83
İntibah dövrünün ideologiyası, fəlsəfəsi və bütövlükdə
mədəniyyəti üçün həlle-
dici meyllərdən biri teosentrik baxışdan antroposentrik dünyagörüşünə keçməkdən
ibarət idi. Bu o deməkdir ki, feodalizmə və onun ideologiyasına qarşı mübarizədə
insan haqqında təlim ön plana çəkildi. İnsan zəkasının ecazkar qüdrətinə, əqlin gü-
cünə inam artdı; zəhmət adamının xoşbəxtliyinin təmin olunması ilə əlaqədar olan
məsələlərə xüsusi diqqət yetirilməyə başlandı.
Intibah dövründə Antik Dövrün mədəni-fəlsəfi irsinə xüsusi əhəmiyyət verilir,
onlardan geniş istifadə edilir, onlar daha da inkişaf etdirilirdi. Bununla birlikdə o
dövrün
fəlsəfi irsinə həm də
tənqidi münasibət bəslənilir,
dəyişməz hesab edilən
həqiqətlərdən imtina olunur, bir sıra
doqmatik fikirlər, ehkamlar rədd edilirdi.
İntibah Dövrü bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində irəliyə doğru atı-
lan ciddi bir addım kimi qiymətləndirilməlidir. Əlbəttə, İntibah dövrünü çox ideal-
laşdırmaq da olmaz. Bu dövrün özünün də bir sıra ziddiyyətləri və çatışmayan cə-
hətləri olmuşdur. Həmin dövrkü humanizm,
birinci növbədə, yüksək təbəqələrin
nümayəndələrinin təhsil almaq imkanını nəzərdə tuturdu. İntibah dövrü filosofları-
nın xidmətini də şişirtmək olmaz. Belə ki, onlar birinci gündən o zaman mütərəqqi
fəlsəfi təlim olan
Dostları ilə paylaş: