Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Qidada yod çatmamazlığı hansı xəstəliyin əmələ gəlməsinə səbəb olur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə59/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   55   56   57   58   59   60   61   62   ...   252
216) Qidada yod çatmamazlığı hansı xəstəliyin əmələ gəlməsinə səbəb olur?
A) Şəkərli diabet 
B) Piylənmə 
C) Diffuz toksiki ur
D) Kəskin qastrit 
E) Endemik ur 
Endemik ur zamanı qalxanabənzər vəzinin ölçüləri böyüyür, buna səbəb istifadə olunan suda və 
qidada yodun çatmamazlığıdır. 
Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.424 Москва. «Медицина» 1983. 
217) Kliniki ölümün əsas əlamətlərinə aiddir?
A) Huşun itməsi, bəbəklərin genişlənməsi,iri arteriyalarda nəbzin itməsi 
B) Tənəffüsün dayanması, genəlmiş bəbəklərin işığa reaksiyasının olmaması 
C) Sapvari nəbz, bəbəklərin genişlənməsi, sianoz 
D) Huşun itməsi, yuxu arteriyasında nəbzin itməsi 
E) Huşun itməsi, sianoz, bəbəklərin genişlənməsi 
Kliniki ölüm ürək və tənəffüs dayandıqdan sonra bir neçə(3-6) dəqiqə davam edən haldır, xəstədə 
heç bir zahiri həyat əlamətləri olmur, lakin bu müddət ərzində toxumalarda, əsasən də beyin 
hüceyrələrində hələ geridönməz dəyişikliklər əmələ gəlmir, odur ki, bu müddət ərzində xəstəni 
həyata qaytarmaq mümükün ola bilir. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.242. “ Təhsil” Bakı 1998 
218) Anafilaktik şokun əsas əlamətləri hansıdır?
A) Tənginəfəslik, paslı bəlğəmli öskürək 
B) Mədə qıcqırması, gəyirmə 
C) Ödem, hipotoniya, sianoz 
D) İstilik hissi, arterial təzyiqin enməsi,huşun itməsi 
E) Bel nahiyəsində ağrı, ödem, hipertoniya 
Anafilaktik şok kəskin allergiyanın ən ağır təzahürlərindən biri olmaqla,həyat üçün təhlükə yaradan 
haldır. Anafilaktik şokun yuxarıda göstərilən ilk simptomları aşkar edilən kimi, dərhal və təcili 
həkim çağırılmalıdır. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 504. “ Çıraq” 2008. 
219) Sutka ərzində 1 l-ə qədər bəlğəm ifrazı hansı xəstəlikdə rast gəlinir?
A) Ağciyər absesi 
B) Ocaqlı pnevmaniya 


C) Bronxial astma 
D) Bronxit 
E) Ağciyər xərçəngi 
Ağciyər absesinin gedişində 3 faza ayırd edilir: infiltrasiya, irinliyin açılması (bronx mənfəzinə), 
nəticə. Irinli bronx mənfəzinə açıldıqda ifraz olunan bəlğəmin miqdarı kəskin artır (500-1000 ml). 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни».Москва«Медицина» 1983.Стр .226-231 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin