Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə62/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   58   59   60   61   62   63   64   65   ...   252
228) Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır?
A) Selikli qişalara 
B) Qarın boşluğuna 
C) Toxumalara 
D) Tənəffüs yoluna 
E) Dilaltına 
İnhalyasiya dərman maddələrinin nəfəslə (yəni tənəffüs yolu ilə)bədənə daxil edilməsi yoludur. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq “ 2008. 
229) “B” siyahısına aid dərman maddələri hansıdır?
A) Antibiotiklər 
B) Güclü təsir göstərən 
C) Yuxugətirici 
D) Zəhərli 
E) Bahalı 
“B” siyahısına çox güclü dərmanlar daxildirlər və bu dərmanlar stasionarda taxtadan qayrılmış 
ayrıca şkafda, qıfıl altda saxlanılır. Çox güclü dərmanların ehtiyatı 10 günlük tələbatdan çox 
olmamalıdır. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108. “Çıraq “ 2008 
230) “A” siyahısına aid dərman maddələri hansıdır?
A) Zəhərli 
B) Yuxugətirici 
C) Desensibilizasiyaedici 
D) Güclü təsir göstərən 
E) Hipotenziv 
Stasionarda xüsusi şkafın qapısının içəri tərəfinə “ A” hərfi yazılır və şkafda saxlanılan zəhərli 
dərmanların siyahısı vurulur və həmçinin burada onların birdəfəlik ən yüksək dozası və sutkalıq 
dozası göstərilir.Burada saxlanılan zəhərli dərmanların ehtiyatı 5 günlük tələbatdan artıq 
olmamalıdır. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108. “Çıraq” 2008 
231) Dəriiçi inyeksiya hansı nahiyədə aparılır?
A) Saidin içəri səthi 
B) Göbək ətrafı nahiyyəyə 


C) Bazunun içəri səthi 
D) Sağrı 
E) Budun bayır səthi 
Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə orqanizmin həssaslığını təyin etmək 
məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya saidin ön səthinin aşağı hissəsində 
aparılır. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin