Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Bakterioloji müayinə üçün sidik toplayarkən tbb işçisi nəyi düzgün etmir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə53/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   49   50   51   52   53   54   55   56   ...   252
193) Bakterioloji müayinə üçün sidik toplayarkən tbb işçisi nəyi düzgün etmir?
A) Sidiyi kateterlə götürür. 
B) Sidiyin ilk porsiyasını tullayıb, ikinci porsiyadan toplayır. 
C) Sidiyi götürən kimi dərhal analizə göndərir. 
D) Sidik götürməzdən əvvəl uretranı şırınqalıyır. 
E) Sidiyi ilk porsiyası ilə birgə qaba toplayır. 
Tibb bacısı bakterioloji analiz üçün sidiyi kateterlə götürür, bunun üçün xəstənin xarici cinsiyyət 
üzvlərini yuyur, uretranın ön hissəsini şırınqalayır, hətta bunları etdikdən sonra belə, sidiyin ilk 
porsiyasını tullayır, qalan porsiyalarını isə steril qaba yığıb, mümkün qədər tez analizə göndərir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.78 “ Çıraq ” 2008. 
194) Disfagiya nədir?
A) Qidanın mədədən 12 barmaq bağırsağa keçməsinin ləngiməsi 
B) Yoğun bağısaqların distal hissəsinin boşalması 


C) Udma aktının pozulması 
D) Mədə möhtəviyyatının ağızdan xaric olması 
E) Mədə möhtəviyyatının qida borusuna keçməsi 
Disfagiya udma aktının pozulması olub, qida topasının qida borusu ilə irəliləməsinə mane olan üzvi 
və ya funksional pozğunluq nəticəsində yaranır. Bu zaman xəstələr əvvəlcə bərk qidanı, sonralar isə 
hətta duru qidanı da uda bilmirlər.Dis-lat.pozulma. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.35 “Çıraq” 2008. 
195) Anuriya nədir?
A) Sidik ifrazının ağrılı olması 
B) Gün ərzində sidik ifrazının artması 
C) Tez-tez az miqdarda sidik ifrazının olması 
D) Sidik ifrazının olmaması 
E) Gün ərzində sidik ifrazının azalması 
Anuriya sidik ifrazının tam kəsilməsidir. Ən çox XBÇ (xroniki böyrək çatışmazlığı)-da şişlərdə, 
daş xəstəliklərində rast gəlinir. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin