Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə148/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   144   145   146   147   148   149   150   151   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
172



Dövlət büdcəsinin icrası prosesində zərurət yarandıqda müvafiq icra hakimiyyəti
orqanları büdcə təsnifatına uyğun olaraq təsdiq edilmiş xərc maddələri həddində
dəyişiklik apara bilər.
Büdcə xərclərinin blokirovkası .
– büdcə təxsisatları ilə müqayisədə büdcə
öhdəlikləri limitlərinin ixtisar edilməsi və ya müəyyən olunmuş şərtlər yerinə
yetirilmədikdə qəbul edilmiş büdcə öhdəliklərinin təsdiq edilməsindən imtina
etməkdən ibarətdir.
Büdcə xərclərinin blokirovkası həmçinin büdcəni icra edən orqan tərəfindən və
dövlət maliyyə nəzarətini həyata keçirən orqan tərəfindən büdcə vəsaitlərinin
məqsədsiz istifadəsi faktı aşkar edildikdə həyata keçirilir. 
Büdcə xərclərinin blokirovkası büdcənin icrasının hər hansı mərhələsində maliyyə 
orqanının rəhbərinin qərarı ilə həyata keçirilir.
Blokirovka aşağıdakı xərclərə aid edilə bilər : 
-
Büdcə haqqında qanun ilə müəyyən edilən büdcə xərcləri ; 
-
Məqsədsiz istifadə faktları aşkar olunan büdcə xərcləri . 
Dövlət büdcəsinin xəzinə icrası zamanı daxil olmaların qeydiyyatı, qəbul edilmiş 
büdcə öhdəliklərinin həcminin və müddətlərinin nizamlanması, ayrılan büdcə
öhdəlikləri limitləri çərçivəsində xərclərin həyata keçirilməsi hüququna yazılı
icazələrin aparılaması, dövlət büdcəsinin vəsaitinin alanlar adından tədiyyələrin
həyata keçirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Baş Dövlət
Xəzinədarlığına həvalə edilir. 
Xəzinədarlığın büdcə prosesindəki funksiyaları aşağıdakılardan ibarətdir : 
-
Baş Dövlət Xəzinədarlığının hesabları üzrə əməliyyatları həyata keçirir və onların 
uçotunu təşkil edir ; 
-
Xəzinədarlığın cari hesabları ilə tranzit hesabları arasında hesablaşmaların həyata
keçirilməsini Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmış qaydada
tənzimləyir ;
-
Müəyyən olunmuş qaydada mərkəzləşdirilmiş xərclərin , o cümlədən məqsədli büdcə 
fondlarının xərclərinin icrasını təmin edir. 
-
Dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin nizamlanmasını və qarşılıqlı
hesablaşmaları həyata keçirir , o cümlədən müvafiq ilin dövlət büdcəsinə riayət
olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada
və hədlərdə dövlət büdcəsindən ssuda ( borc ) verir.
-
Baş Dövlət Xəzinədarlığı ilə yerli xəzinədarlıq orqanları arasında hərəkət edən 
maliyyə resurslarının və pul vəsaitlərinin dövri üzləşdirilməsini həyata keçirir; 
-
Dövlət büdcəsindən ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına ; büdcə
təşkilatlarının büdcədənkənar vəsaitlərinin maliyyə orqanları ilə razılaşdırılmış
qaydada təsdiq edilimiş smetaya uyğun istifadəsinə ümumi nəzarət edir

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin