Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Birincisi,  o, Yeni dövr təcrübi elminin və materialist fəlsəfəsinin əsasını qoy- muşdur;  İkincisi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə78/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   307
333 felsefe muhazireler toplusu eyani

Birincisi, 
o, Yeni dövr təcrübi elminin və materialist fəlsəfəsinin əsasını qoy-
muşdur; 
İkincisi, 
idrakın elmi metodunun işlənib hazırlanmasına çalışmış, induktiv me-
todun idrakdakı rolunu əsaslandırmış və dünyanın dərk olunmasına dair bir çox ori-
jinal fikirlər irəli sürmüşdür; 
Üçüncüsü, 
Orta əsr sxolastikasına, qeyri-elmi fəlsəfi təlimlərə qarşı mübarizə 
aparmış, materiya, onun hərəkəti, növləri və formaları haqqında bir sıra orijinal fi-
kirlər söyləmişdir. O, materiyanı bütün mövcudatın əsası və ilkin səbəbi hesab edir, 
bütün şeylərdə atomistik struktur axtarırdı. "Prinsiplər və başlanğıclar haqqında" 
əsərində bu barədə belə yazırdı: "Materiya atomlardan ibarətdir". O, materiyanın 
passiv başlanğıc olması haqqında təsəvvürləri rədd edirdi. Onun nəzərincə, materi-
ya daxili fəallıqla doludur. Materiyanın yaradılmazlığına və məhvedilməzliyinə da-
ir Bekonun fikirləri xüsusi əhəmiyyət kəsb edirdi. Bu barədə o yazırdı: "Materiya-
nın bütün kəmiyyəti və onun məcmusu sabit qalır , nə artır və nə azalır". 
Bekon tərəfindən işlənib hazırlanmış induktiv metod təbiətin eksperimentlər 
yolu ilə öyrənilməsinə yönəldilmişdir. Bekonun yaşadığı dövrdə bu, qabaqcıl, mü-
tərəqqi metod hesab olunur
elmdə mühüm nailiyyət sayılır, fəlsəfi fikrin inkişafında 
irəliyə atılmış böyük bir addım kimi qiymətləndirilirdi. Çünki induktiv metod təd-
qiqat zamanı ayrı-ayrı faktlardan ümumi müddəalara
keçməyə, elmdə ciddi ümumi-
ləşdirmələr aparmağa imkan verirdi. Lakin Bekon bu metodun əhəmiyyətini həd-
dən artıq şişirdərək dünyanın dərk edilməsində deduksiyanın rolunu demək olar ki 
sıfıra endirmişdir. Bir metafizik kimi o, induksiyanı deduksiyadan ayırmışdır. 
Bekon heç bir tərəddüd etmədən dünyanın dərk edilənliyi ideyasını müdafiə 
edirdi. O, idrakın məqsədini insanların praktiki fəaliyyətinə kömək etməkdə görür-
dü. Onun fikrincə, insan yalnız obyektiv gerçəkliyin təzahürlərini dərk etmək yolu 
ilə təbiət üzərində hökmranlıq edə bilər. Bekon həqiqi bilik əldə etmək imkanını
 
varlığın insan beynində dəqiq inikası ilə əlaqələndirirdi. O, idrak nəzəriyyəsində 
materialist empirizmin tərəfdarı idi. Bekon təbiət haqqında biliklərin mənbəyini və 
onların həqiqiliyinin meyarını
 
təcrübədə görürdü. Onun fikrincə, idrak hissi göstə-
ricilərdən və xarici aləmin qavrayışından başlanır. Bununla birlikdə o belə hesab 
edirdi ki, idrak, bilavasitə hisslərlə qavranılan məlumatlarla məhdudlaşa bilməz. 
Bekon deyirdi ki, idrakın vəzifəsi təbiət qanunlarını, şeylərin və təsəvvürlərin daxi-
li səbəbiyyət əlaqələrini axtarıb tapmaqdan ibarət olmalıdır. Buna isə ağıl və nəzəri 
təfəkkürlə nail olmaq mümkündür

Beləliklə, Bekon Yeni dövr fəlsəfəsində birinci 
olaraq, idrakda hissi və rasional momentlərin vəhdətinin zəruriliyi məsələsini qarşı-
ya qoymuşdur. Bununla da o, materialist idrak nəzəriyyəsinə dəyərli hədiyyə bəxş 
etmişdir. Lakin bir metafizik kimi Bekon bu problemi axıra qədər düzgün həll edə 
bilməmişdi. Ona görə ki, o, idrakda nəzəri təfəkkürün əhəmiyyətini, onun rolunu 
düzgün qiymətləndirə bilməmiş və əsasən, empirizm mövqeyində qalmışdır. 
Bekon "ikili həqiqət" nəzəriyyəsinin tərəfdarı idi. Onun fikrincə, elmin vəzifəsi 
təbiət həqiqətlərini, dinin vəzifəsi isə ruhu, o biri dünyanı öyrənməkdən ibarət ol-


88
malıdır. 
Bekonun fəlsəfi təlimində ilahiyyatçı fikirlərə də (Allah haqqında təlimə) rast 
gəlirik. Məsələn, onun əsərlərində belə bir fikir yürüdülür: hər şey Allah tərəfindən 
baş verir. Sonra o göstərirdi ki, istər dini həqiqətlərin və istərsə də elmi həqiqətlərin 
mənbəyi birdir. Dinin həqiqətləri Allahın iradəsini, elmin həqiqətləri isə əzəmət və 
qüdrətini ifadə edir. 
Bekon din əleyhinə açıq-aşkar çıxış etmirdi. O, sübut etməyə çalışırdı ki, elmlə 
yanaşı, din də mövcud ola bilər. Lakin bununla Bekon elmin ayrılıqda, müstəqil 
surətdə mövcud olmaq hüququnu əsaslandırmağa çalışırdı. Bütün bunlar onu göstə-
rir ki, Bekon ardıcıl materialist olmamışdır. İctimai həyat hadisələrin izahına isə 
idealistcəsinə yanaşmışdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin