Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə117/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   113   114   115   116   117   118   119   120   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
136



Mövzu 13: Dövlət borclarına xidmət
edilməsinə büdcə xərcləri. 
1. Dövlət borcunun mahiyyəti və məqsədi. Dövlət zəmanəti və onun mahiyyəti. 
2. Dövlət borcunun formaları və tərkibi. 
3. Azərbaycan Respublikasında daxili dövlət borcunun formaları və tərkibi. Azərbaycan 
Respublikasının xarici dövlət borcunun formaları və tərkibi. 
4. Dövlət borcunun ödənilməsinin təşkili və dövlət borcunun qaytarılması üzrə büdcə 
xərcləri. 
5. Dövlət zəmanəti ilə alınan kreditlər. 
6. Dövlət borcunun idarə edilməsi. 
Ədəbiyyat 
1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 2002. 
3. “Dövlət borcu haqqında “Azərbaycan Respublikasının Qanunu.2007. 
3. Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 2003. 
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
KitabYurdu.az 
137



Hər bir dövlətin mövcud maliyyə vasitəsi ilə onun xərcləri arasında müəyyən dövr 
ərzində fərq əmələ gələ bilər. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Belə ki, müsbət 
fərq olduqda həmin vəsait dövlətin ehtiyatına keçir. Bu fərq mənfi olduqda isə hər hansı 
bir mənbə hesabına ödənilməlidir. Həmin mənbənin tapılması bu fərqin bağlanması 
prosesi və sonradan borcun qaytarılması borclanma adlanır. Başqa sözlə desək, hökumətin 
xərclərinin gəlirlərlə örtülə bilməyən hissəsinin digər mənbələrdən borc hesabına 
ödənilməsi və hər bir hüquqi və fiziki şəxsə zəmanət verilməsi nəzərdə tutulur. 
Dövlət borcu – müxtəlif xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan 
və dövlətin öhdəliyi əsasında müəyyən edilmiş müddətlərdə qaytarılması nəzərdə tutulan 
maliyyə vəsaitidir. 
Dövlət borcları normal istifadə olunarsa, sosial- iqtisadi inkişafa müsbət təsir göstərə 
bilər. Əgər onlar yalnız cari istehlak məqsədlərinə istifadə olunarsa, bu zaman cəmiyyət 
üçün ağır bir yükə çevrilir. 
Beynəlxalq maliyyə - kredit və digər kredit təşkilatları ilə saziş əsasında ölkədə həyata 
keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı- ayrı prioritet hesab edilən layihələrin 
maliyyələşdirilməsi məqsədilə müvafiq qaydada hökumət zəmanətləri verilir. Belə ki, 
dövlət büdcəsində həmin il tələb olunan məbləğdə vəsait olmadıqda hökumət zəmanətlə 
borc alır və gələcək illərin büdcəsində bu borcun ödənilməsi üçün vəsait nəzərdə tutulur. 
Dövlət zəmanətinin verilməsi məsələsinə dövlət investisiya proqramları çərçivəsində
baxılır və kreditlə əhatə olunan layihələr üzrə texniki- iqtisadi əsaslandırmalara və kredit 
sazişinin şərtlərinə Maliyyə Nazirliyi və digər əlaqədar orqanlar tərəfindən müvafiq rəy 
verilir. 
Dövlət borc zamanı hüquqi və fiziki şəxslərin və digər qurumlarla qənaətlə yığdıqları 
vəsaiti özünə cəlb edir və buna uyğun olaraq borcun müddəti bitdikdə geri qaytarır. Buna 
görə də borclanma həm dövlətə gəlir gətirir, həm də dövlət xərclərini artırır. Dövləti 
borclanmaya sövq edən əsas səbəb dövlətin ən vacib xərclərini tam maliyyələşdirmək 
məcburiyyətidir. Bu xərclər heç də həmişə vergilər və digər dövlət gəliri ilə təmin edilə 
bilmir. Çünki dövlətin vergi və digər ənənəvi gəlirlərinin artırılmasının müəyyən hüdudu 
vardır. Bu hüdud nə qədər geniş olsa da elə dövlət xərcləri meydana gəlir ki, həmin 
gəlirlər bunun üçün kifayət etmir. Dövlətin borclanması və borcların idarə edilməsi də 
dövlət xərcləri və gəlirləri kimi onun maliyyə siyasətinin mühüm tərkib hissəsidir. 
Dövlət borclanmaya və borcların idarə edilməsinə başlayarkən bu vəsaiti ilə özünə gəlir 
əldə etmək məqsədini deyil, iqtisadi və sosial vəzifələri reallaşdırmaq istəyir. Əsasən 
dövlət ən çox inflyasiya dövrlərində borclanır.Əsas məqsəd sərf ediləcək xərclərin təmin 
edilməsi deyil, iqtisadiyyatda pul- kredit və valyuta sahəsindəki çətinlikləri aradan 
qaldırmaqdır. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin