Research papers


ġagirdin təlim fəaliyyətinin altsistemləri arasında münasibətlər



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə26/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   22   23   24   25   26   27   28   29   ...   246
elmi-eserler-2022-2-cap

ġagirdin təlim fəaliyyətinin altsistemləri arasında münasibətlər
 
21 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
Şagirdləri əhatə etmə formasına görə a) 
fərdi, b) qoşa, c) qrup, ç) frontal olaraq müəy-
yənləşdirilir. 
3.
Müstəqil işin davametmə müddəti, keç-
miş bilikləri əhatə etməsi, yeni biliyin çətinlik 
dərəcəsi, şagirdlərin potensial imkanlarına uy-
ğunluğu müəyyənləşdirilməlidir. Odur ki, müs-
təqil işlərin nomenklaturasına daxil edilmiş 
müxtəlif növlərdən hansının tətbiq ediləcəyi də-
qiqləşdirilməlidir. 
4.
Tapşırığın növü əvvəlcədən seçilməli 
və tapşırığın formulası haqqında müəllim hərtə-
rəfli fikirləşməlidir. Məktəbin imkanları, müəlli-
min özünün hazırlığı, təlim materialının məz-
munu və şagirdin (və ya şagirdlərin) imkanlarını 
da ciddi şəkildə nəzərə almaq vacibdir. 
5.
Tapşırığın şərti və tələbi şagirdə aydın ol-
malıdır. Ola bilər ki, aparılmış işin məntiqi dava-
mı kimi şagirdlə birgə iş üçün tapşırıq formalaşsın 
və bu halda əlavə izahat və göstərişə heç də ehti-
yac olmasın. Əgər varsa, onda mütləq şagirdə zə-
ruri və aydınlıq gətirən təlimat verilməlidir. 
6.
Müstəqil işin tətbiqində ardıcıllıq, siste-
matiklik, inkişaf gözlənilməlidir. Şagirdi müstəqil 
və sərbəst təhsilə, həyata hazırlamaq üçün bu işin 
əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır. 
7.
Şagirdlərin müstəqil işində ümumiləş-
dirmə, sistemləşdirmə, dəyişdirilmiş situasiya-
larda biliyin tətbiqi və yeni ünsürlərin olması 
vacibdir. 
Müstəqil işin icrası əldə olunmuş biliklərə, 
vərdiş və bacarıqlara, həyat təcrübəsinə, müşahi-
dələrə əsaslanmaq tələbini özündə saxlamaqla, 
daha ümumi bilik, bacarıq və vərdişlərin, təcrü-
bənin əldə olunmasına şagirdi istiqamətləndirmə-
lidir. Müstəqil iş öz məzmunu, əyləncəliyi, mən-
tiqiliyi ilə şagirdin öyrənməyə maraq və meyllə-
rinin yaxşılaşmasına səbəb olmalıdır. Müstəqil iş 
şagirdin ən mühüm şəxsi keyfiyyətlərindən hesab 
olunan qiymətləndirmə (düzgün və ədalətli) qabi-
liyyətinin formalaşmasına təkan verməlidir. 
8.
Müstəqil iş sistemi özündə zehni və 
əməli fəaliyyətin vəhdətini saxlamalıdır. Müstə-
qil iş zamanı şagirdin əqli fəaliyyətinin alqorit-
mik və evristik cəhətlərinin vəhdətdə inkişafı, 
öz fəaliyyətini idarəetmə subyekti kimi forma-
laşması üçün iş şəraiti müəllimin düzgün rəh-
bərliyi ilə yaxşılaşmalıdır. Müəllim rəhbərlik 
işini konkret şəraitə uyğun olaraq daim tənzim-
ləməlidir. 
Pedaqoji ədəbiyyatda müstəqil işlərin 
növləri kimi irəli sürülən təsnifatların bəziləri-
nin müstəqil işin funksional cəhətinə (biliklərin 
mənimsənilməsi, bacarıq və vərdişlərin forma-
laşması və yoxlanılması məqsədini güdən işlər), 
bəzilərinin müstəqil iş zamanı şagirdlərin müs-
təqillik səviyyəsinə (nümunə üzrə, yenidənqur-
ma və yaradıcı işlər), bəzilərinin müstəqil işin 
mənbəyinə (kitab üzrə, məlumat ədəbiyyatı üz-
rə, məsələ həlli və çalışmalar üzrə iş və s.), bəzi-
lərinin müəllimin kömək dərəcəsinə (qeyri-müs-
təqil, yarımmüstəqil, tam müstəqil işlər), bəzilə-
rinin isə müstəqil işin təşkili formasına (frontal, 
qrup, cüt və fərdi işlər) aid edilməli olduğu gös-
tərilir. Müstəqil iş növlərinin ayrı-ayrı fənlərin 
xüsusiyyətindən, konkret tədris situasiyasından 
asılı olaraq müxtəlif məzmunda ola bildiyi vur-
ğulanır [4, s. 300-313]. 
Şagirdlərin müstəqil və qeyri-müstəqil iş-
lərinin vahid prosesin altsistemləri kimi dialek-
tik vəhdətinin nəzəri və praktik yolu bütün tə-
fərrüatı ilə işlənilməmişdir. Bu işdə aşağıdakı 
məqamlara diqqət yetirilməlidir: 
1) Təlim prosesinin qarşıya qoyulmuş di-
daktik məqsədlərə uyğun cərəyan etməsi, şagirdlə-
rin fəaliyyətinin nəticələri onun əqli fəaliyyətinin 
iki mühüm cəhətinin – analitik (alqoritmik) və ev-
ristik növlərinin inkişaf səviyyəsindən, onların 
vəhdətdə cərəyan etməsindən çox asılıdır. 
2) Şagirdin inkişafının istiqamət və sürəti 
qoşulduğu fəaliyyət növlərindən, onların tən-
zimlənməsindən asılıdır. Eyni zamanda şagirdin 
şəxsiyyətinin inkişaf xüsusiyyətləri qoşulmuş 
olduğu fəaliyyətdə təzahür edir. 
Bu iki məntiqi arqumentə əsasən söyləmək 
olar ki, təlim prosesində şagirdin əqli fəaliyyəti-
nin hər iki növünün (alqoritmik və evristik) inki-
şaf səviyyəsinə əsaslanmaq, onların daha da inki-
şafına (vəhdətini təmin etməklə) istiqamətlənmək 
lazımdır. Müstəqil işlər təlim fəaliyyətinin alt sis-
temi kimi özündə bu cəhətləri saxlamalıdır. 
Təlim prosesinin cərəyanetmə məntiqinə 
müvafiq olan, şagirdlərin alqoritmik və evristik 
fəaliyyətinin optimal münasibətlərini özündə 
ehtiva edən, praktik cəhətdən əlverişli hesab et-
diyimiz və iş təcrübəmizdə istifadə edərək sə-
mərəli nəticələrə nail olduğumuz müstəqil iş sis-
temi və onun nomenklaturası aşağıdakı kimidir: 
1. Təlim prosesi qarşısında qoyulan məq-
sədin şagirdin (və ya şagirdlərin) tələbatının tə-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin