Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə58/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   307
333 felsefe muhazireler toplusu eyani

İslam peripatetizmi
. Bir sıra ərəb mütəfəkkirləri islamla yanaşı yunan elminə 
riyaziyyat, astronomiya və tibb sahəsinə dair ədəbiyyata xüsusilə Platon və Aristo-


66
tel fəlsəfəsinə müraciət edərək öz fəlsəfi mövqelərini müəyyənləşdirirdilər. Əvvəl-
cə tərcümə, sonra təfsir ədəbiyyatı və müstəqil fəlsəfi yazılar əsasında qeyri-dini 
ərəb fəlsəfəsi inkişaf etməyə başlayır, bu da öz növbəsində müsəlman baxışları sis-
temində dəyişikliklər edilməsini tələb edirdi. 
Antik yunan filosoflarından Platon və Aristotelin yaradıcılığı haqqında məlu-
matlar bu filosofların öz əsərləri əsasında deyil, onların sonrakı təfsirləri əsasında 
tərtib edilirdi. Müsəlman cəmiyyətinin müxtəlif sosial qüvvələrinin mənəvi tələba-
tına uyğun olaraq Şərq mütəfəkkirləri bu fəlsəfədən rasional təbii-elmi, müsəlman 
baxımından ağıla batan ideya və konsepsiyaları götürərək bunların əsasında peripa-
tetik, neoplatonçu və panteist islam fəlsəfi məktəblərinin inkişafına rəvac verirdilər. 
Peripatetizmin ərəbcə adı Maşşaiyadır (maşşaiya gəzmək, yeritmək mənasındadır). 
İslam neaplatonçuluğu Platon fəlsəfəsinin sonrakı təfsiri olan Platon (II əsr) fəlsəfə-
si əsasında formalaşmışdır və bunların arasındakı fərqlərə isnad etmişdir. 
Antik yunan fəlsəfəsinə ilk dəfə müraciət edən İbn əl- Mukaffa Abdallah (724-
760) olmuşdur. Onun İran və Hind fəlsəfəsinə dair əsərləri də olmuşdur. “Kəlilə və 
Dimnə”, “Şahlar kitabı”, “Məzdək”adlı Şərq ədəbi abidələrini ərəb dilinə tərcümə 
etməklə yanaşı. Aristotel fəlsəfəsini dərindən öyrənərək müsəlman aləmində təbliğ 
etmişdir. İbn əl-Mukaffa Aristotelin “Kateqoriyalar” və Analitiklər əsərlərini ərəb-
cəyə tərcümə edərək bunlardan bəhrələnib öz fəlsəfi mövqeyini peripatetiklər isti-
qamətində müəyyənləşdirməyə çalışmışdır. Onun Əl-ədəb əl-Kəbir” (“Böyük işlər 
üçün tövsiyə”) və “Əl-Ədəb-əl-saqir” (“Kiçik işlər üçün tövsiyə”) adlı peripatetik 
yönümlü əsərləri olmuşdur. O islam dini tələblərini zərdüştlük prinsipləri ilə dini 
tələblərini zərdüştlük prinsipləri ilə əlaqəli izah etməyə çalışdığı üçün xəlifə Əl-
Mənsurun (VII əsr) fərmanı ilə qətlə yetirilmişdir. Onun peripatetikliyi Aristotelin 
əsərlərini öyrənib və tərcümə etməsi, bunlara hörmətlə yanaşması ilə əsaslandırılır. 
Ənənəyə görə Şərqin ilk Aristotelçisi–peripatetiki görkəmli ərəb riyaziyyatçı-
sı, astronomu, həkimi, mütəfəkkiri “ərəblərin filosofu” ləqəbini qazanmış Əl-Kindi 
(801-866) sayılır. Bu filosof Aristotel kateqoriyalar (10 kateqoriya) “aktiv” və 
“passiv” passiv intellekt (10 kateqoriya) “aktiv” və “passiv” intellekt (o cümlədən 
passiv materiya və aktiv forma), səbəblərin növləri, elmlərin bölgüsü haqqında təli-
mini dərindən öyrənib təhlil etmişdir. Əl-Kindiyə görə Aristotel fəlsəfəsindəki “ilk 
səbəb”, “ilk təkanverici” mövhumları özü-özünü dərk edən “vahid və əbədi” Allahı 
nəzərdə tutur. Əl-Kindi Aristotelin müəyyənləşdirdiyi 10 kateqoriya əvəzinə 5 fəl-
səfi kateqoriya təklif etmişdir. Onun fikrincə, materiya, forma, hərəkət, məkan və 
zaman kateqoriyaları aləmdəki hadisələri şərh etmək üçün kifayətdir, yerdə qalan 
anlayışlar həmi baş kateqoriyalar ətrafında cəmləşirlər. 
Əl-Kindi elmi idrakın üç mərhələli yol keçdiyini bildirir və bu fikir bütün son-
rakı islam peripatetikləri tərəfindən qəbul edilir. Əl-Kindiyə görə, əvvəlcə dəqiq 
elmlərdən olan məntiq və riyaziyyatı, sonra təbiətşünaslığı, nəhayət bunlara əsasla-
nan mənəviyyat və tarix, ədəbiyyat, incəsənət və əxlaqi-etik elmləri (metafizikanı) 
öyrənmək lazımdır.
İslam fəlsəfəsində böyük məşşayilərdən (peripatetiklərdən) biri də orta asiyalı 
ensiklopedist alim və filosof Şərqdə Aristoteldən sonra “ ikinci müəllim” ləqəbinə 


67
layiq görülmüş Əl-Fərabi (870-850) olmuşdur. Əl-Kindidən sonra Aristotelin fəlsə-
fi və məntiq əsərlərini təhlil və şərh etməkdə Əl-Fərabi xüsusi məharət nümayiş et-
dirmişdir. Aristotelin yaradıcılıq laboratoriyasına daha dərin nüfuz edən Əl-Farabi 
yunan filosofunun fəlsəfi kateqoriyalar, elmin mənşəyi və qaydası haqqında, onla-
rın təsnifatına dair, intellektin növləri haqqında təlimini izah və inkişaf etdirmişdir.
Əl-Fərabi Aristotelin “Kateqoriyalar”, “Analitika”, “Hermenevtika”, “Topika”, 
“Sofistika”, “Ritorika” , “Poetika” əsərlərinə şərhlər yazmışdır. O, antik yunan filo-
sofu Profirinin “Fəlsəfəyəgiriş” əsərini təhlil edərək özünün fəlsəfi mövqeyini izhar 
etməyə çalışmışdır.
Əl-Farabinin “Müdrikliyin incisi” (“İsbat əl-əql”) və “Xeyirxah şəhərin sakin-
lərinin baxışları haqqında traktat” əsərlərində onu fəlsəfi və ictimai-siyasi baxışları 
öz geniş əksini tapmışdır. Əl-Farabinin təbiət elmləri və fəlsəfəyə dair 100-ə qədər 
əsəri olmuşdur. 
Əl-Farabi Allah və təbiətin qarşılıqlı münasibətini varlığın iki növü arasında 
münasibətlə əvəz edir; zəruri varlıq və mümkün varlıq münasibətləri. Zəruri varlıq 
özü-özünün səbəbi olan ilahi varlıqdır, mümkün varlığın mövcudluğu ilahi varlığın 
mövcudluğundan asılıdır. Əl-Farabiyə görə materiya varlığın ən aşağı pilləsində 
durur. Fərdi intellekt ilahi kosmik intellektin təsiri ilə aləmi dərk etmək qabiliyyəti 
qazanır. Əl-Farabi Platon və Aristotelin ontoloji baxışlarını birləşdirməyə çalışır. 
Platonun sosial utopiyasını özünün “Xeyirxah şəhərin sakinlərinin baxışları haqqın-
da traktat” əsərində şərh edir. Əl-Fərabinin ictimai-siyasi ideyalı zor işlədilməyən 
bir cəmiyyətdir, əsarətsiz və müharibəsiz, dostluq və qarşılıqlı yardıma əsaslana 
birgə yaşayışdır. Cəmiyyətdə ictimai təbəqələr olmalıdır, bunların mövcudluğu icti-
mai təbəqələr olmalıdır, bunların mövcudluğu ictimai ahəngdarlıq üçün zəruridir. 
Əl-Farabi özündən sonrakı islam fəlsəfəsinə güclü təsir göstərmişdir.
İslam maşşayizmi dahi müsəlman mütəfəkkiri, alimi və filosofu Əbu Əli ibn 
Sinanın (980-1037) yaradıcılığında öz yüksək zirvəsinə catmışdır. İbn Sina öz döv-
rünün ən görkəmli filosofu, təbibi, təbiətşünası və şairi kimi şöhrət qazanmışdı. Bu-
xara şəhəri yaxınlığındakı Əfşanə kəndində anadan olmuş elmi və hakimlik etmiş-
dir. 1037-ci ildə Həmədanda vəfat etmiş və burada da dəfn edilmişdir. 
Təbiət elmlərini dindən asılı olmayaraq öyrənməyi məsləhət görən İbn Sina 
məntiqi mülahizələrlə isnad edərək belə bir nəticəyə gəlmişdir ki, əgər Allah dün-
yanın səbəbi kimi əbədidirsə, onda ilahinin törətdiyi gerçək dünyada ilahi səbəbin 
nəticəsi olaraq əbədidir. Çünki səbəb və nəticə bir məkan və zaman daxilində yal-
nız birlikdə mövcud olmalıdır. İbn Sina materiya hərəkət , zaman və məkanın əbə-
diliyini bütün varlığın əbədiliyinin əsas şərti hesab etmişdir. O varlığın üç növünü 
göstərmişdir. 1) zəruri varlıq- Allaf; 2) mümkün varlıq- gerçək aləm; 3) qeyri-
mümkün varlıq – konkret maddi əsası olmayan ümumi anlayışlar. 
İbn Sinanın fəlsəfi baxışları ziddiyyətlidir, o gah materializmə gah da idealiz-
mə qapılır. O hesab edirdi ki, dünya emanasiya yolu ilə ilahidən törəyir, özü də Al-
lahın iradəsi ilə yox, qarşısıalınmaz zərurətin gücü ilə yaranır. Allahın siması yox-
dur; dünya maddidir və “Allahın özü kimi əbədidir”. 
Təbiət hadisələri qarşılıqlı səbəbiyyət əlaqələri ilə bağlıdır, dünyada təbii qa-


68
nunauyğunluq hökm sürür. Hiss üzvlərinin idrakdakı rolunu İbn Sina sadəlövh ma-
terializm mövqeyindən qiymətləndirirdi, təfəkkürü isə idealistcəsinə substratdan 
ayrılıqda götürürdü ruhu sayırdı. 
İbn Sina elmlərin orijinal təsnifatını vermişdir; bütün elmləri iki: 1) təcrübi və 
2 ) nəzəri (bilik yaradan) hisslərə bölmüşdür. 
İbn Sina ilahiyyat elmlərinin təbiət elmlərindən üstün sayırdı. Platon kimi ide-
yalar aləmini qəbul edirdi. Deməli, İbn Sina həqiqətin ikili xarakterini təlqin edirdi. 
İnb Sina islam dini tələbləri ilə razılaşsa da, insan iradəsinin nisbi müstəqilli-
yini təlqin edirdi, fatalizmə inanmırdı. Din ilə fəlsəfəni bir-birindən ayrı görmək is-
təyirdi. Ədaləti insan münasibətlərinin ən yaxşısı sayırdı. İbn Sina təbii dərmanlar 
və psixoloji təsir vasitəsi ilə müalicənin mahir ustası idi. 
Orta əsr Azərbaycan filosofu, İbn Sinanın şagirdi və davamçısı Əbülhəsən 
Bəhmənyar (....- 1066) Aristotel fəlsəfəsini islam dünyagörüşü ilə müqayisəli təhlil 
edən ən görkəmli Şərq mütəfəkkirlərindəndir. İbn Sina əsərlərinin çoxunu sevimli 
şagirdi Bəhmənyarla dialoq - müsahibə formasında tərtib etmişdir.
Ə.Bəhməniyar Aristotel fəlsəfəsinin İbn Sina tərəfindən edilmiş təhlili ilə tam 
razılaşmış, öz müəlliminin perpatetizminə ortaq olmuşdur. 
İbn Sina kimi Ə. Bəhmənyar da varlığı vacib (zəruri) və mümkün olan iki his-
səyə ayırır. Onun fikrincə vacib varlıq zəruridir, mütləq mövcud olandır, özü-özü-
nün səbəbidir, yəni ilahi varlıqdır. Mümkün varlıq həm qeyri-mövcud və həm də 
mövcud varlıqdır, yəni fərz edilən varlıqdır, onun varlığı və yoxluğu bir səbəblidir, 
daha doğrusu, o, nəticədir. Aristotelin səbəb və nəticə, habelə sillogizm təlimini 
yaxşı bilən Bəhmənyarın səbəbiyyət təlimi özünəməxsus cəhətlərə malikdir, o is-
lam ideologiyasına bənzəmir. Cünki. Islam dinində yaradılan arasında səbəb-nəticə 
asılılığı yoxdur. Allah təbiət və məxluqatdan zamanca əvvəldir. Bəhmənyarın fəlsə-
fəsində isə ilk səbəb zaman etibarilə nəticəyə bərabərdir. İlk səbəb nəticədən onun-
la fərqlənir ki, o özü özünün səbəbidir, yəni səbəbə ehtiyac yoxdur və varlıqdan va-
cibdir. 
Ə. Bəhmənyar hərəkət, məkan və zaman kateqoriyalarının öz dövrünə görə ye-
ni şərhini vermiş, onların vəhdətini. Bir-birindən ayrılmazlığını sübut etməyə çalış-
mışdır. Bəhmənyar mexaniki hərəkətdən əlavə, keyfiyyət və kəmiyyət dəyişmələri-
nə də hərəkətin növbəti kimi baxaraq Aristotel və İbn Sina kimi bunları hərəkətin 
formaları adlandırmışdır, hətta şüuru da “insan zehninin hərəkəti” kimi qiymətlən-
dirmişdir. 
Bəhməniyar idrakda hissi və rasional momentləri əlaqəsini düzgün şərh etmiş-
dir. O, şeylərin, hətta ilk səbəb və nəticənin də varlığını məntiqi mühakimələr yolu 
ilə yəqinləşdirməyə çalışmışdır. Bəhmənyarın fikrincə nəticənin (varlığın ) dərk 
edilməsi yolu ilk səbəbin - Allahın dərk olunmasına gətirib çıxarır, idrakın son 
məntəqəsi Allahın dərk olunmasına gətirib çıxarır, idrakın son məntəqəsi Allahın 
dərgahıdır. 
Ə. Bəhmənyar bir sıra dəyərli elmi əsərlərin müəllifidir. Bunlardan: “Təhsil 
kitabı”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət kitabı”, “Musiqi kitabı”, 
“Mövcudatın mərtəbələri”, “Metafizika elminin mövzusuna dair traktat” əsərlərini 


69
göstərmək olar. Bu əsərlərdə məntiq və etika, ontoloji və qnoseoloji məsələlər əsas 
yer tutur.
İbn Rüşd (Averroes) Əbül -Valid Məhəmməd ibn Əhməd, ibn Məhəmməd 
(1126-1198) islam peripateizminin ən görkəmli nümayəndələrindən biridir. O, 
Aristotel fəlsəfəsinin materialist tərəfinin inkişaf etdirmiş, Avropada “averroizm” 
adlanan fəlsəfi cərəyanın əsasını qoymuşdur. İbn Rüşd İspaniyanın Kordova əyalə-
tində anadan olmuş, Seveliya və Koredovanın qazisi olmuşdur, görkəmli alim ki-
midə ad çıxarmışdır, azadfikirliliyinə görə təqibə məruz qalmışdır. Onun əsərləri-
nin əksəriyyəti Aristotelin ayrı-ayrı əsərlərinin təhlilindən və onların şərhindən və 
bu prosesdə yürütdüyü fikirlərdən ibarət olmuşdur.
İbn Rüşdün “Təkzibin təkzibi” (“Təxafut əl –təxafüt”) əsərinin fəlsəfə tarixin-
də mühüm əhəmiyyəti vardır, bu əsər Əl-Qəzalinin “Filosofların təkzibi” əsərinin 
əleyhinə yazılmışdır. İbn Rüşd bu əsərində dünyanın yaranmasının islam dini kon-
sepsiyası ilə razılaşmır, bildirir ki, dünyanın əvvəlində materiya mövcud olmuşdur., 
bu materiya sonsuz və əbədidir. O (materiya) Allahla birlikdə mövcudat tapmışdır, 
Allah materiyanın daxili imkanlarını hərəkətə gətirib maddi aləmdəki müxtəlif ci-
simləri törətmişdir. Burada İbn Rüşd yaratmağı yox, hərəkətə gətirməyi, formaya 
salmağı nəzərdə tutur. Onun fikrincə hərəkət də ilk materiya kimi əbədidir. Zaman 
hərəkətin sayəsində mövcuddur və ölçülə bilir. Maddi aləm məkanca məhduddur, 
amma zamanca əbədidir. Hərəkət, yəni –yaranma, dəyişmə və parçalanma materi-
yanın daxilində olan imkandır. Təbiətdə ciddi zərurət hökm sürürdü, Allah dünya-
nın işlərinə qarışmır, o ilk təkanvericidir.
İbn Rüşd Fərabinin ardınca emanasiya prinsipindən ontoloji mövqeləri əsaslan-
dırmaq üçün istifadə etmişdir. Bütövlükdə bu mövqeyi naturalist monizm kimi sə-
ciyyələndirmək olar. Rasional biliyin həqiqiliyinə inam və əqlin qeyri– məhdud im-
kanları İbn Rüşdün baxışlarında özünün geniş əksini tapa bilmişdir. O, insanları ağ-
lına və qabiliyyətinə görə üç kateqoriyaya bölürdü: “Şərhə qadir olmayan” geniş 
publika; dialektik şərhə qadir olan dialektiklər və ən nəhayət, müdrik apodeytiklər. 
Həqiqi baxışlar və publikaya təklif olunan baxışlar ideyası (bu çox vaxt 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin