10
əmək haqqına
əlavələr, mükafatlar, məzuniyyət haqqı, sahibkarlıq
fəaliyyətindən
əldə edilən mənfəət və s. aiddir.
Məcburi dövlət sığortasında sığorta haqqı əmək ödənişinə ( gəlirə) nisbətən
faizlə müəyyən edilir və sığortaedilənin( olunanın) vəsaitləri hesabına ödənilir.
“ Sosial sığorta haqqında” Azərbaycan Respubliasının Qanunun ( 18
fevral
1997- ci il № 250- İQ) 14- cü maddəsinə əsasən seçkili orqanlar və bütün
işəgötürənlər üçün hesablanmış əməyin ödənişi fondunun 22 % - i miqdarında
məcburi dövlət sosial sığorta haqqı ödənilir. Hər ay üçün hesablanmış
sosial
sığorta haqqı sonrakı ayın 15- dən gec olmayaraq tam məbləğdə nağd və nağdsız
hesablaşma qaydasında sığortacıya ödənilir. Mülkiyyətində olan kənd təsərrüfatı
torpaqlarından istifadə edən şəxslər torpağın hər hektarına görə sosial sığorta
haqları ödəyirlər və dərəclər hər hektara görə torpağın münbitlik səviyyəsindən
asılı olaraq, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 1- 6% - ni
təşkil edir.
Ev təsərrüfatında muzdlu işçilərin( ev qulluqçuları, dayə, katibə, sürücü və s.)
əməyindən istifadə edənlər hesablanmış əmək haqqının 20% - i miqdarında sosial
sığorta haqqı ödəməlidirlər. Vəkillər kollegiyasının üvzləri,
xüsusi notariuslar,
sərbəst auditorlar və mühasiblər üçün gəlirlərin 20 % - i miqdarında sosial sığorta
haqqı ödənilir. Müəlliflik qonararı ödəyən hüquqi və fiziki şəxslər üçün
hesablanmış qonararın məbləğinin 15%- i miqdarında məcburi dövlət sosial sığorta
haqqı ödənilir.
Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər( sahibkarlıq
fəaliyyəti ilə
məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla ,
ölkə üzrə
müəyyən edilmiş minimum aylıq əmək haqqının 80%- i miqdarında məcburi
dövlət sosial sığorta ödənişinə cəlb edilirlər.
Ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq
fəaliyyəti ilə məşğul olan
şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 70%- i ,digər
sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə 40% səviyyəsində
sosial sığorta ödənişləri nəzərdə tutulur. Bakı şəhəri sahibkarları minimum aylıq
əmək haqqının 100%- i , Sumqayıt və Gəncə şəhərlərində 90%- i , Respublika
Dostları ilə paylaş: