82
Orta əsrlər fəlsəfəsi nöqsanlarına və məhdud cəhətlərinə baxmayaraq,
fəlsəfi
fikir tarixində müəyyən rol oynamışdır.
§ 2. Avropada intibah dövrünün fəlsəfəsi
Bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində İntibah dövrünün fəlsəfəsi mühüm
yer tutur. Bu fəlsəfə feodal ideologiyasına, kilsəyə və sxolastikaya qarşı mübarizədə
meydana gəlmişdir. Onun bərqərar olması hər şeydən əvvəl, feodalizm cəmiyyətinin
içərisində, kapitalist istehsal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar idi.
İntibah fəlsəfəsinin, humanizm ideyalarının meydana gəlməsini təmin edən əsas
amillərdən biri də təbiətşünaslığın, təbiət elmlərinin inkişafı idi. Məlum olduğu kimi,
XV-XVI əsrlərdə təbiətşünaslığın əsl mənada elmə çevrilməsi prosesi başlandı. Bu
dövrdə astronomiya, mexanika, riyaziyyat, bir qədər sonra isə fizika, kimya, biologi-
ya kimi təbiət elmləri inkişaf etməyə başladı. Belə bir şəraitdə eksperimental təbiət-
şünaslığın
meydana gəlməsi, xüsusilə böyük əhəmiyyət kəsb edirdi.
İntibah heç də Qərbi Avropa ölkələrinin hamısında eyni zamanda başlanma-
mışdır. O, birinci növbədə, inkişaf etmiş ölkələrdə meydana gəldi. Onun ilk beşiyi
İtaliya olmuşdur.
Məlum olduğu kimi, feodalizm dövründə din hökmran ideologiya idi. İntibah
dövründə isə kilsənin, ruhanilərin diktaturası artıq sarsıldı. Ona görə də intibah sö-
zünü sadəcə olaraq Antik mədəniyyətin dirçəlməsi, elmin və fəlsəfənin
tərəqqisi ki-
mi başa düşmək düzgün olmaz. İntibah anlayışını eyni zamanda feodalizmə, kilsə-
yə, zadəganlığa, bütün feodal qaydalarına qarşı çevrilmiş bir proses kimi başa düş-
mək lazımdır. Dinin və kilsənin diktaturasının sındırılması İntibah dövründə elmin
və mədəniyyətin çiçəklənməsinin mühüm şərti kimi çıxış edirdi.
İntibah dövrün antik mədəniyyətin,
antik həyat tərzinin, antik təfəkkür tərzinin
dirçəldilməsindən ibarət olması fikri "İntibah", "Dirçəliş"
anlayışları ilə əlaqadar
şərh edilməsinə
baxmayaraq işin əslində o, antik fəlsəfə və mədəniyyətdən əsaslı
surətdə fərqlənirdi. İntibahı xristianlığa qarşı qoymaq da düzgün deyildir. Çüngi ta-
rixi inkişaf baxımından o, orta əsr mədəniyyətinin yekunu idi və onda həmin döv-
rün müsbət əlamətləri öz əksini tapmışdı. İntibah dovrünün dünyagörüşünün fərq-
ləndirnci əlaməti onun antik dövrə ideal kimi yanaşmaq əsasında incəsənətə istiqa-
mətliliyindən ibarət idi. Ona görə də orta əsrlər dövrünü
Dostları ilə paylaş: