Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə50/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   46   47   48   49   50   51   52   53   ...   252
183) Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?
A) Dəri altına və ya venaya məhlul yeritməklə 
B) Dəri altına atropin vurmaqla 
C) Ürək-damar preparatları vurmaqla 
D) Mədənin yuyulması ilə 
E) İmalə ilə 
Qida zəhərlənmələri zamanı təxirəsalınmaz yardım mədənin yuyulmasından başlanır.Prosedur 
mədədən təmiz su gələnə qədər davam edir. Zond salmaq mümkün olmadıqda xəstəyə su içirdilir və 
əsnəyi qıcıqlandırmaqla qusma əmələ gətirilir. Sonrakı yardımlar isə imalə,ağrılar olduqda atropin 
vurmaq, susuzlaşma olduqda maye köçürtmək, kollaps olduqda ürək-damar preparatları vurmaq və 
s. ibarətdir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.514 “Çıraq ” 2008. 
184) Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?
A) Xəstəni dərhal cərəyan mənbəyindən ayırmaq 
B) Xəstəni ən yaxın xəstəxanaya aparmaq 
C) Dərialtına kofein, kordiamin, kamfora vurmaq (damar çatışmazlığı olarsa) 
D) Elektrik vurma nəticəsində əmələ gələn yanıq nahiyəsinə aseptik sarğı qoymaq 
E) Elektrik vurmuş şəxsi torpağa basdırmaq 
Elektrik vurma zamanı əksər zərəçəkmişlərdə kəskin damar çatışmazlığı və tənəffüs pozğunluğu 
olur, ona görə zərərçəkmişin bu zaman torpağa basdırılması onun vəziyyətini daha da ağırlaşdırar. 
Digər bəndlərdə göstərilən yardımlar isə xəstənin vəziyyətini yaxşılaşmasına kömək edər. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.521 “Çıraq ” 2008. 
185) Poliuriya nədir?
A) Tez-tez az miqdarda sidik ifrazının olması 
B) Gün ərzində ifraz olunan sidiyin miqdarının artması 
C) Gün ərzində ifraz olunan sidiyin miqdarının azalması 
D) Sidik kisəsinin boşalmasının mümkün olmaması 
E) Sidik ifrazının olmaması 
Gün ərzində normada insan 1,5 litrə qədər sidik ifraz edir. Poliuriya- bir gün ərzində ifraz olunan 
sidiyin miqdarının atrmasıdır. Bu ən çox şəkərli diabet xəstələrində müşahidə olunur.Poli-
lat.çox,uro-sidik. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.90 “Azərnəşr” Bakı 
1984 В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin