3
Sərəncamçılar və büdcədən vəsait alanlar üçün
büdcə öhdəlikləri limitləri
büdcəni icra edən orqan tərəfindən baş sərəncamçılar tərəfindən təsdiq edilən büdcə
vəsaitlərinin bölgüsünün lahiyələri əsasında təsdiq edilir.Büdcə öhdəlikləri limitləri
büdcəni icra edən orqan tərəfindən onların qüvvədə olduğu
müddət başlanana qədər
bütün sərəncamçılara və büdcədən vəsait alanlara çatdırılır.
3.
Büdcə təxsisatları haqqında bildirişlərin təsdiqi, oun sərəncamçılara və büdcə vəsaitləri
alanlara çatdırılması ;
Büdcə təsisatları haqqında bildirş aldıqdan sonra büdcə idarəsi müəyyən olunmuş
formada gəlirlər və xərclər smetasını tərtib və təsdiq olunmaq üçün yuxarı büdcə
vəsaitləri sərəncamçılarına təqdim etməlidirlər.
Büdcə vəsaitlərinin baş sərəncamçıları sayılan büdcə idarəsinin gəlir
və xərclər
smetası həmin sərəncamçı tərəfindən təsdiq edilir.
Büdcə idarəsinin gəlirlər və xərclər smetası təsdiq edilən gündən sonra bir iş günü
ərzində büdcə idarəsi tərəfindən büdcəni icra edən orqana vrilir.
4.
Büdcədən vəsait alanların xəzinə öhdəliklərinin qəbul edilməsi ;
Büdcə vəsaitlərini alanlar onlara çatdırılmış büdcə öhdəlikləri
limitləri gəlirlər
və xərclər smetaları hüdudunda xərclərin həyata keçirilməsi , xərclərin və
tədiyyələrin aparılması üçün lazım olan tədiyyə və digər
sənədlərin tərtib edilməsi
yolu ilə tədiyyələrin həyata keçirilməsi üzrə xəzinə öhdəliyi qəbul edirlər.
Ödəmə sənədlərinin formalarını Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Mərkəzi Bankla raqzılaşdırmaqla təsdiq edir.
5.
Xəzinə öhdəliklərinin icra edilməsinin təsdiqi ;
Büdcəni icra edən orqan xərclərin icra edilməsi üçün lazım olam
ödəmə və xərcləri
büdcə idarəsinin təsdiq edilmiş gəlirlər və xərclər smetasının və büdcə limtlərinin
tələblərinə uyğunluğunu yoxladıqdan sonra büdcə vəsaitlərinin xərclənməsini aparır.
Təqdim edilən sənədlərin siyahısı və formaları icra hakimiyyəti orqanının hüquqi
aktı ilə təsdiq edilir.
Büdcəni
icra edən orqan xəzinə ohdəliklərinin icrasını
qəbul edilməsindən
aşağıdakı hallarda imtina edə bilər :
-
Qəbul edilmiş xəzinə öhdəlikləri tələblərə cavab vermədiyi zaman;
-
Qəbul edilmiş xəzinə öhdəliklərinin büdcə haqqında qanuna, çatdırılmış büdcə
təxsisatlarına və büdcə öhdəlikləri limitlərinə
uyğun gəlmədiyi zaman ;
-
Qəbul edilmiş büdcə öhdəliklərinin büdcə idarəsinin təsdiq edilmiş gəlirlər və
xərclər smetasına uyğun gəlmədiyi zaman.
-
Xərclərin blokirovkası zamanı .
Xərclənmiş büdcə vəsaitlərinin həcmi təsdiq edilmiş xəzinə öhdəliklərinin həcminə
uyğun olmalıdır.
Dostları ilə paylaş: