Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Qastrostomalı xəstənin qidalandırılması gündə neçə dəfə həyata keçirilir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə202/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   198   199   200   201   202   203   204   205   ...   252
804) Qastrostomalı xəstənin qidalandırılması gündə neçə dəfə həyata keçirilir?
A) 4-6 
B) 1-3 
C) 1-2 
D) 3 
E) 2-3 
Qastrostomalı xəstələrdə qastrostomadan mədəyə yüksək kalorili,tez həzm olunan,həlimşəkilli 
konsistensiyada qida maddələr yeridilir.Xəstələrin qidalanması 4-6 dəfədən az və ya çox 
olmamalıdır. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.402 
805) Autoimmoblizasiya nədir?
A) Zədələnmiş nahiyəyə gips sarğısının qoyulması 
B) Zədələnmiş nahiyənin sağlam tərəfə fiksə olunması 
C) Zədələnmiş nahiyənin şinaya fiksə olunması 
D) Zədələnmiş nahiyənin karton parçasına fiksıə olunması 


E) Zədələnmiş nahiyənin taxta parçasına fiksə olunması 
Autoimmobilizasiya zədələnmiş nahiyənin sağlam tərəfə fiksə olunmasıdır.Yuxarı ətrafın 
zədələnməsi zamanı onu gövdəyə bintlə sarımaq və ya ləçəkvari sarğı ilə fiksə etmək 
lazımdır.Aşağı ətrafın zədələnməsində zədələnmiş ətraf sağlam tərəfə fiksə olunmalıdır. 
Ədəbiyyat: İ.V.Yaromiç”Sestrinskoye delo”dlya uçaşixsya meditinskix uçiliş i kolledjey,sredneqo 
meditinskoqo personala.”Vışşeşaya şkola”,2003 səh.292 
806) Borulu drenajlar istifadədən əvvəl nə ilə yuyulmalıdır?
A) 3%-li hidrogen peroksidlə 
B) 0.9%-li natrium xloridlə 
C) 1%-li yodonatla 
D) 1.5%-li xlorheksidin biqlyukonat 
E) 70%-li spirtlə 
Bütün drenajlar mütləq steril olmalı və bir dəfə istifadə üçün nəzərdə tutulmalıdır.Borulu drenajlar 
istifadədən əvvəl 0.9%-li natrium xlor məhlulu ilə yuyulmalıdır. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.114 
807) Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması 
necə adlanır?
A) Biopsiya 
B) Anesteziya 
C) Hemostaz 
D) İnfuziya 
E) Drenajlanma 
Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması 
drenajlanma adlanır.Drenajlanma tənzif və borulu drenajların vasitəsilə həyata 
keçirilir.Drenajlanma üç cür olur:passiv,aktiv və aspirasion-şırınqa yolu ilə. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.114 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin