5
Müdafiə xərclərinin müəyyən edilməsi və icrası zamanı
büdcə prosesinin
xüsusiyyətini müəyyən edən aşağıdakı hallar nəzərə alınır:
- dövlətin müdafiəsini təmin edən tədbirlərin Azərbaycan Respublikasının
qanunvericiliyi əsasında həyata keçirilməsi;
- hərbi texnika və silahların səviyyəsinin yuxarı
həddi daxil edilməklə, istifadə
olunan maddi ehtiyatların
müəyyən edilməsi;
- hərbi təyinatlı məhsulların istehlında müqavilə qiymətlərinin formalaşması
xüsusiyyətlər nəzərə alınması;
- həyata keçirilən maddi ehtiyat xərclərinin dəqiq uçotunun aparılması.
Müdafiə xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərini
funksional təsnifatına uyğun kodlara görə maliyyələşdirilir və aşağıdakı
istiqamətlərə yönəldilir:
1. Hərbi ehtiyacların ödənilməsi və mülki müdafiə xərcləri. O cümlədən:
- ordu və donanmanın saxlanması
- silah və texnikanın alınması
- Azərbaycan Respublikasının Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman
Cəmiyyətinin saxlanması
- Mülki
Müdafiə tədbirləri
- sair xərclər.
2. Müdafiə sahəsində elmi- tədqiqat və təcrübə- konstruktor işləri ilə bağlı xərclər.
3. Digər kateqoriyalara aid edilməyən xərclər.
Müdafiə, Məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının saxlanması
xərcləri üzrə maddələr Milli Məclisin müvafiq komitələrində müzakirə edilir , üç
oxunuşda Milli Məclis tərəfindən təsdiq edilir və növbəti il üçün dövlət
büdcəsinin xərclərinə daxil edilir.
Hüquq
mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanması
xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin funksional
təsnifatına uyğun tərtib edilir və aşağıdakılardan ibarətdir:
-
daxili işlər orqanları;
-
daxili
qoşunlar;
-
milli təhlükəsizlik orqanları;
-
sərhəd qoşunları xidməti;
-
prokurorluq orqanları;
-
mühafizə orqanları;
Dostları ilə paylaş: