Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


pifaqorçuların, yeni platonçuların meydana gəlməsi ilə İs-



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə69/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   307
333 felsefe muhazireler toplusu eyani

pifaqorçuların, yeni platonçuların meydana gəlməsi ilə İs-
gəndəriyyəli Filonun dini-mistik fəlsəfəsi yarandı. 
Xristianlıq fəlsəfəsinin birinci mərhələsi II-VII əsrləri "
patristika
" adlanan 
dövrü əhatə edirdi (patristika - lat. patria sözündən olub, ata deməkdir, kilsə ataları 
tərəfindən yazılmış ədəbiyyatın ümumi adıdır). Patristikanın özünü də 2 mərhələyə 
bölmək olar. 
Birinci mərhələdə
xristianlıq ehkamlarının əsası qoyulmuş, vahid və güclü 
kilsələr yaradılmışdır. 
İkinci mərhələdə
xristianlığın ehkamları və fəlsəfəsi işlənib hazırlanmışdır. 
Patristika fəlsəfəsi həm Qərbdə, həm də Şərqdə yaranmışdır. 
Erkən sxolastikanı 
İoann Skot Eriugen, Anselm Kenterberiyski, İoann Ros-
selin və Pyer Abelyar 
təmsil etmişlər. Bu sxolastiklər Platonun, xüsusilə də Aris-
totelin ideyalarından istifadə edərək onları öz məqsədlərinə uyğunlaşdırırdılar. Bu 
fəlsəfənin vəzifəsi etiqadın elan etdiyi kəlamların həqiqət olduğunu sübut etmək 
üçün səmərəli yollar axtarmaqdan ibarət idi. Bu zaman fəlsəfə ilahiyyatın kənizi ro-
lunu oynayırdı. Çünki kilsə Qərbin feodal dövlətlərinin maddi və mənəvi həyatında 
həlledici rol oynayırdı. Ona görə də əgər biz qədim yunan filosoflarının ənənələrin-
dən çıxış etmiş olsaq, sxolastiklərin tədqiqatlarını yalnız şərti olaraq fəlsəfi biliklər 
kimi xarakterizə edə bilərik. 
Orta əsrlərdə fəlsəfə uzun müddət xristianlıq ideyaların təzyiqinə məruz qal-
mışdı. Lakin o zaman dəbdə olan Aristotel fəlsəfəsinə öz təsirini göstərməyə bil-
məzdi. Aristotelizmə münasibət məsələsində filosoflar arasında ciddi mübahisələr 
yarandı. Onlar deyirdilər ki, necə edək ki, Aristotelin fəlsəfəsindən istifadə edər-
kən xristian ilahiyyatına ziyan dəyməsin. 
Bununla əlaqədar olaraq sxolastiklər iki cəbhəyə bölündülər. Birinci cəbhəyə 
sxolastika fəlsəfəsinin mühafizəkar cinahlarının nümayəndələri daxil idilər. Onlar 
deyirdilər ki, Avqustinin ilahiyyata dair əsas müddəalarını saxlamaqla aristoteliz-
min bir sıra fəlsəfi müddəalarını ilahiyyata tətbiq etmək lazımdır. İkinci cəbhədə 
mütərəqqi cərəyanlar dururdu. Onların nümayəndələrinin fikrincə, əsas diqqət 
Aristotelin fəlsəfəsinə verilməli, eyni zamanda Avqustin təfəkküründən də ayrılma-
malı. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin