84
İntibah Dövrünün təbiət fəlsəfəsi Antik Dövrün fəlsəfi irsinə əsaslanırdı. Təbi-
ət fəlsəfəsi nümayəndələrinin əksəriyyəti sxolastikaya, sxolastik aristotelçiliyə qar-
şı çıxırdılar.
İntibah dövründə təbiət fəlsəfəsi ilə yanaşı, yeni təbiətşünaslıq da inkişaf edir-
di. Bu sahədə baş verən kəşflər Yeni dövr fəlsəfəsinin mühüm mənbələrindən biri-
nə çevrilmişdi. Bu dövrün alimləri təcrübəni, təbiətin tədqiqini, eksperimental təd-
qiqat metodunu ön plana çəkirdilər. Burada riyaziyyat görkəmli yer tutur, elmlərin
riyaziləşdirilməsi prinsipi, elmin və fəlsəfi təfəkkürün inkişafının mütərəqqi meyl-
lərinə uyğun gəlirdi. Elmdəki yeni meyllər öz əksini
Leonardo da Vinçinin, Niko-
lay Kopernikin, İohann Keplerin, Qalileo Qalileyin
yaradıcılığında tapınışdı.
İntibah dövründə panteist
fəlsəfənin sistemli şərhini
N. Kuzanski
vermişdir.
O, təbiəti Allahla eyniləşdirərək ona ilihi atributları, ilk növbədə isə məkanda son-
suzluğu aid etmişdir. N. Kuzanski Kainatın
sonluluğu haqqında teoloji prinspə qar-
şı çıxış edərək göstərir ki, Allah "mütləq
maksimum" olsa da, dünya, məkan və za-
man e'tabarı
ilə sonlu, Yer dünyanın mərkəzi, hərəkətsiz ulduz sahələri isə onun
hüdudları deyildir.
Neoplatonizm ənənələrinə uyğun olaraq o, təkcə məsələsini əksliklər kimi, yə'-
ni
təkçə kimi yox, həm də qeyri-tökcə
kimi nəzərdən keçirir. Kuzanski
xristian mo-
nizmini qəbul edərək, ham də antik
dualizmin əksinə qeyd edir ki, "vahid olana heç
şey əks deyildir", deməli "vahid hər şeydir". Əlbəttə, bu formula xəlq
edilənlə
(hər
şey) xəlq edən (təkcə)dən ibarət olan xristian teizmi üçün məqbul sayıla bilməz.
Vahidin əksliyinin olmamasından N.
Kuzaiski vahidin sonsuz, hüdudsuz olması
nəticəsini çıxarır. Sonsuz isə o deməkdir ki, ondan qeyri heç bir
Dostları ilə paylaş: