Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə126/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   122   123   124   125   126   127   128   129   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
146



resurslarından daha səmərəli istifadə etmək və habelə sosial tədbirləri 
müvəffəqiyyətlə həll etmək üçün zəruridir.
Büdcədənkənar fondlar təkrar istehsal prosesinin inkişafına aşağıdakı yollarla 
təsir göstərə bilər: 
1) sərbəst pul vəsaitlərini dövlət qiymətli kağızlarına investisayalaşdırmaq və 
bununla da müəssisələri zəruri maliyyə resursları ilə təmin etmək; 
2) sahibkarlıq fəaliyyətinin inkişafına təsir göstərmək
3) büdcədənkənar fondlar investor və maliyyə bazarının iştirakçısı kimi də çıxış 
edə bilər. 
Büdcədənkənar dövlət sosial fondları hesabına bir sıra məsələləri həll etmək 
mümkündür. Onlardan: 
1. əhaliyə pul müavinətləri ödəmək, birdəfəlik yardım etmək yolu ilə sosial 
yardım və xidmətlər göstərmək; 
2. əhalinin əmək qabiliyyətinin bərpası və qorunub saxlanmasını təmin etmək; 
3. sosial infrastruktur müəssisələrini maliyyələşdirmək yolu ilə əhaliyə sosial 
xidmətlər göstərmək; 
4. pensiya təminatını maliyyələşdirmək və s. 
Büdcədənkənar sosial fondların maliyyələşdirməsi mənbələri ölkənin iqtisadi və 
sosial vəziyyətindən asılı olaraq, həm daimi həm в, müvəqqəti xarakterli olur.
Bu fondlar həm respublika hakimiyyət orqanları və həm də yerli özünüidarəetmə 
orqanları tərəfindən yaradıla bilər. 
Büdcədənkənar dövlət və məqsədli sosial fondlarının yaradılmasının hüquqi 
əsaslarını hər şeydən əvvəl AR- nın Konstitusiyası və “ Büdcə sistemi haqqında” 
Azərbaycan Respublikasının qanunu təşkil edir.
AR- nın Konstitusiyasının 38- ci maddəsində göstərilir: “ Hər kəs qanunla 
müəyyən edilmiş yaş həddində çatdıqda, xəstəliyinə,əlilliyinə, ailə başçısı 
itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə qanunla nəzərdə tutulmuş 
digər hallarda sosial təminat hüququna malikdir”. 
Büdcədənkənar dövlət məqsədli fondların səmərəli və məqsədyönlü 
xərclənməsinə nəzarəti AR- nın Maliyyə Nazirliyi həyata keçirir. Büdcədənkənar 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin