Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Sadalananlardan hansı Kəskin miokard infarktı zamanı həkiməqədərki yardıma aiddir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə60/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   56   57   58   59   60   61   62   63   ...   252
220) Sadalananlardan hansı Kəskin miokard infarktı zamanı həkiməqədərki yardıma aiddir?
1. Nitroqliserin vermək
2. Fiziki sakitliyi təmin etmək
3. Təcili hospitalizasiya etmək
4. Kardioloji briqada çağırmaq
5. Spazmolitiklər vermək
A) 3, 2, 5 
B) 1, 2, 4 
C) 4, 1, 3 
D) 1, 3,5 
E) 3, 4, 5 
Miokard infarktı zamanı tac damarlarda qan dövranının kəskin pozulması nəticəsində ürək 
əzələsində nekroz əmələ gəlir.Bu zaman xəstəyə edilən ilk yardımın böyük əhəmiyyəti 
vardır.Bunun üçün xəstəyə ilk növbədə nitroqliserin vermək, fiziki sakitliyini təmin etmək və 
mütləq həkim çağırmaq lazımdır, çünki nitroqliserinin təsirindən ağrı kəsmədikdə narkotik 
analgetiklər yeridilməlidir , bunu etmək isə yalnız həkimin səlahiyyətindədir . 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitab”. Səh.506. “ Çıraq” 2008. 
221) Dərman maddələrinin sublinqval qəbulu hansı üsuldur?
A) Tənəffüs yoluna 
B) Dilaltı 
C) Dəriyə 
D) Uşaqlıq yoluna 
E) Düzbağırsağa 
Dərman maddələrinin subliqval qəbulu latın dilindən tərcümədə dilaltı deməkdir. “Linqva”- dil, 
“sub”- alt deməkdir və bu dərmanların enteral yolla qəbuluna aiddir. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998. 
222) Dərman maddələrinin xaricə işlənmə üsulu hansıdır?
A) Dəriyə, selikli qişaya 
B) Düz bağırsaqdan 
C) Dərialtı 
D) Ağızdan 
E) Dəriiçi 
Dərmanların xaricə tətbiqi dedikdə həmin maddələrin dəri , selikli qişalar ( göz, burun, qulaq və s.)
və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə tətbiq edilən dərmanlar əsasən yerli, qismən isə 
rezorbtiv və reflektor təsir göstərir. 
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil” Bakı 1998. 
223) Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?


A) Xəstəni narahat edir 
B) Sterilliyi pozulur 
C) Bağırsaq divarında yara əmələ gələ bilər 
D) Müalicə effekti olmur 
E) Qeyri-iradi nəcis ifraz olunur 
Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda düz bağırsağın 
selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ bilər. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin