Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


§ 3. Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə77/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   307
333 felsefe muhazireler toplusu eyani

§ 3. Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri 
 
Yeni dövr fəlsəfəsi XVI əsrin sonu və XVII əsrin başlanğıcından XX əsrə qə-
dər olan dövrü əhatə edir. Onun meydana gəlməsi hər şeydən əvvəl, Avropa ölkə-
lərinin iqtisadi və siyasi həyatında baş vermiş mühüm dəyişikliklərlə əlaqədar idi. 
Belə ki XVI əsrin son illərində və XVII əsrin birinci yarısında İtaliya şəhərləri çi-
çəklənməyə başlamışdı. Bundan sonra iqtisadi inkişafın mərkəzi tədricən İngiltərə-
yə, Hollandiyaya və qismən də Fransaya keçmişdir. Bu dövrdə yaranmaqda olan 
burjuaziyanın maraqları Orta əsrlər sxolastikasından imtina edilməsini və təcrübə 
əsasında təbiətin dərk olunmasını tələb edirdi. Yeni dövr fəlsəfəsinin meydana gəl-
məsi həm də kapitalist istehsal münasibətlərinin təşəkkül tapması, təbiət elmləri-
nin, o cümlədən mexanikanın inkişafı ilə əlaqədar idi. 
Bu materializmin səciyyəvi xüsusiyyətləri aşağıdakılardan ibarət idi: O, təbiət 
və cəmiyyət hadisələrinə mexaniki və metafiziki materializm mövqelərindən yana-
şır, mexanikanın qanunlarını ən ümumi, universal qanunlar hesab edirdi. Bu mate-
rializm bioloji və sosial hadisələri, üzvi və qeyri-üzvi prosesləri mexanikanın qa-
nunları ilə izah etməyə çalışırdı. 
Həmin fəlsəfə həmçinin metafiziki materializm adlanırdı. Ona görə ki, o, ob-
yektiv gerçəkliyin predmet və hadisələrini bir-birindən təcrid olunmuş şəkildə öy-
rənirdi. Təbiəti tərkib hissələrinə ayırır, lakin onu vahid bir bütöv kimi araşdıra bil-
mirdi. Metafiziki materialistlər materiyanın hərəkətini cismin məkan daxilində yer-
dəyişməsi kimi başa düşürdülər. 
Bu materializm tipik seyrçi materializm idi. Onun nümayəndələri öz vəzifələri-
ni dünyanın izahı ilə bitmiş hesab edirdilər. Bu materializm nümayəndələri dünya-
nın dəyişdirilməsi vəzifəsini qarşıya qoymamışdılar. O, insanın onu əhatə edən ger-
çəkliyə fəal təsirini nəzərdən qaçırırdı. 
Həmin materializm qeyri-ardıcıl idi. Onun nümayəndələri təbiət hadisələrini 
materialistcəsinə izah etdikləri halda, ictimai həyat hadisələrini anlamaqda idealist 
idilər. 
Yeni dövrdə materialist fəlsəfi cərəyanlarla yanaşı, dualist, subyektiv idealist 
və obyektiv idealist təlimlər də meydana gələrək inkişaf edirdilər. 
Bu dövrün materialist filosofları, birinci növbədə, təbiət elmlərinin nailiyyətlə-
rinə və təbiətin eksperimental surətdə öyrənilməsinə əsaslanırdılar. Onlar dünyanın 
maddiliyi və onun dərk olunması haqqında rasional ideyalar irəli sürürdülər. Yeni 
Dövr fəlsəfəsinin formalaşması Frensis Bekon və Rene Dekartın adı ilə bağlıdır. 
Frensis Bekon 
(1561-1626). Yeni Dövr ingilis materializminin və təcrübi el-
min banisi idi. O həmçinin öz dövrünün məşhur siyasi xadimi, görkəmli ideoloqu 
kimi tanınmışdı. 
Bekon fəlsəfi fikirlərini, əsasən, "Yeni Orqanon" (yunan dilində orqanon – alət 
deməkdir), "Prinsiplər və başlanğıclar haqqında", "Yeni Atlantida" adlı əsərlərində 
şərh etmişdir. (Fərziyyələrə görə Atlantida 10-12 min il bundan əvvəl Atlantik 
okeanında bir ada kimi mövcud olmuşdur. Platona görə, bu ada zəlzələ nəticəsində 
məhv olmuşdur. Lakin belə bir adanın mövcud olması barədə hələlik təkzibedilməz 


87
sübutlar yoxdur). 
Fəlsəfi fikrin inkişafı tarixində Bekonun xidməti aşağıdakılardan ibarətdir: 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin