Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə103/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   99   100   101   102   103   104   105   106   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
119



Dövlət səhiyyə sistemi əsasən dövlət büdcəsi, eləcə də tibbi sığorta vasitələri , 
müəssisə,idarə,təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki 
şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr 
hesabına maliyyələşdirilir. 
Dövlət səhiyyə sisteminin vəsaitləri: 
- səhiyyənin məqsədli kompleks proqramının işlənib hazırlanmasına və yerinə 
yetirilməsinə; 
- dövlət səhiyyə müəssisələrinin maddi- texniki bazasının inkişafına; 
- müalicə- profilaktika və sanitariya- epidomoloji müəssisələrin saxlanmasına; 
- güzəştli tibbi xidmətlərin göstərilməsinə; 
- tibbi və əczaçılıq işçilərinin hazırlanmasına və ixtisaslarının hazırlanmasına; 
- tibb elminin inkişafına və tədqiqinə
- epidemiyaların aradan qaldırılmasına yönəldilir. 
Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların 
tibbi- sosial yardım almaq hüququ vardır. 
Tibbi və əczaçılıq işçilərinin, habelə elmi işçilərin , ali və orta tibb və əczaçılıq 
müəssisələrinin professor- müəllim heyətinin əmək haqqı onların ixtisas 
dərəcəsinə, sayına və yerinə yetirdikləri vəzifələrə uyğun olaraq ödənilir və bu 
əmək müqavilələrində nəzərdə tutulur. 
Tibbi və əczaçılıq işçilərinin əmək şəraitləri təhlükəli, zərərli amillərlə bağlı 
olduqda onlar vəzifə maaşlarına əlavə olaraq kompensasiya almaq, eləcə də 
qanunvericilikdə müəyyən edilmiş digər güzəştlərdən istifadə etmək hüququna 
malikdirlər. 
Əmək haqqının artırılmasına, əlavə ödənişlərin verilməsinə kompensasiyalar və 
güzəştlər almaq hüququna malik olan tibb işçilərinin siyahısı icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir. 
Tibb müəssisələri əhaliyə göstərilən müvafiq pullu tibbi xidmətlərin 
Azərbaycan Respublikasının ərazisində icazə verilmiş diaqnostik, profilaktik və 
müalicə metodları ilə təmin etməyə borcludurlar. 
Tibb müəssisələrinin əlavə maliyyələşdirilməsi müəssisə, təşkilat, hüquqi və 
fiziki şəxslərə, pullu xidmətlərin göstərilməsinə görə alınan vəsaitlər hesabına
həyata keçirilir. Tibbi xidmətlərin qiymətləri Səhiyyə Nazirliyi tərəfindən 
müəyyən edilmiş qayda üzrə tənzim edilir. Il ərzində indeksasiya gəlir- xərc smeta 
yenidən dəqiqləşdirilir.

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin