Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə102/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   98   99   100   101   102   103   104   105   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
118



1999- cu ildə qəbul edilmiş “Tibbi sığorta” haqqında Azərbaycan 
Respublikasının Qanunu sağlamlığın qorunması sahəsində əhalinin sosial 
müdafiəsi formasını müəyyən edir. Sığorta hadisəsi baş verdikdə əhalinin tibbi və 
dərman yardımı alınmasını təmin edir. 
Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. Icbari tibbi sığorta 
dövlət sosial sığortasının tərkib hissəsi olmaqla,icbari tibbi sığorta proqramına 
müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. 
Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən 
əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər 
alınmasını təmin edir. 
 
Əhalinin sağlamlığının qorunması tədbirlərinin maliyyələşdirilməsi 
Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının 
mühafizəsinə,onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına 
yönəldilmiş siyasi, iqtisadi , hüuqi ,elmi ,tibbi, sanitariya- gigiyena xarakterli 
tədbirlərin məcmusundan ibarətdir. 
Əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biri tibbi – sosial
yardımın hamı üçün mümkünlüyündən ibarətdir.
Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılaradn 
ibarətdir: 
- sağlamlığın qorunması sahəsində dövlətin proqramlarının hazırlanması və həyata 
keçirilməsi; 
- səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi
- dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi; 
- əhalinin xüsusi qrupları üçün tibbi- sosial yardım göstərilməsinə təminat 
verilməsi; 
- məcburi tibbi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi 
qaydasının müəyyənləşdirilməsi; 
- səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və s. 
Dövlət Səhiyyə sisteminə Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı, dövlət tabeçilindəki müalicə- profilaktika, elmi- tədqiqat, 
tədris,əczaçılıq,sanitariya – profilaktika müəssisələri , eləcə də səhiyyənin maddi 
texniki bazası ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən
müəssisələr, sanitariya- epidemologiya xidməti, məhkəmə- tibbi ekspertizası 
daxildir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin