Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə132/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   128   129   130   131   132   133   134   135   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
152



- məcburi dövlət sosial sığortasının inkişafı və təkmilləşdirilməsinə dair təkliflər 
verir; 
- məcburi dövlət sosial sığorta vəsaitini idarə edir, pensiyalar və pensiyalara əlavə 
olunan müavinətlər sahəsində idarəetməni, pensiyalar və pensiyalara əlavə olunan 
müavinətlərin təyin edilməsi, maliyyələşdirilməsi və ödənilməsinə nəzarəti həyata 
keçirir; 
- məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçılarının uçotu alınması və 
uçotdan çıxarılması qaydalarını müəyyən edir; 
- qanunvericilik çərçivəsində sığorta edənlərdə məcburi dövlət sosial sığorta 
haqlarının düzgün hesablanmasına, xərclənməsinə və ödənilməsinə nəzarət edir; 
- qanunvericilikdə müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan məsələlər 
üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir; 
- fondun yerli orqanlarında işin təşkilinə dair metodiki və əməli köməklik göstərir, 
işdəki qabaqcıl təcrübəni öyrənir və yayır; 
- qanunvercilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir. 
Fond öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara 
malikdir: 
- bütün işəgötürənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta 
edilməsini tələb etmək; 
- öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta haqlarının yığılması, 
habelə qanunvericilikdə nəzərdə tutulmuş sosial müdafiə məqsədlərinə çəkilən 
xərclərin müəyyənləşdiriləsi qaydaları barədə təlimat, metodiki göstərişlər və digər 
normativ sənədləri hazırlayıb təsdiq etmək; 
- məcburi dövlət sosial sığortası, pensiyalara və pensiyalara əlavə olunana 
müavinətlərə dair qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və 
vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək
- pensiyalar və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsi və 
ödənilməsinə nəzarəti həyata keçirmək; 
- öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta qaydalarına 
aığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin