Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) “Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə204/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   200   201   202   203   204   205   206   207   ...   252
812) “Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz?
A) Xəstənin xəstəxanaya çatdırılması 
B) Qarın nahiyəsinə buz qovuğunun qoyulması 
C) Təxirə salınmaz yardımın çağırılması 
D) Ağrıkəsicilərin yeridilməsi 
E) Xəstəyə horizontal vəziyyətin verilməsi 
“Kəskin qarın” sindromunda ilkin tibbi yardım məqsədilə ağrikəsicilərdən istifadə etmək olmaz.Bu 
zaman xəstəyə horizontal vəziyyət verməli,qarın nahiyəsinə buz qovuğu qoyaraq təcili sürətdə 
xəstəxanaya çatdırılmalıdır. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.343 
813) Əməliyyatdan sonraki ağırlaşmaya nə aid deyil?
A) Tikişlərin aralanması 


B) Yaradan qanaxma 
C) Ağrı şoku 
D) Yara ətrafında qızartı 
E) Yaranın çapıqlaşması 
Əməliyyatdan sonrakı ağırlaşmaya yaranın çapıqlaşması aid deyil.Yaranın çapıqlaşması yaranın 
sağalmasını göstərir.Ağrı şoku, yaradan qanaxma,tikişlərin aralanması, yara ətrafındakı qızartının 
baş verməsi əməliyyatdan sonrakı ağırlaşmaya aiddir. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.129 
814) Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı saxlamaq məqsədilə tibb işçisi 
nə etməlidir?
A) Xəstənin çarpayıda vəziyyətini dəyişdirmək 
B) Xəstəyə yuxugətirici preparat təyin etmək 
C) Əməliyyat sahəsinə buz qovuğunu qoymaq 
D) Palatanın havasını dəyişdirmək 
E) Xəstəni xəstəxana mühitinə uyğunlaşdırmaq 
Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı və ağrını azaltmaq məqsədilə tibb işçisi 
əməliyyat sahəsinə buz qovuğunu qoymalıdır. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.77 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin