averroizmin əleyhinə çıxış edirdilər.
Averroizrm Orta Əsr Qər-
bi Avropa fəlsəfəsində mühüm bir cərəyan idi. Onun yaradıcısı ərəb filosofu İbn
Rüşd olmuşdur. O, aləmin əbədiliyini, yaradılmadığını və hər şeyin səbəbiyyət əla-
qələri ilə bağlı olduğunu müdafiə edirdi. İbn Rüşd ruha bədənin forması kimi ba-
xırdı, onun ölməzliyi fikrinin əleyhinə çıxırdı.
Bu təlim insanı fəal həyata çağırır, onun özünə olan inamını artırmağa çalışır-
dı. İntibah humanizmi insana tərəqqi etməyə qadir olan azad və hərtərəfli inkişaf
etmiş bir varlıq kimi baxırdı. Bu humanizm bütün İntibah Dövrü mədəniyyətinin
əsas məğzini təşkil edirdi. İtaliyada humanizm
Dante Aligerinin, Françesko Pet- rarkanın və s. mütəfəkkirlərin adı ilə bağlı idi.
XV və XVI əsrlərdə İntibah Dövrünün humanist təfəkkürü İtaliya çərçivəsin-
dən kənara çıxaraq, İngiltərə və Niderlandiyada, Almaniya və İsveçrədə, Polşa və
Macarıstanda da geniş yayılmışdı. İtaliya ilə yuxarıda adları çəkilən ölkələrin inti-
bahı arasında bir sıra ümumi cəhətlərin olmasına baxmayaraq, onlar bir-birindən
fərqlənirdilər. İtaliyanın intibahı daha əsaslı qurulmuşdu, onun predmeti
təbiət fəl- səfəsi, çıxış nöqtəsi isə humanistlər tərəfindən bərpa edilmiş
platonizm idi.
Alpətrafı Avropa dövlətlərinin intibahında isə məntiq, dövlət fəlsəfəsi böyük
rol oynayırdı.
Ən ümumi cəhət ondan ibarət idi ki, hər iki humanizmin nümayəndələri katoli-
sizmin hökmran ideologiyası və fəlsəfəsi ilə toqquşurdu. Bəzi hallarda onlar refor-
masiya hərəkatı və ideologiyası ilə mübahisələr edirdilər. Bir sıra məsələlərdə onla-
rın arasında ixtilaflar da yaranmışdı.
XVI əsrin ortalarında İtaliyada platonçu humanizm məktəbi öz ömrünü başa
vurdu və həyatın meydanına fəlsəfənin yeni bir sahəsi - təbiət fəlsəfəsi daxil oldu.
O, İntibah dövrü fəlsəfəsinin tipik ifadəsi idi. Onun ən görkəmli nümayəndəsi