Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə70/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   307
333 felsefe muhazireler toplusu eyani

Böyük
Albert 
və 
Foma Akvinski
Aristotel fəlsəfəsindən istifadə edərkən
sxolastikanın tənəzzülə uğramaq təhlükəsindən xilas etmək vəzifəsini qarşıya qoy-
muşlar. Çünki bu zaman Avqustinin ideyaları Aristotel fəlsəfəsinin güclü təsirinə 
tab gətirə bilmir və getdikcə öz əhəmiyyətini itirirdi. Ona görə də Aristoteli katolik 
təlimlərinə uyğunlaşdırmaq kilsələr üçün həyati zərurətə çevrilmişdi. Çünki bu za-
man kilsə doqmatlarına qarşı aparılan mübarizə eyni zamanda feodalizm cəmiyyə-
tinə qarşı yönəlmişdi. 
Orta əsrlərin Qərb sxolostikasında ən görkəmli yerlərdən birini 
Foma Akvins-
ki
(1225– 1274) tutur. Foma Akvinski Dominikan ordeninin rahibi, orta əsrlərin ta-


81
nınmış teoloqu və təbiətşünası Böyük Albertin şagirdi olmuşdur. Ölümündən sonra 
Foma Akvinski Roma katolik kilsəsinin qərarı ilə (1323) övliyalar cərgəsinə–mü-
qəddəslər sırasına salınmışdır. Əsas əsərləri «Bütpərəstlər əleyhinə külliyyat» və 
«Teoloji külliyyat»dır. Bundan əlavə o, həm də Aristotelin və digər filosofların 
əsərlərinin şərhçisi olmuşdur. Foma Akvinski sxolastikanın sistemləşdiricisi, to-
mizmin banisi hesab olunur. O, öz fəlsəfəsini Aristotel təliminin idealist ünsürlərini 
(hərəkətsiz), dünyanın ilk təkanvericisi haqqında təlim və s. gücləndirmək yolu ilə 
işlənmişdir. Foma Akvinski fəlsəfəsinə neoplatonizmin də təsiri olmuşdur. Onun 
fəlsəfəsinin əsas müddəalarını nəzərdən keçirək:
Hər şeydən əvvəl, Foma Aristotel məntiqinin köməyi ilə xristian teologiyasının 
başlıca prinsiplərini əsaslandırılmışdır. Bu zaman Aristotel təlimi elə dəyişdirilmiş-
dir ki, bu təlim yaradılma ehkamları və İusus Xristosun allah–insan olması ehkam-
ları ilə ziddiyyətə girməsin, Ali başlanğıc allah olan– varlığın özüdür. «Bütpərəstlər 
əleyhinə külliyyat» da o göstərirdi ki, ali ilahi mütləq sayılan İusus Xristos bir tə-
rəfdən insan obrazındadır, maddidir, digər tərəfindən Allaha məxsus keyfiyyətlərə 
malikdir. O, ilahi (ideal) və insanın (maddi, materiya) vəhdəti simvoludur. 
Beləliklə, Foma Akvinskiyə görə, ali həqiqət – allahın özüdür, İlahi həqiqətdir. 
Bilik tam şəkildə insan əqlinə xasdır, lakin o məhduddur. Ona görə də insan əqlin 
dərk edə biləcəyi həqiqəti qəbul etməlidir. Etiqadın və əqlin münasibəti belədir ki, 
burada üstünlük etiqada verilməlidir. Onun fikrincə, fəlsəfə ilahi həqiqətin dərk 
edilməsi ilə məşğul olandır. Daha dəqiq desək, teologiyadır. 
Foma Akvinskinin tomizm adlanan təlimi katolikliyin ideoloji dayağı və nəzəri 
silahı olmuşdur. 
Feodalizm cəmiyyətinin içərisində şəhərlərin, sənətin, ticarətin inkişafı ilə əla-
qədar olaraq, istər təbiət elmləri, istərsə də humanitar elmlər sahəsində tədqiqatlara 
və təhsilə maraq getdikcə artırdı. Bunun nəticəsində müxtəlif Avropa şəhərlərində, 
o cümlədən 1348-ci ildə Praqada, 1364-ci ildə Vyanada, 1381-ci ildə isə Heydel-
berqdə universitetlər yarandı. 
XV əsrdə fəlsəfədə yeni meyllər meydana gəldi, tənqidi təhlil genişlənməyə 
başladı, bunların nəticəsində isə təbiət və cəmiyyət hadisələrinə olan ənənəvi mü-
nasibət dəyişdi. 
Sxolastikanın daxilində də tənqidi meyllər getdikcə güclənirdi, Foma Akvinski 
fəlsəfəsinə də münasibət dəyişmişdi. Sxolastika fəlsəfəsində ciddi mübahisələr
tənqidi meyllərin artması, birinci növbədə, 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin