1.Yanıq şoku. 2. Toksemiya. 3. Septikotoksemiya. 4. Rekonvalensensiya. Toksemiya fazası 3-4-cü
gündən sonra başlayıb 15 günə qədər davam edir. Şiddətli toksemiya və intoksikasiya
ilə müşayiət
olunur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991
607) Ətraf amputasiya olunduqdan sonra qalan güdülə hansı sarğı qoyulur?
A) Sünbülvari sarğı
B) Qayıdan sarğı
C) Dezo sarğısı
D) Spiral sarğı
E) Sapand şəkilli sarğı
Qayıdan sarğı
dairəvi nahiyələrə, başa, amputasiyadan sonrakı güdülə qoyulur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 310) N.P.Paleyev Bakı-1991
608) Mastit nəyin iltihabıdır?
A) Piy
vəzilərinin
B)
Süd vəzisinin
C)
Limfa düyünlərinin
D) Tər vəzilərinin
E) Limfa damarlarının
Mastitlər kəskin və xroniki olurlar.Kəskin mastit ən çox doğuşdan sonra baş verir.Xəstəliyi törədən
mikroblar stafilokokklar və streptokokklardır.Mikroblar ən çox süd vəzisinin giləsinin çatlarından
daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir.
Ədəbiyyat: Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997
609) Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat
otağında olmalıdır?
A) 3 saat
B) 40 dəq
C) 1,5 saat
D) 30 dəq
E) 2 saat
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5
saat tez gələrək, əməliyyat planına uyğun
alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75) M.M.Abakumov.Moskva-
1985
Dostları ilə paylaş: