Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Mədə və 12 barmaq bağırsaq xorasının ağırlaşmasına aid deyil?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə45/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   41   42   43   44   45   46   47   48   ...   252
164) Mədə və 12 barmaq bağırsaq xorasının ağırlaşmasına aid deyil?
A) Xoranın penetrasiyası 
B) Perforasiya 
C) Başqa orqanlara metastaz 
D) Bədxassəli transformasiya 
E) Qanaxma 
Mədə və 12 barmaq bağırsaq xorası yalnız bədxassələşdikdən sonra, yəni mədə xərçənginə keçid 
aldıqdan sonra metastaz verə bilər. Əsas ağırlaşmalar isə digər variantlarda sadalanan 
ağırlaşmalardır. 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 349 
165) Kəskin qlomerulonefrit xəstəliyi zamanı hansı müayinə metodları ilk növbədə 
aparılmalıdır?
A) Ekskretor Uroqrafiya 
B) Böyrəklərin USM-si 
C) Böyrəklərin R-Skopiyası 
D) Sistoskopiya 
E) Qanın və sidiyin ümumi müayinəsi 
Kəskin qlomerulonefrit xəstəliyi zamanı qanda (leykositoz, EÇS-nin yüksəlməsi) və sidikdə 
(hematuriya, proteinuriya, silindruriya) gərgin ifadə olunan dəyişikliklər müşahidə olunur. Qalan 
müayinə metodları sonradan yerinə yetirilə bilər. 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 396 
166) Böyrəkdaşı sancısı zamanı həkiməqədər ilk yardım nədən ibarətdir?
A) Xəstəyə üfüqi vəziyyət verib, ayaqlarını azacıq qaldırmaq 
B) Dəri altına promedol 
C) Xəstəyə sidikqovucular vermək 
D) Xəstəni hospitalizasiya etmək 
E) Bel nahiyəsinə quru isti, ilıq vannalar, analgetiklər və spazmolitiklər 
Böyrək daşı sancısı zamanı bel nahiyəsinə quru isti, ilıq vannalar, analgetiklər və spazmolitiklər 
əzələ toxumasının, sidik yollarının divarlarının genişlənməsinə (bu zaman daşın sidik kisəsinə 
keçidi asanlaşır) səbəb olur. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 414 


167) Uzun müddət yataqda olan xəstədə yataq yaraları hansı nahiyədə müşahidə edilmir?
A) Qarın nahiyəsində 
B) Kürəkdə 
C) Ənsədə 
D) Omada 
E) Dabanda 
Adətən yataq yaraları uzun müddət yataqda qalan xəstələrdə bədənin yataqla təmas edən 
sahələrində əmələ gəlir. Tipik hallarda xəstə arxası üstə yatdığından omada, kürəkdə, 
ənsədə,dabanda yataq yarası əmələ gəlir. Arxası üstə yatan xəstədə qarın nahiyyəsində yataq yarası 
əmələ gəlmir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.52 “Çıraq ” 2008 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin