaxşılaşdırilma-
sı üçün bir sira qanunların qəbul edildiyi-
ni söylədi. O, son on ildə respublikamızın
30-dan çox rayonunda müasir diaqnostika
mərkəzlərinin, o, cümlədən unikal idman
komplekslərinin tikilib istifadəyə verildiyini
diqqətə çatdırdı. Komitə sədri bu görülən
işlərin kökündə insanların sağlam həyat
tərzinin dayandığını qeyd edərək, bunların
hamısının dövlətimizin öz vətəndaşlarına
olan diqqət və qayğının bariz nümunəsi
kimi dəyərləndirdi. Bu təşkilatın həyata
keçirdiyi layihəni alqışladığını söləyən
H.Rəcəbli belə tədbirlərin ölkə əhalisınin
maarifləndirilməsi işində müsbət rolunu
qeyd etdi.
Sonra konfrans mütəxəssislərin leykemi-
ya xəstəliyi ilə bağlı məruzələri ilə davam
etmişdir. Türkiyənin Hematoloji Dərnəyinin
rəhbəri, professor Süleyman Dinçer “Ley-
kemiya problemi Türkiyədə”, “Leykemi-
ya ilə Mübarizə” İctimai Birliyinin sədri
Mehriban Bağırova “Leykemiya problemi
Azərbaycanda”,Azərbaycan Respublika-
sı İnsan Hüquqları üzrə Müvəkkilinin ixti-
saslaşmış müşaviri,
elmi- analtik sekto-
run baş məsləhətçisi
Müqalib
Mahmu-
dov
“Leykekemiya
xəstəliyindən əziyyət
çəkən uşaqların hü-
quqları” və Səhiyyə
Nazirliyi B.Eyvazov
adına Elmi Tədqiqat
Hematologiya
və
Trans fuziologiya İns-
titutunun
həkimləri
leykemiya xəstəliyi
haq qında və bu xəs-
təliklə mübarizə isti-
qamətində ölkə miz-
də görülmüş iş lər lə
bağlı ətraflı məlumat vermişlər. Çıxışlarda
qeyd edilmişdir ki, leykemiya və ya ley-
koz qan xərçəngidir. Xəstəliyə bütün yaş
qruplarında rast gəlmək mümkündür. Ley-
kemiya digər xərçəng növlərinə, məsələn,
süd vəzisinin xərçəngi, prostat xərçəngi,
bağırsaq xərçəngi nisbətən az rast gəlinir.
Bu müasir müalicə üsulları sayəsində
bir çox hallarda müalicəsi mümkün olan
xəstəlikdir. Ötən əsrdə leykoz diaqno-
zu təsdiqlənən xəstə ölümə məhkum sa-
yılırdısa, bu gün dünyanın inkişaf etmiş
ölkələrində leykozdan tam sağalma şansı
95 faiz təşkil edir.
Qan Xərçəngi ilk növbədə Kimya tera-
piyası və Sümük İliyi Trasplantasiyası ilə
müalicə edilir. Müalicədən sonrakı vaxt
ərzində isə xəstənin vəziyyəti təbii ki, yax-
şılaşır və sonralar o vaxtı-vaxtında həkimin
nəzarətində olmalıdır.
Konfransda Milli Məclisin deputatları
Jalə Əliyeva, Musa Quliyev, Mərkəzi Klinik
Xəstəxananın baş həkimi Kamran Musa-
yev, Səhiyyə Nazirliyinin nümayəndələri,
ATU-nun kafedra müdirləri, professorları
və tələbələri iştirak etmişlər.
MənsUr
Fevralın 28-də Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman
Əmiraslanov İraqın ölkəmizdəki səfirliyinin nümayəndə heyətini qəbul edib.
İraqın fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeşi Əl-Bərrakla görüş
zamanı qarşılıqlı əməkdaşlıq, tələbələrin mübadiləsi, həkimlərin təcrübəsinə
dair fikir mübadiləsi aparılıb.
Millət vəkili, akademik Əhliman Əmiraslanov qonağı Tibb Universitetinin
fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları barədə danı-
şıb. Səfir Qubeşi Əl-Bərrak isə İraq hökumətinin Tibb Universitetinə tələbə
göndərməkdə maraqlı olduğunu söyləyib. Rektor xarici tələbələr üçün mövcud
limitdə İraqa daha çox yer ayırmağa hazır olduqlarını bildirdi.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova,
Xarici tələbələrlə iş üzrə dekan Gülər Seyidova, Dekan müavini Niyazi Hacı-
yev iştirak ediblər. İraq səfirliyindən təhsil müşaviri Loğman Abdulkərim və
Jassim Mohammad Əhməd görüşə qatılıblar.
Türk Ortopedi ve Travmatoloji Birliyi “Multi-
disipliner Yaklaşımla Kemik ve Yumuşak Doku
Tümörleri” adlı kitab hazırlamışdır. Kitabda
Türkiyədə onkoloji cərrahiyyədə inqilab edən
professor dr. Güven Yücetürkün Azərbaycanın
tanınmış onkoloqu Əhliman Əmiraslanovdan
yardım aldığını açıqlayıb. O, Azərbaycan Tibb
Universitetinin rektoru, akademik Əhliman
Əmiraslanovun təklif etdiyi süni diz oynağı
protezindən bəhs edərək bildirib ki, bu endop-
rotez ötən əsrin 90-cı illərinin əvvəlində Moskvada Əhliman Əmiraslanovun
rəhbərlik etdiyi klinikada görüş zamanı ona təqdim edilib: “Buna qədər
istifadə olunan avadanlıq inanılmaz dərəcədə bahalı idi. Ona görə də, Moore
qalça protezlərinin stemini (ayağını) uzadıb qalınlaşdıraraq, bunu Meqa-pro-
tez adı ilə istifadə edirdik. Moskvada olarkən Əhliman Əmiraslanov metal
- poliester süni diz oynağı protezini mənə verdi. İzmirdə yerli firmada həmin
protezdən hazırlatdırıb istifadə etdim”.
Müəllif akademik Əhliman Əmiraslanova təşəkkürünü bildirərək bu protezin
istifadəsi nəticəsində çoxlu sayda xəstənin hərəkətini bərpa etdiyini və onların
normal həyata qayıtmasına nail olduğunu qeyd edib.
Kitabda müəllif həmçinin akademik Ə.Əmiraslanovun ona hədiyyə etdiyi
süni diz oynağı protezinin şəklini də dərc edib.
Alman
professoru
dr.Holger
Michels Tədris
Terapevtik
Klinikada
“Yüksək doza-
lı C vitamini-
nin infuziyasının müalicəvi əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış
edib.
Mühazirədən öncə klinikanın direktoru, professor Surxay Musayev
Holger Michels barədə konfrans iştirakçılarına məlumat verib. Onun
sözlərinə görə, professor Holger Michels paskorbin (yüksək dozalı C
vitamini ilə infuziyon xəstələrin müalicəsi) sahəsində dünya miqyaslı
mütəxəssisdir.
Sonda alman professoru hər kəsə təşəkkürünü bildirib, mövzu ilə bağlı
sualları cavablandırıb.
ATU-nun mətbuat xidməti
“Azərbaycanda leykemiya problemi “
mövzusunda konfrans keçirilmişdir
Dünyada tanınmış türk alimi Azərbaycan onkoloqunun
təklif etdiyi süni diz oynağı protezindən bəhs edib
Alman professoru Tədris Terapevtik Klinikada
İraq səfiri Əhliman Əmiraslanovla
görüşüb
15 mart 2014-ъц ил
http://www.amu.edu.az
3
Martın 13-də ATU-nun Tədris
Terapevtik Klinikasında bu əhə-
miy yətli gün mü nasibətilə el-
mi-praktik
konfrans
keçirilib.
Konfrasda respublikamızın dövlət
və özəl dializ mərkəzlərinin
hə kimləri,
Mərkəzi
neftçilər
Xəs təxanasının
hemodializ
və
böyrəkköçürmə
şöbəsinin
əməkdaşları iştirak ediblər.
Tədbiri Azərbaycan Tibb Uni-
versitetinin elmi işlər üzrə pro-
rektoru, professor İbrahim İsayev
açaraq konfrans iştirakçılarına
universitetin rektoru, akademik
Əhliman Əmiraslanovun salam-
larını yetirib. O, son illərdə yer
kürəsində insanların yaşama
müddətinin artması ilə əlaqədar
olaraq xroniki xəstəliklərin də in-
tensivlik sayının getdikcə çoxal-
dığını və özünə daha çox diqqət
tələb edən bir problemə çevril-
diyini vurğulayıb: “Bu prob-
lemin əksəriyyəti sosial prob-
lem olaraq insanların gündəlik
həyatında,
onların
yaşam
tərzində müxtəlif dəyişikliklərin
olması ilə səciyyələnir. Ona görə
də belə problemlərin həllinə,
xroniki hala keçmiş uzun sürən
xəstəliklərin müalicəsinə yalnız
tibb ocaqları, tibb müəssisələri,
həkimlər deyil, eyni zamanda
kənar şəxslər, tibb sahəsinə aid
olmayan müəssisələr, hökumət,
qeyri-hökumət təşkilatları da
qoşulmalıdır. Xroniki problemə
çevrilmiş və dünyada əhalinin
yaşama müddətinə təsir edən
xəstəliklərin ümumdünya miq-
yasında qeyd olunması, bir daha
insanların yadına salınması bu
baxımdan xüsusi önəm daşıyır”.
Bütün dünyada olduğu kimi
Azərbaycanda da xroniki böyrək
xəstələrinin sayı getdikcə artır.
Belə ki, dünya əhalisinin hər
bir milyon nəfərinə 250-400,
hətta bəzi ölkələrdə 1000-dən
çox xroniki böyrək xəstəsi düşür.
Azərbaycanda isə bu rəqəm 200
nəfər təşkil edir. Hökumətimiz
tərəfindən belə şəxslərə plan-
lı surətdə qayğı göstərildiyini
söyləyən prorektor respublikamı-
zın paytaxtı ilə yanaşı, bir sıra ra-
yonlarda da dializ mərkəzlərinin
yaradıldığını və xəstələrin pulsuz,
dövlət hesabına müalicə edildiyi-
ni diqqətə çatdırıb. Onu da bildi-
rib ki, xroniki böyrək xəstələrinə
Tibb Universitetində göstərilən
tibbi xidmətin keyfiyyəti ildən-
ilə yüksəlir. Tədris Terapevtik
Klinikanın bir mərtəbəsi Effe-
rent Terapiya Mərkəzinə ayrılıb
və professor Mehman Ağayevin
rəhbərliyi ilə burada böyük işlər
görülür. Tibb Universitetinin di-
varları arasında keçirilən Dünya
Böyrək Günü yalnız konfrans iş-
tirakçılarının deyil, bu xəstələrin
ətrafında olan bütün insanların
məhəbbəti ilə, onların sevgisi ilə
əhatə olunacaq. Əsas məqsəd xro-
niki böyrək çatmamazlığından
əziyyət çəkən insanlara qayğını
artırmaq, tibb elminin və səhiyyə
ictimaiyyətinin diqqətini bir daha
bu problemə cəlb etməkdir.
Sonra “Azərbaycanda böyrək
əvəzedici terapiyanın 2013-cü il
registri” mövzusunda məruzə
ilə çıxış edən M.Cavadzadə
adına Respublika Klinik Uro-
loji Xəstəxanasının hemodializ
şöbəsinin müdiri Fariz Babayev
ölkəmizdə böyrək xəstəliyindən
əziyyət çəkən insanlara göstərilən
dövlət qayğısından danışıb. Qeyd
edib ki, böyrək xəstəliyinin
müalicəsi və profilaktikası ilə
bağlı 2006-cı ildən başlayaraq
iki Dövlət Proqramı qəbul olu-
nub. Hazırda Azərbaycanda 2312
xəstə dövlət hesabına 406 aparat
vasitəsilə hemodializ olunur və
dializ növbəsində olan xəstə yox-
dur. Respublika üzrə 30 hemo-
dializ mərkəzi fəaliyyət göstərir
ki, onlardan 23-ü bölgələrdə, 7-si
isə Bakıda yerləşir. Yaxın vaxt-
larda Ağcabədi, Tovuz və Asta-
ra rayonlarında da hemodializ
mərkəzləri fəaliyyətə başlayacaq.
Belə xəstələrin dərman təminatı
da dövlət hesabına həyata ke-
çirilir: “Ümumiyyətlə, xroniki
böyrək çatışmazlığı uzun sürən
böyrək xəstəliyi nəticəsində
əmələ gəlir. Bu tendensiyaya həm
dünyada, həm də ölkəmizdə rast
gəlinir. Azərbaycanda hemodia-
liz qəbul edən xəstələrin 30 faizə
yaxınında böyrək xəstəliyinə
səbəb şəkərli diabetdir. Bütün
dünyada olduğu kimi, ölkəmizdə
də dializ qəbul edən xəstələrin
yaş həddi 6 yaşla 82 yaş arasın-
da dəyişir. Statistika göstərir ki,
35-55 yaş arasında olan insanlar-
da daha çox böyrək çatışmazlığı
xəstəliyi qeydə alınmışdır. Statis-
tika böyrək xəstəliyindən əziyyət
çəkən kişilərin qadınlardan 2-3
faiz çox olduğunu göstərir”.
Şöbə müdiri böyrək çatışmazlı-
ğı xəstəliyinin müalicəsində möv-
cud problemlərə də toxunub: “Bu
sahədə ən böyük problemlərdən
biri kadr çatışmazlığıdır. Hazırda
dializ müalicəsi ilə məşğul olan
121 həkim vardır ki, bu da bəs
eləmir.
Ölkəmizdə
1971-ci
ildən
keçirilən böyrək köçürülməsi
əməliyyatları bərpa olunmuşdur.
Ölkə üzrə 493 böyrəkköçürmə
əməliyyatının 113-ü Mərkəzi
Neftçilər Xəstəxanasında keçi-
rilmişdir. Bu xəstəxanada təkcə
ötən il 55 böyrək transplantasiya-
sı əməliyyatı aparılmışdır”.
Konfransda “Böyrək trans-
plantasiyası və virus hepatitləri”,
“Kəskin gestasion pielonefrit”,
“Böyrəklərin xroniki xəstəliyi
zamanı ürəyin işemik xəstəliyi”,
“Uşaqlarda nefrotik sindromun
müasir müalicəsi” və s. bu kimi
aktual mövzulara dair məruzələr
dinlənilib, müzakirələr aparılıb.
Arif MəMMəDLİ
M a r a q d ü n y a s ı
DÜNYA BÖYRƏK
GÜNÜ QEYD EDİLİB
Hər il mart ayının ikinci həftəsinin dördüncü günü Amerika nefroloji Assosiasiyası
və Beynəlxalq Böyrək Fondunun təklifi ilə Dünya Böyrək Günü kimi qeyd olunur.
u Böyük Britaniyanın səhiyyə sistemində ürək
döyüntüsü, tənəffüs ritmi və bədənin hərarətini
izləyəcək “ağıllı plastır”lardan istifadə ediləcək.
Plastır toplanılmış məlumatları tibb bacılarına Wi-Fi vasitəsilə
hər iki dəqiqədən bir kompyuterlərə və mobil telefonlara ötürəcək.
Əgər xəstənin səhhətində müəyyən bir problem yaranarsa
plastır vasitəsilə həkimlərə həyəcan siqnalı göndəriləcək.
Plastır yaxın vaxtlarda Britaniyanın 10 dövlət klinikasında
sınaqdan keçiriləcək. Sınaqlar xəstələrin çoxluq təşkil etdiyi
xəstəxanalarda aparılacaq.
Böyük Britaniyada hər il 6 min pasiyent onlara lazımi
səviyyədə nəzarət edilmədiyi üçün dünyasını dəyişir. “Ağıllı
plastır”lardan istifadə il ərzində yüzlərlə insanın həyatını xilas
edə bilər. Həmçinin bu səhiyyə sisteminin hər il 837 milyon
dollar məbləğində vəsaitə qənaət edəcəyi deməkdir.
u E-mail-apnoe (tənəffüs hərəkətlərinin dayanması)
müasir dövrdə daha geniş yayılmış problemlərdəndir.
Bu problemə internet istifadəçilərinin 80 faizində rast
gəlmək olar.
AzərTAc “The Times of India” qəzetinə istinadən xəbər verir ki,
insanlar bəzən kompyuter arxasında işə o qədər aludə olurlar ki,
hətta düzgün nəfəs almağı belə unudurlar. “Apnoe”nin bu növü
əksər hallarda istifadəçi məktub yazarkən və ya yüksək dəqiqlik
tələb edən işi yerinə yetirərkən özünü büruzə verir.
Baş gicəllənməsi, sürətli ürək döyüntüləri, üzdə qızartı, həyəcan,
yuxulama, əsəbilik, baş ağrıları, müvəqqəti unutqanlıq da “e-mail-
apnoe”nin simptomlarındandır. Problemi polisomnoqrafiyanın
(yuxu problemlərinin araşdırılması ilə məşğul olur) köməyi ilə
aşkar etmək olar. Tədqiqat beyin dalğaları, əzələ tonusu, burun
və ağız boşluğundakı hava axını, ürək yığılmaları və tənəffüsün
xüsusiyyətlərini izləməyə imkan verir.
Statistika göstərir ki, “apnoe” daha çox artıq çəkisi olan
insanlarda müşahidə olunur. Buna görə də, çəkinin azaldılması,
gündəlik fiziki məşqlər, yetərli qədər maye və meyvə qəbulu
yaranmış vəziyyəti dəyişə bilər. “e-mail-apnoe” həmçinin
metabolik pozğunluqlardan (həddən artıq kökəlmə, diabet,
hipertoniya, yüksək xolesterin) əziyyət çəkən insanlarda rast
gəlinir.
“Intellectual Ventures Laboratory” şirkətinin nümayəndəsi
Pablos Xolman yeni imkanlara malik 3D-printerlərin
hazırlanması üzərində işləyir. Bu printer su ilə tozaoxşar
inqrediyentləri qarışdırılaraq alınmış məhluldan ucluqlar
vasitəsilə müxtəlif yeməkləri formalaşdıracaqdır.
“Computerworld” jurnalının məlumatına görə, lazımi
tozlarla dolu olan kartriclə təchiz edilmiş qurğu qidanı adi
yeməklər şəklində “çap edə” biləcəkdir. Printer, həmçinin ən
yüksək dəqiqliklə qidalanma kaloriliyini izləməyə, yeməkləri
vitaminlərlə zənginləşdirməyə və hətta həkimin məsləhət
bildiyi dərmanları əlavə etməyə imkan verəcəkdir.
usosial şəbəkədə dünyanın