Ailə başçısını itirməyə əmək pensiyası ölüm gününədək Qanunda tələb edilən
sığorta stajı olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyasının
baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və ya vəfat etmiş
tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir uşağı
olduqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi
məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının
baza hissəsinin 50 faizi məbləğində hesablanır.
Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinin əmək pensiyasının baza
hissəsinin üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 30 faizi
məbləğində əlavə hesablanır.
Əmək pensiyasının baza hissəsinin üzərinə müvafiq hallarda aşağıdakı hallarda
əlavələr hesablanır:
- öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup
əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək
pensiyasının baza hissəsinin 5 faizi məbləğində;
- I qrup əlillərə qulluq üçün – yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi
məbləğində;
- siyasi represiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə - yaşa görə
əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində;
- müharibə əlillərinin yaşa görə əmək pensiyalarına;
- I qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində;
- II qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində;
- III qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində.
Dostları ilə paylaş: