Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə114/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   110   111   112   113   114   115   116   117   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
133



Idarəedici orqanların saxlanmasına ayrılan büdcə təxsisatlarının xərclənməsinə 
nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Maliyyə Nazirliyinin 
tabeçiliyində 
fəaliyyət 
göstərən 
Dövlət Xəzinədarlığı, 
Azərbaycan 
Respublikasının Hesablama Palatası, Vergilər Nazirliyi həyata keçirirlər. 
Nəzarət orqanları nəzərdə tutulmuş məbləğdən artıq yol verilən xərcləri aşkar 
edir və bu xərclərin azaldılması haqqında müvafiq təkliflər verirlər. Ştat cədvəlinin 
tərtib və təsdiqi qaydaları, idarəetmə aparatının saxlanmasına çəkilən bütün 
xərclərin və əmək haqqı dərəcələrinin yoxlanmasına xüsusi diqqət yetirilir. 
Yoxlama nəticələrinə görə akt tərtib edilir və smeta ştat intizamının pozulması
halları qeyd edilir və onların aradan qaldırılması yolları göstərilir. 
Müdafiə, hüquq- mühafizə fəaliyyəti və dövlətin təhlükəsizlik təminatı 
xərclərinin həyata keçirilməsi zərurəti Azərbaycanın müstəqil dövlətçiliyiin , ərazi 
bütövlüyünün , tarixi , mədəni və mənəvi dəyərlərinin saxlanmasını təmin edən 
milli təhlükəsizliyin yaradılmasından və möhkəmləndirilməsindən irəli gəlir. 
Bu sistemdə əsas yeri ölkənin maliyyə- iqtisadi və maddi imkanlarından irəli 
gələn dövlətin siyasəti, hərbi doktrinası, Silahlı Qüvvələrin yaradılmasının 
uzunmüddətli planı bazasında təmin olunan milli müdafiəsi tutur. 
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının
Suverenliyinin , ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin 
silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, 
onun dəf edilməsinə xidmət edir. 
Milli müdafiə xərclərinin planlaşdırılması prosesində hərbi islahatlar
sahəsində aşağıdakı tədbirlər nəzərdə tutulur: Silahlı Qüvvələrin sayının yüksək
ixtisaslı kadrlar hesabına komplektləşdirilməsi, onların strukturunun 
təkmilləşdirilməsi, hərbi qulluqçuların müasir texnika və silahlarla təmin edilməsi, 
müqavilə əsasında silahlı qüvvələrin komplektləşdirilməsinə keçid, hərbi 
xidmətdən tərxis olunmuş qulluqçuların maddi və sosial təminat sisteminin
təkmilləşdirilməsi və s. 
Müdafiə xərcləri – dövlət büdcəsi xərclərinin tərkib hissəsidir. Buna görə də 
müdafiə xərclərinin bilavasitə dövlət xərclərinin vahid sisteminə daxil edilməsi, bu 
sahədə təlabatın iqtisadi cəhətdən səmərəliliyini müəyyən edir. 
Müdafiə xərcləri Müdafiə Nazirliyi , eyni zamanda Maliyyə Nazirliyi tərəfindən 
qəbul edilən , müəyyən beynəlxalq tələblərə cavab verən, dövlətin müdafiəsinin 
təmin edilməsi ilə bağlı xərclərin qruplaşdırılmasından ibarətdir. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin