Research papers


ġagirdin təlim fəaliyyətinin altsistemləri arasında münasibətlər



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə24/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   20   21   22   23   24   25   26   27   ...   246
elmi-eserler-2022-2-cap

ġagirdin təlim fəaliyyətinin altsistemləri arasında münasibətlər
 
19 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
M.A. İsmixanovun fikrincə, təfəkkürün 
müstəqilliyi başlıca olaraq şagirdin zehni fəallıq 
göstərərək müəyyən idrak məsələsini öz qüvvəsi 
ilə həll etməsi, öz fəaliyyətinə tənqidi yanaşma-
sı və fikrən asılı olmamasında ifadə olunur. Tə-
limdə şagirdin müstəqilliyi onun fəallığı ilə sıx 
bağlıdır [5, s. 19]. 
Şübhəsiz, şagirdin fəallığı onun müstəqilliyi 
üçün mühüm şərtdir: müstəqillik şagirdin müəy-
yən zehni və əməli fəallığı zəminində mümkün-
dür. Fəallıq da öz növbəsində şagirddən müəyyən 
müstəqillik tələb edir, şagird təlimdə nə qədər çox 
müstəqillik göstərərsə, bir o qədər də fəal olur. 
M.M. Mehdizadənin və M.A. İsmixanovun fikir-
ləri ilə əsasən razılaşmaq olar. 
Problemin metodoloji əsasını fəlsəfədə 
“azadlıq” kateqoriyasının təlimlə əlaqələndiril-
məsi təşkil edir. Fəlsəfədə “azadlıq” anlayışı 
haqlı olaraq bir tərəfdən böyük insan kütlələri-
nin həyatında, onun ümumi-tarixi planda azad-
lıq və zərurət əlaqəsi kimi nəzərə alınır, ikinci 
tərəfdən subyektiv-əxlaqi aspektdə, individual 
daxili fəaliyyəti kimi başa düşülür. M.Q. Mis-
livçenkonun qeyd etdiyi kimi, birinci aspektdə 
“azadlıq” formulu ən çox siyasətlə əlaqədardır-
sa, ikinci aspektdə o, pedaqogika və psixologiya 
ilə bağlıdır [ 6, s. 192]. 
M.M. Mehdizadə isə azadlığı fəallıqla əla-
qələndirərək yazırdı ki, şəxsiyyətin müstəqilliyi 
təlim də daxil olmaqla ictimai həyatda fəal işti-
rak etmək prosesində, yəni aktiv ictimai fəaliy-
yət prosesində formalaşır. Şəxsiyyətin müstəqil-
liyinin inkişafı, yəni onun müstəqil qərar qəbul 
etmək qabiliyyəti, əməli olaraq qəbul etdiyi qə-
rarı, hər hansı bir vəzifəni daxil olduğu sosial 
qrupun mənafeyinə uyğun həll etməsini, eyni 
zamanda həmin qrup qarşısında onun məsuliy-
yətini göstərir. “Məhz həyatın qarşıya qoyduğu 
vəzifələri müstəqil həll etməklə şəxsiyyətin mə-
suliyyəti onun müstəqilliyinin üzvi bir funksiya-
sı olmaqla inkişaf edir” – fikrində A.İ. Roman-
yuk haqlıdır və bu münasibətlə M.M. Mehdiza-
də göstərir ki, bütün bunlara təkcə bir qeyd ar-
tırmaq olar: “Şəxsiyyətin məsuliyyət hissi onun 
daxili aktivliyi şəraitində, onun yaradıcı və ida-
rəedici-icraedici fəaliyyəti şəraitində, mahiyyət 
etibarilə onun müstəqilliyinin ana xətti hesab 
edilir” [s. 193-194]. 
Deyilənlərə ciddi iradımız olmasa da, bir 
əlavəyə lüzum görürük ki, bütün aspektlər üçün 
“azadlıq”, “müstəqillik” və “fəallıq” anlayışları-
na dialektik əlaqədə baxılmalıdır. Belə ki, insan 
gerçəkliyi dərk etməsinə, onu dəyişdirə bilmək 
dərəcəsinə görə öz azadlığını qəbul edir və ger-
çəkliyin dərk olunması və onun dəyişdirilməsi, 
müvafiq təcrübənin əldə olunması şəxsiyyətin 
müstəqilliyindən, ona uyğun gələn fəallığından 
asılıdır. Eyni zamanda dərk olunanlar, dərk etmə-
nin təcrübəsi, gerçəkliyi dəyişdirmə təcrübəsi 
şəxsiyyətin müstəqilliyini daha da artırır. Odur 
ki, “azadlıq”, “müstəqillik”, “fəallıq” anlayışları 
bir-birini şərtləndirən və şəxsiyyətin sosial for-
malaşma səviyyəsini əks etdirən kateqoriyalar 
sisteminə aid ola bilər. Şəxsiyyətin müstəqilliyini 
formalaşdırmaq, şagirdlərin fəaliyyətini inkişaf 
etdirmək, onların iradəsini möhkəmləndirmək, 
tapşırıqları yerinə yetirərkən qarşıya çıxan çətin-
likləri aradan qaldırmaq üçün müstəqil işin bö-
yük əhəmiyyəti inkaredilməzdir. Təlim prosesin-
də şagirdlərin “müstəqilliyinin inkişafı” və “müs-
təqil işlərin təşkili və idarə olunması” məsələləri 
bir-birinə əsaslanır, səbəb və nəticə funksiyaları-
nı ardıcıl və qarşılıqlı şəkildə yerinə yetirir. 
Apardığımız nəzəri təhlillərə və iş təcrü-
bəmizə əsasən biz müstəqil işin aşağıdakı kimi 
dərk olunmasını məqsədəuyğun hesab edirik: 
Təlim prosesində şagirdi tədris situasiyasına da-
xil edən tapşırığın yerinə yetirməsinə yönələn 
fəaliyyətinin bilavasitə kömək olmadan realla-
şan altsisteminə onun müstəqil işi deyilir. 
Aydınlıq üçün təlim prosesində şagirdin 
müstəqil işinin tərifində vurğulanan bəzi cəhət-
lərini şərh etməyi məqsədəuyğun hesab edirik. 
Göründüyü kimi, tərifdə şagirdin müstəqil 
işi onun təlim fəaliyyətinin altsistemi kimi qəbul 
edilir. Bununla da sistemlə altsistem arasındakı 
mövcudluğu zəruri olan dialektik münasibətin 
təlim fəaliyyəti (sistemlə) ilə şagirdin müstəqil 
işinin (hissə) arasında da olması vurğulanır. Yə-
ni şagirdin müstəqil işi təlim prosesi qarşısında 
qoyulmuş bütün didaktik vəzifələrin həyata ke-
çirilməsinə əsaslanır. Ona görə də qarşıya qo-
yulmuş məqsəd şagird tərəfindən dərk olunmalı, 
həmin məqsəd şagirdin idrak tələbatının ödənil-
mə obyektinə çevrilməli, qarşıya qoyulmuş tap-
şırığın tələbinin yerinə yetirilməsi üçün o, cəlb 
olunduğu fəaliyyətin subyektinə çevrilməlidir. 
Başqa sözlə, tapşırıq tədris situasiyası yaratma-
lıdır, hansı ki, tədris situasiyası tədris fəaliyyəti-
nin strukturunun tərkib hissəsidir. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin