3
Inflyasiya dövrlərində dövlət borclarını uzunmüddətli və yüksək faizli olması lazım
gəlir ki, burada da məqsəd iqtisadiyyatda pul aktivlərinin məhdudlaşdırılması, şəxsi
istehlak və investisiya xərclərinin azaldılmasına nail olmaq, izafi xərclərə tələbi aşağı
salmaqdan ibarətdir.
Müasir dövrdə demək olar ki, dünyanın yüksək dövlətləri mütəmadi olaraq
borclanmaq və borc ödəmək məcburiyyətindədirlər. Dövlətin borclanma və ödəmə
fəaliyyəti dövlətin borc bazası və ya borc imkanlarını aydın göstərir.
“Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan
Respublikasının daxili borcu daxili və xarici dövlət borcundan ibarət olmaqla,
respublikanın təxirəsalınmaz sosial- iqtisadi xərclərinin maliyyələşdirilməsi və büdcə
kəsirinin yerinin doldurulması üçün Azərbaycan Respublikası Hökumətinin hüquqi və
fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödəməklə qaytarılmalı olan, milli və
ya xarici valyuta ilə idarə edilmiş borc öhdəlikləridir.
Azərbaycan Respublikasının dövlət borcunun formaları və tərkibi aşağıdakılardan
ibarətdir:
-
Azərbaycan Respublikası Hökumətini aldığı kreditlər;
-
Hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları;
-
Hökumətin təminat verdiyi digər borc öhdəlikləri.
Borcun tərkibi isə ötən illərin borcundan və yeni yaradılan borclardan ibarətdir.
Dövlət borcu qısamüddətli , ortamüddətli və uzunmüddətli borc öhdəlikləri şəkilində ola
bilər.
Azərbaycan Respublikasının kreditlər üzrə dövlət zəmanətləri Maliyyə Nazirliyinin
Azərbaycan Respublikası adından kreditlər üzrə təqdim etdiyi bütün dövlət zəmanətləridir.
Azərbaycan Respublikasının daxili kreditlər üzrə dövlət zəmanətləri Azərbaycan
Respublikasının kreditlər üzrə dövlət zəmanətinin tərkib hissəsi olmaqla , zəmanət
müqavilələrinə uyğun olaraq milli valyutada ifadə olunmuş məbləğin kredit təşkilatlara
ödəniş üzrə Maliyyə Nazirliyinin Azərbaycan Respublikası adından üzərinə götürdüyü
bütün şərti öhdəliklərin məbləğini özündə əks etdirir.
Azərbaycan Respublikasının xarici kreditlər üzrə dövlət zəmanətləri Azərbaycan
Respublikasının kreditlər üzrə dövlət zəmanətlərinin tərkib hissəsi olmaqla , zəmanət
müqaviləsinə uyğun olaraq xarici valyutada ifadə olunmuş məbləğin kreditor təşkilatarına
ödəniş üzrə Maliyyə Nazirliyinin Azərbaycan Respublikası adından üzərinə götürdüyü
bütün şərti öhdəliklərin məbləğini özündə əks etdirir.
Əsas borc məbləği – borc müqaviləsinə uyğun olaraq alınmış ( istifadə edilmiş) pul
vəsaitlərinin ümumi məbləğidir.
Dostları ilə paylaş: