Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə289/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   285   286   287   288   289   290   291   292   ...   307
333 felsefe muhazireler toplusu eyani

İLLUZİYA
– gerçəkliyin təhrif olunmuş qavranılması. İllüziya göz aldadıcı, 
olanı həqiqət kimi göstərməkdir. Gerçək bir obyektin duyğular üzərindəki hadisəni 
səhv dəyərləndirilməsidir."İllüziya" latın sözüdür, mənası yanlış təsəvvür demək-
dir. İllüziya ilə məşğul olana illüzionist deyirlər. Dilimizdə bu termin 
sehrbazl
ı

ki-
mi da işlədilir. İllüzionist beynəlxalq termindir və dünyanın bütün ölkələrində bu 
cür qəbul olunur. Bir aldadıcı haqqında əvvəlcədən məlumatımız olsa belə heç nə 
dəyişmir, çünki gözlər yenə aldanır. 
İMPRESSİONİZM 
– fəlsəfədə ancaq duyğu müşahidələri və hissləri həqiqi 
olaraq qəbul edən fəlsəfi təlim. 
İRADƏ 
- insanın bu və ya digər hərəkətlərinin yerinə yetirilməsinə doğru yö-
nəldilmiş şüurlu meyli. 
İRRASİONAL 
– əqllə qavranıla bilməyən, əsassız, bəzən də ruhi, mənəvi 
olanlara deyilir. Zəka ilə, təfəkkürlə dərk edilə bilməyən, məntiqi anlayışlarda ifadə 
oluna bilməyən mənasını verən anlayış. 
İSMAİLİLİK 
– şiəlikdə təriqət. VIII əsrdə Xilafətdə sinfi ziddiyyətlərin kəs-
kinləşməsi nəticəsində yaranmışdır. İsmaililik, İslami müxalifət hərəkəti olan Əli 
tərəfdarlarının bir törəməsidir. Hz. Məhəmmədin ölümündən dərhal sonra, yeni di-
nin Batinilik tərəfdarı qrupu olan Hənifə, xəlifəliyə kürəkəni Əlinin seçilməsini is-
təmiş ancaq sünni əksəriyyətin qəbulu ilə Əbubəkr xəlifə seçilmişdir. Əli tərəfdar-
ları, Ömər və Osmanın xəlifəliyini də qəbul etməmiş, Əlinin qısa davamlı və daxili 
qarşıdurmalarla keçən xəlifəlik dövründən sonra oğullarının qətli ilə, İslamiyyət 
günümüzə qədər sürən bölünmə və qarşıdurmalara süründür-ülmüşdür. İsmaililik 
də, Əlinin qırğından xilas olan nəvəsi Zeynalabdinin soyundan gələn Cəfər Sadiqin 
oğlu İsmailin imamlığını qəbul edən qrupun təşkilatı olmuşdur. 
İUDAİZM 
əsasən yəhudilər arasında yayılmış din. Qədim yəhudi tayfalarının 
bütpərəstlik politeizmindən [çoxallahlılığın-dan] meydana gəlmiş İudaizm e.ə. VII 
əsrdən başlayaraq monoteist dinə çevrilir. İudaizm islam və xristianlıq kimi səmavi 
dinlərdən hesab olunur. İudaizm öz adını müqəddəs İudanın adından götürmüşdür. 
İuda adını bəzi tədqiqtçılar Tanrı Yahovanın adı ilə eyniləşdirirlər. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin