3
-
Naxçıvan Muxtar Respublikasının büdəsinin və bələdiyyə ( yerli ) büdcələrinin AR
– nin dövlət büdcəsi ilə qarşılıqlı
münasibətlərinin eyniliyi;
-
AR – nın büdcə sistemi səviyyəsində tənzimləyici gəlirlərin bölgüsü ;
-
AR – nın büdcə sistemi səviyyəsində vərclərin bölgüsü ;
-
Minimum büdcə təminatı səviyyəsinin bərabərləşdirilməsi ;
-
AR – nın
büdcə sisteminin vahidliyi ;
-
Dövlət büdcəsi xərclərinin ayrı – ayrı növlərinin ərazi büdcələrinə ( yerli büdcələrə )
verilməsi ;
-
Dövlət səlahiyyətlərinin təmin edilməsi üçün vəsaitlərin bir büdcə səviyyəsindən
digər büdcə səviyyəsinə verilməsi. Bu isə müvafiq büdcədə əvəzsiz köçürmə
forması kimi nəzərə alınır.
“ Büdcə sistemi haqqında “ AR – nın qanununa əsasən Azərbaycan Respublikasının
dövlət büdcəsinin Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrlə
qarşılıqlı əlaqəsi gəlir mənbələrinin bölüşdürülməsi vasitəsilə həyata keçirilir. Hər bir
büdcənin xərclərinin təmin edilməsi üçün müvafiq gəlirləri olmalıdır.
Ona görə də
gəlirlərin büdcələr arasında bölgüsünün məqsədi büdcələrin müvafiq xərclərini təmin
etməkdir.
Büdcələrin gəlirləri xüsusi və tənzimləyici gəlirlərdən ibarətdir. Büdcələrin xüsusi
gəlirləri – Azərbaycan Respublikasının qanunvericiliyiə uyğun olaraq gəlir növlərinə
tam və ya qismən müvafiq büdcələrə təhkim edilməsidir.
Bu
müvafiq büdcələrə, dövlət büdcədənkənar fondlarına Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasında təhkim olunmuş vergilər, gəlirlər, normativ, aktlarla müəyyən
edilmiş vergi olmayan gəlirlər, eyni zamanda əvəzsiz ödənişlər aiddir.
Büdcənin xüsusi gəlirlərinə aşağıdakı qeyri – vergi gəlirləri aiddir :
-
Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından
və ya əvəz edilməsindən
gəlirlər ;
-
Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti, yerli özünüidarəetmə
orqanları, həmçinin müvafiq orqanların tabeliyində olan büdcə təşkilatlarının
göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki – hüquqi,
inzibati və cinayət
məsuliyyəti o cümlədən cərimələri, müsadirələr, kompensasiyalar tətbiq edilməsi
nəticəsində alınan
vəsaitlər, həmçinin Azərbaycan Respublikasının bütün səviyyələrdə
olan dövlət hakimiyyəti orqanlarına vurulmuş ziyanın ödənilməsindən alınan
vəsaitlər və icbari qaydada götürən məbləğlər;
-
Azərbaycan Respublikasının büdcə sisteminin digər səviyyəli büdcələrdən maliyyə
yardımı və büdcə ssudası kimi alınan gəlirlər ;
-
Digər qeyri – vergi gəlirləri ,həmçinin əvəzsiz köçürmələr ;
Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından alınan vəsaitlər tam
həcmdə müvafiq büdcəyə götürülür.
Dostları ilə paylaş: