Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə56/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   307
333 felsefe muhazireler toplusu eyani

Qədərilər
(qədəriyyə sözündəndir-ərəbcə)insanın iradə azadlığının tərəfdarla-
rıdır. Lakin islamın ilk çağlarında qismət-alın yazısı haqında təlimin tərəfdarlarına 
qədərilər deyirdilər. Qədərilər əqli nəticələr qolu ilə iradə azadlığına haqq qazandır-
mağa çalışırdı. Onların fikrincə, əgər insanın bütün hərəkətləri Allah tərəfindən yö-
nəldilirsə, deməli, bəndələrin günahları da ilahinin özü tərəfindən müəyyənləşdiri-
lir. Bilə olduqda, ədalətli Allah bəndələri bəd əməllərinə görə cəzalandırılmamalı-
dır, çünki bu günahlar Allahın özünün əmri ilə baş vermişdir. Buna görə, qədərilər 
Allahın özünün müəyyənləşdirdiyi günahlar üçün bəndələrin cavabdeh olmasını 
ədalətsizlik sayırdılar. Odur ki, qədərilər insanların azad iradə sahibi olduğunu təl-
qin edir və buna görə də öz günahları üçün Allah qarşısında məsuliyyət daşıdığını 
bildirirdilər. Qədərilərin görkəmli nümayəndələrindən: Məbəd əl-Cuhanini (699-
700, yaxud 703-704-cü ildə öldürülüb), Qaylan əd-Diməşqini (742-ci ildə öldürü-
lüb) Həsən əl-Bəsrini (642+728) göstərmək olar.
Antik yunan fəlsəfəsi ilə tanışlıq islam fəlsəfəsi fikrinin təşəkkülünə xeyli kö-
mək etmişdir. Platonun və Aristotelin “Ali xeyirxah ideyası”, “Ümumdünya zəka-
sı” müsəlman Allahının fəlsəfi əsaslandırılmasına kömək etmiş, antik fəlsəfənin is-
lama yararlı ünsürlərindən istifadə edilmişdir. Öz-özünə mövcud olan materiya 
haqqında Demokratik və Epikur atomizmi islamın tələblərinə cavab vermədiyinə 
görə nifrətlə rədd edilmişdir.
Mötəzililik.
Mötəzilizm islam-dini fəlsəfi məktəbi antik yunan fəlsəfəsinə mü-
raciət edərək müsəlman teologiyası məsələlərini fəlsəfi mövqedən şərh etməyə çalı-
şırdı. Mötəzililər kəlamda, yəni mütəkəllimlər arasında ən böyük dini-fəlsəfi istiqa-
məti təşkil edirdilər, onlar VII-IX əsrlərdə xilafətin dini-siyasi həyatında əhəmiy-
yətli rol oynamışlar. Ənənəyə görə mötəzilizm öz adını əl-Həsən əl-Bəsrinin (728-
ci ildə öldürülüb) dərnəyindən onun şagirdləri, Vasil ibn Ata (748-ci ildə vəfat 
edib) ayrılmasında almışdır. Əl-mötəzilə- “ayrılanlar” mənasındadır. Bu məktəbin 
banisi Vasil ibn Ata fəlsəfi məsələlərə az fikir vermişdir. Mötəzilizmin sonrakı nü-
mayəndələri Ən-Həzzam (845-ci ildə vəfat edib) və Əl-Cahiz (869-ildə vəfat edib) 
yunan fəlsəfəsinin kafi əsas və səbəbiyyət təlimi və üsullarından istifadə edərək 
mötəzilizmi sahmanlı dini-fəlsəfi baxışlar sisteminə çevirmişlər. Mütəzilizm ilk 
müsəlman sxolastikası nümunəsi hesab edilə bilər.
Allahın antropomorf surəti əvəzinə mötəzililər ilahini, - bilik, iradə bədəni və 
nitqi olmayan bir mücərrəd varlıq kimi təqdim edirdilər. Allahın atributlarını inkar 
edən mötəzililər fatalizmi və antropomorfizmi də tam inkar edirdilər. İnsan simalı 
Allahın öz bəndələrini pis əməllərinə sövq edib, sonra da cəzalandırılmasını qəbul 
etmirdilər. Onlar Allahın intuitiv və ya bilavasitə dərk olunmasını da rədd edirdilər. 
Mötəzililər dini inamla zəkanı qarşı qarşıya qoymurdular. Onlar sadəcə olaraq yu-
nan fəlsəfəsinin terminləri, səbəb və əsaslandırma üsullarının köməyi ilə fəlsəfəni 
dinin tabeliyinə verirdilər. Lakin mötəzilizm ortodoksal islamdan xeyli fərqli olan, 


63
bəzən onunla ziddiyyət təşkil edən bir dini-fəlsəfi təlimdir. 
Mötəzililik ciddi monoteistdir, bu təlimə görə Allah transsedentdir, yaratdığı 
şeylərə bənzəmir, lakin onların hər birində təzahür edir (panteizm), Allah dünyanı 
heç nədən yaradıb, təbii dünya kəmiyyət və keyfiyyət kateqoriyaları ilə ifadə olu-
nur, dünyadakı şeylərin xırda hissələrə bölünməsi imkanı sonsuzdur. Mötəzililər id-
rakda rasionalist idilər. Siyasətdə mötəzililər xilafəti vətəndaş dövləti kimi görmək 
istəyirdilər. Bu deyilənlər mötəzililərin fəlsəfi məsələlərə biganə olmadığını göstə-
rir.
Əl-Əşariyyə kəlam məktəbi mötəzilizmə alternativ bir dini - fəlsəfi məktəb ki-
mi meydana gələrək islamı mötəzililikdən qorumaq məqsədi güdüb. Bu məktəbin 
təsisçisi Əl-Əşari Əbül-Həsən Əli ibn İsmayıl (873-935) görkəmli ilahiyyatçı və fi-
losof olmuşdur. İlkin təhsilini mötəzililərdən (atalığı Əbu Əli Əl-Cübbədən) alsa 
da, kəlamın mötəzililik məktəbinə zidd mövqedə durmuşdur. Onun yüzdən artıq el-
mi əsəri olduğu güman edilir, amma cəmisi iki kitabı – “Məlaqət əl-islamiyyin” və 
“Əl-Luma” əsərləri dövrümüzə qədər gəlib çıxıb.
Mötəzililərdən fərqli olaraq Əl-Əşari Allahın real və əbədi atributları olduğu-
nu, Qurani-Şərifin ilahi mənşəli olduğunu qəbul etmişdir. Əl-Əşariyə görə insanla-
rın bütün hərəkətləri Allah tərəfindən müəyyənləşdirilir, insanlar isə ömürləri ərzin-
də öz iradələri və cəhdləri vasitəsilə bunları mənimsəyirlər. Onun fikrincə mömin-
lər axirətdə Allahın bəzi əlamətlərini duya bilirlər, lakin tam şəkildə duymaq deyil-
dir.
Əl-Əşarinin tərəfdarları mütəkəllimlər adlanırdı. Bunlar mötəzəlimlə ortodok-
sal dinin təlim arasında barışdırıcı bir xətt tuturdular. Əşarilər, dini təlimi təkcə qu-
rana isnad edərək müdafiə etməklə kifayətlənmir, bu işdə məntiqi-fəlsəfi əsaslan-
dırma üsulundan da istifadə edirdilər. Onlar mötəzəlilərlə yanaşı ifrat ilahiyyatçıları 
da tənqid atəşinə, tuturdular, fatalizmi iradə azadlığı ilə əvəz edirdilər. Əşarilər (əl-
Bakilini-1013-cü ildə vəfat edib) bildirirdilər ki, Allah insanı xeyir və şər əməllərə 
qadir olan vücud kimi yaratmışdır, xeyir işlərdə Allah insana kömək edir, bəd 
əməllərdə Allah insanı tərk etmiş olur. Əşarilərin görkəmli nümayəndələri: Əl-Ba-
kilini (XI əsr), İbn-Furak (X-XI əsr), İbn İshak (XI əsr), Əl-Cuvayni (XI əsr). Əş-
Şəhristanı (XII əsr), Ər-Razi (XII əsr) və başqalarının fikrincə elmin elmin, əxlaqın 
və fəaliyyətin – “tovhid” (Allahın təkliyi) kəlamı əsasında şərh edilməsi əşarilərin 
diqqət mərkəzində olmuşdur: dünyanı yaradanın vahid və əbədi olduğu. “ilk təkan 
verən”, yaxud, təbiətin öz daxilində olub onu canlı edən və ya kənardan müşahidə 
edən bir qüvvə olduğu haqqında fikir yürütmək ideyası onları cəlb etmişdir. Əşari-
lər (mütəkəllimlər) dünyanı sonlu, Allahı isə əbədi hesab edirdilər, əks təqdirdə Al-
lah dünyanın yaradıcısı hesab edilə bilməzdi.
Əşarilər aləmdə səbəb-nəticə əlaqələrini Allahın müəyyən etdiyi ardıcıllıq kimi 
qiymətləndirirdilər. Əşarilərin bəzisi (Fəxrəddin ər-Razi) dünyaların coxluğunu qə-
bul edirdi. Əşarilər bilik, iradə, hiss, fikir, nitq kimi ilahi atributların olduğunu qə-
bul edirdilər. Əşarilər cisimlərin hissələrə bölünməsinin hüdudu olduğunu (Əl-Ba-
kilani) və ya sonsuzluğa qədər bölünməsi (ƏL-Cuvayni) ideyasını irəli sürürdülər. 
Onlar mötəzilitlərə zahirilərə qarşı mübarizədə “təkiyyə”-dən istifadə edirdilər. On-


64
lar peripatetik fəlsəfəyə meyl edirdilər (Əş-Şəhristani, ər-Razi). Əl-Əşari təlimi is-
lamın Şafii məzhəbinin tərəfdarları arasında daha geniş yayılmışdır.
İslam fəlsəfəsində dini baxışlarla aşılanmış ehkamçı məktəblər ümumi bir adla 
Əl

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin