D) Anesteziyadan sonra
E) Antiseptiklərlə ümumi və yerli vannaların qəbulundan sonra
Yanığı olan xəstəni sarğıya hazırlamaq üçün yerli və ya ümumi vannalardan istifadə
olunur.Antiseptiklərlə yerli və ümumi vannaların qəbulu sarğı zamanı toxumaların zədələnməsini
və ağrı hissiyatını azaldır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.257
810) Drenaja nə aiddir?
A) Trunda
B) Bint yumağı
C) Kürəcik
D) Tənzif-balışcıq
E) Salfet
Drenajlanma drenajların köməyi ilə həyata keçirilir.Drenajlara bunlar
aiddir:trundalar,tamponlar;yastı rezin,borulu və qarışıq drenajlar aiddir.Trunda tənzifdən olan
drenaja aiddir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.108
811) Aşağı ətrafın tromboflebiti zamanı tibb işçisi iltihab nahiyəsindəki ağrını azaltmaq üçün
nə etməlidir?
A) Xəstəyə çarpayıda rahat vəziyyət verməli
B) Bədən hərarətini ölçməli
C) Arterial təzyiqi ölçməli,nəbz sayılmalı
D) Iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli
E) Xəstənin vəziyyətini müşahidə etməli
Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün iltihab
olan nahiyədə hərəkətsizliyi təmin etməli,həkimin təyinatı ilə ağrıkəsicilər yeritməlidir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.162
Dostları ilə paylaş: