Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə64/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   307
333 felsefe muhazireler toplusu eyani

Əbubəkr ibn əl-Ərəbinin
yaradıcılığında öz parlaq ifadəsini tapmışdır. 
İbn Ərəbinin (1165-1240) islam panteizmi Allahın varlığını bütün cisimlərlə təza-


75
hür etdirir. Vahid İlahi Substansiya həqiqi gerçəkliyin mayasını təşkil edir, Empirik 
aləm bu substansiyanın kölgəsidir. Təbiət, cisimlər aləmi və bəşəriyyət vahid ilahi 
substansiyanın müxtəlif və fərdi şəkildə mövcudat tapmasıdır. İlahi substansiya bü-
tün aləmə nüfuz edib yayılsa da o fərdi və şəxsi cəhətə də malikdir. İnsan ruhunun 
ilahi ruha qovuşması ona görə də mümkündür ki, bunların substansiyası ümumidir, 
mayası bir nöqtədən götürülmüşdür. Ruhlar ilahinin bətnindən çıxarlar, bədənin 
ölümündən sonra yenə əvvəlki yerinə qayıdırlar. Buna görə də ruh üçün ölüm Alla-
hın bətnindən yeni həyat üçün doğulmaq deməkdir. Əl-Ərəbini panteizmini əsas 
prinsipi Allaha mütləq varlıqla eyniləşdirməkdən ibarət olmuşdur. Allah qeyri 
məhdud və mütləq varlıqdır. Dünya məhdud varlıqdır. O, nisbidir, çünki Allahın 
ikinci təzahürüdür. Allahla məhdud varlıq – dünya arasında əlaqəni ilkin materiya 
yaradır. Allahla daimi bağlı olan bu ilkin materiya gerçək aləmin əsasında duran bir 
material rolunu oynayır. İlkin materiyada ilahi bir qüvvə vardır, o həm Allahdır, 
həm dünya eyni zamanda o bunların heç biri deyil nə isə üçüncü bir şeydir. Dünya-
dakı müxtəlifliyi yaradan mütləq hakimdir. Allahın antropomorf və transsedent və-
ziyyətləri aradan qaldıraraq, onun hər şeydə təzahür edən və hər şüyə qadir olan hü-
dudsuz bir qüvvə olduğu bu yolla sübuta yetirilir.
İslam panteizmin nümayəndələrindən biri ibn-əl-Rəzzaq əl-Kəşanidir (1329-cu 
ildə vəfat edib). Onun fikrincə dünya ilə ilahi qüvvə eyniyyət təşkil edir. Əl-Kəşani 
Allahın təzahürü iki pilləli yox, üç pilləli olduğunu bildirir: 1) varlıq və qeyri varlıq 
bir-birinə əks olan şeylərdir; 2) dünyadakı əbədi sürətlərdə təzahür etmək; 3) em-
pirik aləmdəki şeylərin forması və adları şəklində təzahür etmək. Yəni Allah qeyri 
varlığa əks olan qüvvədir, o, müxtəlif şeylərdə təzahür edir. Nəhayət , şeylərin ad-
ları da ilahinin təzahürüdür.
İslam panteistləri sufizmə mükəmməl insan təlimi yaratmışlar. Guya insan Al-
lah və dünya formalarını özündə birləşdirir. İnsan, bütün adları və atributları ilə bir-
likdə ilahi mahiyyətə malikdir. İnsan Allahı əks etdirən güzgüdür. Ona görə bütün 
mövcudatın tacıdır. İnsan öz mövcudluğu üçün Allaha möhtacdırsa, Allah da öz tə-
zahürü üçün insana möhtacdır.
“Vəhdət əl-Vücud” kəlamını islam panteizmini nəzmə çəkən böyük ərəb şairi 
Umar ibn əl – Fərid (1182-1235) “Məkkə açıqlamaları” əsərində insan məhəbbətinin 
dili ilə ilahi və gerçək dünyanın vəhdətini izhar etmişdir. İslam panteizmi İran şairləri 
Baba Kuhi-Şirazi (1050-ci ildə vəfat edib), Fərid əd-Əttar 1230-cu ildə vəfat edib. 
Cəlaləddin Rumi (1207-1273), Mahmud Şəbüstəri (1288-1320), Əbd-ər-Rəhman Ca-
mi (1414-cü ildə 1492-ci ildə) və başqalarının yaradıcılığında təzahür etmişdir.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin