Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Xəstənin qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik müayinəsinə



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə58/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   54   55   56   57   58   59   60   61   ...   252
212) Xəstənin qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik müayinəsinə 
hazırlanması necə həyata keçirilir?
A) Axşam-təmizləyici imalə 
B) Səhər və axşam təmizləyici imalə 
C) Səhər və axşam sifon imaləsi 
D) Səhər- sifon imaləsi 
E) Axşam-yüngül şam yeməyi, səhər-acqarına 
Endoskopik müyinə əsasən səhər, acqarına aparılır, çünki mədədə qida olduqda xəstədə qusmaya 
meyl olur, bu da diaqnostikanın aparılmasını çətinləşdirir. 
Ədəbiyyat: C.N.hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 212 “ Təhsil “Bakı” 1998 
213) Xəstənin mədə rentgenoqrafiyasına hazırlanması necə həyata keçirilir?
A) Səhər- sifon imaləsi 
B) Səhər və axşam təmizləyici imalə 
C) Axşam-təmizləyici imalə 
D) Axşam-yüngül şam yeməyi, səhər-acqarına 
E) Müayinədən üç gün əvvəl tərkibində dəmir olan qidaları rasiondan çıxarmaq 
Həzm sistemi üzvlərinin, o çümlədən mədənin planlı rentgenoloji müayinəsi səhər acqarına 
aparılmalıdır. Müayinə aparılanadək xəstəyə qida, dərman və maye qəbul etmək olmaz, siqaret 
çəkmək qadağan olunur. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.210 “ Təhsil” Bakı 1998. 
214) Xəstənin rektoromanoskopiyaya hazırlanması necə həyata keçirilir?
A) Səhər yağ imaləsi 
B) Axşam və səhər təmizləyici imalə etmək 
C) Axşam təmizləyici imalə 
D) Axşam sifon imaləsi 
E) Səhər sifon imaləsi 
Müayinə səhər acqarına, axırıncı imalədən 2 saat sonra, əsasən xəstənin diz-dirsək vəziyyətində 
aparılır. Müayinənin ən azı imalədən 2 saat sonra aparılmasına səbəb imalə bağırsağın divarına 
təsir edərək selikli qişanın rənginin bir qədər dəyişməsidir. 2 saat ərzində rəngini dəyişmiş selikli 
qişa imalədən əvvəlki halına qayıda bilir. 
Ədəbiyyat : C.N. hacıyev ; R.Y.Əliyev. Xəstlərə qulluq. Səh. 215. “ Təhsil” Bakı 1998. 
215) Çox miqdarda, irinli-üfunətli bəlğəm ifrazı hansı xəstəlik üçün xarakterikdir?


A) Ağciyərlərin emfizeması 
B) Ağciyər absesi 
C) Eksudativ plevrit 
D) Xronik bronxit 
E) Bronxial astma 
Ağciyər absesinin gedişində 3 faza ayırd edilir: infiltrasiya, irinliyin açılması (bronx mənfəzinə), 
nəticə. Irinlik bronx mənfəzinə açıldıqda ifraz olunan üfunətli bəlğəmin miqdarı kəskin artır (500-
1000 ml). 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр226-229 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin