Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə76/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   307
333 felsefe muhazireler toplusu eyani

Tommazo Kampanella
italyan təbiət 
fəlsəfəsinin banilərindən biri idi. Lakin onun sosial təlimi ictimai fikir tarixində da-
ha böyük rol oynamışdır. Kampanellanın sosial ideyaları öz əksini "Günəş şəhəri", 
"Xristian monarxiyası haqqında", "Kilsə hakimiyyəti haqqında", "İspaniya monar-
xiyası haqqında" adlı əsərlərində tapmışdır. Kampanella, kilsə və aristokrat haki-
miyyətinin birliyini lazım bilir, protestant reformasiyasını rədd edir, papanın bütün 
xristianlar üzərində hakimiyyətini tələb edən ideyalara tərəfdar çıxırdı. Kampanella 
cəmiyyətdə böyük ictimai dəyişikliklər edilməsinin zəruriliyindən danışır, yer üzə-
rində Allahın hökmranlığını qəbul etməyi, xüsusi mülkiyyətin və istismarın ləğv 
edilməsini lazım bilirdi. Tomas Mordan fərqli olaraq, o, bütün bu işlərin kütləvi üs-
yanlar vasitəsilə həyata keçiriləcəyinə inanırdı. 
Kampanella ispanlar tərəfindən qarət edilmiş Kalabridə həyata keçirilən sui-
qəsdin başında durduğu üçün cinayət məsuliyyətinə cəlb edilmiş və ömürlük həbs 
cəzasına məhkum olunmuşdur. Həyatının 25 ilini həbsxanada keçirmiş, əsərlərinin 
çoxunu da orada yazmışdır.
Kampanellanın əsərlərindəki fikirlərin ziddiyyətli olmasına baxmayaraq, onlar 
bütövlükdə mütərəqqi xarakter daşıyırdı. O, əksər yazılarında cəmiyyətin inkişafın-
da elmin böyük rolundan, müharibələrin, xüsusi mülkiyyətin aradan qaldırılması-
nın zəruriliyindən, ölkənin ədalətli və ağıllı idarə olunmasından danışırdı. 
Tomas Mor və Kampanellanın ideyaları Avropa rasional təfəkkürünə, xüsusilə 
də maarifçilik fəlsəfəsinə müsbət təsir göstərmişdir. 
Fəlsəfi fikrin inkişafı tarixinə İntibah Dövrü fəlsəfəsinin böyük təsiri olmuşdur. 
İntibah humanizmi özünün sxolastikaya, asketizmə qarşı apardığı mübarizə ilə, o 
zamankı cəmiyyətin inkişafında mütərəqqi rol oynamışdır. İntibah Dövrünün fəlsə-
fəsi elmlə əlaqəni möhkəmləndirir, qədim Antik fəlsəfəni sxolastik deformasiyalar-
dan təmizləyir, onun müsbət cəhətlərindən bacarıqla istifadə edərək dünya fəlsəfi 
fikrini daha da zənginləşdirirdi. İntibah Dövrü fəlsəfəsinin əsas cəhəti onun dünyə-
vi xarakterə malik olmasında idi. Əgər Orta Əsrlər fəlsəfəsinin predmeti ilahiyyat 
idisə, İntibah Dövründə birinci yerdə təbiət dururdu. Bu, son nəticədə yeni materia-
list və mütərəqqi fikirlərin meydana gəlməsi üçün geniş imkanlar yaratdı. İntibah 
dövrünün fəlsəfəsi Yeni dövrün fəlsəfi ənənələrinə keçid üçün zəmin yaratdı. 


86

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin