Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə57/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   307
333 felsefe muhazireler toplusu eyani

-Mürciyyə 
(təxirə salmaq) adı ilə tanınır, yəni əl-mürciyyə, ehkamçı-sxolastik 
islam dini fəlsəfi məktəblərinin ümumi adıdır. Bu məktəblərin nümayəndələri hə-
yatda insanın vəziyyəti haqqında mülahizələrin dini iman məsələlərindən sonraya 
saxlamağı, təxirə salmağı məsləhət görürdülər. Deməli, mürcidlər fəlsəfi problem-
ləri dini etiqad tələblərindən asılı edir, fəlsəfəni dinə tabe edirlər. Xorasanlı şair və 
filosof Sabit Kutna 695-698-ci illərdə əl-mürciyyəliyin əsas prinsiplərini formalaş-
dırmışdır. O, iradə azadlığı ideyasını ön plana çəkərək müsəlmanların müxtəlif icti-
mai-siyasi qrupları arasında münasibətləri sahmanlayaraq ümumislam birliyi əsa-
sında xilafətin daxili və xarici siyasət problemlərini həll etməyi məsləhət görürdü. 
Daxili ziddiyyətləri həll edilməsini birinci dərəcəli məsələ hesab edən Sabit Kutna 
müsəlman cəmiyyətini insan orqanizminə bənzədirdi, daxili üzvlərin həyat üçün ən 
vacib əhəmiyyət daşıdığını misal gətirərək müsəlman icmasındakı daxili çəkişmələ-
rin qaldırılmasını nəzərdə tutan əl-mücriyyəni (təxirə salmanı) çox mühüm nəzəri 
və əməli əhəmiyyətli bir mürciət adlandırırdı.
 
 
§ 2. Sufilik və islam peripatetizmi 
 
Sufilik. 
Sufilik, islam dinində mistik-tərkidünya xarakterli dini fəlsəfi cərəyan-
dır. Sufi termini müxtəlif şəkildə izah edilir. Həqiqətə daha yaxın olan izaha görə 
622-ci ildə Mədinəyə hicr edən Məhəmməd peyğəmbərin tikdirdiyi ilk məsciddə 
ona sadiq olan bəzi evsiz-eşiksiz dindarların gecələməsi üçün bir damaltı (əs-suffa) 
düzəldilmişdi və burada yaşayan müsəlmanlara “əhl-əs-suffa”, müsəlmanlığın fəal 
təbliğatçıları olan bu şəxslərə sufilər deyərmişlər. Orta əsrlərdə yaşamış bir sıra 
müəlliflərin fikrincə sufi sözü, bunların geyindiyi “suf”- “yun” parçadan tikilmiş 
uzun paltarın adından götürmüşdür. Sufiliyin sinonimi olan ət-Təsəvvüf, - müdrik-
lik, paklıq kimi də mənalandırılır. 
 
İslamın ilk çağlarında sufilər, Ərəbistanı dolaşaraq söz və əməllə islamı təbliğ 
etməyə çalışan sərgərdan tərkidünya asketlər olmuşlar. Ərəbistanda tərkidünyaçı-
lıq, asketik əhval-ruhiyyə demək olar ki, islam dini ilə eyni zamanda meydana gəl-
mişdir. Ənənəyə görə Peyğəmbərin bəzi əshabları asketik həyat həyat sürərmişlər.
Əslində dini-fəlsəfi cərəyan olaraq ət-Təsəvvüf-sufilik VIII əsrin ortaları, IX 
əsrin əvvəllərində formalaşmışdır. Sufiliyin ilk nümayəndələri mühəddislər, din 
moizəçiləri, Quran oxucuıları, müsəlmanlığı qəbul etmiş xristian rahibləri arasın-
dan çıxmışdılar. İlk sufilərin (zahidlərin) işi Qurani-Şərəfin bə sünnənin göstərişlə-
rinə məna verməkdən, bunlara ciddi əməl etməkdən ibarət olmuşdur.
Sufiliyin baniləri İraqın Bəsrə şəhərindən olan, Həsən əl-Bəsri, Rəbiyyə-əl-
Ədəviyyə (VIII əsrin sonu-IX əsrin əvvəllərində yaşamışlar)sayılırlar. Bunlar Alla-
ha sonsuz məhəbbət, Onun həsrətini çəkmək, ona yaxınlaşmağa can atmaq ideyası-
nı irəli sürən asketlər idilər. 


65
Mötəzililərdən fərqli olaraq ilkin sufi təlimində insan qələbənin dini ehkamları 
dərk etməsinə yönəldilən əməllər xüsusi rol oynayır. Allaha yaxınlaşmaq və ona 
qovuşmaq həsrəti sufizmin əsas doktrinasını təşkil etmişdir. Sufi ideoloqları, əl-
Xərraz (?-899) və əl-Huri (?-907) güman edirdilər ki, Allaha doğru gedən yolun 
son məntəqəsində təkcə ilahini görmək (müşahidə etmək) deyil, abidin fərdi mənli-
yini “məhv edilməsi”, “əriməsi” (“fəna”), və nəhayət, bədənin şəxsiyyətinin Allaha 
“qovuşması” (“bəqa”) baş verir. İnsanın Allahla birləşməsi haqqında sufi təlimi or-
todoks islam ilahiyyatçılarının müqavimətinə rast gəlmiş və sufilər ciddi təqibə mə-
ruz qalmışlar. Məşhur sufi nəzəriyyəçiləri, Əl-Həllac, İbn-Ata, Eynəlquzat əl-Hə-
mədani və başqaları qətlə yetirilmişdilər. Lakin, sufilər ehtiyatlı hərəkət edərək is-
lam dini tələblərindən kənara çıxmamağa calışırdılar. IX əsrin ən nüfuzlu mistiki, 
özünün fikrən Allahın dərgahına yüksəldiyini (“əl-mirac) nəzmə çəkən əl-Bistami 
Quran və Sünnə ehkamları çərçivəsində hərəkət edərək vətəni Təbəristanda böyük 
hörmət qazanmışdı. Orta əsrlərdə mötədil sufilik şəraitə uyğunlaşıb öz təşkilatı 
strukturunu yaradaraq bütün islam aləminə yayılmışdır. On iki əsas sufi qardaşlı-
ğından XII-XIX əsrlərdə ərzində 70-ə qədər törəmə qardaşlıqlar meydana gəlmiş-
dir. Hal-hazırda sufilik tənəzzülə uğramış, bəzi ölkələrdə (Albaniya, Əlcəzair, Tu-
nis, Türkiyə) ayrı-ayrı passiv qardaşlıqlar şəklində mövcuddurlar.
Sufilikdə “Vəhdət əl-Vücud” və “Bəhdət əl- Şühud” təlimləri xüsusi yer tutur. 
İbn əl- Ərəbi (1165-1240) tərəfindən hazırlanmış “Vəhdət-əl-Vücud” təliminə görə 
aləmin yaradılmasının səbəbi Allahın yaratdığı cismlərdə özünü özünü dərk etməyə 
yönəldilmiş istək və onlarla vəhdət təşkil etmək cəhdidir. Həmin cəhd, Allahın 
dünyadakı mahiyyətlərdə (cismlərdə) konkretləşərək təzahür etməsinə bais olur. 
Allah öz yaratdığı ilə Vəhdət təşkil edir. Varlıq daimi dəyişmə prosesindədir, Alla-
hın yeni-yeni atributlarını təzahür etdirir. Müdriklik “Vəhdət əl-Vücudu” Allahın 
yaradıcı fəaliyyətinin məhsulu sayır, iradə azadlığının nisbiliyini qəbul edirdilər. 
“Vəhdət əl-Vücud” sufi fəlsəfəsinin ontoloji və qnoseoloji problemlərini islam dini 
çərçivəsində həll etməyə çalışan bir təlimdir. Onun əl-Kəşan, əl-Cili, Cami, Mir 
Daməd, Molla Sədrə kimi Orta əsrlər dövrünün görkəmli mütəfəkkirləri olmuşdur.
“Vəhdət əl-Şühud” sufi təlimi tərkidünyalığa alternativ bir mövqe tutan dini-
fəlsəfi təlim olımuşdur. Əl-Həllaçın (858-922) ardıcılları onun təlimində ilahi və 
insani başlanğıcın vəhdətini əsas götürərək Allahın abidin qəlbində məskunlaşaraq 
özü-özünü seyr etməsini irəli sürür, abidin də öz növbəsində İlahini qəlbən seyr et-
diyinə şəhadət (Şühüd) verir. Əl-Cili (1365-1428) “mükəmməl insan” təlimini irəli 
sürərək Əl-Ərəbinin təlimini dəstəkləyir və ilahinin atributlarını insana müyəssər 
edərək guya Allahın özünü mükəmməl insanın qəlbində seyr etdiyini və insanın 
qəlbində seyr etdiyini və insanın buna şahid olduğu bildirir. İnsanın təbiətində özü-
nü dərk edən Allah bu hal sayəsində özü-özünə bərabər olur, yəni, “kamil insanda” 
Allah və insan vəhdət təşkil edir. Əs-Simani (XIV əsr), hindistanlı Fərruh Sirhindi 
(XVI) və başqaları “Vəhdət əl-Şühud” sufi dini-fəlsəfi təliminin ontoloji və qno-
seoloji tərəflərini dualistcəsinə formalaşdırmışlar. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin